Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Ekspert büdcə kəsiri proqnozlaşdırır



Yüklə 402,37 Kb.
səhifə10/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Ekspert büdcə kəsiri proqnozlaşdırır


15.07.2015

qubad ibadoglu“Bu ilin ilk 6 ayının yekunları rəsmi prizmadan baxanda və kəmiyyət göstəriciləri ilə xarakterizə olunanda qənaətbəxş görünsə də, milli iqtisadiyyatda geriləmə çoxalır”. Transparency.az-a açıqlamasında iqtisadçı ekspert  Qubad İbadoğlu belə deyib.

Ekspert qeyd edib ki, bu ildən başlayaraq valyuta daxilolmalarının və tədiyyə balansının müsbət saldosunun kəskin azalması, yerli məhsulların rəqabət imkanlarının aşağı düşməsi, işgüzar fəallığın səngiməsi, dövlət sektoru və özəl sektorda gəlirlərin azalması, maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi müşahidə olunur: “Nazirlər Kabinetinin 13 iyul iclasında verilən məlumata görə, bu ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 7 milyard 807 milyon manat olub ki, onun da 3 milyard 938 milyon manatı, yəni 50,5 faizi ilk rübün payına düşür. İkinci rübdə əvvəlki rüblə müqayisədə artım tempi təmin olunmayıb. Ötən ilin 6 ayında dövlət büdcəsinə 9 milyard 339 milyon manat vəsait toplanmışdı. Hazırda yığılan vəsait ötən ilin eyni dövrünə nisbətən 1 milyard 532 milyon manat azdır. Gömrük rüsumlarını nəzərə almasaq, bu ilin 6 ayında büdcəyə toplanan vəsaitlərin cəmi 2 milyard 275 milyon manatı qeyri-neft sektorunun payına düşüb”.

Qubad İbadoğlu bildirib ki, yarım ildə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85 faiz icra olunub: “6 ayda büdcə vasitəsilə xərclənən vəsait, demək olar, ötən ilin səviyyəsində qalsa da, yığılan vəsait 1,5 milyard manatdan çox azalıb. Bu isə ilin sonuna büdcədə ciddi kəsirin formalaşacağını proqnozlaşdırmağa imkan verir”.

Sərnişindaşıma: bir ayda hava və dəmir yolu nəqliyyatında nə qədər bahalaşma olub?


15.07.2015

2015-ci ilin iyun ayında nəqliyyat sektorunda yükdaşıma 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma isə 1,3 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin iyulun 15-də yaydığı məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1 faiz, digər xarici ölkələr üzrə 4,1 faiz artıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma 11,7 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma müvafiq olaraq 1,4 faiz və 1,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.

Transparency.az xatırladır, iyulun 13-də Nazirlər Kabinetinin iclasına yekun vuran prezident İlham Əliyev təyyarə biletlərinin bahalığından gileylənib: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

Azərbaycan Kredit Bankının lisenziyası ləğv edilib


15.07.2015

Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyasını ləğv edib. Səbəb kimi bankın məcmu kapitalın minimal məbləği (50 milyon manat) tələbini pozması, kreditorları qarşısında öhdəlikləri icra edə bilməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsi göstərilir. Mərkəzi Bankdan Transparency.az-a verilən məlumata görə, lisenziyanın ləğvi barədə qərar 16 iyul 2015-ci ildə qüvvəyə minəcək.

Məlumatda deyilir ki, 13 iyul 2015-ci ildən “Azərbaycan Kredit Bankı” ASC-də idarəetməni Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçı həyata keçirir: “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur. Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir”.

Azərbaycan Kredit Bankı 29 dekabr 2005-ci ildə lisenziya almışdı.


6 ayda elektron ticarətin həcmi 6 milyon manat olub


15.07.2015

e ticaret 1Bu ilin birinci yarısında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 6 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93 faizini hüquqi şəxslərin, 7 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 12 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əmtəə satılıb. Satılmış istehlak mallarının 49,5 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,5 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,3 faiz bəndi artıb.


İstehsalçı qiymətləri: sənayedə 2,8 faiz, kənd təsərrüfatında 5,7 faiz azalma var


15.07.2015

2015-ci ilin iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,8 faiz azalıb. Mədənçıxarma sənayesi üzrə 3,8 faiz azalma, emal sənayesi üzrə isə 2,6 faiz artım olub.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, iyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,7 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 14,8 və 0,1 faiz düşüb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə