Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   13   14   15   16   17   18   19   20   21

tut, apar. Ümidim üzüləndə sakit balero dünyasına çəkildim. 
Ancaq bu, zəhərli su kimi təsir edirdi:  
oradakı hər söz onu xatırladırdı. Əvvəllər yazmaq üçün mənə 
sakitlik lazım idi, çünki ağlım həmişə 
əlyazmadan çox, musiqiyə can atırdı. İndi isə hər şey əksinə 
olmuşdu: mən yalnız balero sədaları  
altında işləyə bilirdim. Mən onunla nəfəs alırdım. Həmin iki 
həftədə qələmimdən çıxan məqalələrin  
hamısı əsl məhəbbət məktubları idi. Axın-axın gələn məktublardan 
əsəbiləşən redaksiya müdiri eşqə 
düşmüş oxucuları necə ovundurmağı düşünüb tapana qədər 
məhəbbət alovunu bir qədər azaltmağımı  
xahiş etdi. 
   Dinclik tapa bilmirdim, ona görə günüm baş-ayaq gedirdi. Saat 
beşdə oyanıb, qaranlıqda uzanaraq,  
Delqadinanı öz qeyri-real həyatında təsəvvürümə gətirirdim: 
qardaşlarını necə oyadır, onları məktəbə 
yola salmaq üçün necə geyindirir, evdə bir şey varsa, necə 
yedizdirir, şəhərin bir başından o biri başına  
cəzasını çəkməyə – düymə tikməyə velosipedlə necə gedir. Və 
təəccüblə özümdən soruşurdum:  
«Düymə tikəndə qadın nə barədə fikirləşir? O, mənim haqqımda 
düşünürmü? Məndən xəbər tutmaq  


üçün o da mənim kimi Rosa Kabarkası arayırmı?» Tam bir həftə 
ev xələtimi gecə-gündüz əynimdən  
çıxarmadım, yuyunmadım, üzümü qırxmadım, dişimi 
təmizləmədim, çünki məhəbbət məni çox gec  
öyrətmişdi ki, insan kimdən ötrüsə özünü səliqəyə salır, ətirlənir,  
mənim isə heç kimim olmamışdı.  
Damiana səhər saat onda məni tor yelləncəkdə çılpaq görüb, 
xəstələndiyimi fikirləşdi. Mən şəhvətdən  
dumanlanmış baxışlarla onu süzüb, bir yerdə çılpaq yellənməyi 
təklif etdim. O, saymazyana cavab  
verdi: 
   – Əgər razılaşsam, nə edəcəyinizi düşünmüsünüz? 
   Əzabın məni necə taqətdən saldığını onda anladım. Bu 
yeniyetmə həyəcanlarına görə özümü tanıya  
bilmirdim. Telefondan aralanmaqdan qorxduğum üçün evdən 
çıxmırdım. 
   Yazırdım, heç kimə zəng etmirdim və elə ilk zəngdə bunun Rosa 
Kabarkas ola biləcəyini düşünüb,  
telefona tərəf atılırdım. Gün ərzində tez-tez işimdən aralanıb, bu 
telefonda insaf olmadığını başa düşənə 
qədər günlərlə zəng vurdum. 
   Yağışlı bir axşam evə qayıdanda qapının ağzındakı pilləkəndə 
pişiyin yumaq kimi büküldüyünü  


gördüm. O, çirkli və tükləri  didilmiş vəziyyətdə idi, adamın ona 
yazığı gəlirdi. Təlimatdan başa  
düşdüm ki, pişik xəstələnib və onu həyata qaytarmaq üçün bütün 
tapşırıqlara əməl etdim. Gündüz,  
siestadan sonra oyananda isə pişiyin məni Delqadinanın evinə 
aparıb çıxara biləcəyi qəfildən ağlıma  
gəldi. Onu bazar zənbilində Rosa Kabarkasın hələ də möhürlü 
qalmış və heç bir həyat işartısı  
duyulmayan evinə gətirdim, ancaq pişik zənbildə çırpınmağa 
başladı, nəhayət, tullanıb çəpərdən bağa  
aşaraq, ağacların arasında yoxa çıxdı. Mən qapını yumruqladım; 
içəridən kimsə əsgəri qaydada  
soruşdu: «Gələn kimdir?».«Özümüzünkülərdir, – mən də eyni 
tərzdə cavab verdim. – Ev yiyəsini  
axtarıram». «Ev yiyəsi yoxdur», – içəridəki dedi. «Açın, heç 
olmasa, pişiyi götürüm». – «Pişik  
yoxdur», – içəridən eşidildi. Mən soruşdum: «Siz kimsiniz?» 
   – Heç kim, – içəridən cavab gəldi. 
   Həmişə elə hesab etmişəm ki, «məhəbbətdən ölmək» ifadəsi 
şairlərin uydurmasıdır. Ancaq həmin  
axşam onsuz və pişiksiz evə qayıdanda əmin oldum ki, belə deyil, 
mən özüm, qoca və tənha adam  


məhəbbətdən ölürəm. Bir şeyin də həqiqət olduğunu anladım: 
dünyanın heç bir ləzzətini öz əzablarıma  
dəyişməzdim. Leopardinin «Mahnılar»ını tərcümə etmək üçün on 
beş ilimi itirmişdim və yalnız həmin  
axşam onları əsl mənada hiss etdim: «Nə bədbəxtəm, əgər 
məhəbbət budursa, bəs əzab nədir». 
   Ev paltarında və üzü tüklü vəziyyətdə redaksiyaya gəlişim ağlım 
barədə bəzi şübhələr doğurdu. Şüşə 
arakəsmələrlə ayrı-ayrı kiçik otaqlara bölünərək, yenidən qurulan 
redaksiya tavandan düşən işıqda  
doğum evinə oxşayırdı. Süni surətdə yaradılan sakitlik və rahatlıq 
şəraiti adamı  pıçıltı ilə danışmağa,  
barmaqlarının ucunda yeriməyə vadar edirdi. Vestibüldə keçmiş 
krallar kimi üç ömürlük prezidentin yağlı boya ilə çəkilmiş portreti 
və redaksiyaya görüşə gələn məşhur adamların fotoşəkilləri 
nəzərə 
çarpırdı. Öndəki böyük zalın layiqli bir yerindən redaksiyanın indiki 
tərkibinin mənim ad günümdə 
çəkilən iri fotoşəkli asılmışdı. Özümü saxlaya bilməyib, fikrimdə 
onu otuz yaşımda çəkilən şəkillə 
müqayisə etdim və bir daha  əmin oldum ki, fotoşəkildə həqiqətdə 
olduğundan daha çox və daha pis  
qocalırsan. Yubileydə məni öpən katibə xəstə olub-olmamağımla 
maraqlandı. İnanmaması üçün ona  


həqiqəti deməkdən xoşbəxtlik duydum: «Məhəbbətdən 
xəstəyəm». Qadın bərkdən dedi: «Heyif ki,  
mənə olan məhəbbətdən yox!». Mən komplimentlə cavab verdim: 
«Nahaq yerə belə əminsiniz». 
   Cinayət şöbəsinin redaktoru öz otağından çıxa-çıxa qışqırdı ki, 
iki qız meyiti tapılıb, şəxsiyyətləri  
müəyyənləşdirilməyib. Mən qorxdum: «Neçə yaşındadırlar?». 
«Gəncdirlər, – cavab verdi. – Görünür,  
rejimin qatillərindən, muzdlularından qaçaraq, orta rayonlardan 
gələnlərdir». Mən rahatca nəfəs aldım.  
«Hadisələr qan ləkəsi kimi yavaş-yavaş böyüyüb, bizi də batırır», 
– mən dedim. Redaktor uzaqdan  
qışqırdı: 
   – Qanda yox, maestro, zibilin içində batırıq. 
Bir neçə gün sonra Mundo kitab mağazasının qarşısında əlində 
pişik üçün səbət tutmuş bir qız sürətlə 
yanımdan keçəndə lap betər vəziyyətə düşdüm. Məni titrətmə 
tutdu. Günortanın səs-küylü basabasında  
adamları dirsəyimlə itələyə-itələyə qızın dalınca qaçdım. Qız çox 
gözəl idi və mənim çətinliklə 
yardığım  insan selinin arasından rahatca sivişib keçirdi. Axır ki, 
onu qabaqlayıb, sifətinə baxdım. O  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə