Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə90/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   207

192

 

 



4.Nekrotik toxumaların (ölü hüceyrələrin ) olması. 

Qaynaq nə qədər yaxşı olarsa nekrotik ləkələr və qonur ləkələr (ölmüº  

hüceyrələr)  az  olar.  İngilis  kopulirovka  calağında  belə  nekrozlar  tez-tez 

müşahidə edilir. 

Anatomik  quruluşun  bu  məlumatları  dəqiqləşdirilmiş  və  müəyyən  əlavələr 

edilmişdir. 

Kopulyasiya  kəsiklərinin  birləşməsindən  onlarda  anatomik  quruluşun  tam 

formalaşmasına  qədər  baş  verən  proseslərin  dinamikasını  cızmaqla  calağın 

qaynaq  yerində  toxumaların  formalaşması  üzrə  təsəvvürləri  aydınlaşdırmaq  və 

dərk etmək mümükündür.  

Calağın  qaynaq  yerinin  anatomik  quruluşunun  ümumi  cizgiləri  aşağıdakı 

kimidir: 

Yara qıcıqlanmalarının təsiri altında kəsiklərdə kallyus əmələ gəlir. Kallyusun 

əmələ  gəlməsində  kambi  və  qabığın  parenxim  hüceyrələri  iştirak  edir.  Tərkibi 

92% sudan ibarət olan kallyus iri incə hüceyrələrdən ibarətdir və bu toxumaların 

əmələ gəlməsinə az miqdarda üzvi maddələr sərf olunur. 

Kəsiklər  bir-birinə  toxunmadıqda  belə  hər  bir  kəsikdə  kallyus  əmələ  gələ 

bilir.  Kallyusun  yaxşı  və  sürətlə  əmələ  gəlməsi,  eləcə  də  onun  möhkəm  olması 

üçün  calaqaltının  kambi  qatı  heç  olmazsa  bir  yerdən  calaqaltının  kambisi  ilə 

görüşməlidir.  Hər  iki  komponentin  kambiləri  görüşdükdən  sonra  onların 

arasındakı izoləedici təbəqə sorulmağa başlayır. Bundan sonra az miqdarda ölmüş 

hüceyrələrin  qonur  hissəsi  qalmaqda  davam  edir.  Calaq  nə  qədər  təkmil  olarsa 

(səriştəli) qonur ləkənin sahəsi bir o qədər az olar. Yaşıl zoğlarda demək olar ki, 

onlar görünmür (tam qaynaq). 

Kallyus  kütlələrinin  birləşməsindən  sonra  aralıq  qaynağın  ortasında  aralıq 

kambisi əmələ gəlir və calaqaltı ilə calaqüstünün kambi qatlarının birləşməsindən 

sonra  aralıq  kambisinin iştirakı  ilə  qaynaq  yerindən  aralıq  oduncaq  əmələ  gəlir. 

Bu  andan  etibarən  hesab  etmək  olar  ki,  qaynaq  alındı  və  bitişmə  başladı  ( 

kallyusun diferensasiyası). 

Qaynaq  yerində  aralıq  kambisindən  əmələ  gələn  floyema  və  ksilema  öz 

quruluşuna görə calaqaltı və calaqüstü floyema və ksilemadan fərqlənir. Bunların 

su boruları incə və müxtəlif bucaq altında əyilmiş olur. 

Calağın  fiziologiyası  anatomiyasına  nisbətən  səthi  öyrənilmişdir.  Qaynaq 

yerində  toxumaların  diferensasiyası  zamanı  calağın  fiziologiyası  haqqında 

müfəssəl məlumatlar yoxdur.  

Kallyusun əmələ gəlmə sürəti aşağıdakılardan asılıdır: 

1.Müxtəlif sortlar kallyus əmələ gətirmə qabiliyyətinə görə fərqlənirlər. 

2.Qohumluğun (affinitet) olmasının birləşmənin müvəffəqiyyətli və möhkəm 

olmasına yüksək təsiri vardır.  



193

 

 



Birləşmiş calaqüstü ilə calaqaltı ilk baxışda vahid orqanizmi xatırladır, daha 

doğrusu elə bil ki, onların assosiasiyası yaranır. 

Affinitet  calaqüstü  ilə  calaqaltının  sıx  ittifaqı  və  harmoniyasıdır.  Əgər 

calaqüstü  ilə  calaqaltı  bir-birinə  uyğun  gəlirsə,  onda  inkişaf  harmoniklik  təşkil 

edir,  başqa  sözlə  calaqüstü  ilə  calaqaltı  arasında  affinitetlik  vardır.  Calaqaltı  ilə 

calaqüstünün  assosiasiyası  müvəffəqiyyətli  olacaqdır.  Fransız  üzümçüsü  İerve 

göstərir ki, ən böyük affinitetlik odur ki, kol (calaqaltı +calaqüstü) özünü öz kökü 

üstündə  bitən  kimi  aparır.  Bu  vəziyyətə  yaxınlıq  nə  qədər  çox  olsa  affinitetlik 

daha yaxşı olar. 

Qohumluq olmayan yerdə calağın müvəffəqiyyətindən danışmaq əbəsdir. 

Təcrübədə  avropa  üzümləri  ilə  istifadə  olan  calaqaltılar  arasında  qohumluq 

kifayət dərəcədədir və calanan tənəklərdə uzunmüddətli məhsulu, məsələn, 30-50 

il müddətində təmin etmək qabiliyyətindədir. 

Ancaq  affinitetlik  orta  və  pis  ola  bilər  və  bu  halda  kol  tezliklə  quruyur. 

Avropa üzümləri V.Ripariyaya nisbətən çox yoğunlaşır. Orta və pis affinitetliyin 

səbəbləri  az  öyrənilmişdir.  Bu  sahədə  mövcud  nəzəri  baxışlardan  aşağıdakıları 

göstərmək olar: 

Calaqaltı  ilə  calaqüstünün  təsirindən  şirə  hərəkətinin  çətinləşməsi,  calaq 

səviyyəsində  sulu  boruların  azlığı  (yarımçıq  qaynaq)  və  yaxud  sulu  boruların 

kirəclənməsi. 

Calaqüstü  antigen  adlı  maddə  ifraz  edir,  bu  maddə  calaqaltına  daxil  olaraq 

calaq yerində nişasta əmələ gətirmək qabiliyyəti olan «presipitin» əmələ gətirir.  

Bu  fəaliyyət  mallin  turşusunun  hidrarizidinin  fəaliyyətinə  uyğun  gəlir. 

Əslində  bu  proses  tənəffüs  enerjisinin  azalması  nəticəsində  hüceyrələrin 

bölünməsi,  yarpaqlarda  şəkər  və  nişasta  toplanmasının  dayanması  nəticəsində 

bitkidə inkişaf zəifləyir. 

İ.V.Miçurinə  görə  hazırki  calaqaltına  calanan  calaqüstünün  də  qohumluğa 

təsiri  vardır,  belə  ki,  əvvəlki  və  hazırki  calaqaltılar  eyni  olduqda  iş 

müvəffəqiyyətli olur. 

3. Tənək nə qədər cavan olsa bir o qədər də kallyus əmələ gəlmə qabiliyyəti 

yüksək olar. 

4.  İki  komponentin  yaralarının  görüşməsi  güclü  yara  qıcıqlanmaları  əmələ 

gətirir.  Bu  baxımdan  yaralar  hamar  və  sığallı  olmaqla  yanaşı  onlar  bütün  səth 

boyu görüşməlidir. 

5. Qütblük kallyus əmələ gəlməsini tezləşdirir. 

6. Dorziventrallıq da kallyus əmələ gəlməsinə təsir göstərir. Əvvəlcə kallyus 

çubuğun qarın tərəfində, sonra bel və sonra digər tərəflərdə əmələ gəlir. 

7. Zoğ oduncağının yaxşı yetişməsi və ehtiyat qida maddələrinin çoxluğu da 

kallyus əmələ gəlməsini və calaq yerində birləşməni sürətləndirir. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə