Q. Q. Markes Hüznlü fahişələrim



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix26.08.2018
ölçüsü0,58 Mb.
#64429
1   ...   13   14   15   16   17   18   19   20   21

«İlbizləri İsabel ağlatdı». Söhbətimizin qızışacağından 
həvəslənərək, o danışdığı tərzdə soruşdum: «Bəs  
onlar kimindi?» O cavab vermədi. Səsi, danışıq tərzi aşağı təbəqə 
adamınınkına bənzəyirdi, sanki, onun  
deyildi, sanki, içində başqa biri gizlənmişdi. Ürəyimdə heç bir 
şübhə qalmadı: o, yatmış vəziyyətdə 
mənim daha çox xoşuma gəlirdi. 
   Yeganə problemim pişik idi. O, həyata marağını tamamilə 
itirmişdi, iki gün kefsiz halda öz küncündə 
oturdu və  baytar həkimə aparmaq üçün Damiana onu səbətə 
qoymaq istəyəndə yaralı yırtıcı kimi məni  
cırmaqladı. O, çırpınan pişiyi zorla səbətə qoyub, evdən apardı. Bir 
müddət sonra heyvan yetişdirmə 
müəssisəsindən zəng vurdu ki, başqa əlac yoxdur, onu öldürmək 
lazımdır, ancaq bundan ötrü sizin icazəniz olmalıdır. Öldürmək 
niyə? «Çünki çox qocadır», – Damiana dedi. Hirslə fikirləşdim ki, 
onda  
məni də pişiklər üçün sobada diri-diri yandırmaq olar. İki od 
arasında əlacsız vəziyyətdə qalmışdım:  
pişiyə isinişə bilməmişdim, ancaq vur-tut qoca olduğuna görə 
öldürülməsinə də ürəyim gəlmirdi. Bu  
təlimat hanı, görəsən, orada nə deyilir? 
   Bu hadisə məni elə həyəcanlandırdı ki, bazar günü məqaləmi 
Nerudadan götürdüyüm «Pişik balaca  


ev pələngidir?» başlığı lə yazdım. Məqalə növbəti dəfə cəmiyyəti 
iki yerə, pişiyin tərəfində olanlara və 
olmayanlara parçaladı. Beş gün sonra qocalığına görə yox
cəmiyyətin sağlamlığı naminə pişiyi  
öldürməyin tamamilə mümkün olması fikri üstünlük qazandı. 
   Anamın ölümündən sonra yuxuda kiminsə mənə toxuna 
biləcəyindən həmişə qorxurdum. Bir dəfə 
bunu hiss etdim, ancaq anamın səsi məni sakitləşdirdi: Figlio mio 
poveretto . Bunu bir dəfə də səhərə 
yaxın Delqadinanın otağında duydum, elə bildim mənə toxunan 
odur, az qaldım sevincimdən tullanam.  
Ancaq yox: bu, zülmətdə peyda olan Rosa Kabarkas idi. «Tez 
geyin, gedək, – o dedi, – mənim ciddi  
problemim var». Təsəvvür eləyə biləcəyimdən daha ciddi 
problemdi. Fahişəxananın hörmətli  
müştərilərindən birini girəcəkdəki otaqda bıçaqlayıb 
öldürmüşdülər. Qatil qaçmışdı. Suda bişmiş toyuq  
kimi solğun, iri, çılpaq, ancaq ayağında ayaqqabı olan meyit qan 
içində yataqda sərilib qalmışdı. Onu  
qapının kandarından tanıdım: boy-buxunlu, qəşəng, yaxşı 
geyinməyi bacaran, ən əsası, ailəsinin  
təmizliyi ilə tanınan çox böyük bankir X.M.B. idi. Boğazında dodaq 
kimi qıpqırmızı iki yara yeri vardı,  


qarnında isə qan axan iri deşik. Meyit hələ soyumamışdı. Ancaq 
məni yaralardan çox, büzüşmüş  
cinsiyyət üzvünə, deyəsən, istifadə olunmamış prezervativin 
keçirilməsi heyrətləndirdi. 
   Rosa Kabarkas bankirin kimlə olduğunu bilmirdi, çünki onun da 
evə bağdakı qapıdan gəlmək  
imtiyazı var idi. O, bankirin kişi ilə olduğunu da istisna etmirdi. 
Fahişəxana sahibəsinin məndən  
istədiyi bircə şeydi – meyiti geyindirməyə kömək etmək. O, özünü 
elə sakit aparırdı, ağlımdan keçdi ki,  
yəqin, ölüm onun alışdığı adi bir şeydir. «Meyit geyindirməkdən 
çətin iş yoxdur», – mən dedim.  
«Allahın köməyi ilə bunu etmişəm, – Rosa bildirdi. – Onu tutan 
olsa, geyindirmək asandır». Mən  
şübhələndim: «Səncə, doğram-doğram edilmiş, ancaq ingilis 
centlmeni kimi kostyumunun ütüsü  
pozulmamış meyitə inanarlar?» 
   Bu yerdə Delqadina sarıdan qorxdum. «Yaxşı olar onu buradan 
aparasan», – Rosa Kabarkas məsləhət  
gördü. «Əvvəlcə – meyit», – vahimələnərək dedim. O bunu sezdi 
və öz nifrətini gizlətmədi: «Sən ki  
titrəyirsən!». «Ona görə, – mən israr etdim, ancaq bu, həqiqətin 
yarısı idi. – Qıza de, neçə ki tökülüşüb  


gəlməyiblər, burdan getsin». «Yaxşı, – Rosa söz verdi, – ancaq 
jurnalist olduğuna görə sənə heç nə 
olmaz». «Sənə də, – əsəbiliklə bildirdim. – Sən bu hökumətdə 
yeri, çəkisi olan yeganə liberal  
siyasətçisən». 
   Qədimdən bəri öz təhlükəsizliyi, sakitliyi ilə seçilən şəhər, elə bil, 
lənətə gəlmişdi – dəhşətli və 
qalmaqallı qətllər barədə xəbərlər hər il onu sarsıdırdı. Bu dəfə 
başqa cür oldu. Diqqəti çəkən başlıqla  
verilən rəsmi məlumatda təfərrüata varılmadan xəsisliklə bildirilirdi 
ki, gənc bankir Pradomar  
şosesində hücuma məruz qalaraq, bıçaq zərbəsilə qətlə yetirilib; 
cinayəti doğuran səbəb məlum deyil.  
Onun düşməni olmayıb. Hakimiyyətin məlumatında qətli yerli 
əhalinin dinc xarakterinə qətiyyən xas  
olmayan cinayətkarlığın artmasında günahkar bilinənlərin – 
ölkənin orta vilayətlərindən köçənlərin  
törətdiyi ehtimal edilirdi. Elə ilk saatlarda əllidən çox adam 
saxlanılmışdı. 
   Mən hiddətlənmiş halda, iyirminci illərin tipik jurnalisti, yaşıl 
sellüloid günlüklü kepka qoymuş,  
köynəyinin qollarına rezin taxmış, hər şeyi baş verməzdən əvvəl 
bildiyini güman edən cinayət şöbəsi  


redaktorunun yanına getdim. Ancaq bu dəfə əlində elə bir 
əhəmiyyətli dəlil-sübut yox idi və işimi  
ehtiyatlı tutub, cinayətin mənzərəsini tamamladım. Həmişəki kimi 
hansısa çox etibarlı mənbəyə istinad  
edərək, qəzetin birinci səhifəsi üçün ikilikdə səkkiz sütunluq xəbər 
yazdıq. Ancaq senzor Murdar Qar  
Adamı söhbətin, guya, liberalların quldur hücumundan getdiyini 
bildirən rəsmi xəbəri qəzetə sırımağa  
macal tapdı. Ən həyasız və izdihamlı dəfn mərasimi zamanı vicdan 
əzabım kədərli dilxorluqla əvəz  
olundu. 
   Evə qayıdıb, Delqadinanın başına nə gəldiyini bilmək üçün elə 
həmin axşam Rosa Kabarkasa zəng  
vurdum, ancaq telefon dörd gün cavab vermədi. Beşinci gün 
canımı dişimə tutub, onun evinəyollandım. Qapılar möhürlənmişdi, 
ancaq polis yox, sanitar xidməti tərəfindən. Qonşular heç nə 
bilmirdilər. Delqadinadan iz qalmamışdı və mən təhlükəli, bəzən 
də gülməli axtarışlara başladım,  
əməllicə taqətdən düşmüşdüm. Uşaqların oynadığı, Simon 
Bolivarın uçub tökülmüş heykəlinə 
dırmaşdığı parkdakı tozlu skamyada günlərlə oturub, gənc 
velosipedçi qızlara göz qoyurdum. Qəşəngqəşəng fahişələr pedalı 
fırladaraq, yanımdan ötürdülər, hamısı da hazır, gözüyumulu əlini 
at, istədiyini  


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə