Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Nazirlik tibbi-sosial ekspertiza sahəsində görülən işlərin hesabatını verib



Yüklə 402,37 Kb.
səhifə13/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   9   10   11   12   13   14   15   16   17

Nazirlik tibbi-sosial ekspertiza sahəsində görülən işlərin hesabatını verib


16.07.2015

emek 1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2015-ci ilin birinci yarışında tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (DTSERX) rəisi İlqar Qurbanov iclasda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ekspertizası və reabilitasiyası işinin səmərəli təşkili, bu sahəyə nəzarətin artırılması yönündə tədbirlər barədə məlumat verib. O, Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb, ötən ilin ortalarından etibarən 26 TSEK-in əhaliyə müasir tələblərə uyğun xidmət göstərilməsi üçün yeni iş şəraiti ilə təmin edildiyini bildirib.

İyulun 16-da yayılan rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən ƏƏSMN-nin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ilin ilk yarım ilində ilkin əlillik təyin edilmiş şəxslərin sayının ötən ilin müvafiq dövrünə nisbətən 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayının isə 3 min nəfər azaldığını bildirib: “Bu dövrdə tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. İlkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları son 6 ayda 11,8% azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı da 2639 nəfər enib”.

Saday Abdullayev diqqətə çatdırıb ki, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tam şəkildə fəaliyyət göstərməsi üçün bütün işlər başa çatdırılıb: “İyulun 1-dən  müvafiq məlumatların TSEK-lərdən  aidiyyəti dövlət qurumlarına elektron qaydada ötürülməsi təmin edilir ki, bu da müvafiq sahədə kağız daşıyıcılarından imtinaya, məlumatların ötürülməsində operativliyin təmin edilməsinə  və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə imkan yaradır”.

Əlilliyin müəyyən olunması sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edən şöbə müdiri hesabat dövründə  18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihəsinin işlənib hazırlandığını qeyd edib: “Hazırda layihə əlaqədar qürumlarla razılaşdırılma mərhələsindədir. Layihədə əksini tapan yeni meyarlar 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsinə tibb elminin mövcud səviyyəsinə uyğun olaraq baxılmasına, eləcə də uşaqların sağlamlıq imkanları məhdudluğunun daha uzun müddətə müəyyən edilməsinə imkan verəcək. Bu meyarlar sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi prosesində məmur-vətəndaş əlaqələrinin minimuma endirməyə də şərait yaradacaq”.


Sənədli səhm və istiqraz buraxılışı qadağan edilir


16.07.2015

Yenicə qüvvəyə minmiş “Qiymətli kağızlar bazarı haqqında” qanun bir sıra yeniliyi özündə əks etdirir. Transparency.az xəbər verir ki, qanunun tələbinə əsasən, səhmdarlarının reyestrini özü aparan səhmdar cəmiyyətləri 2015-ci ilin sentyabr ayının 15-dək apardıqları reyestrləri “Milli Depozit Mərkəzi” QSC-yə təhvil verməlidir.

Yeniliklərdən biri də investisiya qiymətli kağızların buraxılmasının qadağan edilməsidir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Transparency.az-a verilən məlumata görə, investisiya qiymətli kağızlarla əqdlərin tam avtomatlaşdırılması məqsədilə səhm və istiqraz buraxılışı qadağan edilib.

Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl buraxılmış investisiya qiymətli kağızlarla əqdlərin bağlanılması isə yalnız həmin investisiya qiymətli kağızların sənədsizləşdirilməsindən sonra mümkün olacaq.

Komitə həmin qiymətli kağızların emitentlərinə emissiya etdikləri investisiya qiymətli kağızların formasının dəyişdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi tövsiyə edib:

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin adsız istiqrazları;

“Wembley Developments (Azerbaijan)” Qapalı Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

Bank “BTB” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Başak-İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Kredobank” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“AzEl” Qapalı Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“AqroFina” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Lukoyl-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Londongate (Azerbaijan) İnsurance Co İnqiltərə-Azərbaycan” Qapalı Tipli Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Ural Ticarət Evi” Qapalı Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Konsaltinqservis” Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Debut” Səhmdar Kommersiya Bankının sənədli səhmləri;

“Alkaros Motors AB” Qapalı Səhmdar Cəmiyyətinin sənədli səhmləri;

“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sənədli səhmləri.


Orta əməkhaqqı barədə rəsmi məlumat


21.07.2015

emekhaqqi2015-ci il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 505,6 min nəfər olub. 875 min nəfər iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfər isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Dövlət Statistika Komitəsi belə rəsmi məlumat yayıb.

Hesabata görə, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində, 18 faizi iqtisadiyyatın digər sahələrində çalışıb.

Transparency.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2015-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 454,8 manat olub.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə