Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə201/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   207

438

 

 



da)  riskli  hesab  edilə  bilməz.  Saxlanma  qabiliyyəti  yüksək  olan  üzümlərdə 

tənəffüs az intensivdir.  

Satılmaq  məqsədi  ilə  saxlanmağa  daha  keyfiyyətli  üzümlər  seçilməlidir. 

Gilənin  lətinin  bərkliyi,  qabığın  möhkəmliyi,  gilənin  və  salxım  saplağının 

yetişkənliyi,  mexaniki  və  infeksiya  zədələnmələrinin  olmaması  keyfiyyət 

göstəriciləridir.  

Üzümdə ehtiyat qida maddələri, məs. nişasta olmadığından koldan dəriləndən 

sonra  gilədə  şəkər  artımı  olmur.  Dərilmiş  üzümdə  normal  həyat  prosesi  davam 

edir.  

Üzüm  saxlandıqda  və  daşındıqda  bir  nçə  tipdə  gilənin  tökülməsi  baş  verir. 



Darağın  zəifliyindən  və  kövrəkliyindən  -  bu  ―yaş‖  tökülmə  adlanır;  bir  də  var 

―quru‖  tökülmə.  Bu  tökülmə  gilə  ilə  gilə  saplağı  arasındakı  ayırıcı  qatın  əmələ 

gəlməsindən baş verir.  

Tənəkdə ―həlqələmə‖ aparıldıqda və tənək boy maddələri ilə işləndikdə gilə 

saplağı yoğunlaşır və gilənin tökülməsi azalır, yaxud yox olur.  

Saxlanma kamerasında üzümün soyudulmasına başlandıqda gilənin qabığına 

düşən  təzyiq  artır.  Nazik  qabıqlı  gilənin  ucunda  çat  əmələ  gəlir.  Belə  hesab 

edirlər ki, Ağ oval kişkimi və Tokay sortlarında məhsulun yığılmasına az qalmış 

gilələrdə  qeyri-adi  şişmə  baş  verdiyindən  onlarda  çatlama  baş  verir.  Gilənin 

çatlamasına qarşı səmərəli mübarizə üsulu yoxdur. 

Kamera  bağlanır  və  orada  temperatur  +20  C-  ə,  daha  sonra  0  0  C  endirilir. 

Kamerada  temperaturun  tədricən  aşağı  endirilməsi  nəticəsində  gilədə  tərləmə 

olmur.  

Üzüm  qutuları  kameraya  daşınarkən  və  onlar  orada  düzülərkən  mexaniki 

vasitələrdən istifadə olunması işin ucuz başa gəlməsini təmin edir.  

Üzüm  qutuları  kameraya  daşındıqdan  sonra  qapı-  pəncərələr  bağlanmazdan 

qabaq  hər  m3  sahəyə  5  qr  hesabı  ilə  kükürd  yandırılır.  Kükürd  yandırılması  işi 

ayda 2 dəfə olmaqla təkrar olunur.  

Üzüm saxlanmasında optimal rejim temperaturun 0-20 C, nisbi rütubətin 85-

95%olması  hesab  edilir.  Temperatur  və  nəmlikdən  başqa  saxlanma  prosesində 

havalanma  xüsusi  əhəmiyyət  kəsb  edir.  Üzüm  saxlanan  kameranın  havalanması 

ona görə vacibdir ki, artıq toplanan karbon qazı və gilənin tənəffüsü zamanı digər 

qaz  mənşəli  məhsullar  oradan  çıxsın.  Havalanma  ilə  kif  göbələklərindən  əmələ 

gələn xoşagəlməz iylər də çıxır.  

Saxlanma prosesində sistematik olaraq üzümün keyfiyyəti yoxlanmalıdır. Azı 

2  həftədə  1  dəfə  üzümün  keyfiyyəti  yoxlanır.  Hər  yoxlamadan  sonra  müəyyən 

miqdar  üzüm  götürdükdən  sonra  kameraya  kükürd  tüstüsü  verilir.  Üzümün 

realizəsinə az saxlanma qabiliyyəti olan sortlardan başlanmalıdır.  

 



439

 

 



 

 

 



 

 



440

 

 



DÜNYA ÜZÜMÇÜLÜYÜ HAQQINDA 

 

Hazırda  dünyada  üzümçülüklərin  sahəsi  10  milyon  hektardan  çoxdur.  Ayrı-



ayrı  qitələrdə  üzümçülüklərin  sahəsi  aşağıdakı  kimidir.  Dünya  üzümlüklərinin 

71%  -i  təqribən  7  milyon  hektarı  Avropa  qitəsinə  düşür,  1447  min  hektarı 

Asiyanın,  942  min  hektarı  Amerikanın  ,  444  min  hektarı  Afrikanın,  72  min 

hektarı Avstraliyanın payına düşür. 

Üzüm bitkisi Yer kürəsinin müxtəlif iqlim zonalarında isti və quraq, eləcə də 

nisbətən  soyuq  zonalarda  bitir.  Şimal  yarımkürəsində  üzüm  bitkisi  50° ş.en 

dairəsində  39

və  cənub  en  dairəsində  yerləşir  (Yeni  Zelandiya  və  Çili).  Üzüm 



məhsullarının istifadə istiqamətini əsasən iqlim şəraiti müəyyən edir. 

Üzüm üçün ən əlverişli iqlim zonaları Aralıq dənizi və Xəzər dənizi sahilləri, 

Kaliforniya və cənubi Afrika hesab edilir. 

 Şimal  qütbünə  və  cənub  qütbünə  yaxınlaşdıqca  şərabın  kefiyyəti  azalır. 

Üzüm  bitkisinin  şimal  sərhəddinin  müəyyənləşdirilməsi  üçün  şaxtasız  günlərin 

miqdarı 180  gündən  az olmamalıdır. Belə  yerlərdə orta sutkalıq  temperaturların 

yekunu 2800 dərəcəyə çatmalıdır. 

 Bir qayda olaraq Avropa üzümləri- 15° C-ə qədər şaxtalara dözür. Çox soyuq 

zonalarda üzüm kolları qışda torpağa basdırılır.  

 Ekvatora  yaxınlaşdıqca  istilik  optimum  həddini  aşır.  Səhra  şəraitində  isə 

yalnız  suni  suvarma  aparılan  yerlərdə  üzüm  bitkisi  çox  istidən  və  quru 

küləklərdən ziyan çəkir. 

 Yağıntı ilə zəngin subtropiklərdə üzüm bitkisi qış istirahətini keçirmir. Belə 

yerlərdə yüksək dağlıqları üzüm bitkisi üçün əlverişli hesab edilir.  

Tropik  iqlim  şəraitində  üzüm  bitkisi  bütöv  il  boyu  böyüməkdə  davam  edir. 

Bir  kolda  həm  yeni  mayalanmış  yumurtalıqlar,  həm  də  böyümənin  bütün 

mərhələlərində salxımlar tapmaq mümkündür. Xüsusi kəsmə tədbiq edərək üzüm 

bitkisindən  Hindistanda  2,  İndoneziyada  3  məhsul  almaq  mümkündür.  Ancaq 

tropiq  iqlimdə  üzüm  şirəsində  ekstratiiv  maddələr  və  turşuluq  az  olduğundan 

şərab üçün yaramır.  

Ayrı  –  ayrı  ölkələrin  üzümlüklərinə  gəldikdə  mənzərə  aşağıdakı  kimidir. 

İspaniya üzümlüklərin sahəsinə görə dünyada birinci yerdədir (1,7 milyon hektara 

yaxın),  İtalyada  1,3  milyon  hektar,  Fransada  1,1  milyon  hektar  üzümlük vardır. 

Üzümlüklərin  sahəsinə  görə  Türkiyə  dördüncü  yerdədir  (800  min  ha). 

Üzümlüklərin sahəsi 300 min ha və ondan çox ölkələrə aşağıdakılar daxildir:  

 1. Rumıniya -390 min ha  

2. Argentina - 356 min ha  

3. Portuqaliya -320 min ha 

4. ABŞ - 342 min ha 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə