Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik təqdim olundu



Yüklə 402,37 Kb.
səhifə11/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yenilik təqdim olundu


15.07.2015

teqdimat 1
Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 15-də daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmətin təqdimatını keçirib. Qurumdan Transparency.az-a verilən məlumat görə, yeni onlayn xidmət Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərəcək.

Yeniliyə əsasən, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alğı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə sistemə ötürülür, sistemdə isə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur, vətəndaşa bu barədə elektron və kağız formada bildiriş verilir.

Yeni onlayn xidmətin tətbiqindən sonra qeydiyyatla bağlı dövlət rüsumu və xidmət haqqı ödənişlərini də onlayn qaydada həyata keçirmək mümkündür. Ərizəçi birbaşa alğı-satqı əməliyyatını həyata keçirdiyi məkanda quraşdırılmış onlayn ödəniş terminallarında müvafiq ödənişləri edə bilir. Vətəndaşın rüsum və xidmət haqlarını ödəməsi üçün əlavə yerə getməsinə ehtiyac qalmır.

Təqdimatda danışan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib ki, yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alğı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək, əlavə vaxt itkisinə səbəb olan amillərin aradan qalxmasına səbəb olacaq, şəffaflıq, rahatlıq və operativliyin yüksəlməsi ilə vətəndaş məmnunluğunun artmasına gətirib çıxaracaq: “Yeni onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında əvvəllər mövcud olmuş daha bir prosedur aradan qalxıb. Vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alğı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da vətəndaşların notariusda edilən alğı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb”.


Korrupsiyada ittiham olunan 63 nəfərin məhkəməsi başlanır


15.07.2015

Cənubi Koreyada 10 general da daxil olmaqla bir qrup rəsmi şəxsin məhkəməsi başlanır.

Trasparency.az xəbər verir ki, məhkəməyə çıxarılacaq şəxslər müdafiə sahəsində 860 milyon dollarlıq korrupsiyada təqsirli bilinirlər.

İstintaqı 2014-cü ilin noyabrından 18 prokuror, 8 hərbçi və 90 müstəntiq aparıb.

Ümumilikdə iş üzrə 63 nəfərə ittiham verilib. Onlardan 38-i ordu zabiti, 6-sı məmur, 19-u mülki şəxsdir. İttiham olunanlar arasında Hərbi Dəniz Donanmasının iki sabiq qərargah rəisi də var. İttihamlara sənədlərin saxtalaşdırılması, rüşvətxorluq və hərbi sirlərin yayılması kimi cinayətlər daxildir.

Daha 41 nəfərlə bağlı istintaq gedir, onlara hələ ittiham irəli sürülməyib.


Leyla və Arif Yunusların mühakiməsi: “Transparency İnternational” təşkilatından çağırış gəldi


15.07.2015

baki mehkemesiİyulun 15-i Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunusun işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

“Azadlıq” radiosunun məlumatına görə, təqsirləndirilənlərin vəkilləri prosesdə vəsatətlər qaldırıb cinayət işinə xitam verilməsini istəyiblər. Vəsatətlər təmin edilməyib. Leyla Yunus hakimlərdən 3 dəqiqəlik çıxış imkanı istəyib, amma istəyi yerinə yetirilməyib.

Mühakimə prosesi iyulun 27-də başlayacaq.

Bakı İstintaq Təcridxanasında saxlanan Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergi ödəməkdən yayınma, saxtakarlıqda ittiham olunur.

MTN-in təcridxanasında saxlanan Arif Yunusa külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı irəli sürülüb.

Ötən ilin yayında tutulan hər iki şəxsə irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

Baş Prokurorluğun ötən il iyulun 31-də yaydığı rəsmi açıqlamaya görə, Leyla Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526 min manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, dövlət büdcəsinə ümumilikdə 369 min manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesablarına köçürülmüş 78 min ABŞ dollarını əri Arif Yunus vasitəsilə ələ keçirib.

“Azadliq.info”nun məlumatına görə, korrupsiyaya qarşı qlobal koalisiya olan “Transparency İnternational” təşkilatı iyulun 15-də bəyanat yayaraq Leyla Yunusun və Arif Yunusun işi üzrə ədalətli və şəffaf məhkəmə prosesi keçirməyə, səhhətlərini nəzərə alıb onları həbsdən buraxmağa çağırıb.


Fərman: Beynəlxalq Bankın dövlətə məxsus səhmləri özəlləşdirilir


15.07.2015

İyulun 15-də prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması tədbirləri haqqında fərman verib (Fərmanın tam mətni).

Transparency.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub, yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.

Sənədə görə, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılıb dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.



Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə