Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə112/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   207

239

 

 



mövcudluğuna başlanğıcını konkret torpaq iqlim şəraitindən başlamışdır. Bundan 

başqa  üzüm  bitkisinin  becərildiyi  torpaq-iqlim  şəraiti  və  qida  mühiti,  eləcə  də 

dayaq sistemi bar barmağının uzunluğuna təsir göstərən amillərdəndir. 

Yaxın  vaxtlara  qədər  üzümçülərdə  belə  bir  fikir  formalaşmışdır  ki,  birillik 

zoğun  aşağı  hissəsində  (baza  hissəsi)  yerləşən  gözcüklər  daha  məhsuldar 

olduğundan onlar qısa kəsilə bilər. Ancaq bu fikrin doğruluğu çoxsaylı sınaqdan 

keçməlidir. 

Zoğun uzunu boyu yerləşmiş tumurcuqların hamısı məhsul verə bilər.. Ancaq, 

məhsul  vermək  üçün  onların  hazırlığının  vəziyyəti  müxtəlif  olur.  Üzümçülükdə 

bu  məsələ  gözcüklrin  müxtəlif  keyfiyyətliliyi  adlanır.  Müxtəlif  keyfiyyətlilik 

gözcüklərin  (tumurcuqların)  formalaşdığı  dövrdə  birinci  növbədə  onların  qida 

şəraitindən, sonra isə sortların bioloji xüsusiyyətindən asılıdır.  

Tumurcuqlarda  çiçək  qrupunun  əsasının  qoyulması  və  onların  miqdarı 

üzümlükdə kollara verilən qida sahəsindən, onların qida və su ilə təmin olunma 

dərəcəsindən və s.-dən asılıdır.  

Yaşıl  zoğların  böyümə  istiqamətinin  də  tumurcuqların  məhsuldarlığına 

əhəmiyyətli  dərəcədə  təsiri  vardır.  Vegetasiya  müddətində  yaşıl  zoğlar  fəzada 

müxtəlif  dərəcəli  bucaq  altında,  məsələn,  şaquli  və  tərsinə  istiqamətlərdə  ola 

bilər. Müxtəlif istiqamətlərdə də ola bilər. Müxtəlif istiqamətlərdə olan zoğların 

məhsuldarlığının  öyrənilməsi  üzrə  bir  çox  tədqiqatçıların,  o  cümlədən 

N.Nedelçevin  və  M.Kondarevin  işləri  haqqındakı  məlumatlarına  görə  müxtəlif 

istiqamətli  zoğların  məhsuldarlığında  az  da  olsa  fərqlər  vardır.  Zoğların  tərsinə 

böyüdülməsi  üzrə  tədqiqatlarımızda  müəyyən  olunmuşdur  ki,  tərsinə  (  torpağa 

doğru)  böyüyən  zoğda  yarpaqlar  180

0

-li  bucaq  altında  dəyişərək  günəşə  doğru 



yönəlir  və  öz  fotosintetik  fəaliyyətini  davam  etdirir.  Burada  polyarlığa  aid 

qanunauyğunluq  pozulduğuna  görə  kök  sisteminin  normal  fəaliyyəti  fonunda 

zoğda böyümə nisbətən zəifləyir, ancaq tumurcuqlar qida ilə maksimum dərəcədə 

təmin olunur. 

Üzüm  bitkisinin  vacib  bioloji  xüsusiyyətlərindən  biri  zoğun  uzunu  boyu 

meyvə  tumurcuqları  əmələ  gətirmə  qabiliyyətidir.  Tumurcuqların  açılmasından 

bir ay keçmiş bir çox sortlarda  yaşıl zoğun gözcüklərində çiçək qrupunun xırda 

təpəcikləri görünməyə başlayır. Y.İ.Zaxarovanın yazdığına görə bütün vegetasiya 

müddətində  çiçək  qruplar  əmələ  gəlir  və  yarpaqların  tökülməsinə  qədər 

formalaşır. 

Vegetasiya  dövründə  xarici  və  daxili  şərait  vaxtaşırı  dəyişdiyindən 

gözcüklərdə  müxtəlif  keyfiyyətlilik  əmələ  gəlir.  Qida  şəraiti,  işıq,  istilik,  su  və 

mineral  maddələr  zoğun  böyümə  gücünü  və  başlanğıc  çiçək  qruplarının  əmələ 

gəlməsini  müəyyən  edir.  Onların  sonradan  mikroskop  altında  yoxlanması  və 

vegetasiya  dövründə  faktiki  məhsuldarlığı  hansı  vaxtda  salxım  başlanğıclarının 



240

 

 



əmələ  gəlməsinin  təqribi  təyinini  göstərir.  Zoğun  uzunu  boyu  tumurcuqların 

barlılığı sortun bioloji xüsusiyyətindən də asılıdır. Tədqiqatlarla və müşahidələrlə 

müəyyən  olunmuşdur  ki,  şərq  ekoloji-coğrafi  qrupunun  bir  çox  güclü  böyüyən 

sortlarında  barlı  tumurcuqlar  əsasən  zoğun  orta  və  yuxarıda  yerləşən 

tumurcuqlarında  olur.  Qərbi  Avropa  və  Qara  dəniz  hövzəsi  ətrafı  üzümlərinin 

orta  və  zəif  güclü  sortlarında  zoğun  əsasında  yerləşən  tumurcuqları  daha 

məhsuldardır. 

Bununla belə qeyd etmək lazımdır ki, zoğun uzunu boyu barlı tumurcuqların 

yerləşmə yeri sort üçün daimi bioloji əlamət kimi qəbul edilə bilməz. Buna görə 

də zoğda barlı tumurcuqların  yerləşmə zonasının müəyyən edilməsi məqsədi ilə 

ayrı-ayrı  təbii  zonalarda  ayrı-ayrı  sortlar  üzrə  aparılan  eksperimentlərin  çoxillik 

məlumatları əsas götürülməlidir.  

Üzümçülük təcrübəsində aşağıdakı kəsmə üsulları mövcuddur: 

Qısa  kəsmə-  müxtəlif  mənbələrdə  qısa  kəsməyə  aid  rəqəmlər  müxtəlifdir. 

C.Uinkler  1-2,  Y.İ.Zaxarova  4,  əksər  müəlliflər  isə  2-3  gözcük  saxlanmasını 

təklif  edirlər.  Qısa  kəsmədə  saxlanan  gözcüklərin  miqdarına  görə  müəlliflərlə 

razılaşmaq  olmur.  Belə  kəsmələr  çardaq,  alleya  və  divaryanı  üzümlükdə  tətbiq 

edilə  bilər.  Y.İ  Zaxarovanın  təklif  etdiyi  kəsmə  uzunluğunu  qəbul  edərək  qısa 

kəsmədə 4-5 göcük saxlanması əsas kimi götürülə bilər. 

Orta uzunluqda kəsmə- bir çox ədəbiyyatda 7-8 gözcük saxlanması məsləhət 

bilinir. Ancaq 6-7 gözcüyə kəsmə daha obyektiv qəbul edilməlidir. 

Uzun kəsmədə- 9-10 gözcükdən 15-18-ə qədər gözcük götürülə bilər. 9 ilə 18 

arasındakı  amplituda  çox  böyükdür.  Bu  rəqəmlər  konkret  olaraq  kəsmə 

növlərindən,  torpaq-iqlim  şəraitindən  və  şortun  bioloji  xüsusiyyətlərindən  asılı 

olaraq dəqiqləşdirilir. 

Üzüm  bitkisinin  kəsilməsində  mühüm  məqamlardan  biri  də  bar  barmağının 

optimal uzunluğunun müəyyən edilməsidir.bar barmağının uzunluğuna təsir edən 

amillərdən  başlıcası  sortun  bioloji  xüsusiyyətidir.  Məlumdur  ki,  hər  bir  üzüm 

sortu  öz  mövcudluğuna  konkret  torpaq-iqlim  şəraitində  başlamışdır.  Bundan 

başqa  üzüm  bitkisinin  becərildiyi  torpaq-iqlim  şəraiti  və  qida  mühiti,  eləcə  də 

dayaq sistemi bar barmağının uzunluğuna təsir edən amillərdəndir.  

Zoğun uzunu boyu yerləşmiş tumurcuqların hamısı məhsul verə bilər. Ancaq 

məhsul vermək üçün onların hazırlığının vəziyyəti müxtəlif olur. 

Hər  bir  konkret  şəraitdə  hər  bir  üzüm  sortu  üçün  bar  barmağının  optimal 

uzunluğunun  müəyyən  edilməsi  üçün  əsaslı  təcrübələr  lazımdır.  Hər  bir  üzüm 

sortunda  fərqli  şəraitdə  kolda  sulu  zoğlar  əmələ  gəlir.  Bar  barmağının  adi 

uzunluğunda  həmin  zoğlar  çox  az  salxım  verir.  Bu  məsələ  üzrə  90-cı  illərdə 

apardığımız  tədqiqatlarda  müxtəlif  sortlarda  sulu  zoğların  barvermə  xarakterini 

öyrənmək  üçün  40-60  gğzcükdən  ibarət  saxladığımız  bar  barmağında  Şamaxı 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə