Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə3/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11

Qurtqa gəlib nə dedi:

“El yaylağa köç edir,

Həm də kədərli gedir,

Tək oğlundan ayrılır.”

Gördülər Qoca qarı ,

Nazlı, yungül yerişlə,

1450. Koblana yaxınlaşdı,

Gözəl Qurtqa söylədi:

Əyilməyən gümüşüm,

Allahımla qovuşsun,

Sevinc, gülüşüm mənim,

Mən sənə qovuşanda,

Dünyam işıqla doldu.

Qızıldan çox şey olur,

Sənsə cənnətsən mənə,

Qeysi-Kövsər suyundan,

1460. Cənnətin meyvəsisən,

Aslanım salamat ol.

Hara sən üz qoyursan,

Dönmək deyilmi müşkül?!

Sən ilxıda ala at,

Tüklər bərk, üzün qara,

Heç qardaşın da yoxdur,

Sən yeganə oğulsan.

Qaynanamın, qaynımın,

Dövlətdən gözü doymuş,

1470. Diriykən bezib candan

Allahdan oğul diləmiş.

De, atar belə oğul

Öz ata, anasını?!

Sultanım bu səfərdən,

Lazımdır geri dönmək,

Tərsliklə inadkarlıq,

Yaxşı sonluq gətirməz.

Yox, getmək fikrindəsə,

Əyil bir üzünü qoy

1480. Qaynımın sinəsinə.

Qara doğulan kəslər,

Sabunla heç ağarmaz,

De, niyə məkrlisən,

Bəs kimi eşidirsən?

Öz dediyin olmasa,

Heç kimə inanmazsan?

Bilmədiyin düşmənin,

Üstə gedirsən indi sən?

Əlvida, sultanım, get,

1490. Allahın amanında.

Sənə nəsə olanda,

Biz necə biləcəyik.

Hündür dağ aşrımından,

Tayburılla keçərsən,

Yaxşı-yaman desəm də,

Qurtqanın qədrin bilərsən.

Qurtqanın dediyinə,

Onda önəm verərsən.

Səfərdəki kiyatları,

1500. On iki il də ötərsən.

Qazanın fəth etdiyi

Qırlıqala, Sirlini...

Əvvəl Sirlini alarsan.

Ondan bir az kənarda,

Kaskarlıq* ki, görünür,

Zirvəsinə qalxarsan.

Atına ot verərək,

Yürüşə hazır edərsən.

Özün dincəl, sultanım,

1510. Sənin yaşıdın Qaram,

Qazanın fəth etdiyi,

Qırlıqalanı istəyir.

Amma bil ki, alammaz.

Altı cərgə xəndəyi,

Atla adlaya bilməz.

Qarşında da öyünməz,

O dağın zirvəsinə,

Qaraman qardaşın gələr.

Onu utandırarsan,

1520. O, sənə arvad dedi.

Dağ zirvəsində aşrım,

Ona bənzər de, hanı,

Bunu yaxşı bilirik,

Həmtay daim dost deyil.

Kobiktinin iki atı,

Çəpinə qaçan anda.

O zaman inanarsan,

Mindiyin bu Burılın,

Qırx üç günü keçməyib.

1530. Hündür aşırımları

Tayburılla keçərsən,

Yalnız onda bilərsən,

Qurtqanın düz dediyin.

Doxsan yaşlı qaynatam,

Qalar sanki lüt-üryan.

Onun cırıq kürküsə,

Güclə dizinə çatar.

Qızılbaşlar elində,

Dabanına döyəndə,

1540. Şahım, sonda gələrsən.

Altmış yaşlı qaynanam,

Yun çırpıb, ip əyirəndə,

Süddən pendir tutanda,

Qəmdən yaşlar tökəndə,

Sən o vaxt qayıdarsan.

Qarındaşın Qarlıqaş,

Çiynində dəsmalıyla,

Piyaləsi əlində,

Dəstərxanı əlində,

1550. Belə kəmər bağlayıb,

Qızılbaşlar elində.

Çayı qaynadacaqlar,

Şahım, sonda gələrsən.

Dişsizlər qüvvətlisi,

Payız otu vaxtında,

Mən sənsiz tək qalanda,

Düşmənlərdən güclüsü,

Sahib olmaq istəsə,

Məni zindana atsa,

1560. Qəm könlümü doldursa,

Sultanım sonda gəlib.

Köhlən atın belində,

Sən ən şanlı batırsan.

Xudam dediyi yolla.

Ölüncə gedər hər kəs,

Allah iziniylə, sultanım,

Sən səfərə çıxırsan.

Əlvida! Bir də əlvida!

Allah sənə yar olsun!

1570. Yer üzündə yekimi,

Tapşırıram xudaya.

Yaxşı nişançı bilir,

Necə atsın qu quşun.

Allahın hər bəndəsi,

Görər Qeysi-Kövsəri*,

Salamat qayıtmasan

Deməsən “Mənim Qurtqam?”

Yolda ölümə düşsən, yensən.

Haqqa üzünü tutsan.

1580. Aslanım, qarşısında dursan,

Məni yadına salsan,

Sultanım, məni axtar,

Məhşər gününü görüb.

Rəsul önündə duraq.”

Bu anda Koblandıya,

Yaxınlaşır anası.

Qucaqlayaraq onu,

Göz yaşın sel eyləyir.

On səkkiz min aləmin!

1590. Tək yaradıcısı padşah!

Eşit bu sözlərimi.

On üç yaşlı Koblanı,

Nolar yenə qucaydım,

Kitabların içində,

Qırx peyğəmbər adı var.

Zirvə Qiyas peyğəmbər!

Sizdən başqa kimim var?!

Baş-başına bir canıq,

Dəm verməsən biz batdıq.

1600. Övliyalar, salın göz,

Bir ilxıda böyümüş,

Təkcə baxar Burıl at.

Qoymaz bir güllə dəysin,

Batırın bir yerinə.

Davudun* dəbilqəsi.

Silahları asılıb,

Qılafı da yanında.

Qılafda xəncər altın,

Üst yerində sap altın,

1610. Qından çıxdı cingildər,

Ələ aldın parıldar.

Qında qaldı parlamır,

Sıyrılmış nizə kimi,

Daşa dəydi kütləşmir,

Üst yerində sap altın.

Çırağımı, canımı,

Yaşat onu salamat.

Qoy yaşasın amanat.

Ağ şahin özün öyməsin,

1620. O da bir gün vaxt gələr,

Qala ağzındakı arxa...

İxlas ata Şəşt* Əziz.

Səfərə çıxan quzumu,

Mən sizə tapşırıram.

Qoy çırağım düşməsin,

Altmış yaşa gələndə

Koblan tək oğul doğdum,

Oldu mənim sonum bu?!

Bu getdiyi səfərdən

1630. Salamat qayıtsa o,

Ekiz doğumuş qoyunu,

Qurban kəsərəm ona.

İki ekiz dəvəni,

Qurban dedim yolunda

İki ekiz öküzü,

Qurban dedim yolunda.,

İllər həsrət çəkdiyim,

Tək oğulum, övladım,

Məni gör bədbəxt edir.

1640. Səfərə çıxan quzumu,

Allaha dost Mühəmbət*,

Tək tapşırdım adına.

Göl yiyəsi Qəmbər* – ay

Çöl yiyəsi Qəmbər – ay,

Qəmbər, kömək etməsən?!

Bəs kim ona hökm edər?!

Qazana hardan yol verdin,

Zəhlə tökən Qaraman?

İmkan verməz Burıl at,

1650. Yandakı onu keçsin.

Düşmən axtarır yalqızım,

Yaxında yox, uzaqda.

Qış olmasa ilxı çıxmaz,

Göllərdə qamışlıqdan.

Səfərə çıxan quzumu,

Yenə sənə tapşırdım.

O, Qali* aslanımı

Ayaz gündə bəslərdim.

Beşik başına əyilcək,

1660. Səsimdən oyanardı.

Altından beşik düzəltdim,

Ağ ipəyə bələdim.

Gözlədiyim quzuma

El xoşbəxtlik dilədi.

Qabırğam əyilirdi,

Qurumuş döş dolurdu,

Dar qurşaq genəlirdi,

Onu qaz balası tək,

Yanımda aparırdım.

1670. Alanda qolum üstə,

Onu bal tək yalardım.

Mənim özüm doğduğum,

Sən ey müqəddəs Həzrət*

Sən ey böyük yaradan,

Qızılbaş başqa, biz-ümmət,

Quzumu sizə tapşırdım.

Allahın Rəsulu Məhəmbət,

Bu balama kömək et.

Onda Koblandı dedi:

1680. “Dayan, anam, ağlama,

De, niyə ağlayırsan?

Səfərdən dönməyincə

Ata-ana, el-yurdumu,

Tapşırıram xudaya.

Qaraman ordunu yığıb.

Həm sağa-sola baxıb,

Bu anda Koblandını,

Hamı dövrəyə aldı.

Qarısa yaş içində!

1690. Qoca Toktarın isə

Gözü yaşdan şişmişdi,

Dizləri titrəyirdi,

Bir addım çəkilmirdi.

Yol ortasında durub,

Ağlayıb, hönkürürdü.

Koblan geri dönmədi.

“Yalqızıma kömək ol”,

Qoca qarıyla birgə,

Xudaya əl açdılar.

1700. Koblan Burıla mindi,

At qızışdı, oynadı.

Lap böyük dəvə təki,

Yerdə cövlan eylədi,

Batır qışqırıb dedi:

Burıl boğanaq olub,

Ayağı yerə dəymədi,

Qulağından tər axdı,

Qalxanda dik yuxarı,

1710. Köpükləndi sağrısı.

Yollarda uçurumlar,

Orda olan çuxurlar.

Atından məmnun batır,

Haqqa düşgün bahadır

Dedi: Allahı anaram,

Haqq, Yaradan, həm Xudam,

Qurtqa yar evdə qaldı,

Mən heç qüssələnmirəm,

Mənə layiqdi yarım,

Qurtqa sənə dedi tülpar,

1720. Yoxlayın sözün düzünü,

Necədi bu Burıl at?!

Qoltuqda qoşa qanad.

Üstündə mən amanat,

Quyruğu sıx, yumşaq yal,

Sözümə mənim, qulaq sal”.

Altın, gümüş sıx yalın

Sanki altındı sənin,

Üstündəki tüklərin,

Altındı, həm gümüşdü,

1730. Mənim dostum Burılım,

Tərləmə - hava sərin.

İlxı içində sən tülpar,

İgidlər də mən şahin,

Yal quyruq qaçağanlar,

Səni heç vaxt ötəmməz .

İnsanlardansa inan,

Kimsə məni yeyəmməz.

Arxada qaldı aul,

Burdan lap uzaqlarda,

1740. Azovun düzlərində,

İlxılar qamışlıqda.

Düşünüb daşındılar –

Koblan arxada qaldı,

Səfərə çıxan kiyatlar,

Namusun qorusunlar.

Canım, qəlbim, Burıl at,

Zirvə gücünə sən çat.

Əgər tülpar at olsan,

Quşdan geri qalmazsan.

1750. Qırx gün qalıb çatmağa,

Biz Qazanın yanına.

Sənin tək tülpar üçün,

Bu yol heç uzaq deyil,

Pul göndərdim bazara,

Həm rəng, həm də bez ala.

İlxını otarırsan,

Arka* otlaqlarında.

Canım qəlbim, Burıl at.

Mənə yaxşı qulaq as,

1760. Qırx gün yolluq Qazana,

Sən elə bu gün yetiş.

Əgər belə olmasa,

Qurtqanın, həm də mənim,

Sənə ümidimiz itər”.

Cüyür kimi cəld atım,

Bal, şəkər kimi dadım.

Əlimdəki qamçıyla,

Bir, ya iki də vurdum,

Tayburılın yanından,

1770. Əziz canım Burıla,

Bir az da əzab verdim.

Nə edim? Belə etdim,

Qarğa, quzğun sevindi.

Koblanın qamçısından,

At budundan qan axdı.

Tayburıl cana gəldi,

Sanki canından keçdi.

Qamçı vurdum yanına,

Bulandı al qanına,

1780. Üst dodağı səyridi,

Alt dodağı səyridi.

Tayburıl dilə gəldi.

Tayburıl belə dedi:

Hər yan söyüd, qarağac,

Hara çatmaz qara yel.

Qaçağanda yal yaxşı,

Qamçıyla döydün məni.

Batır olan nər Koblan,

Bundan mən ölməsəm də,

1790. Azca qaldı ki öləm.

Qızılbaş şəhərinə

Sən qalmısan intizar.

Ata-ana təkisən.

Darıxmağın əvəzin,

İndi məndən çıxırsan.

Dörd əl-ayağım yorğa,

Mən getdim üzgün yola,

Üstümdə oturanda,

Heç bir zədə almaram,

1800. Həm də ki yorulmaram,

Axı at yaranmışam.

Sən tək bir batır üçün,

Çətin yolu keçməkçün,

Tanrıya yalvarmışam”.

Qırx gün yolluq Qazana,

Deyirsən mən tez çatım,

Məgər asandırmı bu,

Göydə uçan quş üçün?!

Çətin olsa da belə,

1810. Koblan, mən çalışıram.

Axı sənə vəd vermişəm.

Namazdigər* keçən vaxt,

Namazşamsa gələn vaxt,

Qazan aldığı qalanı,

Mən sənə göstərməsəm?!

Sən bu əziz dostunu,

Burılı, sirdaşını,

Qurban eylə Xudaya.

Koblan buna sevindi,

1820. Sanki ürəyi dindi:

“Mənim çırağım, Burıl,

Çovğun tək vıyıldadı,

Dabanı yerə dəymədi,

Dağa, daşlara qalxdı,

Qulağından tər axdı.

Yoxuşda tər gur axır,

Zirvəni tez fəth edir,

Yoldakı daş parçasın,

Sanki gilə döndərir.

1830. Bu karaşat*, ya kaus*.

İncə səsli Tayburıl,

Uzağı yaxın eylədi,

Ad-sanını qorudu.

Gün hələ qalxmamışdı,

Tam günorta yerinə.

Burıl at düz qaçırdı

Şəkləyib qulaqların,

Göldə bitən qamış tək.

Günorta çevriləndə,

1840. At lap heydən düşmüşdü.

Xam dəritək dartıldı,

Çidardan qurtaran tək,

Dörd əl-ayaq qaçırdı.

Məftil kimi əyilir,

Öndə gedən orduya,

Koblan çatmaq istəmədi.

Bu haqda düşünmədi.

Qaçağan Tayburıl da,

Yaxşılar yaxşısı tək,

1850. Dünyaya gəlmiş Koblan

Günorta əyiləndə,

Həmin orduya çatdı.

At çapırdı Qara-Bukan,

Çiyin sümükləriylə

Tas açıb, fala baxan.

Yaxınlaşdı Bukana,

Həm də salam eylədi,

Söylə səndən qabaqda,

Bir kişi varmı?! Dedi.

1860. Qara-Bukan söylədi:

“İlxı içində olan,

Gözümüz nuru Koblan”.

Elə bildik itibdi,

Özündən böyük ağadan

Heç at kənar qalarmı?!

O dağ silsiləsindən,

Qoçdövlət varıb gedir.

Tayburıl yaman qızdı,

Tezcədə ona çatdı,

1870. Yüyənindən yapışdı.

“Sən məndən yaşca böyük

Səndən öndə kimsə var?

Osa dedi: “Ala at.

Elə bildik itibdi,

Bu batır Koblandımız,

Sərttüklü, həm qara at.

O dağ silsiləsindən,

Çapıb getdi Ağgözü,

Tayburıl qəzəbləndi,

1880. Ona çatıb yapışdı.

Həm yüyənindən dartdı.

Məndən yaşca böyüksən,

Sənə salam deyirəm.

De, səndən, öndə varmı?

O dedi: “Bir ala atdır”.

Sərttüklü, həm qaradır.

Dedi azıbdır yolun,

Hələ bu batır Koblan,

Bax o dağ silsiləsindən,

1890. Çapıb gedir Qaragözü.

Burılı qəzəbləndirib,

Ona çatıb yapışdı,

Dartaraq yüyənindən

Yaxınlaşıb baş əydi,

Sonra isə soruşdu:

“Səndən qabaqda kim var?”

Gendən yaxşı görünür,

Rəngli ala Burıl at,

Gör o necə yorğadır,

1900. Özü də zilqaradır.

Xudam qoy uğur versin,

Bəndənin olmaz işi,

Dillə deyə bilmərik,

Lap çənə vursaq belə.

Fikrimiz belədir ki,

Gedib çatıb Qaraman.

Dünənki oylağına.

Çırağım gedən andan,

Gözümə görünmədi.

1910. O, sənin həmyaşıdın,

Deyəndə ki, gedibdi,

Səndən öncə Koblandı,

Öz qaçağan Burılın,

Sanki göydə səmadan,

Yağış damcıları tək,

Altın saplı qayçı tək,

Usta qızın əlində.

Qamçıyla bir də vurdu,

Nizəsin saxlayaraq.

1920. Göylər qoruyan batır,

Koblan birdən dedi: “Hə”.

Burıl uçdu tufan tək,

Qaramanın ardınca,

Demə o, çapıb gedib,

Ordunu qabaqlayıb,

Dönmür geriyə - gedir,

Uzağa səfər edir.

Tayburıl qasırğa tək,

Sanki uğultu ilə,

1930. Qaramana yetişdi,

Koblan ona söylədi:

“Bax, bu da burda bitdi;

Bax, bu da sənin atın,

On iki günə gələrsən,

Axşam mənim çadrıma,

Yamaca sür – orada

Qurulan çadırlarda,

O gün səhər dostuna,

Yadında?! Arvad dedin.

1940. Çapdın heç gözləmədin,

Qaraman, sən indi də gör,

Arvad böyüdə atı,

Baxma ki, o, qadındır,

Qiyməti yox Qurtqanın.

Arvad bəslədiyi at,

Batırı çaşbaş salar.

De, sürgünən, Qaraman,

Üç gün sonra çıxsam da,

Çaparaq səni ötdüm.

1950. Arxada qalmaq səninçün,

Sanki ölüm səninçün.

Koblan qasırğa tək getdi,

Kiyatsa gözləmədi.

Qalın kiyat ordusu,

Hamı arxada qaldı.

Sonda Burıl uğuldadı,

Həm də biraz fınxırdı.

Daban yerə dəymədi,

Yollarda boz daşlara,

1960. Dəyəndə dabanları,

Onların hamısını,

Sanki gil tək sovurdu.

Amanbəy* tikanlığında,

Uçur, qaçırdı Burıl.

Görəndə uçurumları,

Uçur, qaçırdı Burıl.

Hündür dağ silsiləsini,

O təpə, bu təpələr,

Yamaclardan, göllərdən,

1970. Əcəb çapırdı Burıl.

Qamışlıydı qazlı göl,

Qamışlıqda qu dolu,

Şegendidən* meh əsir,

Göldə çoxlu qağayı.

Qızdı* göldə çökükburun,

Bundan başqa bu yerdə

Bir cüt Kumra-Kotan* göl.

Daha beş göl də var ki,

Bu yerin dövrəsində,

1980. Onlardan da tez keçib,

Kuder * aşrımın aşıb,

Besin* saatın da keçib,

Çoxsaylı dağlar keçib,

Yüksək qarlı zirvələr,

Xan Qaradağa* köçəndə

Bəy Aladağa köçəndə

Onlardan da ötərək,

Dəvə boynu tək əyri

Neçə dağı keçərək,

1990. Qız məməsi tək iti.

Neçə dağı aşdı o,

Həm qaynadı, daşdı o,

Atasu*, Manaş* çayları,

Burada bitən otlar,

Heyvanlarçün acıdır.

Burada axan sular,

İçmək üçün yaramır.

Batır onları keçdi,

Ləpədöyən sahilləri,

2000. Cem*, Temir* mənsəblərin,

Odlu qum səhraların,

Qaşqaldaqlı gölləri,

Qan qoxulu yerləri,

Neçə sərt uçurumları,

Saksaullu çuxurları,

Qumluqlarda yovşanı,

Meyvəli təpəlikləri,

Yalqız çapır at batır,

Altda yəhərli Burıl.

2010. Düşməni lərzə salan,

Şux, oynaq, qaçağan at,

Uçsa da çata bilməz.

Arxasınca qonur qaz,

Toz oldu- yoldan azdı.

Hündür dağ silsiləsində,

Gah çapır, yorğa gedir,

Şux qaçırdı qaçağan.

Qaçır, çarx tək fırlanır.

Batırın məxmər şalvarı,

2020. Ölçüsü də bir arşın,

Altın sapla tikilib –

Külək vurub yellədir.

At ox tək aşrım aşdı,

Toz göyə duman oldu.

Yol atın ayağı altda,

Dəlik-deşik olurdu.

İrəli sıçrayanda,

Beş yüz sajın* uzanır,

Burıl göyə tullanır,

2030. Tər döşündə sabuntək,

Elə hey köpüklənir.

Qaçır-qaçır yorulur,

Daban altdan daş qaçır,

Qızılbaş silahından,

Güllə tək çıxıb qaçır.

Mavi göylərə atəş,

Təsəydən yüngüldür o

Ox tək uçan Burılın,

Belində oturan batır.

2040. Burılınsa alnından

Marallar içəcəklər.

Sular qurumayacaq,

Onun yanında olan

Sudan qulanlar içər.

Açaraq öz ağzını,

Dabanı ilə döyür.

Təpə dibindən qalxan,

Toz təpədə qarışır.

Axşam çağı Tayburıl,

2050. Dəli tək özündən çıxır.

Qulanlar qoyunların,

Yanından çapıb ötür.

Göllərin sahilində,

Qonur, qara leylək var.

Çapıb əcəb ötürdü,

Onlar çata bilmirdi.

Dovdaqlar təki qaldı.

Doğrudur bu, ya yalan.

Ağ şahin, ya qırğılar.

2060. Çoxdan “ölmüş” quşların,

Ətin yeyib doymuşdu.

Boş qalmış səhralarda,

Belə susuz çöllərdə -

Heç kəpənək də uçmur.

Sürüb gedir tək batır,

Sanki ümidi yatır.

Qaraspanda yaşayan,

Qıpçaq elin görəndə.

Namazdigər keçmişdi,

2070. Namazşam vaxtı gəldi,

Burıl, həm Koblan üçün,

Əhd-peyman vaxtı gəldi.

Batır irəli baxıb

Düşünərək dilləndi:

“Şəhər niyə görünmür”.

Elə bax bu andaca.

Hündür dağları gördü.

Dağ yamacında insanlar

Ayrıqotu* bitən yerdə

2080. Quzunu, qoyunları

Qısnayan bu çobansa,

Şəhər səmtə gedirdi.

Hey qaçaraq Kobləkəm.

Cavan qulanları döyür,

Göldən qamış çıxarır,

İstəyi şəhərə yetsin.

Namazşamsa gələndə,

Öz Taybırıl atında,

Dağa çatıb gördü ki,

2090. Beş ağac var yanında

Çoxlu boz, həm ala at.

Qurd tək qulaq şəkləyən,

Qazan tutdığı ilxı,

Hamı bir yerə yığışdı.

İlxını düzə buraxıb,

Sirli Qazan qalasına.

Yenidən çapdı Koblan,

Üzün qalxanla örtüb

2110. O, düz şəhərə çapdı:

“Allaha əl açaraq

Qala ağzın qanla bağladı.

Küçələrdən toz qalxdı,

Gülləni sərrast atdı,

Düşmən yurtasındakı

Çadırı oduna döndərdi.

Sürüyə düzə çıxmağa,

İmkan belə vermədi.

İnsanları qorumayıb,

Düşmən gözü önündə,

Yeddi pirə yalvardı.

2110. Deyil yalan, can-ağa,

Qazanın Sirli qalasın,

Köbləkə viran etdi.

On ikinci gün gələndə,

Bir kəsi buraxmadı.

Hamını çöllərə qovdu.

Kim beş rükət namaza,

Riayətlə əməl edir,

Allah onu hifz edir.

Caynağında müşkül quş

2120. Min yeyər, birin bölməz.

Sirli qalanı aldı,

Elini də qul etdi.

Kaskarlıq* dağ zirvəsində,

Qalanın lap yanında,

Öz oynaq Burılında,

Koblandı batır qalxdı,

Qurtqa sözün sınadı,

Hər tərəfə göz saldı,

Batırın gözü aladı.

2130. Qalın kiyat ordusu.

Yalnız on ikinci gündə,

Gəlib o yerə çatdı.

Qazan olduğu bu yer,

Qırlıqala adlanır.

Qırxminlik əsgəri olan,

Altı sıralı xəndəyi,

Üzük kimi bağladı.

Qaraman adlı batırı,

İstədi – alammadı.

2140. Altı sıralı xəndəkdən,

Qalaya girəmmədi.

Qala qapısın heç cür,

Çalışdı, açammadı,

Cəftə də çəkilmədi.

Burada üç gün qaldı,

Qüvvəsi lap tükəndi.

Yenə atına mindi.

Əyləşib alp atına

Dağ yanında batıra,

2150. Yaxınlaşdı Qaraman,

Gəlib belə söylədi:

Nacagım daşı kəsmir.

Səfehsə bəd iş görər.

Mənlə gedək yaşıdım,

Qızılbaşlar elinə,

Sənsiz gücüm çatmayır.

Sonda Koblan söylədi:

“Bu iş olmaz, əzizim.

Dağ başıdır, ya dağdır.

2160. Cins atdır, ya adi at

Bu yalın altda piydir,

Yaxud da bud üstüdür,

Şəkər, yoxsa bu baldır?

Batır almayan qalanı,

De, arvad ala bilərmi?”

Bazara gedən heyvanın

Əvəzində bez alam,

İlxını otarar onlar

Arkanın şirin otuyla

2170. Otlayırlar əcəbcə.

Batıra “arvad” demək olmaz,

Sən bunu necə dedin?!

Bir yox, üç dəfə dedin,

İndi növbən çatmayıb?!

Görünmə sən gözümə,

Necə batır olsan da,

Evdə qalan Qurtqanı,

Sən kimiyə dəyişməm.

Amma Qurtqanın özü,

2180. Kədərlə söylədiyi,

Onun “əzizim” sözü

Mənə səndən əzizdir.

Koblan bu sözü atdı,

Qaramansa incidi,

Ayağın yerə çırpdı,

Sonra düşündü - dedi:

“Səndən lap zəhləm getdi,

İnciyib geri döndü”.

Dedi: “Qismətim varsa,

2190. Mən qalanı alaram,

Yox, əgər alammasam,

Mənə qoy olsun ölüm.

Xanımına diqqət et,

De, neyçün kin saxladın?

Koblan batır düşündü.

Axı yal altda piydir,

Bud əti də piy deyil,

Nə şəkərdir, nə baldır.

Ancaq arvad sözündən,

2200. Dostum mənim incidi,

Arşın baş Burıl belində,

Ardınca yorğa çapdı.

O, buna qadir idi,

Koblan atın çaparaq,

Nəhayət ona çatdı.

Koblan gəlib çatanda,

“Əcəbcə payımı verdin”, -

Gülüb dedi Qaraman.

Batırınsa sevincdən

2210. Başı göylərə dəydi.

Qaraman Koblanla birgə

Ordu yanına gəldi.

Arkadan qalxıb onlar,

Qala yanına gəldilər,

Koblan Burıla dedi:

“Tülparım, deyim sənə,

Sən də qulaq as mənə!

İlxı yeyib tox olur,

Arkanın otlağında.

2220. Yal altda piy - bud hara,

Şəkər hara, bal hara,

Bugün yox ey, lap çoxdan

Tülpar, sənin anan Qurtqa,

Kalmıkın qazdığı dərin,

Altı cərgəli xəndəyi,

İstərdim atlanasan,

Mənim gözəl Burılım.

Yeddinci cərgəni də,

Atlana bilərsənmi?

2230. Üst dodağın tərpətdi,

Alt dodağın tərpətdi,

Güc yığıb fısıldadı,

Sonda Burıl söylədi,

Elimi arxada qaldı,

Hiddətin bəs deyilmi?

Qurtqa mənim anamsa,

Onunçun mən hazıram,

Könüldən də bağlıyam.

Əgər çətin olarsa,

2240. Kömək olsun Qəmbər pir,

Könlün alsın qoymasın,

Bizim Koblan şirimiz,

Xahişin belədirsə,

Batırımız Koblandı,

Çalışaram ötüb keçim,

Keçmərəmsə qoy ölüm.

Mənə uğur qismət et!”

Bunu eşidib Koblan

Burıl ata “şu*” – dedi.

2250. Birdən düzəlib Burıl

Atlandı irəliyə.

Altı sıralı xəndəkdən,

Yeddinci cərgədəki.

Şəhərə dovşan tək qaçdı.

Bax beləcə şəhərin

Mərkəzinə yön aldı.

Toz göyə duman oldu,

At dırnağı dəyən yer,

Titrəyir, həm əsirdi,


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə