Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə88/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   207

188

 

 



qalmışdır. 

Tədarük  edilmiş  çubuqlar  100-200  ədəddən  ibarət  dəstə  şəklində  bağlanır. 

Uzun zoğlar dəstədə 100 ədəd olur. Çubuq dəstəsi iki yerindən bağlanır. Dəstənin 

üstünə  yarlıq  asılır.  Yarlıqda  sortun  adı,  tədarük  edildiyi  yerin  adı  və  çubuğun 

miqdarı  yazılmalıdır.  Bu  qayda  ilə  hazırlanmış  dəstələr  saxlayıcılara 

gətirilməlidir.  Saxlayıcılar  adi  xəndəkdən,  zirzəmidən,  ixtisaslaşdırılmış 

saxlayıcıdan və üzüm saxlanan soyuducudan ibarət ola bilər.  

Əgər bunların heç biri mümkün deyilsə, onda ən ucuz hesab edilən burtlardan 

istifadə  etmək  olar.  Bunun  üçün  torpağın  səthinə  10-15  sm  qalınlığında  ağac 

kəpəyi tökülür və onun üstünə çubuq dəstələri qoyulur. Çubuq dəstələrinin üstü 

15-20 sm qalınlığında nəm ağac kəpəyi ilə örtülür. 

Calaq  materialının  saxlanmasında  üzüm  saxlayıcılarından  da  istifadə  etmək 

olar.  Üzüm  saxlayıcılarında  dekabr-yanvar  aylarından  etibarən  üzüm  realizəyə 

verildikcə boşalmış yerə çubuq qoymaq olar. Çubuq saxlanan vaxtı soyuducuda 

temperatur 0ºS-dən aşağı düşməməlidir. 

Nekroz xəstəliyi çox olan təsərrüfatlarda calaq materialını calağa qədər kolda 

saxlamaq lazımdır, deməli, calaqaltı kollar gec kəsilməlidir. 

Calaq ting istehsal edən təsərrüfatlarda calaqüstü anaclıq da təşkil etmək olar. 

Calaqüstü  anaclığın  salınması  və  ilk  (iki-üç  il)  qulluq  işləri  məhsul  verən 

üzümlükdən  fərqlənmir.  Anaclıqda  çox  sortluluğa  yol  verilməməlidir.  Hər  10 

hektar  calaqaltı  anaclığa  1  hektar  calaqüstü  anaclıq  salınmalıdır.  Birinci  ildən 

etibarən aprobasiya aparmalı və kənar sortlar ləğv edilməlidir. 

Çalışmaq  lazımdır  ki,  calaqüstü  anaclıq  elit  ana  bağlardan  olsun.  Elit  ana 

bağlarında  əsas  məhsul  calaqüstü  çubuqlardır.  Əgər  yüksək  keyfiyyətli  çubuqla 

yanaşı  az  miqdarda  üzüm  məhsulu  almaq  mümkündürsə  bu  əlavə  qazanc 

deməkdir.  Əlavə  üzüm  məhsulunu  izah  edək.  Əgər  bir  qədər  üzüm  məhsulu 

alınarsa və bu məhsul əsas məhsul hesab edilən çubuğun keyfiyyətinə mənfi təsir 

etmirsə, onda bu işə getmək olar. Calaqüstü anaclıqda kollarda bir qədər zəiflik 

müşahidə  edildikdə  onda  həmin  kollarda  üzüm  məhsulu  saxlamaq  lazım  deyil. 

Yaxşı olar ki, həmin tənəklərin məhsulu hələ çiçək ikən yox edilsin. 

Calaqüstü  material  hazırladıqda  çubuqların  uzunluğu  130  sm-dən  az 

olmamalıdır.  Diametri  uc  tərəfdən  azı  6  mm  olmalıdır.  Kəsilmiş  çubuqlar  elə 

həmin günü bic və bığcıqlardan təmizlənməli və 100-200 ədəddən ibarət dəstədə 

bağlanmalıdır.  Hər  dəstə  iki  yerindən  yumşaq  məftillə  bağlanmalıdır.  Səliqə  ilə 

bağlanmış  dəstələr  az  yer  tutur,  daşınanda  çubuqlar  tökülmür  və  gözcüklər 

salamat qalır. Çubuqlar tədarük edildikcə saxlayıcıya daşınmalıdır. 

Tairov  adına  Ukrayna  Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutunda 

aparılan  təcrübələr  göstərmişdir  ki,  saxlayıcılarda  yüksək  nəmlik  olduqda 

çubuqlar ( o cümlədən əkin materialının bütün növləri) nekroz xəstəliyinə tutulur. 



189

 

 



Bu  xəstəliyin  baş  verməməsi  üçün  saxlayıcıda  çubuğun  nəmliyi  kəsilməzdən 

əvvəlki nəmlik səviyyəsində olmalıdır. Bununla belə çubuğun quru çəkisi 75-80 

%-dən az olmamalıdır. 

 

9.5. Calaq ting istehsalı 



 

Üzümçülükdə  calağın  tarixinə  dair. Üzümçülükdə calağın çox qədim tarixi 

vardır.  Calaq  şərq  xalqlarından  yaponlara,  çinlilərə  və  yəhudilərə  daha  qədim 

vaxtlardan  məlumdur.  Qədim  zamanlarda  üzümçülükdə  calaq  tətbiq  etmişlər. 

Katonun,  Teofrastın,  Böyük  Pliniyin,  Kolummelin  və  eləcə  də  Virgilinin 

əsərlərində qısa da olsa calağın müxtəlif üsullarının təsviri verilmişdir. 

Lakin  qədim  vaxtlarda  üzümçülükdə  calaq  meyvəçilikdəki  qədər  geniş 

yayılmamışdır.  Avropada  filloksera  böhranına  qədər,  eləcə  də  dünyada  üzüm 

lüklərdə  keyfiyyətsiz  giləli,  xəstəliyə  tez  tutulan  və  gilələri  noxudlanan  kolların 

başqası ilə əvəz edilməsində calaqdan istifadə edilmişdir. Deməli,  üzümçülükdə 

calaq lazım gəldikdə və təsadüfdən təsadüfə tətbiq edilmişdir. 

XIX  əsrin  70-ci  illərindən  sonra  Avropa  ölkələrində  filloksera  böhranı  ilə 

əlaqədar olaraq üzümçülükdə calaqdan vacib bir tədbir kimi istifadə edilmişdir. 

Dünya  üzümçülüyünün  80  %-i  calaq  üzümlüklərdir.  Əvvəllər  öz  kökü 

üstündə  hesab  edilən  ölkələrin  üzümlükləri  hazırda  tamamilə  calaq  olmasa  da 

əksəriyyəti  calaqdır  (  Krım  və  Rostov  vilayətləri,  Krasnodar  və  Stavropol 

diyarları,  Çeçen-İnquş  və  Dağıstan  Muxtar  respublikaları,  Gürcüstan  və 

Azərbaycan).  1960-  1980-ci  illərdə  Azərbaycan  respublikasında  salınan 

üzümlüklərin 70-80 %-i calaq əkin materialından ibarət idi. 

Hazırda  Azərbaycanda  salınan  üzümlüklərin  həm  calaq,  həm  də  öz  kökü 

üstündə əkin materialı ilə olduğu da məlumdur.  

Respublikamızda  calaq  ting  becərilməsi  işinə  Y.İ.Prinsin  1926-cı  ildə 

Marseldən calaqaltı sortlarını gətirməsi ilə başlamışdır. XX əsrin 30-cu illərində 

«Konqordiya » cəmiyyəti Xanlarda və Şəmkirdə calaq ting becərən təsərrüfatlar 

təşkil  etmişdir.  Sonralar  Gəncə  şəhərinin  Nizami  adına  sovxozunda,  Aqstafa 

tinglik təsərrüfatında, Tovuzda və Qazaxda, daha sonra isə Yenikənddə calaq ting 

becərilməsinə başlandı.  

Yuxarıdakı  bəhslərdə  qeyd  etdiyimiz  kimi  respublikamız  calaq  tingə  olan 

ehtiyacını ödəmədiyinə görə onu xarici ölkələrdən gətirməyə başladı.  

Nə  qədər  ki,  filloksera  zərərvericisinə  qarşı  səmərəli  mübarizə  üsulu 

tapılmayıb  fillokseraya  davamlı  calaqaltılara  avropa  sortlarının  calanması  öncül 

mübarizə üsulu olaraq qalmaqdadır. Bir sıra Fransa üzümçüləri şərabın filloksera 

problemi  meydana  çıxana  qədər  olan  keyfiyyətinin  saxlanması  şərtilə  kolların 

fillokseradan  müdafiə  məqsədini  daşıyan  üsulu  calağın  vəzifəsi  hesab  etmişlər. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə