Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə114/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   207

244

 

 



Kəsmə vaxtı 

Quru maddəyə görə Ģəkər və niĢastanın miqdarı 

 

Valdepenyas 



Sent-Emilyon 

Kəsilən 

məqamda 

15.11 

Kəsilən 

məqamda 

15.11 

7.IX 

14.2 


14.4 

11.5 


13.4 

21.IX 

16.4 


15.5 

16.2 


16.0 

7.X 

16.9 


16.5 

18.0 


17.4 

21.X 

16.9 


17.1 

19.0 


18.4 

7.XI 

17.3 


16.9 

18.4 


18.5 

 

 Kolun  kəsilmə  vaxtı  meyvə  tumurcuqlarının  formalaşmasına  və  çiçək 



qruplarının miqdarına əhəmiyyətli dərəcədə təsir göstərir. Tez payız-qış budaması 

zoğun  boy  artımına  və  barlı  zoğların  azalmasına  səbəb  olur,  eyni  zamanda  bu 

vaxt aparılan kəsmə gözcüklərin açılmasını tezləşdirir. Yaz budaması (yaz) barlı 

zoğların miqdarını artırır və kolun oyanmasını ləngidir. 



Kəsmənin  texnikası-  Düzgün formalaşdırılmış, mexaniki zədəsi  olmayan və 

çox  da  böyük  yükü  olmayan  kolda  bar  barmağı  üçün  uyğun  zoğu  asanlıqla 

seçmək olur. Ancaq müxtəlif dərəcədə nöqsanlı və çox yüklənmiş kolda müvafiq 

zoğun  seçilməsində  təcrübəli  üzümçülər  belə  çətinlik  çəkir.  Kəsməyə 

başlamazdan  əvvəl  lazımlı  zoğu  gözəyarı  qiymətləndirmək  lazımdır.  Lazımsız 

zoğlar  əvvəlcə  kəsilib  atılır,  yerdə  qalanların  içərisindən  lazımlı  zoğların 

seçilməsi asanlaşır.  

 Müxtəlif səbəblərdən bar manqasında bar üçün və yaxud forma üçün lazımlı 

zoğlar yoxdursa onda çoxillik qolların səmtli yerindəki normal zoğlardan məhsul 

üçün  olmsa  da  forma  üçün  zoğ  seçib  saxlamaq  lazımdır.  Bu  zoğların  hesabına 

gələcək  skelet  qolları  yaratmaqla  kola  verilmiş  formanı  davam  etdirmək 

mümükündür. 

 Bar barmağı formalaşdırmaq üçün əvəzedici çiliyin vəzifələrindən biri hesab 

edilən  kola  forma  verilməsinin  davam  etdirilməsi  prinsipindən  istifadə  etmək 

olar. Məlumdur ki, əvəzedici çilik kolun içərisində yox, cərgənin sağına və yaxud 

soluna baxan hissəsində oturmalıdır. Bu baxımdan əvəzedici çilikdə o vaxt 2 və 

yaxud 3 gözcük saxlanır ki, onlardan axırıncısı kolun içərisinə baxmış olsun, yəni 

2-ci  zoğ  içəri  baxırsa  əvəzedici  çilik  2  gözə,  3-cü  baxırsa  3  gözə  kəsilməlidir. 

Əgər hər hansı səbəbdən əvəzedici çilikdə yararlı zoğ yoxdursa, onda keçən ilki 

bar  barmağının  ən  aşağıdakı  zoğu  əvəzedici  çiliyə,  onun  üstündəki  isə  bar 

barmağına kəsilir. 

 Əgər  keçən  ilki  əvəzedici  çilikdə  yalnız  bir  ədəd  zoğ  vardırsa  kolun 

vəziyyətindən  asılı  olaraq onu əvəzedici  çiliyə və  yaxud bar barmağına  kəsmək 



245

 

 



olar. 

 Kolda  forma  və  məhsul  üçün  zoğu  yazda  və  yayda  seçmək  lazımdır,  yəni 

kola qulluq işlərinin gedişində yaşıl əməliyyat zamanı göstərilən məqsədlər üçün 

zoğu  seçib  tərbiyələndirmək  lazımdır.  Bu  məqsədlə  də  bir  daha  qeyd  edirik  ki, 

ştambda və çoxillik qollarda qarşı-qarşıya və böyük  yaralar az olsa və onlar bir 

tərəfli  olsalar  yaxşıdır.  Qarşı-qarşıya  yaralar  olduqda  (belə  yaralar  səriştəsiz 

adamların  işində  olur)  qida  maddələri  gedən  yollar  əyri  (dirsəkli),  bəzən  də 

arakəsməli  olur.  Kolun  bu  hissəsində  zoğların  böyüməsi  və  məhsul  verməsi 

zəifləyir, qollar qurumağa başlayır və bütövlüklə zoğun ömrü qısalır. 

 Üzüm  kolunun  kəsilməsi  çətin  əməliyyatdır.  Çoxqollu  yelpik  formalı  bir 

kolun kəsilməsinə bağ qayçısının əlcəklərini 70 dəfə sıxmaq lazım gəlir. Bir fəhlə 

bir iş günündə 150-200 kol kəsirsə qayçının əlcəkləri 10-12 min dəfə sıxılmalıdır. 

Hər dəfə qayçının sıxılmasına 10-40 kq qüvvə sərf edilir.  

 Keçən  əsrin  60-70-ci  illərində  konstruktorlar  tərəfindən  DT-20  və  yaxud  T-

54  B  traktoruna  quraşdırılan  ПАВ-000  markalı  aqreqatın  istehsalatda  tətbiqinə 

başlamışlar. Bu aqreqatla eyni zamanda 8 cərgədə kəsmə aparılır və hər qayçının 

bir  saatda  məhsuldarlığı  295  koldur.  Bu  pnevmatik  qayçının  tətbiqi  fəhlənin  iş 

şəraitini kəskin dəyişdirir və əzələnin gərginliyini 2 kiloqrama qədər azaldır. 

 Az  enerji  sərfi  ilə  fəhlənin  əmək  məhsuldarlığını  artırmaq  məqsədi  ilə 

qurğuya  diqqətlə  qulluq  edilməlidir.  İşdən  sonra  qayçı  torpaqdan 

təmizlənməli,silinib təmizlənməli, yağlanmalı və vintlər bərkidilməlidir. 

 

 



 

 

11.2. Üzüm bitkisinin orqanlarının fəzada yerləşdirilməsi. 

 

 Kolun  orqanları  torpaq  səthindən  yuxarıya  qalxdıqca  vacib  həyat  amilləri 

(temperatura, havanın nəmliyi və işıqlanma) dəyişir. Bu amillərə görə də zoğun 

böyüməsi, məhsulun keyfiyyət və kəmiyyətində müəyyən dəyişikliklər baş verir. 

Məlumdur  ki,  torpağın  səthindən  yuxarıya  qalxdıqca  havanın  temperaturu  və 

nəmliyi  azalır,  günəşin  işıqlanması  isə  yaxşılaşır.  Üzüm  bitkisinə  aqrotexniki 

təsirlər vasitəsilə - kəsmə, forma vermə və bağlama ilə onun böyüməsinə əlverişli 

şərait yaradılır. 

Yüksək  və  keyfiyyətli  məhsul  almaq  üçün  kolun  orqanları  fəzada  elə 

yerləşdirilməlidir  ki,  onlar  bir-birinə  sıxlıq  yaratmadan  havadan  və  günəş 

şüasından  səmərəli  istifadə  edə  bilsin.  Bu  baxımdan  tənəyin  əsas  hissələri  olan 

ştamb, çoxillik qollar və bar barmaqları elə yerləşdirilməlidir ki, əlverişli ekoloji 

şərait yaradılsın. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə