Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   13   14   15   16   17   18   19   20   21

qadın – onun avtobusa nə vaxt mindiyini görməmişdim – 
qulağıma pıçıldadı: «Hələ də bacarırsan?»  
Gənc yaşlarından məni daimi müştərisi kimi qəbul edib
şıltaqlıqlarıma dözən keçmiş sevgilim məğrur  
Kasilda Armanta idi. Xəstəhal və kasıb vəziyyətdə işdən ayrılıb, 
ona dayaq duran, öz soyadını verən,  
onu, bəlkə, bir az da sevən çinli bostançıya ərə getmişdi. Yetmiş 
üç yaşında da Kasilda həmişəki çəkisini, gözəlliyini və sənətinə xas 
olan güclü xarakterini, sərbəstliyini saxlamışdı. 
    O məni dənizə gedən yolun üstündəki təpədə, çinlilərin 
bostanının arasında yerləşən  evinə apardı.  
Qıjıların, boy atmış astromeliyaların əhatəsində, damından quş 
qəfəsləri asılmış kölgəli eyvanda  
çimərlik kürsüsündə oturduq. Başlarında konusvari  şlyapa təpənin 
ətəklərinə səpələnən çinlilər şaxıyan  
günün altında bostan əkirdilər. Aşağıda iki qayalıq dambanın arası 
ilə çayın bir neçə liq axıb dənizə 
çatdığı Bokas de-Senisanın boz torpaqları göz işlədikcə uzanıb 
gedirdi. Söhbət etdiyimiz vaxt ağ okean  
gəmisi çayın mənsəbinə girdi və gəminin cöngə kimi qəmgin 
böyürtüsü çay limanından eşidilənə qədər  
dinməzcə onu seyr etdik. O, köks ötürdü: «Təsəvvür edirsən? 
Yarım əsrdən də artıq müddətdə səni ilk  


dəfədir yataqda qəbul etmirəm». «Biz indi əvvəlki adamlar 
deyilik», – mən dedim. Qadın məni  
eşitmədən sözünə davam etdi: «Hər dəfə sənin yazıların radioda 
veriləndə, adamların səni necə 
sevdiyindən ağızdolusu danışılanda, kimsə səni məhəbbət 
müəllimi adlandıranda, inanırsan,  
fikirləşirəm ki, sevgidə necə canını əsirgəmədiyini, necə bacarıqlı 
olduğunu mənim qədər heç kim  
bilmir. Ciddi sözümdür, – o dedi, – səninlə heç kim məndən yaxşı 
ola bilməzdi». 
   Daha müqavimət göstərəsi halda deyildim. Kasilda bunu hiss 
etdi, yaşarmış gözlərimi gördü və 
yəqin, yalnız onda başa düşdü ki, artıq əvvəlki adam deyiləm, 
mən isə onun baxışlarına, heç  
inanmadığım halda, mərdliklə tab gətirdim. «Mən qocalıram», – 
etiraf etdim. «Biz artıq qocayıq, – o,  
köks ötürdü. – Sadəcə, qocaldığımızı daxilən hiss etmirik, ancaq 
kənardan baxanlar bunu görürlər». 
   Ürəyimi ona açmaya bilməzdim və doxsanilliyim ərəfəsində Rosa 
Kabarkasa etdiyim ilk zəngdən  
tutmuş, otaqda hər şeyi darmadağın edib, bir də oraya 
qayıtmadığım həmin dəhşətli gecəyə qədər içimi  
parçalayan bütün əhvalatı başdan-ayağa ona danışdım. Ürəyimi 
açıb tökməyimə elə qulaq asırdı, sanki,  


bunları özü yaşamışdı, sonra tələsmədən bir az düşünüb  
gülümsədi. 
   – Əlbəttə, özün bilən yaxşıdır, ancaq bu xilqəti itirmə, – Kasilda 
dedi. – Tək-tənha ölməkdən betər  
bədbəxtlik yoxdur. 
   Biz Puerto-Kolombiaya araba kimi can çəkə-çəkə sürünən 
balaca qatarla getdik. Bokas de-Senisanın  
dibini  təmizləyənə qədər bütün dünyanın ölkəyə daxil olduğu 
ovulmuş taxta bəndin qarşı tərəfində 
nahar edib, cüssəli zənci arvadların qızardılmış parqo balığı, 
üstünə yaşıl banan dilimləri qoyulmuş  
kokoslu düyü verdiyi, palmadan düzəldilən talvarın altında 
oturduq. Günortanın bürküsündə iki saat  
mürgülədik, sonra isə alışıb-yanan günəş dənizdə batana qədər 
söhbət elədik. Hər şey mənə xəyal kimi  
görünürdü. «Həyatın işinə bir bax, bizə bal ayı bəxş etdi, – Kasilda 
zarafatla dedi. Və ciddi görkəm  
aldı: – İndi geriyə dönüb baxanda yatağımdan gəlib keçmiş 
minlərlə kişi görürəm, ancaq onlardan ən  
fağırının belə mənimlə qalması üçün canımı verərdim. Allaha 
şükür, vaxtında öz çinlimi tapdım. Nə 
olsun, şeyi çeçələ barmağım boydadır, intəhası, bilirəm ki, təkcə 
mənimdir». 


   O, gözlərimin içinə baxıb, indicə dediklərinə reaksiyamı 
öyrənəndən sonra sözünü tamamladı: «Bu  
saat get, o yazığı axtar, hətta qısqanclığının pıçıldadıqları düz olsa 
da, fərqi yoxdur, necə deyərlər,  
neyləmisənsə, özün eləmisən. Əlbəttə, qoca romantikasını da rədd 
elə getsin. Oyat onu, qorxaqlığına,  
alçaqlığına görə şeytanın səni mükafatlandırdığı mərətinlə kişiliyini 
ona sübut et. Ciddi deməyimi  
istəyirsənsə, – sözünü səmimiyyətlə bitirdi, – sevdiyinlə olmaq 
zövqünü dadmamış ölmə». 
   Ertəsi gün telefonun nömrəsini yığanda ürəyim az qalırdı 
yerindən çıxsın. Çünki Delqadina ilə yeni  
görüşdən qorxurdum, çünki Rosa Kabarkasa nə cavab verəcəyimi 
bilmirdim. Otağındakı dağıntının  
qiymətini öz xeyri üçün şişirdəndə aramızda əməlli-başlı mübahisə 
olmuşdu. Anamın xeyli pula gedəsi  
rəsm əsərlərindən ən çox sevdiyim birini satası oldum, ancaq 
lazım olan məqamda o, mənim fikrimdə 
tutduğumun heç onda birini də doğrultmadı. Aldığımın üstünə öz 
saxlancımı da əlavə edib, hamısını  
Rosa Kabarkasa apardım və sözümü kəsəsinə dedim: «Ya bu, ya 
heç bir şey». Deməyə nə ehtiyac,  
intihara yaxın bir hərəkətdi, mənim təmiz adımı məhv etmək üçün 
bircə sirrimi satmağı kifayət idi. O  


inad etmədi və haqq-hesab çəkdiyimiz gecə girov saxladığı 
tablonu özünə götürdü. Bir zərbə ilə hər  
şeyi itirdim: Delqadinanı, Rosa Kabarkası və öz sonuncu 
əmanətimi. Ancaq telefon qəfil zəng vurdu:  
bir, iki, üç… və dəstəkdə o idi: «Neyləyək?» Səsim mənə qulaq 
asmadı. Dəstəyi yerinə qoydum. Tor  
yelləncəyə uzanıb, Satinin ürəyə məlhəm olan lirikası ilə özümü 
sakitləşdirməyə çalışdım, ancaq elə 
tərlədim ki, hətta kətan yelləncək də islandı. Zəng etmək üçün 
səhəri gözləməyə səbrim çatmadı.   – Yaxşı, – qətiyyətlə dedim. – 
Bu gün – hə. 
   Rosa Kabarkas – başqa cür ola da bilməzdi – heç nə olmamış 
kimi cavab verdi. «Ay tənha qoca, – 
özündən razı halda nəfəs aldı, – iki ay ilim-ayaq itirsən, sonra da 
peyda olub, mümkün olmayan şey  
xahiş edirsən». O dedi ki, Delqadinanı bir aydan çoxdur görmür, 
deyəsən, sən otağı darmadağın edəndə 
keçirdiyi sarsıntıdan özünə gəlib, o qədər özünə gəlib ki, bunu heç 
xatırlatmadı, səni də soruşmadı,  
ümumiyyətlə, öz yeni işindən razıdır, əvvəlkindən yaxşıdır, düymə 
tikəndə aldığından çox pul alır. İçim  
od tutub yandı. «Yəqin, fahişəliyə qurşanıb», – dedim. Rosa 
dərhal etiraz etdi: «Elə olsa, burda olardı.  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə