Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Komandirləri, az qala, yeniyetməyə oxşayan patrul dörd nəfərdən 
ibarət idi. Sərt dağlıq ərazidən olan  
bu sağlam oğlanlardan burdaq iyi gəlirdi. Dəniz havasından 
yanaqları qızarmış zabit diqqətlə onlara  
göz qoyurdu. O, şəxsiyyət və jurnalist vəsiqəmi yoxlayıb, səbətdə 
nə olduğunu soruşdu. «Pişikdir», – 
dedim. Baxmaq istədi. Pişiyin sıçrayıb qaçacağından qorxub, 
səbətin qapağını çox ehtiyatla açdım,  
ancaq patrul səbətin dibini yoxlamaq istədi və pişik onu 
cırmaqladı. «Əla anqora pişiyidir», – zabit  
dedi. Nəsə pıçıldaya-pıçıldaya pişiyi sığalladı, pişik ona toxunmadı, 
ancaq ona fikir də vermədi. «Neçə 
yaşı var?» – zabit maraqlandı. «Bilmirəm, – dedim, – onu mənə 
indicə bağışlayıblar». «Qoca olduğuna  
görə soruşuram, yəqin, on yaşı olar». İstədim bunu hardan 
bildiyini və bəzi başqa şeyləri öyrənəm,  
ancaq ədəbli davranışına, gözəl tələffüzünə baxmayaraq, onunla 
danışmağa heyim yoxdu. «Məncə, onu  
atıblar, əldən-ələ keçib, – zabit dedi. – Ona diqqətlə yanaşın, 
məcbur etməyin ki, siz istəyəni eləsin,  
əksinə, siz onun istədiyini eləməyə çalışın, onun etibarını 
qazanana qədər gözləyin». O, səbətin  
qapağını örtüb soruşdu: «Bəs siz nə ilə məşğulsunuz?». 
«Jurnalistəm». «Çoxdan?». «Bir əsrdir», – 


cavab verdim. «Elə bu cür də fikirləşirdim», – o dedi. Əlimi sıxdı 
və xudahafizləşəndə dediyi sözləri  
həm xeyirxah məsləhət, həm də xəbərdarlıq kimi qəbul etmək 
olardı: «Özünüzdən muğayat olun». 
   Günorta telefonu söndürdüm ki, çox nəfis seçilmiş musiqinin 
sehrinə dalım: Vaqnerin orkestr ilə 
klarnet üçün rapsodiyası, Debüssinin saksafon üçün rapsodiyası 
və əsərlərinin kəskin dönüşlərində 
behişt istirahəti bəxş edən Brüknerin simli alətlər üçün kvinteti. 
Mən otağın alaqaranlığına qapıldım.  
Və birdən hiss etdim ki, masanın altından nəsə keçdi, mənə elə 
gəldi ki, bu canlı varlıq deyil,  
fövqəltəbii substansiyadır, o, mənim ayağıma toxundu, səs, 
ardınca isə sıçrayış eşidildi. Bu, pişik idi,  
qəşəng tüklü quyruğu ilə sirli-sehrli ləng, mifik varlıq və mənim 
tüklərim biz-biz oldu: otaqda insan  
olmayan canlı varlıqla tək qalmışdım.   Qüllədə saat yeddini 
vuranda qızarmış səmada bircə dənə tənha parlaq ulduz qalmışdı 
və hansısa  
gəmi sahildən aralanıb həsrətli vida fiti verdi, baş tuta biləsi, 
ancaq baş tutmayan bütün Sevgilərin  
qəhəri məni boğdu. Daha dözə bilmədim. Telefonun dəstəyini 
qaldırdım, ürəyim az qalırdı sinəmdən  


çıxsın, çaşmayım deyə dörd rəqəmi yavaş-yavaş yığdım və üçüncü 
siqnaldan sonra səsi tanıdım.  
«Yaxşı, – rahat nəfəs aldım, – səhərki əsəbiliyə görə məni 
bağışla». Rosa heç nə olmamış kimi dedi:  
«Eybi yoxdur, sənin zəngini gözləyirdim». Mən xəbərdarlıq etdim: 
qoy Allah onu necə yaradıbsa, o cür  
də olsun, sifətinə heç bir boya vurmasın. O, bərkdən güldü. 
«Özün bilən yaxşıdır, intəhası, onun  
paltarını bir-bir çıxartmaq ləzzətindən özünü məhrum edirsən
bilmirəm niyə, ancaq qocalar belə 
etməyi xoşlayırlar». «Mən isə bilirəm, – cavab verdim. – 
Soyundurduqca onlar bir az da qocalırlar». O  
razılaşdı. «Oldu, – dedi, – deməli, düz axşam saat onda, nə qədər 
ki istəyir, özünü yetir». 
III. 
   Adı necə idi? Rosa mənə deməmişdi. Həmişə onu, sadəcə 
olaraq, «ninya» – «qız» adlandırırdı. Mən  
də ona «ninya» dedim, «Ninya, gözümün işığı», ya «Ninya», 
Kolumbun balaca karavellası. Rosa  
Kabarkas müxtəlif müştərilər üçün qəyyumluq etdiyi qızlara 
müxtəlif adlar verirdi. Bəzən məzələnib,  
adı sifətə görə tapmağa çalışırdım, lap əvvəldən də əmin idim ki
qızın Filomena, Saturnina, ya Nikolas  


kimi uzun adı var. Qız o biri üzünə, kürəyi mənə tərəf çevriləndə 
bu haqda düşünürdüm və mənə elə 
gəldi ki, bədəni böyüklükdə qan gölməçəsinin içinə uzanıb. Ətim 
ürpəşdi, mələfədə vur-tut tər ləkəsi  
olduğuna inanandan sonra özümə gəldim. 
   Rosa Kabarkas mənə məsləhət vermişdi ki, qızla ehtiyatlı 
davranım, o hələ qorxur, hər halda, ilk  
dəfəsidir. Üstəlik də, mərasimin ciddiyyəti qorxunu artırdığından, 
qıza daha çox pişikotu vermək lazım   
gəlmişdi; indi sakitcə uyuyur, onu oyatmağa qıymırsan. Və mən 
onun üçün kralın ata sevgisindən  
məhrum olan kiçik qızı Delqadina – Çəlimsiz haqqında mahnını 
zümzümə eləyə-eləyə dəsmalla tərini  
silməyə başladım. Sildikcə musiqinin ritminə uyğun olaraq gah o 
yana, gah bu yana dönürdü:  
«Delqadina, Cüllüt, səni çox istəyəcəklər». Bundan əməllicə ləzzət 
alırdım, çünki bir böyrünü silməyə 
macal tapmamış, yenə tərləmiş o biri böyrünü mənə tərəf 
çevirirdi, belə ki, mahnı bitmək bilmirdi.  
«Dur, Cüllüt, geyin, Cüllüt», – onun qulağına oxuyurdum. 
Mahnının sonunda, kralın qaravaşları onu  
yataqda susuzluqdan ölmüş görəndə mənə elə gəldi ki, qızcığazım 
öz adını eşidib, indicə oyanacaq.  


Çünki o elə, doğrudan da, Delqadina – Cüllüt idi. Mən öpüşlərlə 
bəzənmiş alt paltarında yatağa uzanıb,  
qızın yanında özümə yer elədim. Saat beşə kimi onun həniri 
altında yatdım. Yuyunmadan tezcə 
geyindim və yalnız bu vaxt dodaq boyası ilə güzgüyə yazılmış 
sözləri gördüm: «Pələng yemək dalınca  
uzağa getmir». Keçən gecə burada olmadığım yadımdadır, başqa 
heç kim də bu otağa girə bilməzdi,  
ona görə həmin sözləri şeytanın nəsihəti kimi qəbul etdim. Göy 
gurultusunun qorxunc səsi məni  
qapının ağzında haqladı və otağa nəm torpağın  qoxusu doldu. 
Qaçıb taksi tapana qədər dəhşətli leysan  
tökdü. May-oktyabr aylarında yağan belə leysanlar şəhəri yaman 
günə qoyurdu, çaya enən qızmış  
qumlu küçələr qabağına çıxan hər şeyi ağzına alıb aparan gur selə 
çevrilirdi. Üç aylıq quraqlıqdan  
sonra şəhəri yaxalayan həmin qeyri-adi sentyabr yağışları həm 
nicatverici, həm də dağıdıcı ola bilərdi. 
   Evin qapısını açan kimi bütün varlığımla hiss etdim ki, tək 
deyiləm. Divandan sıçrayıb eyvana qaçan  
pişiyi bir an gördüm. Boşqabda  qoyduğum yeməyin artığı 
qalmışdı. Sidiyin və təzə pişik nəcisinin  
üfunəti hər şeyə hopmuşdu. Bir vaxtlar öyrəndiyim latın dili kimi, 
pişiyi də öyrənmişdim. Təlimatdan  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə