Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

getmişəmmiş. 
   Bu boş yalanlar məni hiddətləndirdi. «Yaxşı, – Rosa Kabarkas 
sözünü davam etdirdi, – indi də lap  
sən deyəndir, o, peşman olub. Zavallı qız burada, mənim 
yanımdadır. İstəyirsən dəstəyi ona verim?»  
«Yox, yox, Allah xatirinə», – mən etiraz etdim. 
   Katibə redaksiyadan zəng vuranda mən yazmağa başlamışdım. 
Dedi ki, direktor səhər saat on birdə 
səni görmək istəyir. Mən düz vaxtında gəldim. Dözülməz hay-küy 
binanı başına götürmüşdü, kürzün  
tırıltısından qulaq batırdı, sement tozundan, bitum buxarından 
nəfəs almaq olmurdu, ancaq redaksiya  
bu hay-küydə düşünməyə artıq öyrəşmişdi. Müdiriyyətin otaqları 
isə, əksinə, sərin və sakit idi, elə bil,  
bizim yox, başqa bir ideal ölkənin ərazisiydi. 
   Yeniyetməyə oxşayan III Mark Tulli məni qapının ağzında 
görəndə telefonla danışa-danışa ayağa  
qalxıb, masanın üstündən əlini mənə uzatdı və başının hərəkəti ilə 
oturmaq təklif etdi. Əvvəl  
fikirləşdim ki, telefonun o biri başında heç kim yoxdur, məndə 
təəssürat yaratmaq üçün bu teatrı  
çıxarır, ancaq tezliklə anladım: o, qubernatorla danışırdı və bu, 
illərin düşmənlərinin çətin danışığı idi.  


Ancaq düşünürəm ki, rəhbərliklə ayaq üstə danışsa da, direktor, 
hər halda, mənim qarşımda özünü  
işgüzar göstərməyə çalışırdı. 
   Görünür, son dərəcə dəqiqlik onun qüsuru idi. İlk ömürlük 
prezidentdən, fahişə alverindən var-dövlət  
qazanandan sonra təcrübə sayəsində jurnalist olan ata 
babasından fərqli olaraq, o, iyirmi doqquz  
yaşında artıq dörd dil bilirdi və üç beynəlxalq diplomu var idi. 
Direktor özünü sərbəst aparırdı,  
yaraşıqlı və sakitdi, onun obrazına uyuşmayan yeganə şey səsində 
duyulan saxta notlar idi. O, yaxasına  
təbii orxidey taxılmış idman üslublu pencəklər geyinirdi və geyimi 
bədəninə elə otururdu ki, sanki,  
onun bir hissəsi idi, əynindəkilərin heç biri yağışlı hava üçün 
nəzərdə tutulmamışdı, hamısı yalnız onun  
kabinetindəki parlaq yaz havası üçün idi. Buraya gələndə 
geyinməyə, az qala, iki saat vaxt itirmişdim  
və birdən öz kasıblığıma görə utandım, bu da məni lap 
hirsləndirdi. 
   Hər şeydən əlavə, qəzetin 25 illik yubileyi münasibəti ilə 
əməkdaşların birlikdə çəkdirdikləri,  
ölənlərin başının üstünə xaç işarəsi qoyulmuş fotoşəkildən 
öldürücü zəhər yağırdı. Mən sağdan üçüncü  


idim; kənarları qatlanmış şlyapada, iri düyün vurulmuş, mirvarili 
sancaq taxılmış qalstukda, mülki  
polkovnik kimi qırx yaşına qədər saxladığım burma bığımla və 
koruş seminariya tələbəsi kimi yarım  
əsr sonra daha ehtiyacı duymadığım metal sağanaqlı eynəkdə. Bu 
fotoşəkli müxtəlif illərdə müxtəlif  
kabinetlərdə görmüşdüm, ancaq yalnız bu dəfə onun mənası 
mənə çatdı: lap əvvəldən burada çalışan  
qırx səkkiz adamdan yalnız dördü hələ sağ idi və bizdən ən kiçiyi 
çoxsaylı qətllərə görə iyirmi illik  
həbs cəzası çəkirdi. 
   Direktor telefon söhbətini bitirdi və mənim fotoşəklə baxdığımı 
görüb gülümsədi. «Xaçları mən  
qoymamışam, – dedi. – Məncə, bu yaxşı iş deyil. – O, masa 
arxasına keçib, başqa tərzdə danışdı: –İcazə verin  deyim ki, 
tanıdığım insanlar arasında ən anlaşılmazı sizsiniz. – Və 
təəccübümə rəğmən,  
birbaşa mətləbə keçdi: – Mən sizin işdən çıxmanızla bağlı ərizəni 
nəzərdə tuturam». Mən zorla macal  
tapıb deyə bildim: «Bu – mənim həyatımdır». O etiraz etdi ki, elə 
ona görə də bu çıxış yolu deyil.  
Məqalə isə onun çox xoşuna gəlib və qocalıq haqqında 
düşüncələrim onun oxuduqları arasında ən  


yaxşısıdır, bu səbəbdən də məqaləni  bütün vətəndaşlıq 
hüquqlarından mərhum edilmə qərarı ilə 
bitirməyin heç bir mənası yoxdur. «Xoşbəxtlikdən, – direktor dedi, 
– Murdar Qar Adamı məqaləni  
oxuyanda yazı artıq səhifələnibmiş və məqalə senzora 
qəbuledilməz görünüb. Heç kimlə 
məsləhətləşmədən məqaləni öz Torkvemada karandaşı ilə 
qaralayıb. Səhər bundan xəbər tutanda  
hakimiyyət orqanlarına etiraz notası göndərməyi tapşırdım. Bu 
mənim borcumdur, ancaq öz aramızda  
qalsın, boynuma alım ki, özbaşınalığına görə senzora 
minnətdaram. Ancaq notanın diqqətdən kənarda  
qalmasına imkan vermək fikrim yoxdur». O, ürəkdən xahiş edir: 
gəmini açıq dənizdə tərk etməyin. Və 
sözünü təmtəraqla bitirdi: «Biz hələ sizinlə musiqi haqqında çox 
danışacağıq». 
   Direktor sözündə elə qətiyyətli idi ki, aramızdakı ziddiyyətləri 
hansısa bir bəhanə ilə 
dərinləşdirməkdən qorxdum. Əslində, gəmini tərk etmək üçün elə 
bir səbəb yox idi və ancaq vaxt  
udmaqdan ötrü bu dəfə də hə deyəcəyim fikri məni dəhşətə 
gətirdi. Göz yaşı axıdacaq qədər  
biabırcasına kövrəldiyimi gizlətmək üçün özümü ələ almalı oldum. 
Və illər keçəndən sonra da,  


həmişəki kimi, yenə hərə öz fikrində qaldı. 
   Şənlikdən daha çox hay-küyü ilə yadda qalan həftəni yola verib, 
çapçıların bağışladığı pişiyi  
götürmək üçün heyvan yetişdirmə müəssisəsinə getdim. 
Heyvanlara, eləcə də, hələ dil açmamış  
körpələrə uyğunlaşa bilmirəm. Mənə elə gəlir, onların ürəyi laldır. 
Deyə bilmərəm ki, onları sevmirəm,  
sadəcə, onlara dözmürəm, çünki onlarla davranmağı 
öyrənməmişəm. Kişinin öz iti ilə arvadından daha  
yaxşı dil tapması mənə qeyri-təbii görünür. Ona həyatı, hansı 
saatlarda yeyib-yeməməyi öyrədir, onunla  
danışır,  dərd-sərini bölüşür. Ancaq çapçıların bağışladığı  heyvanı 
götürməmək onların xətrinə dəyərdi.  
Üstəlik də, bu pişik parıltılı çəhrayımtıl tükləri, yanar gözləri olan 
qəşəng anqora pişiyi idi, elə də 
miyoldayırdı, deyirdin, bu saat danışacaq. Onu səbətdə
şəhadətnaməsi və qatlanan velosiped kimi  
istifadə təlimatı ilə birlikdə verdilər. 
   Hərbi patrul San Nikolas parkına daxil olmaq istəyən adamların 
sənədlərini yoxlayırdı. Belə bir şeylə 
heç vaxt rastlaşmamışdım, bunun məndə yaratdığı ağır təəssüratı 
isə qocalıq əlaməti  saydım.  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə