Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə143/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   207

308

 

 



xəstəliklərinin inkişafına əlverişli şərait yaradır. 

 Kökümsov  alaq  otları  (çayır,  kalış,  ayrıq,  südotu  və  s.)  yayılmış  sahələrdə 

yay aylarında becərmənin dərinliyi 15-18 sm-dək qəbul edilir. Bu zaman torpaq 

layı  çevrilmir.  Torpaqdan  alaq  otlarının  köklərini  darayıb  çıxarmaq  üçün 

kultivatorun  arxasına  xüsusi  polad  zəncir  bərkidilir.  Onların  yığılmış  kökləri 

sahədən  çıxarılıb  yandırılır.  Beləliklə,  yumşaltma  ilə  birlikdə  üzümlük  qismən 

alaq  otlarından  və  onların  kökümsov  köklərindən  təmizlənir.  Bundan  başqa, 

üzüm bağlarındakı yol qıraqları, kanalları və üzümlüyün ətrafındakı sahələr alaq 

otlarından təmizlənir. 

 Üzümlükdə  torpağın  becərilməsi  işlərində  əl  əməyini  azaltmaq,  yaxud  ləğv 

etmək  məqsədi  ilə  ПРВН-72000  və  ПРВН-72000  M  aqreqatlarından  istifadə 

edilir.  Bu  aqreqatlar  cərgədə  bitki  aralarını  da  becərir.  Bunların  bir  neçə 

xüsusiyyətlərini  nəzərə  almaq  lazımdır.  Əvvəla,  bu  aqreqatlar  şpaler  qurulmuş 

üzümlükdə  yaxşı  işləyir,  ikincisi  isə  ştambı  mğhkəm  olmayan  (əyri  olan) 

tənəkləri zədələyir. Bu halda həmin tənəklərin dibinə diametri 3-4 sm olan paya 

bastırılır. Payaların uzunluğu isə 40-50 sm-dən qısa olmamalıdır. 

 ПРВН-72000  M  aqreqatı  ilə  qurşaqarası  yolları  becərərkən  şumu 

dərinləşdirmək lazım deyil. Torpağın becərilməsinin keyfiyyəti işin başlanğıcında 

yoxlanılır.  Kultivasiyanın  dərinliyi  ölçülməklə  yanaşı  alaq  otlarının  tam 

kəsilməsi, kolların və şpaler dirəklərinin zədələnmə dərəcəsi yoxlanılır. 

 Aqreqatın  iş  zamanı  hərəkət  sürəti  5  km/saatdan  çox  olmamalıdır.  Sürət 

bundan  çox  olduqda  ştamb  ətrafı  sahə  becərilməmiş  qalır,  çox  halda  isə  ştamb 

zədələnir.  

 Yuxarıda göstərilən aqreqatlar düzən və az maili yerlərdə yaxşı nəticə verir. 

 Üzümlüklərdə  torpağın  becərilməsi  zamanı  aqreqatlardan  səmərəli  istifadə 

edilməsi  həmişə  mütəxəssislərin  nəzarətində  olmalıdır.  Üzümlüklərdə  cərgə 

araları becərilərkən torpaq yaxşı hazırlanmalıdır. 

 Üzümlüklərdə  cərgə  araları  becərilərkən  torpaq  yaxşı  hamarlanmalıdır  ki, 

texnikanın işləməsinə çətinlik törətməsin. Naxçıvan Muxtar Respublikasının aran 

hissəsində  erkən  yaz  becərməsinə  üzümlükdə  kolların  üstünün  açılması  ilə 

başlanır.  Kolları  torpaq  altından  çıxarmaq  üçün  ПРВН-2,5А  maşınına 

quraşdırılmış ПРВН-74000 qurğusundan istifadə edilir. 

 Ilk  yazda kolların şaxtadan zədələnməsi ehtimalı aradan qalxandan sonra bu 

əməliyyata  başlamaq  lazımdır.  Kolların  torpaq  altından  mexaniki  yolla 

çıxarılması  işini  ПМЛ-2,5  pnevmatik  maşını  ilə  aparılması  daha  faydalıdır. 

Üzümlükdə  kolun  üstündəki  torpaq  quruduqda  pnevmatik  maşınla  yaradılan 

güclü  hava  kütləsi  ilə  kolun  üstündəki  torpaq  sovrulur  və  kol  torpaqdan  azad 

olunur. Ancaq Naxçıvan üzümçülüyündə qeyri-adi bir vəziyyət mövcuddur, yəni 

kolun  torpaqdan  çıxarılmasının  təqvim  müddətində  kolun  üstündəki  torpaq  hələ 



309

 

 



qurumamış  olur.  Bu  vəziyyətdə  pnevmatik  maşının  yaratdığı  güclü  hava  axımı 

torpağı  dağıda  bilmir.  Torpağın  quruması  gözlənildikdə  isə  artıq  gözlər  şişmiş 

olur.  Bu  çətinliyə  görə  Naxçıvanda  kolların  üstünün  açılması  hələ  də  primitiv 

üsulla- yaba, bel, dırmıq və ketmənlə, daha doğrusu əllə açılır. 

 Bu  çətinliyə  görə  üzümlüyün  becərilməsi  qışda  üzümlükləri  basdırılmayan 

rayonlardakından  baha  başa  gəlir.  Onu  qeyd  etmək  yerinə  düşər  ki,  Naxçıvanın 

aran  hissəsində  üzümlüklərin  məhsuldarlığı  çox  olduğundan  bu  bahalıq  o  qədər 

də təsirli olmur. 

 Kolların  torpaqdan  çıxarılması  əməliyyatı  gecikdikdə  şişmiş  gözcüklər  tez 

tökülür. Bir qədər də gecikdikdə yeni əmələ gələn zoğ başlanğıcları ağ rəngli və 

çox  incə  olur,  açıq  havaya  çıxarıldıqda  günəşli  və  küləkli  havada  soluxur  və 

quruyur.Tökülməyən  və  qurumayanlar  isə  zəif  böyüyür.Hətta  ilk  vaxtlarda 

onların çoxu çaxırı-qırmızı rəngdə olur. İki həftədən sonra həmin zoğların rəngi 

yaşıllaşmağa başlayır.  

Üstü  gec  açılmış  tənəklərin  məhsulu  da  az  olur.Çünki  üstü  açılan  vaxt 

oyanmış  vəziyyətdə  olan  əsas  tumurcuqların  bir  qismi  tökülmüş  olur.Bu 

baxımdan  kolun  üstünün  açılması  tumurcuqların  şişməsinə  azı  bir  həftə  qalmış 

başa  çatmalıdır.Yazın  tez  və  gec  gəlməsindən  asılı  olmayaraq  çoxillik  təqvim 

müddətləri nəzərə alınmadan yoxlanmalıdır ki, tumurcuqların şişməsinə neçə gün 

qalır.  


 

Üzümlüklərdə alaq otlarına qarĢı mübarizə 

 

Alaq  otları  ilə  mübarizə  problemində  alman  alimlərinin  belə  bir  fikrini 

açıqlamaq  yerinə  düşərdi.  Heç  kim  çalışmır  ki,  üzümlüyünü  alaq  otlarından 

tamamilə  təmizləsin.  Əksinə,  alaq  otları  ilə  mübarizə  ona  yönəlir  ki,  onların 

böyümə intensivliyi və ümumən boyu məhdud çərçivədə olsun ki, üzüm bitkisinə 

maneçilik törətməsin. 

ABŞ  üzümçüsü  C.Uinklerin  fikrincə  torpağın  becərilməsi  onun  strukturuna, 

torpağın üst qatındakı köklərə suyun çatdırılmasına maneçilik törədir, torpaqdan 

tozu qaldırıb gilənin üstünə tökür. 

Bundan başqa alaq otları torpaq qoruyucusu bitki örtüyüdür. 

Alaq otlarının xeyirli tərəfi: 

-çürüntülərin toplanması; 

-eroziyanın qarşısının alınması; 

-əkin qatının yumşaq saxlanması; 

-kölgəlik yaratdığına görə torpaq yetişkənliyinin saxlanması. 

Alaq otlarının törətdiyi çatışmazlıqlar: 

-torpaqdan qida maddələrini çıxarması; 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə