Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

oxumuşdum ki, pişik ifrazatını torpağa, mənim evim təki həyətsiz 
evlərdə isə gül dibçəyinə basdırır, ya  
xəlvət bir künc axtarıb tapır. Ən yaxşısı odur ki, elə ilk gündən 
pişiyi yönəltmək üçün mən etdiyim  
kimi, qum tökülmüş bir yeşik qoyasan. Təlimatda o da yazılmışdı 
ki, yeni evdə pişik ilk əvvəl öz  
ərazisini gözaltı eləyib, qalan hər yeri batırır və yəqin, məsələ elə 
bunda idi, ancaq təlimatda bununla  
necə mübarizə aparmaq barədə yazılmamışdı. Məni vərdişlərinə 
öyrətmək üçün o öz işində idi, ancaq  
uzanıb dincəldiyi xəlvəti yerləri, dəyişkən ovqatının səbəblərini 
açmamışdı. Mən ona müəyyən  
saatlarda yeməyi, eyvandakı qum dolu yeşikdən istifadə etməyi, 
yatdığım vaxt yatağıma sıçramamağı  
və süfrədəki xörəyi iyləməməyi öyrətmək istəyirdim, ancaq ona 
təlqin eləyə bilmədim ki, ev – onun şəxsi mülkiyyətidir, heç də 
hərbi qənimət deyil. Bezib axırda pişiyi başlı-başına buraxdım. 
   Axşama yaxın leysan tökdü, qasırğa az qalırdı evi yerindən 
qoparsın. Asqırırdım, başım ağrıyırdı,  
hərarətim yüksəlmişdi, ancaq mənə, sanki, heç bir yaşda və 
şəraitdə hiss etmədiyim güc, qətiyyət  
gəlmişdi. Daman yerlərin altına ləyən qoydum, aydın oldu ki, 
yırtıq-deşik keçən qışa nisbətən çoxalıb.  


Ən iri yırtıqdan daman su artıq kitabxananın sağ tərəfini basmağa 
başlamışdı. Oradakı yunan və latın  
kitablarını xilas etməyə tələsdim, ancaq kitabları rəfdən götürəndə 
divardan su fışqırdı, demə, boru  
partlayıbmış. Vaxt qazanıb, kitabları xilas etmək üçün bacardığım 
qədər deşiyə əski tıxadım. Yağış və 
külək parkda get-gedə lap tüğyan edirdi. Birdən göy dəhşətlə 
guruldadı və ildırım tavanı doğradı, qatı  
kükürd qoxusu ətrafı bürüdü, eyvanın şüşələri sındı və dənizdən 
qalxan fırtınalı külək cəftələri qoparıb, 
evə soxuldu. Ancaq heç on dəqiqə də keçmədi ki, hər şey birdən 
sakitləşdi. Gün çıxıb, qır-qırıntı və 
zibillə örtülmüş küçəni qurutdu, isti geri qayıtdı. Leysan keçdi, 
amma evdə tək olmadığım duyğusu  
qaldı. Bunun bir izahı var: həqiqətən baş verən şeylər bəzən 
unudulsa da, heç vaxt baş verməyən şeylər   
həqiqətən olubmuş kimi yadda qalır. Və indi o leysanı xatırlayanda 
özümü evdə tək-tənha hiss etmirəm,  
Cüllüt də həmişə mənimlədir. Gecə qızı elə yaxında hiss etdim ki, 
onun nəfəsini, yastığıma söykənən  
yanağının hərdən necə titrədiyini də duydum. 
   Yalnız onda anladım ki, bu qısa vaxtda birlikdə çox işlər görə 
bilərdik. Yadımdadır, kitabxanada  


kətilin üstünə çıxmışdım, o isə güllü donunda oyanıb, islanmasın 
deyə kitabları yığırdı. Onun təpədən  
dırnağa islanmış halda, topuğa qədər su içində tufanla vuruşaraq, 
evdə oyan-buyana qaçdığını  
görürdüm. Xatirimdədir, ertəsi gün o, bu evdə çoxdan unudulmuş 
səhər yeməyi hazırladı və mən gecə 
seldən sonra döşəməni qurulayıb, evi sahmana salana qədər süfrə 
açdı. Və süfrə arxasında onun necə 
tərs-tərs mənə baxması heç vaxt yadımdan çıxmaz: «Sən axı niyə 
belə qoca vaxtında mənimlə tanış  
oldun?» Mən ona həqiqəti dedim: məsələ yaşda deyil, özünü neçə 
yaşda hiss etməyindədir. 
   Həmin vaxtdan onu yadımda elə aydın saxlamışdım ki, onunla 
istədiyimi eləyirdim. Ovqatımdan asılı  
olaraq, gözünün rəngini dəyişirdim. Yuxudan duranda bu gözlər 
dəniz rəngində olurdu, güləndə mis  
rəngində, hirslənəndə alov rəngində. Yenə də ovqatımdan asılı 
olaraq, onu yaşına və şəraitə uyğun  
geyindirirdim: iyirmi yaşında – aşiq olmuş təvazökar qadın, qırx 
yaşında – özünü kübar qadınlara  
bənzətməyə çalışan yüngüləxlaqlı qadın, yetmişində – Babilistan 
çariçası, yüz yaşında isə – müqəddəs.  
Birlikdə Puççininin eşq duetlərini, Aqustina Laranın bolerosunu, 
Karlos Qardelin tanqosunu oxuyurduq  


və bir daha inanırdıq ki, oxuya bilməyənlər bunun necə böyük 
xoşbəxtlik olduğunu təsəvür eləməzlər.  
İndi mən tamamilə əminəm: bu, ağlın çaşması deyildi, doxsan 
yaşında ömrümdə ilk dəfə məni tapan  
məhəbbətin möcüzəsi idi. 
   Evi qaydaya salandan sonra, Rosa Kabarkasa zəng vurdum. 
«İlahi! – səsimi eşidib qışqırdı, – mən isə 
elə bilirdim sən boğulmusan». O anlaya bilmirdi ki, necə olur, 
gecəni qızla keçirəsən, ancaq yenə ona  
toxunmayasan. «Bəlkə o, xoşuna gəlmir, öz işindi, amma özünü, 
heç olmasa, böyük kimi apar».  
İstədim ona izah eləyəm, di gəl Rosa birdən mövzunu dəyişdi: 
«Yaxşı, səndən ötrü yaşca ondan böyük  
bir gözəl qız da var, o da bakirədir. Atası onu evə dəyişmək 
istəyir, intəhası, sövdələşmək olar». Ürəyim  
əsdi. «Sən nə danışırsan, – qorxub tezcə etiraz etdim, – həminkini 
istəyirəm, hər şey də razılaşdığımız  
kimi mübahisəsiz və cəncəlsiz olsun». Dəstəkdən bir müddət səs 
çıxmadı, nəhayət, sakitləşmiş səs, elə 
bil, özü ilə danışırmış kimi dedi: «Hə, hiss olunur, həkimlər bunu 
qocalara xas kəmağıllıq  
adlandırırlar». 


   Mən oraya düz saat onda, sual verməmək kimi qeyri-adi 
nəzakətinə görə yadımda saxladığım tanış  
sürücü ilə getdim. Özümlə kiçik ventilyator, Orlando Rivera-
Fiquritanın sevdiyim rəsm əsərini, eləcə 
də şəkli asmaq üçün çəkic-mismar götürmüşdüm. Yolüstü 
dayanıb, diş fırçası, diş məcunu, əl-üz  
sabunu, tualet suyu «Aqua de-Florida» və biyanlı nabat aldım. 
Kağız güllər olan dibçəyi əvəz etmək  
üçün güldan, bir dəstə də hind qızılgülü almaq istədim, ancaq hər 
yer artıq bağlanmışdı, məcbur olub  
kiminsə bağından yenicə açmış bir neçə astromeliya oğurladım. 
   Ev sahibəsinin məsləhətinə əməl edib, məni bağa açılan qapıda 
görməsinlər deyə evə arxadan,  
akveduk tərəfdən yaxınlaşdım. Sürücü xəbərdarlıq etdi: «Ehtiyatlı 
olun, ağa, bu evdə adam öldürürlər».  
Mən cavab verdim: «Eşq yolunda ölmək də olar». Həyət qaranlıq 
idi, ancaq pəncərələrdə işıq yanırdı, altı otağın hamısında isə 
bayağı musiqi  guruldayırdı. Mənim otağımdan eşidilən Migel 
Matamorosun  
bolerosunu oxuyan amerikalı tenor don Pedro Varqasın məlahətli  
səsi daha hündürdən çıxırdı. Hiss  
etdim ki, indicə öləcəm. Nəfəsim kəsilirdi, qapını itələdim və 
Delqadinanı yataqda həmişə xatırladığım  
kimi gördüm: o, çılpaq halda, ürəyinin üstündə şirin-şirin yatırdı. 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə