Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

   Delqadina üçün yaxşı velosiped almağa getdim və onu 
yoxlamaqdan özümü saxlaya bilməyib,  
mağazada bir neçə dövrə vurdum. Yaşımla maraqlanan satıcı qıza 
qoca şıltaqlığı ilə dedim: bu yaxında  
doxsan yaşım tamam olacaq. O məhz mənim eşitmək istədiyimi 
dedi: «Yaşınızdan iyirmi il cavan  
görünürsünüz». Məktəb ədalarının məndə necə qaldığını özüm də 
başa düşmürdüm, ancaq içimdə 
sevinc qaynayırdı. Və mən oxudum. Basabasda,  mağaza 
piştaxtalarının arasında dövrə vuraraq,  
əvvəlcə ürəyimdə, sonra isə böyük Karuzo kimi zildən oxudum. 
Adamlar mənə baxıb əylənirdilər,  
arxamca qışqırırdılar, məsləhət verirdilər ki, «Əlil arabasında 
Kolumbiya ətrafında» yarışında iştirak  
edim. Oxumağı kəsməyib, xoşbəxt səyahətçidən vida salamı 
göndərərək, onlara əl eləyirdim. Elə həmin  
həftə hay-küy doğuran bir məqalə də yazdım: «Doxsan yaşında 
velosipeddə necə xoşbəxt olmalı». 
   Onun ad günü gecəsi Delqadinaya mahnını əvvəldən axıradək 
oxudum və bütün bədənini öpüşlərə 
qərq etdim: onurğası boyu fəqərə-fəqərə lap arıq yambızlarına, 
xallı yanına, yuxusuz ürəyinin  
döyündüyü yerə qədər. Mən öpdükcə bədəni daha da istilənib, 
təbii ətir saçmağa başladı. Onun  


bədəninin hər qarışı öpüşümdən xəfifcə titrəyirdi, hər öpüşdə bir 
başqa istilik, bir ayrı dad hiss  
eləyirdim, canından qopub gələn iniltilərlə mənə cavab verirdi, 
məmələrinin giləsi onlara toxunmayan  
barmaqlarıma doğru can atırdı. Mən səhərə yaxın yuxuladım və 
birdən, sanki, dənizin dalğaları gurultu  
ilə şahə qalxdı, duyduğum vahimə ağacdan ağaca adlayıb, ürəyimi 
dəlib keçdi. Onda vanna otağına  
gedib, güzgüyə yazdım: «Delqadina-Cüllüt, sevgilim mənim, 
budur, milad küləkləri də uçub gəldi». 
   Mənim ən əziz xatirələrimdən biri belə səhərlərin birində 
məktəbdən çıxanda keçirdiyim anlaşılmaz  
hisslərdir. Nə olub mənə? Müəllimə çaşqınlıqla dedi: «Ah, bala, bu 
ki küləkdir». Səksən il sonra  
Delqadinanın yatağında oyananda, mən eyni hissləri yaşadım və 
yenə öz vaxtında gələn dekabr idi,  
özünün aydın, təmiz səması, qum tufanları və evlərin damını 
qopardan, məktəblilərin yubkasını  
qaldıran burulğanı ilə birlikdə. Şəhər xəyali uğultu ilə dolurdu. 
Küləkli gecələrdə şəhər bazarındakı  
qışqırıqlar tində imiş kimi ən uzaq məhəllələrdə belə eşidilirdi. Və 
təəccüblü deyildi ki, dekabr küləkləri ən uzaq fahişəxanalara 
səpələnən dostlarımızı səslərinə görə tapmağa imkan verirdi. 


   Ancaq bu küləklərlə mənə pis bir xəbər də çatdı ki, Delqadina 
milad bayramını mənimlə keçirə 
bilməyəcək, öz ailəsi ilə birlikdə olacaq. Əgər bu dünyada nifrət 
etdiyim bir şey varsa, o da boyunlarına  
düşübmüş kimi adamların sevincdən ağladığı bayramlar və iki min 
il əvvəl miskin tövlədə doğulan  
körpəyə heç bir dəxli olmayan bütün bu süni işıqlar, mənasız 
milad nəğmələri, kağız bəzəklərdir. Ancaq  
Milad gecəsi qüssəmi boğa bilməyib, otağa onsuz getdim. Gecəni 
yaxşı yatdım və oyandım ki,  
yanımda şimal ayısı kimi dal ayaqlarının üstündə gəzən yumşaq 
tüklü ayı balası, bir də açıqca var: «Pis  
ataya». Rosa Kabarkas mənə demişdi ki, Delqadina güzgüyə 
yazdığım sözlərə baxıb, onlardan yazmağı  
öyrənir və qızın rəvan hərfləri məni fərəhləndirdi. Ancaq Rosa 
məni daha bir xəbərlə kədərləndirdi, ayı  
balası onun hədiyyəsi idi. Yeni il gecəsi öz evimdə saat səkkizdən 
yerimə girib, heç bir ağrı-acı hiss  
etmədən yuxuladım. Mən xoşbəxt idim, çünki saat on ikini 
vuranda aramsız çalınan zəng səslərinə,  
fabrik fitlərinə, yanğınsöndürən maşınların siqnallarına, sahildən 
aralanan gəmilərin yanıqlı fəryadına,  
barıt partlayışlarına və fişənglərin partıltısına baxmayaraq, 
Delqadinanın barmağının ucunda otağa  


girdiyini, yanımda uzanıb, məni öpdüyünü hiss elədim. Elə aydın 
hiss elədim ki, onun öpüşündən  
dodağımda biyan qoxusu qaldı. 
IV. 
   Oyaq vaxtı da bir yerdə yaşayırıqmış kimi, yeni ilin əvvəlində 
bir-birimizi tanımağa başladıq, elə 
astadan zümzümə etməyə öyrəşdim ki, yuxudan ayılmadan  eşidə 
bilsin və bədəninin təbii dili ilə mənə 
cavab versin. Onun ovqatı yatışından duyulurdu. Əvvəllər üzgün 
və bir az kobud olan Delqadina  
tədricən, elə bil, daxili rahatlıq əldə etdi, sifəti daha da gözəlləşib, 
yuxuları rəngbərəng oldu. Mən  
həyatımı ona danışırdım, adı çəkilməsə də, həmişə yalnız onu 
nəzərdə tutduğum məqalələrimin  
qaralamasını qulağına oxuyurdum. 
   Bir dəfə anamın zümrüd qaşlı sırğalarını onun yastığının üstünə 
qoydum. Növbəti görüşümüzdə 
sırğaları taxmışdı, ancaq ona yaraşmırdı. Bu dəfə başqasını, 
dərisinin rənginə uyğun olanı gətirdim. Və 
izah etdim: əvvəl gətirdiyim sifətinlə, saçının forması ilə tutmurdu. 
Bu yaxşı olacaq. Növbəti iki  
görüşdə sırğaların heç birini taxmadı, ancaq üçüncü görüşə mən 
dediyimlə gəldi. Məsələ aydın oldu: o,  


mənim dediyimlə hərəkət etməmişdi, ancaq mənə xoş olsun deyə 
məqam gözləmişdi. Həmin günlər ev  
şəraitinə elə alışdım ki, çılpaq yatmağı tərgitdim və gecələr 
çoxdan istifadə etmədiyim Çin ipəyindən   
pijamanı geyinməyə başladım. 
   Fransız yazıçısı, fransızların özündən çox dünyanın məftun 
olduğu Sent-Ekzüperinin «Balaca  
şahzadə»sini ona oxumağa başladım. Oyanmasa da, bu onu 
maraqlandıran ilk şey idi, ancaq o qədər  
maraqlandırdı ki, kitabı sona çatdırmaq üçün iki gecə dalbadal 
gələsi oldum. Biz sonra Perronun  
«Nağıllar»ını, «Müqəddəs tarix»i, «Min bir gecə»nin uşaqlar üçün 
işlənmiş variantını oxuduq və 
oxuduqlarımın ona nə dərəcədə maraqlı olduğunu bunlar 
arasındakı fərqdən, nə qədər bərk yatdığından  
başa  düşdüm.  Lap bərk yuxuladığını hiss eləyəndə işığı keçirib, 
onu qucaqlayaraq, xoruz banına kimi  
yatırdım. 
   Mən xoşbəxt idim, nəvazişlə onun göz qapaqlarından öpürdüm 
və gecələrin birində, sanki, səmada  
gün doğdu: o, ilk dəfə gülümsədi. Sonra isə birdəncə yataqda 
kürəyini mənə çevirib, narazı halda dedi:  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə