Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

   Uzanmamışdan tualet ləvazimatlarını çıxartdım, pas atmış 
ventilyatorun yerinə təzəsini qoydum və 
rəsm əsərini divardan elə asdım ki, yatağından görə bilsin. Sonra 
yanında uzanıb, onu seyr etməyə 
başladım. Mənim evimdə gəzən həmin qızdı: qaranlıqda 
toxunmaqla məni tanıyan əllər, pişik kimi  
yumşaqca yerə basdığı ayaqlar, mələfəmdəki  həminki tər qoxusu 
və üskük taxdığı həmin barmaq.  
Ancaq inanılmaz şeydi: canlı surətdə gördüyüm, əllərimi 
toxundurduğum adam xəyalımda  
yaşatdığımdan daha az real idi. «Divarda, sənin qarşı tərəfində 
tablo var, – qıza dedim. – Bu tablonu  
Fiqurita çəkib, biz onu çox sevirdik, o, dünyanın ən yaxşı 
fahişəxana rəqqası idi, elə mərhəmətliydi,  
hətta şeytana da yazığı gəlirdi. O, bu tablonu Syerra Nevada-de-
Santa-Mariya dağlarında qəzaya  
uğramış təyyarənin dəmiri üzərində gəmi boyası və öz itinin 
tükündən düzəltdiyi fırça ilə çəkib.  
Tabloda təsvir olunan qadın onun monastırdan qaçırıb evləndiyi 
rahibədir. Mən şəkli elə yerdən  
asmışam, oyananda  ilk gördüyün o olsun». 
   Gecə saat birdə mən işığı keçirəndə o, yenə həmin vəziyyətdə 
uzanmışdı və elə sakit nəfəs alırdı ki,  


sağ olduğuna inanmaq üçün hətta nəbzini yoxladım. Damarlarında 
səssiz mahnı kimi axan qan  
bədəninin ən gizli yerlərinə çatıb, sevginin təmizlədiyi ürəyinə 
qayıdırdı. 
   Keçən dəfə getməmişdən qabaq onun əl cizgilərini kağıza 
köçürdüm və ürəyini oxumaq üçün onu  
Diva Saxibə verdim. Ortaya belə şeylər çıxdı: o yalnız fikrində 
olanları deyir. Əl işində çox  
qabiliyyətlidir. Ölmüş adamla əlaqədədir, ondan kömək umur, 
ancaq əbəs yerə: güvənə biləcəyi adam  
yanındadır. Heç kimlə yaxınlıq etməyib, ixtiyar yaşında ərli qadın 
kimi öləcək. İndi onun kişisi var,  
qarabuğdayıdır, ancaq bu onun həyatının kişisi deyil. Onun səkkiz 
uşağı ola bilər, intəhası, yalnız  
üçünü doğmaq qərarına gələcək. Əgər ürəyinin və ağlının 
dediklərinə əməl etsə, otuz beş yaşında əlinə 
xeyli pul gələcək, qırx yaşında isə miras alacaq. Çox yerlər 
gəzəcək. Onun ikili həyatı, ikili taleyi var  
və öz taleyinə təsir eləyə bilər. Maraq xətrinə hər şeyi təcrübədən 
keçirmək istəyir, ancaq ürəyinin  
səsinə qulaq asmasa, peşmançılıq çəkəcək. 
   Məhəbbət həyəcanları içində tufanın viran qoyduğu evi 
sahmana saldım, eyni zamanda, vaxtım  


olmadığından, ya pulsuzluq ucbatından illərlə yığılıb qalan bir çox 
şeylərə də əl gəzdirdim. Kitabların  
yerini dəyişib, bir zaman oxuduğum qaydada düzdüm. Axır ki, 
qədimdən qalan yadigarlarla – pianola  
və klassik musiqi yazılmış yüzdən çox valla xudahafizləşib, köhnə, 
ancaq məndəkindən daha yaxşı,  
NiFi dinamikalı valoxudan aldım, bundan da ev dərhal xeyli 
əzəmətləndi. Mən tamamilə müflis olmaq  
dərəcəsinə çatdım, ancaq möcüzə hamısının əvəzini çıxırdı: bu 
yaşda mən hələ sağ idim. 
   Ev yenidən canlanmışdı, mən isə Delqadinaya olan, əvvəllər heç 
vaxt duymadığım, içimi ağzınacan  
dolduran xoşbəxt sevgimin qoynunda üzürdüm. Onun sayəsində 
doxsan yaşında ilk dəfə özümlə 
üzbəüz gəlmişdim. Və anladım ki, hər əşyanın öz yerində 
durmasına, hər işin vaxtında görülməsinə, hər  
sözün öz səpkisi olmasına həddindən artıq fikir vermək heç də 
nizama salınmış ağlın xidməti deyil,  
əksinə, təbiətimdəki nizamsızlığı ört-basdır etmək üçün 
uydurduğum bir üsuldur. Anladım ki,  
intizamlılıq heç də mənim üstün cəhətim deyil, yalnız öz 
əhlikefliyimə göstərdiyim reaksiyadır;  
səxavətli görünməyim xırdaçılığımı gizlətmək, ehtiyatlı adam kimi 
tanınmağım pis fikirlərimi  


pərdələmək üçündür, çünki barışdırıcılıq təbiətimdən irəli gəlmir
hirs-hikkəmin üzə çıxmasından  
qorxuram, ona görə dəqiqəm ki, başqasının vaxtını nə qədər az 
qiymətləndirdiyimi bilməsinlər. Və 
nəhayət, kəşf etdim ki, məhəbbətin ürəyə heç bir dəxli yoxdur, bu 
– Zodiak bürclərinin işidir. 
   Mən başqa adam olmuşdum. Yeniyetməliyimdə həvəslə mütaliə 
etdiyim klassiklərə təkrar qayıtmaq  
istəsəm də, bacarmadım. Anamın zorla oxutmağa çalışdığı, mənim 
isə zəhləm getdiyi romantik  
ədəbiyyata girişdim və məhz onun sayəsində anladım ki, dünyanı 
hərəkətə gətirən yenilməz qüvvə heç  
də sonu xoşbəxtliklə bitən məhəbbət deyil, uğursuz məhəbbətdir. 
Böhran mənim musiqi  zövqümü də 
korlayanda özümü qoca, geridə qalmış hiss etdim və ürəyimi 
təsadüfi sevinclərin üzünə açdım. 
   Özümdən soruşuram, bu qədər qorxduğum və bais olduğum 
düşkünlüyə necə oldu ki, qapıldım. Mən yalançı buludlarda 
uçurdum, əbəs yerə kim olduğumu başa düşmək üçün güzgü 
qabağında özümlə 
danışırdım. Elə bil, sayıqlama içində idim və bir dəfə daş, butulka 
atan tələbələrin nümayişini görüb,  
əlimdə mənim həqiqətimi aləmə car çəkən transparantla ilk 
cərgədə addımlamaqdan özümü zorla  


saxladım: «Mən məhəbbətdən dəli olmuşam». 
   Yatan Delqadinanın surəti gözümün önündən çəkilmirdi və mən 
heç bir niyyətim olmadan öz bazar  
məqalələrimin xarakterini tamamilə dəyişdim. İndi nə yazırdımsa, 
ondan ötrü yazırdım, ondan ötrü  
gülüb-ağlayırdım və hər yazdığım sözlə ömrümün bir zərrəsi 
gedirdi. Adət etdiyim yazı tərzimdən  
fərqli olaraq, daha məhəbbət məktubları şəklində yazmağa 
başladım, indi bunu hamı özününkü kimi  
oxuya bilərdi. Redaksiyaya təklif etdim ki, mətn mətbəə şrifti ilə 
yığılmasın, mənim əllə yazdığım  
gözəl xətlə çap olunsun. Əlbəttə, redaksiya müdiri bunu növbəti 
qoca şöhrətpərəstliyinə yozdu, ancaq  
baş direktor onu dərhal zərb-məsələ çevrilən bircə cümlə ilə 
inandırdı: 
   – Yanılmayın: dinc dəlilər gələcəyi yaxınlaşdırır. 
   Eşqə düşmüş oxuculardan ardı-arası kəsilmədən gələn 
məktublar özünü çox gözlətmədi. Bəzi  
məktubları vacib xəbər kimi hətta radioda oxuyurdular, müxtəlif 
üsullarla onların üzünü çıxarıb, qaçaq  
yolla gətirilmiş siqaret kimi San Blas küçəsinin tinlərində satırdılar. 
Bu məktublar lap əvvəldən özünü  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə