Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   13   14   15   16   17   18   19   20   21

dayanmadan, üzr istəmədən məni əlilə kənarlaşdırdı. Axtardığım 
deyildi, ancaq vüqarlı qaməti məni elə 
sarsıtdı ki, sanki, o, Delqadina idi. Başa düşdüm ki, onu ayıq və 
paltarlı vəziyyətdə tanıya  
bilməyəcəyəm, heç vaxt görmədiyi üçün o da məni tanımayacaq. 
Onu xatırladan mahnılara qulaq  
asmamağa, o mahnıları oxumamağa, yada salmamağa çalışıb, 
çılğınlıq içində üç günə on iki cüt mavi  
və çəhrayi papış hördüm. 
   İztirablarımın öhdəsindən heç cür gələ bilmirdim və anlamağa 
başladım ki, əgər məhəbbət qarşısında  
belə aciz və gücsüzəmsə, demək, qocayam. İzdihamlı ticarət 
rayonunda avtobus velosipedçi qızı  
vuranda bu, bir daha sübut olundu. Təcili yardım maşını onu 
yenicə aparmışdı, ancaq fəlakət barədə 
təzə qan gölməçəsinə və velosipeddən qalan metal yığınına görə 
mühakimə yürütmək olardı. Əzik  
velosipeddən çox, onun növü, modeli və rəngi mənə təsir etdi. Bu 
yalnız Delqadinaya bağışladığım  
velosiped ola bilərdi. 
   Görənlər deyirdi ki, avtobusun vurduğu qız gənc, hündür, arıq, 
qıvrımsaç olub. İlk rastıma çıxan  


taksini dəli kimi saxladıb, sarımtıl hasara alınmış, qumluqda itib 
batmış həbsxanaya oxşayan Şəfqət  
xəstəxanasına sürdürdüm. Klinikaya girmək üçün yarım saat 
vurnuxdum, daha bir yarım saatı ətir  
saçan çiçəkləmiş meyvə bağından çıxmağa sərf etdim, bağda 
xəstə qadın düz gözümün içinə baxıb  
qışqırdı: 
   – Mən – sən axtardığın deyiləm. 
   Ancaq indi anladım ki, bələdiyyə dəlixanasının xəstələri burada 
saxlanılır. Xidmətçinin məni təcili  
yardım şöbəsinə aparması üçün müdiriyyətə jurnalist olduğumu 
dedim. Qeydiyyat jurnalında  
yazılmışdı: Rosalba Rios, on altı yaşında, məşğuliyyəti bilinmir. 
Diaqnoz: beyin silkələnməsi.  
Vəziyyəti: orta ağır. İcazə verməyəcəklərini güman edərək, şöbə 
müdirindən soruşdum ki, xəstəni görə 
bilərəmmi, ancaq xəstəxananın necə bərbad vəziyyətdə 
olduğundan yazacağımı düşünüb, məni  
sevincək apardılar. 
   Karbol turşusunun qoxusu hopmuş, xəstələrin çarpayılarda 
büzüşdüyü iri zaldan keçdik.  
Axtardığımız qız içərilərdə bir küncdə, diyircəkli dəmir xərəkdə 
uzanmışdı. Başı bintlə sarınmışdı,  


qançır olmuş ağrılı sifətini seçmək olmurdu, intəhası, ayaqlarını 
görməyim kifayətdi ki, onun  
Delqadina olmadığını bilim. Və yalnız o məqamda qəfil düşündüm: 
«Əgər o olsa idi, neyləyəcəkdim?» 
   Səhərisi gün hələ gecənin zülmətini üstümdən çırpmamış qızın 
işlədiyi köynək fabrikinə, bir dəfə 
Rosa Kabarkasın mənə nişan verdiyi yerə yollandım və fabrik 
sahibindən xahiş etdim ki, Birləşmiş  
Millətlər Təşkilatının qitələrarası layihəsi üçün nümunə kimi təqdim 
etmək istədiyimiz müəssisəni bizə 
göstərsin. Gönüqalın, bədbin livanlı sahibkar dünya birliyinə örnək 
olmaq ümidi ilə öz səltənətinin  
qapısını həvəslə üzümə açdı.   Üç yüz qız işıqlandırılmış böyük 
binada dinməzcə düymə tikirdi. Bizi görəndə məktəblilər kimi şax  
durub, müdirləri onların ölməz düymə tikmə sənətinə bəxş etdiyi 
töhfələrdən danışana qədər gözlərinin  
ucu ilə bizi süzdülər. Mən qızların üzünə baxa-baxa oyaq, paltarlı 
Delqadinanı tanıyacağımdan  
qorxurdum. Ancaq məni öz heyranlığından hürkmüş  bir qız tanıdı: 
   – Senyor, qəzetdə məhəbbət məktubları yazan sizsiniz? 
   Yatan qadının adama bu cür sarsıdıcı təsir göstərə biləcəyini 
təsəvvürümə belə gətirməzdim.  


Xudahafizləşmədən, cəhənnəmdəki bakirə qızlardan birinin mən 
axtardığım olduğunu artıq  
fikirləşmədən fabrikdən qaçdım. Oradan çıxanda həyatda olan-
qalan istəyim ağlamaq idi. 
   Rosa Kabarkas ayın axırında zəng edib, inanılmaz bir izahat 
verdi: bankirin qətlindən sonra  
Kartaxena de-İndiasda layiqincə istirahət eləyə bilib. Təbii ki, ona 
inanmadım, ancaq belə bir uğura  
görə təbrik etdim və içimdə qaynayan sualı verməmişdən onun 
istədiyi qədər yalan danışmasına imkan  
yaratdım. 
   – Bəs o? 
Rosa Kabarkas bir xeyli susdu. «O burdadır, – Rosa, nəhayət, 
dilləndi, ancaq səsi tutulmuşdu. – Bir  
az gözləmək lazımdır». «Nə qədər?» «İndilikdə bir şey deyə 
bilmərəm, səni xəbərdar edərəm».  
Cavabdan yayındığını hiss edib, sözünü kəsdim: «Dayan, heç 
olmasa, ondan bir soraq ver». «Soraq-zad  
yoxdur, – deyib, sözünü tamamladı: – Ehtiyatlı ol, özünə, ən əsası 
da ona ziyan vura bilərsən». Eyhamlı  
danışığa qulaq asmaq halında deyildim. Yalvardım ki, həqiqətə 
yaxınlaşmağasa imkan versin. «Əslinə 


qalanda, – mən sakitləşmək bilmirdim, – biz cinayət yoldaşıyıq». 
O, sözündən bir addım da geri  
çəkilmədi. «Sakit ol, – Rosa dedi, – qız qaydasındadır və onu 
çağırmağımı gözləyir, ancaq indi heç nə 
etmək lazım deyil, bundan da artıq məndən heç nə 
eşitməyəcəksən. Xudahafiz». 
  Nə edəcəyimi bilmədən telefonun dəstəyi əlimdə quruyub 
qaldım, çünki Rosa Kabarkası kifayət  
qədər yaxşı tanıdığımdan başa düşürdüm: xoşluqla ondan heç nə 
ala bilməyəcəyəm. Günortadan sonra  
ağlımdan çox, təsadüfə güvənərək, sakitcə onun evinin ətrafında 
fırlandım, ancaq qapı yenə bağlı idi və 
sanitar xidməti tərəfindən möhürlənmişdi. Fikirləşdim ki, Rosa 
Kabarkas mənə başqa yerdən, ola  
bilsin, hətta başqa şəhərdən zəng edib və tək elə bu fikir ürəyimi 
narahatlıqla doldurdu. Ancaq saat  
altıda heç gözləmədiyim halda telefonda parol kimi eynən mənim 
sözlərim səsləndi: 
   – Bax indi – hə. 
Axşam saat onda uçuna-uçuna, ağlamamaqdan ötrü dodaqlarımı 
çeynəyə-çeynəyə konfet, halva və bir  
qutu İsveçrə şokoladı götürüb, yatağa səpələmək üçün bir səbət 
alışıb-yanan qızılgüllə oraya getdim.  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə