Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə7/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11

İxlas (İlyas) – xalq rəvayətlərinə görə Orta Asiya və Qazaxıstanda dənizlərdə üzüb yolunu azan səyyahların köməkçisi İlyas peyğəmbər.

  • Karşığa – qırğı (quşları ovlayan quş).

  • Kaskarlıq – epik dağ adıdır.

  • Kaus – noyabr ayının qədim adı.

  • Kebis – qalın dəridən tikilmiş dabanlı qadın ayaq­qa­bı­sı. Bahadırlara bu ayaqqabıları qızılı və gümüşü, əksər hallarda isə yaşıl saplarla tikirmişlər.

  • Kərəgə – ən iri böyük və geniş yurta.

  • Kiyat – qazaxların etnogenezinin formalaşmasında iştirak edən tayfalardan birinin adı.

  • Kozı Korpeş və Bayan Slu – eyniadlı qazax xalq lirik məhəbbət dastanın qəhrəmanlarıdır.

  • Korasan – qara çiçək qazaxlarda müqəddəs xəstəlik kimi qəbul olunurdu və onunla bağlı xalq heyvan qurbanı kəsirdi.

  • Köke – qazaxlarda doğmalara (əsasən kişilərə) müraciət forması.

  • Köbləkə – Koblandı adının nəvazişli və hörmət əla­mətli forması.

  • Kökpar – qazax, qırğız və qaraqalpaqlarda milli oyun. Bu oyun zamanı çaparlar çapa-çapa keçi cəmdəyini bir-birinin əlindən almağa çalışırlar. Cəmdəyi hədəfə birinci yetirən qalib adını qazanırmış.

  • Köp qoşun - burada çoxsaylı qoşun nəzərdə tutulur.

  • Kumay tazı – əlindən heç bir vəhşi heyvan qaçıb qurtula bilməyən əfsanəvi tazı (it).

  • Kuderi – dastanda yer adı.

  • KumraKotan – dastanda göl adı.

  • Kuptan – qazaxlarda gün ərzində qılınan sonuncu – beşinci namaz

  • Kuruk – minilməmiş atların tutulması üçün ucu qarmaqlı əyri ağac, əşya.

  • Kürdascan – həmyaşıd, həmtay deməkdir.

  • Kürz – qala bacasının yaşı.

  • Kürdas – qardaş mənasında işlənmişdir.

  • Qali (Əli) – dördüncü xəlif. Orta Asiya və qazax folk­lorunda zəiflərin əfsanəvi müdafiəçisi. Türküstanda, Azər­bay­canda, Türkiyədə, ümumiyyətlə, islam dünyasında insanlar çətinliyə düşəndə onu çağırırlar.

  • Qaradağ – Qazaxıstanda yer adı.

  • Qaraşa – 1. Epik dağ adı; 2. Oktyabr ayının qədim adı.

  • Qaradaban – düşmən həmləsi altında doğma tor­paq­la­rını qoyub qaçanlara deyi­lir.

  • Qara-Bukan – Mərkəzi Asiya və Sibirdə yaşayan türk-monqollarda qoyun belini odda yandırarkən sümüklərə görə gələcəyi qabaqcadan söyləyə bilən falçılar.

  • Qaraşaş xanım – qazax xalq əfsanələrində və rəva­yət­lərində adı çəkilən hazırcavab Jirenşe-şeşenin arvadı olmuş­dur. O, oz müdrikliyi sayəsində xanların hücumundan xilas oluna bilmişdir.

  • Qeys-Kövsər – müsəlman inanclarındakı cənnət bağı nəzərdə tutulur.

  • Qəmbər - Türküstanda su ayini ilə bağlı qədim Allah adı. Eyni zamanda o, heyvanların da hamisi olmuşdur.

  • Qırğız – dastanda qazax mənasında işlənmişdir. Ümumiyyətlə, uzun əsrlər boyunca «qırğız» həm də «qazax» etnomini özündə ehtiva etmişdir.

  • Qızdıgöl – epik göl adı.

  • Qoşqar buynuzlu – sürünün başçısı olan ən iri və güclü cins qoyun. Dastanda güclü, başçı mənasında işlən­mişdir.

  • Quba - epik göl adıdır.

  • Mal burada mal-dövlət nəzərdə tutulur.

  • ManaşiSarısu çayının sol qolu.

  • Mata – əldə toxunmuş pambıq parça.

  • Munlık və Zarlık – xalq qəhrəmanlıq dastanı «Munlık və Zarlık»da qəddar və məkrli ögey ana tərəfindən qurban getmiş əkiz qardaş-bacının adı. Xalq təsəvvürlərində əzab simvolu kimi dəyərləndirilir.

  • Mühəmbət – Məhəmməd Peyğəmbərin adının qazax forması.

  • Namazşam – qazaxlarda axşamtərəfi qılınan dör­dün­cü namaz. Adətən hava tam qaralana qədər qılınır. Poemada sutkanın vaxtını müəyyənləşdirmək üçün işlədil­mişdir.

  • Namazdigər – gün qürub etməzdən az öncə qılınan üçüncü namaz. Eposda günün vaxtını müəyyənləşdirən zaman göstəricisi.

  • Padşahlar padşahı – burada mifik Süleyman pey­ğəmbər nəzərdə tutulur ki, məhz rəvayətə görə o, on səkkiz min aləm üzərində hökmranlıq etmişdir.

  • Pota – dəvənin balası

  • Sajın – ölçü vahidi. Bir sajın 2, 134 metrə və ya üç arşına bərabərdir.

  • Savsar – məməlilər ailəsinə aid edilən xəzlik hey­van. Onun meşələrdə və səhralarda yaşayan növləri möv­cud­dur.

  • Sarısu – 1. Cənub-Şərqi Qazaxıstanda çay adı; 2. Qədim xalq inanclarına görə dəvələrin hamisi. Dastanda ikinci mənada işlənmişdir.

  • Sırtına çıxma – qalanın kənarına çıxma.

  • Şegendi - dastanda epik göl adı.

  • Şəşti Əziz – qazax folklorunun ənənəvi personajı. Səksən səkkiz müsəlman peyğəm­bər­lərindən biri, müqəddəs qoca. Eposda övladsızların hamisi mənasında işlənmişdir.

  • Şolpan – dan ulduzu, Zöhrə.

  • Şu – «hə» mənasında işlənmişdir.

  • Temir – çay adı.

  • Təngə – müxtəlif dəyərdə (1-dən – 20-yə qədər) olan Orta Asiya xanlıqlarında, müasir Qazaxıstanda işlənən pul vahidi.

  • Tuğır – ov edən quşlar üçün yurtanın qapısı ağzında sol tərəfdə qurulan süvül, ağac.

  • Tüləmək – tükünü tökmək.

  • Tündik – alaçığın, yurtanın üstündə kiçik pəncərə, yaxud bacaya oxşar dəlik

  • Yasaul – döyüş zamanı ordunun düzümünü yaxşı bilən şəxs. Dastanda kiçik süvari dəstələrinin başçısı mənasında işlənmişdir.

  • Yelik – göl adıdır. İndiki Aktübinsk vilayətindədir.

  • Yemşəgi – yelini, madyanın südünün çox olması nəzərdə tutulur.

  • Yesimbay – qıpçaq və noğayların dayandığı yer. Həm də tayfa başçısının adıdır.

  • Yesil çayı – Şimali Qazaxıstanda İrtış çayına tökülən çayın adı.

    Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı-batır”:

    yaranma tarixi, yayılma arealı, hadisələr, qəhrəmanlar, obrazlar, əsərin ümumi səciyyəsi
    Qazax qəhrəmanlıq eposunun ən qədim qatı patriarxal-tayfa münasibətlərinin mövcud olduğu VIII-X əsrləri əhatə edir. Qəbilələrarası qapalılığın pozuqluğu, qəbilələrin etnik kon­solidasiyası, qəbilələrarası müharibələr, köçlər, başçıların xarizmatikliyi ilə seçilmiş insanlarla bağlı yaranmış rəvayətlər dastanların əsasına qoyulmaqla, onların nüvəsini təşkil edirdi. Dastanların epik təhkiyə üslubunun formalaşması və inkişafı əsasən güclü qəhrəmanların adı ətrafında cilalanırdı. Belə epik nümunələrin bir sırasında digər məsələlərlə yanaşı, həm də qəhrəmanların mənşəyi haqqında məlumat verilir – Koblandı-qaraqıpçaq, Alpamış-kunqrat, Qəmbər-noğaylı tayfasından və s. olduqları göstərilir.

    “Koblandı-batır” qazax xalqının ən populyar epik nümu­nə­lərdəndir. Bu xalqın zəngin örnəkləri sırasında “Alpamıs”, “Yer-Tarqın”, “Qəmbər”, “Koblandı-batır” və digər epik das­tan­larda öz doğma vətənini yadelli düşmənlərdən müdafiə edən qəhrəmanların cəngavərliyi vəsf olunursa, “Kozı-Korpeş və Bayan-Slu”, “Qız-Jibek”, “Ayman-Şolpan” və s. kimi liro-epik poemalarda gənclərin məhəbbəti, bir-birinə sadiqliyi və dost­luğu tərənnüm olunur (6,7).

    “Koblandı-batır” qazax xalq poeziyasının orijinal örnə­yi­dir. Qəhrəmanlıq poemaları sırasında monu­men­­tallığı ilə seçi­lən bu dastanın müxtəlif variantlarda həcmi altı min sətir­dən doqquz min sətirə qədərdir.

    Qazax epik nəğmələrinin “jır” (müqayisə et “şeir”) ifa­çı­la­rı hesab olunan jırau və akın nəğməkar-improvizatorlar qədim dövrlərdən indiyə qədər mövcud olmuş etnik-milli adət-ənənələri qoruyub saxlamış, jırau və akınlar nəğməkarlığı, şairliyi və eləcə də dastançı-improvizatorçuluğu özlərində üzvi şəkildə birləşdirmişlər.

    İmprovizatorçuluq istedadından vaxtilə söhbət açan bö­yük qazax tədqiqatçısı və maarifçisi Çokan Valixanov onların belə əsərləri heç bir hazırlıq olmadan ifa etdiklərini qeyd etmişdir (10,190-194).

    XV-XVIII əsrlərdə əfsanəvi epik nəğməkarlar xalq içində böyük nüfuza malik idilər. Onların sırasında Həsən Qayğılı, Kazıtuqan-jırau, Dosmambet-jırau, Şalkiiz-Aktamberdi-jırau, Jiembet-jırau, XVIII əsrdə Sıpıra jırau, Buxara-jırau, Umbetey-jırau, Marabay və Mergembay – jırau və başqaları ilə yanaşı, XIX və XX əsrlərdə yazıb yaratmış akınlar Cambul Cabayev, Nurpeyis Bayqaninin və başqalarının adlarını çəkmək olar.

    Şifahi şəkildə olmasına baxmayaraq, uzun illər ərzində nə­sil­lərdən-nəsillərə ötürülərək qədim jırlar və əfsanələr-imp­ro­vi­zator, ifaçı və söyləcilərin yaddaşının köməyi ilə xalqın qə­dim əcdadlarının örnəkləri qorunub saxlanılmış, XX əsrdə isə ya­zıya alınmışdır. Onların bir qismi çöllüyün müxtəlif əra­zi­lə­rində yaranmasına baxmayaraq, bir-birinə uyğun gəlir (11,210).

    XIX əsrin lap sonlarında qazax epik poemalarının ilk dəfə olaraq yazıya alınması və nəşri baş vermişdir. Uzun əsrlər ərzində xalq nəğməkarlarının bacarığı sayəsində dastanlar qorunub saxlanılmaqla, yeni nəsillərə ötürülmüşdür.

    Qazax folklorunun çoxəsrlik tarixi vardır. O kifayət qə­dər formalaşma və inkişaf yolu keçmişdir. Şifahi poetik ənənə qazaxların etnogenizində oğuzların, kunqatların, qıpçaqların, no­­ğayların iştirak etmiş olduğunu və onların bütün folklor janr­la­­rının eposa qədər formalaşmasında iştirak etdiyini qeyd etmə­yə imkan verir. Qazax nağıllarında, əfsanələrində, nəğ­mələ­rin­də, lətifələrində - əsrlərin lap ənginliklərinə gedən bu nümunə­lərində xalqın çoxəsrlik mədəniyyətinin, tarixinin, həyatının, məişətinin, dünyagörüşünün müxtəlif tərəfləri əksini tapmışdır. VII-X əsrlərdə qəbilə ittifaqları yaranana qədər qazax xalqının formalaşma prosesinin etnik nüvəsi ortaya çıxmış və bu, özünü müxtəlif mərasim və məişət nəğmələrində əks etdirmişdir. XIV-XVI əsrlərdə qəhrəmanlıq və lirik poema­lar yaranmışdır ki, bunların məzmununda o dövrün müxtəlif tarixi xüsusiy­yət­ləri özünü göstərmişdir. Əsrlər ərzində folklor janrları zəngin­ləş­miş, rəngarəngləşmiş və sonrakı inkişaf mər­hə­lərinə daxil olmaqla, növbəti inkişaf mərhələrinə qədəm qoymuşdur. Döv­rümüzə müxtəlif qəhrəmanlıq dastanları, batır­lıq eposu, qəhrəmanlar haqqında jırlar gəlib çatmışdı. Onların sırasında “Alpamıs”, “Koblandı”, “Yer Sain”, “Yer Tarqın”, “Yer Kokşe”, “Yer Kosay”, “Qəmbər”, “Qırx batır” kimi dastanlar silsiləsi (“Qırx batır”), “Utegen”; lirik – epik jırlar – “Kozı Korpeş və Bayan Slu”, “Qız Jibek”, “Çülşə-qız”, “Ayman Şolpan”, “Seyfül Malik”, “Makpal-qız”; XVIII-XX əsrlərdə yaranmış tarixi nəğmələr, nağıllar, əfsanələr, lətifələr, müxtəlif mərasim, məişət poeziya nümunələri, lirik nəğmələr və digər ənənəvi kiçik formalı janrlar yer almaqdadır.

    Qazax qəhrəmanlıq dastanlarının yaranmasını tədqiqat­çı­lar, ümumiyyətlə, Qızıl Orda dövrünə aid etməklə qeyd edirlər ki, ayrı-ayrı epik poemalar XIV əsrin sonu XV-XVI əsrlərdə yaranmışdır. Onların qədim mənbələri Qərbi-Türk xaqanlı­ğın­da yaşayan qəbilələrin (VI-VIII əsrlər) dastanlarında olmuş, qıpçaqların və oğuzların (VIII-X əsrlər) Ağ Orda və Noğay Ordasının və Özbək xanlığının (XIII-XVI əsrlər) qazax xalqını yaradan qəbilələrin payına düşmüşdür.

    “Koblandı-batır” poeması lap qədimlərdən rəngarəng kom­­pozisiyalı epizodlara malik əsər kimi igidin anadan olduğu andan onun Kobikti, Şoşay xan, Alşaqırla və başqaları ilə vuru­şunu, Qarlıqa adlı igid qızla evlənmə və digər çoxsaylı epizodları əhatə edir.

    Poemanın ilkin, həm də qeyri-mükəmməl şəkildə qeydə alınması XIX əsrin II yarısı XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə dastanın bəzi yerləri qəzet və jurnallarda (“Dala uya­layatı” (1899); “Türkestanskiye vedomosti” (1899); “Tur­qays­kaya qazeta” (1901); “Orenburq elmi komissiyasının əsər­ləri” (1910) və s. mənbələrdə verilmiş və əsasən Koblandı haqqında əfsanənin süjetini əks etdirmişdir .

    “Qaraqıpçaq Koblandı-batır”poemasının tam variantı Bir­­­jan Tolımbayev adlı akından XIX əsrin 90-cı illərinin əvvəl­lə­rin­də Kustanay qəzasında yazıya alınmış və ərəb qrafikası ilə Mah­mudsultan Tuyakbayev tərəfindən Kazanda 1914-cü ildə nəşr olunmuşdur. Bu, “Koblandı-batır” dastanının ilk nəşri sayılır.

    Məzmun və kompozisiyasına görə Birjanın variantı tanın­mış akın və folklor toplayıcısı Şapay Kalmaqambetovun variantına yaxındır. O, 1939-cu ildə qeyd etdiyimiz dövrdə poemanın ifa olunan variantını yazmış və əsər elə bu variantda da məhz Qazaxıstan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Tarix İnstitutuna təqdim edilmişdir. Mətnin ön sözündə Şapay Kal­maqambetov naşirlərə müraciət edərək göstərmişdir ki, bu­raya o, heç nə əlavə etməmiş, dəyişikliklər aparmamış, poema­nı necə eşidib, necə yadında saxlayıbsa, eləcə də ifa etmişdir. Şapay Kalmaqambetov şəxsən Merqembay jırau ilə tanış olmuşdur. Bu epik nəğməni özündən əvvəl digər akınlardan olduğu kimi qəbul etmiş, öyrənmişdir. O, “Koblandı”nı, “Yer Tarqın”ı, “Qarabek”i, “Alpamıs”ı, “Qız Jibek”i, “Qubigül”ü və s. poemaları da məharətlə ifa etmişdir (4, 12).

    Bu dastanın çoxsaylı ifaçılarının söylədiklərinə görə “Kob­­­landı-batır” poeması onlardan əvvəl yaşayıb-yaratmış akın­­­­lardan qəbul edilmiş və XIX əsrdə tanınmış ifaçılardan eşidilmişdir.

    Merqenbay-jıraunu xalq yüksək bacarıqlı bir impro­vi­za­tor və ifaçı kimi tanıyırmış. O, təxminən 1831-ci ildə anadan olmuş, 1911-ci ildə Kustanay vilayətinin Komsomolski rayo­nun­da dünyasını dəyişmişdir. 1936-cı ildə Şapay Kalmaqam­betov Dosjan akından poemanın bir variantını yazmışdır ki, o da ona Merqenbay jıranın variantını çatdırmışdır. Bu mətnin Şapay Kalmaqambetov tərəfindən 1939-cu ildə yazıya alınmış mətnini müqayisə etdikdə müəyyən olunur ki, əsərin ifasındakı ilkin epizodlar bir-birinə olduqca uyğundur. Bundan başqa burada igid atının doğulması, onun Qurtqa tərəfindən böyü­dülməsi və s. məqamlarda da eyniliklər vardır.

    Bundan xeyli əvvəlki yazıya alınma isə Marabay Kulbay – ulu (1841-1898) tərəfindən aparılmışdır. O, Uralsk vilayə­ti­nin Terektin rayonunda anadan olmuş və elə orada da yaşa­mış­dır. Son dərəcə kasıb kəndli ailəsində doğulan Marabay uşaq­lıq­dan dombrada yaxşı ifa etmiş, artıq 18 yaşına çatdıqda tanın­mış el nəğmələrinin ifaçısı olmaqla, həm də özü çoxlu nəğ­mə­lər qoş­muşdur. Marabay bütün Qazaxıstanı qarış-qarış gəzmiş, özün­dən yaşlı akınlarla görüşmüş, onlardan ustalığın bəzi sirlə­ri­ni öyrənmiş, onlara şəyirdlik etmiş, ənənəvi poetik yarışma­lar­da, aytıslarda iştirak etmiş, böyük müvəffəqiyyət qazan­mışdır.

    “Koblandı-batır” poemasının bir hissəsinin, bəndinin ya­zıya alınması “Batırın Tayburıl atının çapılması” adlanır ki, bu, Marabayın ifasında XIX əsrin 70-ci illərində səsləndirilmişdir və həmin o illərdəcə böyük qazax maarifçisi İbray Altınsarin onu “Qırğız müntəxabatı” kitabına daxil etmişdir. Marabayın qələmə aldığı daha mükəmməl variant Koblandı ilə Qaramanın Qazan xanın üzərinə döyüşə getdiyi andan və qıpçaqların Alşa­qır­dan xilas olunduğu anı əhatə edir. Qazax akını Baymurat Uske-ulı Marabaydan eşitdiyi variantı 1894-cü ildə yenidən səsləndirmişdir. O, Qızıl Orda vilayətinin Ağməscid qəzasında yaşamışdır. Baymurat Uske-ulı poemanı yaxşı bilmiş və onu Marabaydan sözbəsöz əzbərləmişdir. O, özü mətni qələmə alır, tanınmış folklorşünas və folklor toplayıcısı Abubəkir Divayevə onun xahişinə görə göndərir. “Koblandı-batır” adı altında qələ­mə alınmış, akının özünə ithaf olunmuş bu nümunə Abubəkir Divayev tərəfindən “Batırlar” adlı qəhrəmanlıq poeması seri­ya­sına daxil edilmiş, ərəb qrafikasında XX əsrin 20-ci illərində nəşr olunmuşdur. A.Divayev nəşr etdirdiyi Marabay variantı bir neçə dəfə Saken Seyfullun tərəfindən 1933-cü ildə, Sabit Mukanov tərəfindən isə 1939-cu ildə nəşr olunmaqla, bütün dərslik və müntəxabatlara daxil edilmişdir. Baymurat Uske-ulının orijinalının yazısı isə indiyə qədər də tapılmamışdır.

    Bundan başqa Marabay variantına uyğun olan əlyazması da mövcuddur ki, o, 1884-cü ilə aiddir və folklor toplayıcısı Dövlətşah tərəfindən ortaya çıxarılmışdır. Burada əsərin harada qeydə alınması əks olunmasa da, bununla belə bütün əsərin özünün yazıya alınması variantı Marabayın yazısı olduğu qənaətini ortaya qoyur.

    Əgər Marabay jıraunun yazıya alınmış nəşrini Şapay Kal­ma­qambetovun 1939-cu il yazısı ilə uyğunlaşdırmış olsaq, on­da bu nəşrin əsasında aşağıdakıların dayandığını müəy­yən­ləş­dirmək olar. Şapayda və Marabay –jırauda bir neçə epi­zodlar – Koblandının Qaramanla birgə Qazan xan üzərinə yürüşü, igidin öz doğmaları ilə vidalaşıb ayrılması, Tayburılı çapması, Qazan, Kobikti, Alşaqır ilə qəhrəmancasına vuruşu və eləcə də batırın Qarlıqa kimi igid qızla evlənməsinin son epi­zo­du bir-birinə uyğundur. Bu isə bizə Marabay-jıraunun yaradıcı ənənəsinin uzun müddət ərzində qorunub saxlanılması, döv­rü­müzə impro­vi­zatorların ifasında gəlib çatmış olduğu ilə bağlı qənaət yara­dır. Bununla əlaqədar Tuzemets adlı bir tədqiqat­çının 1899-cu ildə nəşr olunmuş məqaləsi maraq doğrur. Orada poemanın XIX əsrin 80-ci illərindəki süjeti yenidən əks olunur ki, bu da əksər detalları ilə 1939-cu ildə yazıya alınma ilə üst-üstə düşür.

    Koblandı adı ilə bağlı ilk əsərlər həm də digər türk xalq­la­rında – tatarlarda və qaraqalpaqlarda vardır. Məsələn, türk xalqları folklorunun və ədəbiyyatının görkəmli toplayıcısı aka­de­mik V.V.Radlov 10 cildlik “Türk qəbilələlərinin xalq ədə­biy­yatı nümunələri” əsərinin 1872-ci ildə nəşr olunmuş cil­din­də o, Koblandı haqqında ayrıca nəğmə təqdim etmişdir. Müəllifin qeyd etdiyinə görə, bu nəğməni o, Tobol tatarla­rın­dan yazıya almışdır. Həmin əsərin 1896-cı ildə nəşr olunmuş VII cil­­dində isə Radlov yenə də Koblandı haqqında bir nağıl nümunə gətirir ki, burada qeyd etdiyinə görə onu o, Krım tatarla­rın­dan qələmə almışdır. Q.N.Potanin isə “Jivaya starina” jurna­lın­ın 1916-cı ildəki 2-3 buraxılışında Koblandı haqqında qaraqal­paq nağılını vermişdir. Qaraqalpaq nağılı “Koblan” isə Yesemurat Nurabıllayev tərəfindən qələmə alınmaqla, ilk dəfə 1941-ci ildə sonra isə 1959-cu il nəşr olunmuşdur.

    “Koblandı” poemasına ilk dəfə diqqət yetirən tədqiqat­çı­lar­d­an biri qazax alimi və maarifçisi Çokan Çingisoviç Valixa­nov­dur. Poema üzərində ayrı-ayrı müşahidələri biz həm də P.A.Falevin və yuxarıda adını çəkdiyimiz Tuzemetsin əsərlə­rində də tapa bilərik.

    XX əsrdə “Koblandı-batır” eposunun hərtərəfli öyrənil­məsi ilə akademik Muxtar Auezov, Sabit Mukanov, Saken Sey­ful­lın, akademik A.S.Orlov, professor K.Jumaliyev, B.Kenje­baev, A.Marqulan, M.Qabdullin və başqaları məşğul olmuşlar.

    Batır Koblandı ondan yaşca böyük digər bahadırlar (Yedige, Şora, Qəmbər, Tarqın) və özündən balacalar (Alpa­mıs, Yer Sain) kimi ilkin variantda heç də qazax adlandırıl­ma­mış­dır. Bu onunla izah olunur ki, epik abidələrin mənbələrində bu qəhrəmanlarla bağlı olan məsələlər elə bir dövrü əks etdirir ki, o zaman qazaxların siyasi ittifaqı hələ də yaranmamış, mövcud olmamış, qazaxlar tayfa-qəbilə birliklərinə sahib olma­mışlar. Onlar məhz bu etnik nüvədə qazax xalqının kimliyini əks etdirmiş və Qızıl Orda tərkibində noğaylı adı altında bir­ləşmişlər. Qızıl Ordanın Qazaxıstan ərazisində tənəzzü­lün­dən sonra ilk böyük dövlət birliyi: Ağ Orda (o da iki yerə bölün­məklə köçəri özbək – şeybanilərdən və qazaxlardan) və Noğay Ordasından ibarət idi. Faktik olaraq bu ərazilərdə eyni tayfa və qəbilələr yaşayırdılar. Lakin hakimiyyət burada müxtəlif hökm­dar sülalələrinin əlində idi. Ona görə də hökmdar süla­lədən asılı olaraq onları müxtəlif cür adlandırırdılar. Məsələn, qıpçaq tayfaları – gah noğaylar, gah özbəklər, gah da qazaxlar adlandırılırdı. Lakin əvvəlki dövrlərdə qıpçaq etnoniminin özü bütün bu üç adların üçünü də əhatə edir və şərq müəllifləri tərəfindən bu səhralarda yaşayanlar bugünki Qazaxıstan ərazi­sində yaşayan əhalinin adını özündə əks etdirirdi.

    Qazaxlara, qaraqalpaqlara, noğaylara, başqurdlara, Krım və Barabin tatarlarına məlum olan Koblandı batır haqqında dastan qıpçaqların kalmık və qızılbaş xanlarına qarşı apar­dıq­ları mübarizəyə həsr olunmuşdur. Qazax poemasında qıp­çaq­ların döyüş qəhrəmanlıqları əks olunur. Qaraqıpçaq Koblandı kiyatlarla ittifaqda olduğundan heç kim tərəfindən məğlub edilməyən bir batır idi. O, özündə nəinki tək özünün, hətta kollektivin güc və imkanlarını əks etdirir və bu mənada o tayfa-qəbilə ittifaqının başçısı rolunu yerinə yetirirdi. Batır çoxsaylı düşmənlərinə qalib gəlir, doğma torpaqları bir-birinin ardınca azad edir, öz tayfa-qəbiləsini həm işğaldan, həm də bəladan qurtarırdı. Bununla belə, Koblandı heç zaman dağıdılmış, əldən salınmış qəbilələrin birləşdiricisi rolunda çıxış etmirdi. Bunu həm də poemada öz əksini tapmış lap uzaq keçmiş hadisə­lə­rin­də görürük. Bu dövrdə köçəri qəbilələr hələ də konsolidasiya olunmamış, qazaxlar bir xalq kimi təşəkkül tapmamışdılar. Lakin bu dövrdəki hərbi qarşıdurmalarda ayrı-ayrı uluslar xan­larla birlikdə torpaqların müdafiəsinə qalxaraq ümumi məqsəd altında birləşmişdilər.

    Poemanın məzmununda köçəri maldarların patrialxal tayfa-qəbilə həyat tərzi əksini tapmışdır. Qərb-Türk xaqanlı­ğın­da (ilkin feodal dövləti XII əsrin sonlarında Cənubi və Cənub-Şərqi Qazaxıstan ərazisində yaranmış) əsrlər ərzində tayfa və tayfa birliyi kimi ağsaqqallar institutu mövcud olmuşdur ki, son­ralar bu tayfa artıq qantayfa birliyində özünə yer alma­mış­dır. Qəbilə və tayfaların başında bəylər dururdular. Bəylər çox­saylı mal-qara sahibi idilər. Müharibələr əksər hallarda nəinki xanın istəyi, həm də köçəri mal-qara saxlayanların xətti ilə gedir­di. Köçərilərin başçıları ilbəil gah bir yerdə, gah digər bir yer­də qışlamaq üçün dayanır və dayandıqları düşərgələrdə in­san­ları, öz ailələrini təhlükədən qoruyurdular. Qış düşər­gələrinə köçəri feodalların başçıları gəlirdilər. Yayda feodallar artıq yaylağa gedir və özlərinə sadiq köçərilərin yanında olur­du­­lar. Oturaq həyat tərzi keçirən əhali torpaqla məşğul olanlar­dan, onu əkib-becərənlərdən və sənətkarlardan ibarət idi ki, onlar da bəyləri və xanları ərzaq və digər məhsullarla təchiz edirdilər. Belə yaşayış məntəqələri – şəhərlər Semireçyedə (Cetisu-Yeddisy), Cənubi Qazaxıs­tanda VII-VIII əsrlərdən mövcud olmuşdur. Müdafiə məqsədi ilə tikilmiş qalalarda oturaq həyat tərzi keçirən əhali arasında köçərilər də vardır ki, onlar Orta Asiya şəhərləri ilə ticarət və mədəni əlaqələr qurmuşdular.

    “Koblandı-batır” qəhrəmalıq poemasının digər başlıca möv­­zusu ilə yanaşı, diqqət mərkəzində həm də batır və könül­lü­lər tərəfindən kə­nar­dan olan təsirlərin, yürüşlərin, mühari­bələrin qarşısını almaq mövzusu durur və bu da tayfalararası bir hekayətdir ki, məhz burada tayfalar və ailələr arasında olan kolliziyalar feodal həyatındakı çətinliklər öz əksini tapır, köçəri həyatının bəy-rəis hakimiyyətinin müxtəlif tərəfləri əks olunur.

    Əsərin başlıca mahiyyəti ondan ibarətdir ki, o ayrı-ayrı süjetə malik nəğmələrdən tərtib olunmuşdur. Bununla bağlı aşağı­dakı müşahidə daha maraqlıdır. Gələcək poemanın əsas hissəsində batırın yürüşə, döyüşə istiqamətlənən öz yaxınları ilə vidalaşması mərasimi (“koştasu”) öz əksini tapır. Burada onun evlənməsi zamanı toy nəğmələri, (“joktau”) ağlayış nəğ­mə­lərinin xüsuiyyətləri, ölmüş batırın həyatı haqqında ağı və s. əks olunur. Beləliklə, buradan açıq aydın görünür ki, xalq ara­sın­da hər hansı bir populyar insan haqqında məişət nəğmələri möv­cud olmuşdur ki, onlar “koştasu”dan ibarətdir. Bu nəğmə­lər əsasən hər hansı yürüşdən, döyüşdən sonra yazılmışdır. “Joktau”isə məhv edilmiş batır haqqında ağı-nəğmədir. Bu nəğmə kimliyi məlum olmayan akınlar tərəfindən əsərin süjet xəttinə daxil edilərək, poemanın ilkin variantını təşkil etmişdir. Onlar da son­ra öz növbəsində digər akınlar tərəfindən daha da geniş­lən­diril­mişdir. Epik poemanın yaranmasının elə versiyası vardır ki, burada ən mükəmməl halda əksər poemalarda məişət nəğ­mə­lərinin mövcudluğu özünü daha yaxşı nümayiş etdirir. “Kob­landı-batır”da biz Koblandının öz ailə üzvləri ilə vidalaş­dığı səhnəsini görür, onun döyüşə getmə səhnəsi ilə tanış oluruq. Daha sonra “joktau” ilə rastlaşırıq ki, bu da onun ata və anasının vəziyyətini, Alşaqırın onların üzərinə hücuma keçdiyi anları göz önündə canlandırır.

    Koblandının batırlığını əks etdirən qəhrəmanlıq poema­sının çoxtərkibli süjeti digər Orta Asiya xalqları eposu üçün də xarakterikdir. Bu, şübhəsiz ki, o dövrdə jıraular tərəfindən qoşulan zəfər nəğmələrinin süjetlərindən yaranmışdır. Bu nəğ­mə­lər əsasən batırların, igidlərin bu və ya digər yürüşlərindəki mübarizələr, müharibələr, onların qalibiyyəti, yaxud məğlu­biy­yəti ilə bağlıdır. Bununla belə həmin bu əsərlərdə yer almış şeirlərdə hadisələr, qəhrəmanların adları, onların cəsurluğu – hər nə varsa – “Koblandı batır” haqqında epopeyanın əsasını təşkil etməsi ilə yanaşı, həm də onların bir hissəsinin nağıllar, lətifələr və əfsanələrdə əksini tapdığını da söyləmək lazımdır.


    Yüklə 2 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə