Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   13   14   15   16   17   18   19   20   21

Qapı aralı idi, işıq keçmişdi, Bramsın skripka və fortepiano üçün 
bir nömrəli sonatası radiodan ətrafa  
süzülürdü. Delqadina yataqda o qədər gözəl idi, özünə o qədər 
bənzəmirdi ki, onu zorla tanıdım. 
   O böyümüşdü: məsələ boyda deyil, hiss ediləcək dərəcədə 
yetkinləşmişdi, yaşından iki-üç yaş böyük  
görünürdü və indi paltar belə onun əzalarını gizlədə bilməzdi. Dik 
almacıq sümükləri, coşqun dənizin  
sahilində gündən yanmış dərisi, zərif dodaqları, qısa qıvrım saçları 
onun görkəminə Apollon əzəməti  
verirdi. Döşləri elə irilənmişdi ki, artıq ovcuma sığmırdı, ombası 
yumrulanmışdı, bədəni isə möhkəm  
və harmonik olmuşdu. Təbiətin qüdrəti məni heyran etdi, ancaq 
süni bəzək-düzək məni sarsıtdı: taxma  
kirpiklər, gümüşü lak çəkilmiş ayaq və əl dırnaqları, məhəbbətə 
heç bir dəxli olmayan ucuz ətir.  
Üstündəki zinət əşyaları məni tamamilə özümdən çıxartdı: zümrüd 
salxımlı qızıl sırğalar, təbii  
mirvaridən boyunbağı, brilyantları bərq vuran qızıl qolbaq və 
bütün barmaqlarına taxılmış qiymətli  
qaşları olan üzüklər. Naxışlı, muncuqlu gecə köynəyi, atlas 
çəkələkləri stulun üstünə qoyulmuşdu.  
Hirsimdən partladım: 


   – Ləçər! – mən çığırdım. 
   Çünki şeytan qulağıma dəhşətli fərziyyələr pıçıldayırdı. Hadisə, 
çox güman, belə baş vermişdi: qətl  
gecəsi qızı xəbərdar etmək üçün yəqin Rosa Kabarkasın nə vaxtı, 
nə həvəsi olmuşdu və polis həddibüluğa çatmamış qızı otaqda tək, 
alibi  olmadan tapmışdı. Belə vəziyyətlərdə Rosa Kabarkasın tayı- 
bərabəri yoxdu: o, qızın bakirəliyini hansısa bir yerli qarnıyoğuna 
satmışdı ki, onu bu cinayətdən  
ləkəsiz çıxartsın. Əlbəttə, qalmaqal səngiyənə qədər ilk növbədə 
bir müddət itmək lazımdı. Nə gözəl!  
Üçlükdə bal ayı, ikisi yataqda, Rosa Kabarkas isə qəşəng eyvanda 
cəzasızlığın  ləzzətini  alır. Hirsimdən əlimə keçəni necə gəldi 
divara çırpmağa başladım: gecə lampasını, radioqəbuledicini,  
ventilyatoru, güzgünü, bardağı, stəkanları. Mən bunları 
dayanmadan, dəhşətli gurultu qopararaq, ancaq  
tələsmədən və ağılla edirdim, bu da qanımın arasına girdi. Qız elə 
ilk gurultudan yerindən tullandı,  
ancaq mənə baxmadı, arxası mənə tərəf yumaq kimi yumrulanıb, 
gurultu kəsilənə qədər diksinə-diksinə 
eləcə uzanılı qaldı. Həyətdəki  toyuqlar, tezdən oyanmış itlər daha 
betər hay-küy salmışdılar. Qəzəbdən  
coşduğum vaxt beynimə bir fikir də gəldi – evi yandırmaq, ancaq 
bu zaman Rosa Kabarkas təmkinini  


pozmadan gecə köynəyində qapının ağzında peyda oldu. O heç nə 
demədi.  Vur-tut baxışları ilə dəyən  
ziyanı qiymətləndirdi və qızın qorxudan başını əlləri arasına alıb 
ilbiz kimi qıvrılsa da, sağ-salamat  
olduğunu gözüylə gördü. 
   – İlahi! – Rosa Kabarkas bərkdən dedi. – Belə bir sevgi üçün 
nələrdən keçməzdim! 
   O, məni altdan yuxarı canıyananlıqla süzüb, hökmlə: «Getdik» – 
dedi. Onun arxasına düşüb evə 
getdim, Rosa dinməzcə mənə bir stəkan su verdi, qarşısında 
oturmağa yer göstərdi və etirafımı  
dinləməyə hazırlaşdı. «Yaxşı, – o dedi, – özünü böyük kimi apar, 
de görüm, sənə nə olub?» 
   Həqiqət bildiyim hər şeyi ona danışdım. Rosa Kabarkas heç 
nəyə təəccüblənmədən dinməzcə qulaq  
asdı və guya, axır ki, başa düşdü. «Bu, möcüzədir, – o dilləndi. – 
Mən həmişə demişəm: qısqanclıq  
həqiqətdən çox bilir». Və Rosa Kabarkas heç nəyi gizlətmədən hər 
şeyi olduğu kimi danışdı. Doğrudan  
da, həmin gecəki qarışıqlıqda otaqda yatan qızı tamamilə yaddan 
çıxarıb. Müştərilərdən biri, üstəlik,  
mərhumun vəkili hamını yola gətirib, hər şeyi düzüb-qoşub və 
qalmaqal yatana qədər Rosa Kabarkası  


Kartaxena de-İndiasdakı oteldə dincəlməyə dəvət edib. «İnan, – 
Rosa Kabarkas dedi, – bütün bu  
müddət ərzində hər dəqiqə səni və qızı düşünmüşəm. Srağagün 
gələn kimi ilk əvvəl sənə zəng vurdum,  
ancaq heç kim cavab vermədi. Qız isə dərhal gəldi, ancaq elə 
dəhşətli görkəmdə idi, onu səndən ötrü  
çimizdirdim, geyindirdim, gözəllik salonuna göndərib, tapşırdım ki, 
kraliça kimi bəzəsinlər. Sən də 
gördün: o, əla idi. Qəşəng paltarlar? Bu paltarları  ən kasıb 
quşcuğazlarıma müştəri ilə rəqs etməyə 
gedəndə verirəm. Daş-qaş? Mənimdir. Diqqətlə baxmaq kifayətdir 
ki, başa düşəsən: brilyant dediyin  
şüşədir, qızıl sandığın isə adi metaldır. Odur ki, gicləmə, – o, 
sözünü tamamladı: – Get, oyat onu, üzr  
istə və nəhayət, lazım olan işi gör. Siz başqalarından daha artıq 
xoşbəxt olmağa layiqsiniz». Mən çox  
çalışdım, ona inanam, ancaq məhəbbət ağlı üstələdi. «Fahişələr!.. 
– hirs başıma vurdu. – Hamınız  
murdar fahişələrsiniz! Daha nə səni, nə sənin fahişələrini, ən çox 
da onu görmək belə istəmirəm». Rosa  
Kabarkasın heç tükü də tərpənmədi. 
   – Allah amanında, – mərhəmətlə dedi və gerçək həyata qayıtdı. 
– Otaqda törətdiklərinin hesabını isə 


sənə göndərəcəm. 
V. 
   «Mart idus «unu oxuyanda müəllifin Yuli Sezara istinadən 
yazdığı cümləyə rast gəldim: «Başqaları  
səni tanıdığı kimi olmağa məhkumsan». Nə Yuli Sezarın öz 
əsərlərində, nə Svetonidən tutmuş  
Karkopinoya qədər bütün bioqrafların mətnlərində həmin sözlərin 
ona məxsusluğunu təsdiq edən dəlilsübut tapmadım, ancaq bu 
kəlamı bilməyə dəyərdi. Onun faciəli mənası həyatımın sonrakı 
aylarında  
aydın oldu, o nəinki bu xatirələri yazmağıma, həm də bütün 
utancaqlığı atıb, Delqadinaya  
məhəbbətimdən danışmağıma təkan verdi. 
   Bir dəqiqə belə rahatlığım yox idi, buterbrodla keçinirdim, elə 
arıqlamışdım ki, şalvar belimdən  
düşürdü. Bədənimdə gəzən ağrılar sümüklərimdə yuva salmışdı, 
ovqatım heç bir səbəb olmadan qəfil  
dəyişirdi, gecələrim əsəbi yuxusuzluq içində keçirdi, ona görə 
kitab oxuya, musiqiyə qulaq asa  
bilmirdim, gündüzlər isə, əksinə, oturduğum yerdə mürgü 
vururdum. 
   Rahatlıq gözlənilmədən gəldi. Loma Freska rayonunda, 
ağzınacan dolu avtobusda yanımda oturmuş  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə