Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə6/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11

XXI. Bunlar burada qalmaqda olsun. İndi sizə Koblandıdan danışım.

Koblandı özündən gedir. Bir müddət keçdikdən sonra özünə gəlib oğlunu yanına çağırır.

Bir az vaxt keçmişdi ki,

Uğursuz səfərindən,

Başı yaralı idi.

Üstünü toz örtürdü –

Gözünü açıb baxdı,

Bir azdan özünə gəldi.

Qızılbaşlar qaçırlar,

Yorğa səmənd atlarda.

Onun oğulu çapır,

6380. Öz gözlərilə gördü.

Tez yanına çağırdı,

Koblan batır söylədi,

Söyləyəndə bunu dedi:

“Yel kimi ot Yelik gölün,

Orada Yesimbaydır,

Buxaryay qışlağıdır.

Səni göndərən Allaha

Tək mən özüm qurbanam!

Buna görə yalvardım.

6390. Yanıma kim gələrdi?

Sənsə çıxdın elindən,

Göy geyimdə bir qurd tək,

Qızılbaş xanı Şoşay,

Məndən doğulmusansa,

Bokenbay, onu izlə

Nizəmi taxmayınca,

Səni tapşırram pirlərə.

Yerindən durub qışqırdı,

Ay Ömərim, Osmanım!

6400. Mənim yeddi pirlərim!

Bokenbayı qoruyun.

Xanlara baş əymədim,

Batırlara baş əymədim,

Yalnız qadın önündə,

Mən dizi üstə çökdüm...

Ölərəm – qəmim getməz.

Bilməm niyə belə etdim.

Bilmədim kimdi düşmən?!

Əkənin sözün eşidib,

6410. Bokenbay yola düşdü

Dedi: “Şoşay, toxta sən.

Qaçma Şoşay, qaçma sən”.

Qaçma dedi şığıdı.

Arkada qulan taxtadı,

Sərrast silah oxdadı.

“Uşaq nə edər?” – deyib,

Şoşay qoşunun saxladı.

Gördü qarşıdakı uşaqdı,

Gördü – Şoşay qorxmadı.

6420. Yaik boyu qamışdı,

Qoruduğum namusdu.

Bokenbay ondan qorxmadı.

Şoşaya gil tək yapışdı.

Süngüsün irəli verdi.

Süngülər hərəkətə gəldi.

Bir-birini dəldilər.

Bokenbay atın mindi,

Tanrım üzünə güldü.

Tez yağıyla vuruşdu.

6430. Qeyrət alışdı, daşdı.

Besin zamanı gəldi,

Qızılbaş xanı Şoşayı,

Bokenbay atdan saldı.

Şoşay xanın əsgərləri

Meyitdən yan durdular.

Sən ay doğma qardaşım,

Deyib çox ağlaşdılar.

Qaramanla Oraqa

Bala qeyrətin göstərdi.

6440. XXVI. Qızılbaşı atdan saldı,

Oraqın yanına gəldi.

Gəlib dedi Bokenbay:

“Kökəmi* mən görmədim,

Az, ya çoxdu yarası,

Heç nə duya bilmədim,

Mən kökəmə varacam.

Yaxşıdı, ya pismidir,

Mən gəlincə ikiniz,

Kalmıkın əsgərinə,

6450. Yaxşıca dərs verərsiz.

Bu sözü atıb Bokenbay,

El tərəfə yönəldi.

Yaradan özü deyir ki,

Bəndəmə kömək edərəm.

Ey xeyirxah insanlar,

Bokenbay haqda hekayətə

Yaxşıca qulaq asın.

Bokenbay batır çaparaq,

Yurtaya yaxınlaşanda,

6460. Atdan enmək istərkən,

Qurtqanı ordan gördü.

Hörüklərlə öyündü.

Qəlb sevinclə döyündü.

Hörülmüş saçlarını,

Yanda yırğalayaraq.

İçəridən çıxdı Qurtqa.

Kökəmin vardım sözüylə,

Getdim düşmənin iziylə.

Canımı verərəm qurban,

6470. Aynalayın Bokenbay.

Özün bir də at üçün,

Getdi düşmən dalınca,

Namusunu qorudun.

Atanı xilas etdin,

Düşmən üstünə getdin,

Qarğaya oxşayanlar,

Qızılbaşlar əlindən

Tayburıla minəmmədik.

Belə nizə taxmadın,

6480. Kökəm heç qalxa bilmir.

Burıl at uçdu səmaya,

Düşmənə əl vermədi.

Düşmən üstə gələndə,

Canımı qurban verərəm,

Aynalıyın, Bokenbay,

Kökəm, bax sənə görə.

Düyənin görkü nərlikdi,

Çayınkısa sərt sahil.

Kökəm atdan düşəndə,

6490. Yurdum yaman qəmləndi.

Yaradan bir xudadır,

On səkkiz min aləmi,

O heç nədən yaratdı.

Xanlara baş əymədim.

Bir xatın məni ələ aldı,

Həyatım əlində qaldı.

Qarşısında diz çökdüm.

Yatır kökəm, dərd çəkir.

Atamın işi Allaha qalır,

6500. Baxmaz gözün yaşına,

O, qəzəbli olanda,

Kəsib atlar başını,

Qəzəblənib sultanım.

O nə yeyir, nə içir,

Yarasını bağlayıb,

Yanında oturram mən.

Qulaq as mənə, Bokencan!

Erkən dan atınca qalx,

Ram olmayan Burılı,

6510. Çıxararam qarşına.

Tez onun belinə qalx,

Altı qulac polad nizəni,

Gizlin gətirərəm mən,

Onu belinə bağla.

Uçurumlardan tez atıl,

Atı çap Boken-batır.

Düzənlərdən çaparaq,

Atını sən yorğa sür.

Köp düşmən arasında,

Kökəmi nizəylə didən.

6520. Dağa getmiş Qarlıqanı,

Əgər gücün çatarsa,

Düşürüb atdan salarsan.

Yalnız bundan sonra sən,

Kökəni görə bilərsən.

Yalan yox sözlərimdə,

Çırağım, mənə inan!

Var getginən, çırağım,

Sözlərim sənə budur.

Qulaq as sözlərimə,

6530. Sən ey Bokenbay batır.

Qurtqanın müdrik sözün,

Yaxşı-yaxşı dinləyib

Ona dedi: “Burılı gətir,

Yolunda uğur olacaq”.

Bu qızğın Burıl ata,

Bokenbayı mindirdi.

Altı qulac ağ nizəni,

Belində qınına saldı.

Burıla minən kimi,

6540. Dağdan-daşdan çapdı o,

Həm yorğa, həm qaçaraq

Yarğandan ox tək keçdi,

Yıxılmadığın göstərdi.

Bokenbay ağıllıdır.

At üstündə əyildi,

Yerdən daşı qaldırdı,

Kəramətin göstərdi.

Qurtqa könlü toxtadı,

İnandı ki, yıxılmır.

6550. Alp balasın* çağırıb,

Qurtqa bunu söylədi:

“Bazara pul göndərdim,

Rəngi ilə bez almağa,

İlxını otarırsan,

Arkada börigözdə.

Aynalıyın Bokenbay,

Bir qulaq sal sözümə!

Əgər qüvvən çatarsa,

Qarlıqa tək gözələ,

6560. Sən heç əziyyət də vermə.

Çox yaxşılıq edib o,

Məhz kökəmin özünə,

Tapşırığım belədir.

Birdən başqa cür etsən,

Acığım tutar özünə,

Ölləm- istəməm səni,

Eşit mənim sözümü!”

Bokenbay batır o anda,

Qurtqanın sözün eşidib,

6570. Birdəfəlik düşündü:

O, yamanlıq etməsə,

Mən ona toxunaram?!

Atası kafir Qarlıqa,

Köp düşmənin içində,

Kökəmi nizəyə taxdı,

Atdan salıb kökəmi,

Qaraspan dağına qaçdı.

Akmonşah atı çaparaq,

Aşırımlar aşıbdı.

6580. Qarlıqa düşünmədi,

Görən niyə tələsdi?

Məgər indiyədək o,

Pis- yaxşı seçə bilmir?

Sənin sözün olmasaydı,

İlməyə salıb sürüyərdim.

Qabırğasın qırardım,

Doyunca ona gülərdim.

Bu sözlərini deyib,

Adlı-sanlı Bokenbay.

6590. Üç yaşlı dayçaya minib,

Bahalı paltar geyib,

Qarlıqanın izinə,

Bokenbay batır yönəldi.

Tayburıla “hə” dedi.

Ala at guruldadı,

Dabanı yerə dəymədi.

Qılıncdır cingildəyir,

Altın yüyən parlayır.

Döşüylə əsil altından,

6600. Altın döşdü cingildər.

Burılın dabanı dəyən yer,

Az qalır ki, dağılır,

Toz göyə duman olur.

Boken batır hey çapır,

Qarlıqa gözəl qızsa,

Qətiyyən istəmir ki,

Gəlsin onun yanına,

Koblan batırın balası.

Baladır - qeyrətlidir.

6610. Demə, Qarlıqa görüb,

Onun qüvvəsin, gücün,

O, xeyli vaxt dayanıb,

Ruhlara üz çevirdi.

Bokenbay gəlib görür,

Qaraspanın başında,

Akmonşah at belində,

Qarlıqa hey vurnuxur.

Bokenbayı görüb yandan,

Qarlıqanın qarasına,

6620. “Qaçma, Qarlıqa, qaçma.”

Batır ardınca gedir.

Qarlıqa səmtə qaçır,

Qaçır, həm dəki deyir:

“Qaçma, bala, şaşma sən”,

Bokenbay gəlib bu yandan

Qarlıqaya söylədi:

“Ay Qarlıqa, qaçmıram,

Gücümlə öyünmürəm,

Özümü itirmirəm,

6630. Mən düşməndən qorxmuram.

Qurtqanın sözün anıram,

Öyüdə əməl edirəm,

Bu öyüdü pozmaram,

Yolumdan da sapmaram.

Nə deyirsən, de gəlsin,

Qarlıqa səni deşmərəm.

Bokenbay sözün qurtardı,

Balaya qulaq asmadı.

Nər balası nər kimi,

6640. Yolundan dönməyərək.

Bu Qarlıqa düz getdi,

Üstünə Bokenbayın.

Nizəni işə saldı,

Bokeni təşvişə saldı,

Bokenbayın sözünə.

Qarlıqa qulaq asmadı,

Üstünə nizə endirdi.

Qəddarlığın bildirdi.

Bu qəddarlığı görəndə,

6650. Süngü canın dələndə,

Ağ süngüsün oynatdı,

Bokenbay onu atdı.

Qarlıqanın birbaşa,

Düz sinəsinə sancdı.

Nizəylə nişan aldı,

Dünya başına daraldı.

Dəbilqələr oynadı,

Odlu döyüş başladı.

Meydan yandı, qaynadı,

6660. Bokenbay bir anda yandı,

Qarlıqa tək gözəli,

Akmonşah atın sağrısında,

Yaxınlaşıb döndərdi,

Yəhərdən sağrıya mindirdi,

Nizəni də endirdi.

Atdan yıxılan anda,

Gözəl Qarlıqa söylədi,

Söyləyəndə bunu dedi:

“Bazara pul göndərdim,

6670. Rəng ilə bez almağa,

İlxını otarırsan,

Arkada Börigözdə.

Aynalayın, Bokenbay,

Bir qulaq as sözümə.

Yaşın uşaq olsa da,

Baş əyirəm özünə.

Əgər öldürəsən, çırağım,

Evdə yatan kökəmin,

Göstərib öldür gözümə.

6680. Mən sənin əlindəyəm,

Düyənin görkü - nərlik,

Çay görkü – yalçın sahil,

Öz əkəm, el-yurdumla,

Ona görə qurtardım,

Kefcil atan önündə

Mənim təqsirim nədir?”

Bokenbay Qarlıqadan

Eşidib bu sözləri,

Nizəsin dartıb çıxardı.

6690. Akmonşah at üstünə

Qızı sahmanlı mindirdi.

“At qəfil qaçar”, – deyib,

Yüyənindən saxladı.

Yol ilə düz çaparaq,

Düşərgəyə gətirdi.

Gözəl, göyçək Qarlıqa,

Bokenbay tək balanı,

Tənqid də edə bilməz.

Qarlıqa axtarışa,

6700. Çıxdı dan atan vaxtı,

Geriyə Burılda çapdı,

Kuptanda el yatanda,

Qarlıqanı gətirib,

Bokenbay elə gəldi.

İki atın ayaq səsin,

Bu Gözəl Qurtqa bildi.

Kuptan vaxtı keçməyib,

Qurtqa onları gözləyir.

Yüyürüb çıxdı yurtadan,

6710. Bokenbay batırı gördü.

“Qarlıqanı alıb gəldim”,

Qarlıqanı gətirdi,

Evə balası girdi.

Balasının həsrətin,

Çəkən Koblan hey baxdı.

Qalxaraq öz yerindən,

Bokenbayı öpdü o,

Qarlıqanı da gördü.

Yeddi il düzdə yaşadı,

6720. Qarlıqa həsrət çəkdi.

Ağlı başına gəldi.

Nizə ucu dəyən tək,

Qəzəbləndi – soyudu.

Könlünə aram çökdü,

Elin mollası harda,

Qarlıqa gözəl ilə,

Bizə nikah oxusun!”

Nər Koblandı batırın,

Qarlıqanı almasını,

6730. Qaraman kürdas* eşitdi,

Qaraman sonda söylədi:

Məndən doğulmuş oğlu,

Koblanın oğlu sanıram.

Koblanınsa oğlunu,

Doğma oğlum sanıram.

Balamın qənimətin

Mənə vermək olmazmı?

Kəsərdim təkə, qoyun,

Həm də düyə soyardım,

6740. Yaxşıca toy qurardım.

Məgər bacarmazdımmı,

Koblanla Qarlıqanın

İkisini qovuşdurum?

Sən bu surəti tuncdan,

Yapmağı bacarmasanda,

Çapar hesab olunursan,

Məgər belə etməzdimi,

Dağda yeddi il yaşamış,

Gözəl, qəşəng Qarlıqa?

6750. Koblanla ikisi birgə,

Küsüdən əl çəkərlər.

Qaramanın bu sözün,

Koblan batır eşitdi,

Bokenbaya söylədi,

Söyləyəndə bunu dedi:

“Düyə görkəmli nər balam,

Çayınkı - yalçın şahil.

Əkəniz qəzəblənib,

Alıb gəldiyi ananı,

6760. Qaramana – öz əkənə,

Tezcə apar sən balam!”

Batırın sözün eşidib,

Gün çıxmamış ata minib,

Üç yaşlı öz atıyla,

Çıxıb getdi Bokenbay.

Əyninə paltar geyib,

Gələcək anası Qarlıqayla,

Akmonşah yedəyində,

Qaraman səmtə yönəldi.

6770. Qaramanla Oraq ikisi

Qızılbaşları əzdi.

Nizələrlə deşərək,

Düşmənləri qovaraq,

Sürüdən qurd qovan tək,

Boğazından yapışdı.

Arxasına baxmadan,

Qızılbaşlar qaçdılar.

Nizələrə söykənib,

İki batır durmuşdu.

6780. Qarlıqanın atını,

Gəncin hər ikisi gördü.

Qaraman Bokenbayla,

Qarlıqanı götürdü.

Bir də onların yanına,

Qoşaraq Alp Oraqı,

Bircə an ləngimədən,

Elinə tez yön aldı,

“Qonaq edərəm” – dedi.

Elinə gəlib Qaraman,

6790. Düz altmış madyan soydu.

Altı tayfadan bura,

Çoxlu qonaq çağırdı.

Yetmiş madyanı soydu.

Yeddi tayfadan bura,

Çoxlu qonaq çağırdı.

Bütün el bir ağızdan,

Qaraman tək batıra,

Hamı “afərin” dedi.

Uzun gölün başında,

6800. Çadırlarını qurdu.

Koblandıyla Qurtqanı,

“Toya” – deyib çağırdı.

Əmr etdi axşama qədər,

Yüz səksən kərəgədən*

Böyük çadır qurmağı.

Toy sona yetişəndə,

Qızğın mərəkə bitəndə,

Qıpçaqlardan çağrılmış,

Koblana Qaraman dedi:

6810. Könlünüzdən kin getsin!”

Qarlıqanı dostuyla,

Birlikdə qoyub getdi.

Heç kəsi buraxmadı

Tək qulaq asdı Qaraman

Qarlıqayla Koblanın,

İçində kin qalmasın.

Bir-birinə nahaqdan,

Böhtan, yalan olmasın”.

Qaraman sözün atanda,

Qarlıqa da söylədi,

6820. Söyləyəndə bunu dedi:

Düşərgədən kənar bel.

“Beldən köçər el” – dedi,

“Buz bağlayar göl” – dedi.

Koblan batır deyim mən,

Qaraman ortada oturub,

“Mənə qulaq as” – dedi.

Sənə mən aşiq oldum,

Görüncə gurbəxt oldum.

Dedim – “Mənim tayımsan,

6830. Mənim əsil yarımsan,

Mən tək sənin eşqinə,

Elimi, yurdumu atdım,

Qoydum, çıxdım, gəldim mən.

Başqası biməsə də,

Özü edən bilir nədir bu?

Lap əvvəldən başlayan,

Qaraman, sən də qulaq as,

Fikirləşdi: Atam dua etdi”.

Dedi: “Nə olacaq çırağımla”,

6840. Atam özü bilirdi.

Mən hər şeyi düz etdim,

Baxmayaraq çoxları,

Onu çox qınadılar.

Qaramanla səni birgə,

İlgək altında sıxdım.

Sanki qamışlıqda ölmüş

Kobiktini Tərlan atda

Qalaya alıb gəldi.

Əl, ayaqları bağlı,

6850. Zindanda yatdı onlar.

Qaraman, oturubsan,

Sizə dediklərimi,

Yaddan çıxardınmı sən?!

Gətirib ata mindirdim,

Kobiktidən gizlincə,

Dəbilqə verdim sənə,

Nizə verdim döşünə,

Öz əkəm Kobiktini

Bicliklə dedim öldürmək,

6860. Koblan, bunu bildinmi?

Bunu kiminçün etdim?

Yalnız bircə səninçün!

Mən sənə aşiq oldum,

Sevgi fikriylə doldum,

Dedim: “Mənim tayımsan,

Sənsə dəyər vermədin.

Alşaqır elini alanda,

Qaraspan viran qalanda,

Özün yalqız qalanda,

6870. İçin kədərlə dolanda,

Sonda kim etdi kömək?

Unutqanlıq - nə demək?

Bildin Koblan – de kimçün?

Bütün bunlar səninçün,

Alşaqır elini alanda,

Başın qəzada olanda,

Birşimbay yalqız qalanda,

Dördümüzə nizə salanda,

Can hayında olanda,

6880. Az qaldı canımız getsin,

İki qol əldən gedəndə,

Səndələyib düşəndə,

Mənlə birgə doğulmuş,

Ağ alnı qaşqalı qulunum,

Mənim onurğa beynim,

Bel hissəmdə kürəyim,

Mənim arxam, köməyim,

Sudan çıxan süləyim,sən,

Mənim cəld yüyürənim,

6890. Qardaşım Birşimbayı,

Özüm sancıb öldürdüm,

Bildin Koblan kiminçün?

Yalnız bircə səninçün.

Elə bildim mənimsən,

Bunu dərk etmədin sən,

Heç dəyər vermədin sən.

El gəlib yığışanda,

Sənin istədiyin oldu,

Sevgin başqası oldu.

6900. Qaraspan kimi dağa,

Sürünü sən qovanda,

Mən düşmədim yadına.

Qurtqayla qovuşanda,

Qəlbə qayğı dolanda,

Mən düşmədim yadına.

Çadırın uçurum qırağında,

Özünə yoldaş götürüb,

Getdin Qaramanın toyuna.

Gün günorta olanda,

6910. Çadırıma gəldin sən,

Dayan, dincəl batır”- dedim,

Səndən çox xahiş etdim,

“Dayanaq, bir dincələk”.

Sən almadın qulağa*,

Dönmədin mən sarıya.

Qışda yağan qar olur,

Niyə gəlmədin yanıma?

De, günahım nə idi?

Bundan sonra, Koblan, sən,

Getdin Qaramanın toyuna.

6920. Mən düşmədim yadına,

Bu heç ədalətlidi?

Toy sona yetişəndə,

Sənsə evə dönəndə?

Yolda ağ çadır vardı,

Mənimsə xahişim vardı.

Sənin can-ciyərin Qurtqa,

O da sənə yalvardı.

Batır, sənsə dönmədin,

De, bir günahım vardı?!

6930. De, könlünə dəymişdim?

Mən Şoşayın yanında,

Qoydum səni üzüstə,

Köhnə qisasımı aldım,

Qarşında özüm tək – qaldım.

Könlündə varsa qisasın,

İndi döyüşmək istəsən,

Mən səndən qisas aldım.

Qaraman kürdas, bəs edər,

Dinməyə məcbur etdin,

6940. Könlümün qəmin aldın?

Bu gün ölsəm – yanmaram,

Könlüm mənim təmizdi.

Qaramanın kürdası, qulaq as,

Ay Koblandı sultanım,

Qəm etmə, hər şeyi de.

Yalan yox, hamısın düz de,

Sonda Koblan söylədi,

Söyləyəndə bunu dedi:

“Yaxşı dedin Qarlıqa,

6950. Allah götür-qoy edir,

Aulun yanı bel idi,

Beldən köçən el idi,

Çox idi qızılbaşlar,

Bir yerdə ki el idi.

Atan doğru deyirdi,

Onu qınayan el idi.

Səni ipək geyindirdi.

Çırağım, qız necə – dedi.

Ölüncə dua etdi.

6960. Öz əkən Kobiktini,

Necə gəldi öldürmək.

Əkədən yaxın sənə kimdi?

Qaraqıpçaq Koblandı,

Atandan yaxın idi?

Dediyin sözlər düzdümü?

Biz bir-birimizə tayıq –

İnanarlarmı insanlar?

Bu da az idi, Qarlıqa,

Sənlə bir doğulmuş qulunun,

6970. Arxasını söykəyim,

Sudan çıxan sülüyü,

Tək doğulmuş Birşimbayı,

Özüm sancıb öldürdüm.

Ömrünü yaşamadı.

Doğmadan yaxın kim idi?!

Qaraqıpçaq Koblandı,

Qardaşdan yaxın idi?!

Əkəmlə qardaşıma

Çoxlu pislik etdin sən,

6980. Sən kimə dost olarsan?

İnanar sənə qıpçaq?

Dehqan əkinin əkir,

Allah məhsulun verir,

Bu sözlərdən yenildi,

Koblan batırın ayağına,

Gözəl Qarlıqa düşdü.

Keçi sürüsündə təkə var,

Ağsaqqala uca yer,

Hekayəti qısaldıb,

6990. İndi birbaşa deyək.

Otuz gün şənləndilər,

Qırx gün də kef etdilər,

Qarlıqa tək gözəllə,

Koblandı batır birgə,

Onun kürdası Qaraman,

Nikah məclisi etdi.

Yeddi il dağda yaşamış,

Qarlıqa murada çatdı.

Əgər səbr eyləsən,

7000. Məqsədinə çatarsan,

Koblan, Qurtqa, Qarlıqa,

Göy rəngli arabada,

Düymələri bağlanmış,

Qarlıqa – gözəl bu qız,

Gördü həyatın şirinin,

Qarlıqa, Qurtqa birgə,

Qalın qıpçaq elinə,

Dostluğu sübut etdilər,

Məqsədlərə yetdilər.

7010. El onlardan danışdı,

Bunun hələ ardı var.

Qarlıqanın oğlu oldu,

Ad qoydular Kiikbay,

İstəklər dağlar qədər,

Kiikbay ata minəndə,

Köp qıpçağa gün doğar,

Qızılbaşçün gecələr,

Bu haqda ayrı hekayət,

7020. Kiikbay batır haqda,

Sona yetir hekayət.

Akın başlasa hekayət,



Çox şeydən deyər, əlbət.

Dastanda işlənmiş toponimlər, etnonimlər,

hidronimlər və folklor-etnoqrafik terminlərin şərhi


  1. Ağa – qazaxlarda qardaş mənasında işlənir.

  2. Aksay – Qazaxıstanda, o cümlədən Dağıstanda, Şimali Qafqazın türk­lər yaşayan bir sıra ərazilərində tez-tez rast gəlinən yer adı.

  3. Aladağ – folklorda və ədəbiyyatda rast gəlinən Qırğız silsiləsi.

  4. Alalı – kəhər at.

  5. Aynagöl gölü – Cənubi Qazaxıstanda bir neçə göllərin adı. Burada hadisələrin hər hansı konkret yerə aidiyyatı yoxdur.

  6. Almadın qulağa – yəni qulaq asmadın, saya salmadın.

  7. Alp bala – igid, qoçaq bala.

  8. Amanbəy – dastanda yer adı.

  9. Arka – Mərkəzi Qazaxıstanda geniş səhra adı.

  10. Apəkə – bacı mənasında işlənmişdir.

  11. Arıs – dastanda işlənmiş bu ənənəvi epik sətir söy­lə­yi­­ci tərəfindən qafiyə axtarışı zamanı mətnə daxil edilmiş yer adıdır.

  12. Atasu – Sarısu çayının sol qolu.

  13. Artıq – burada hamıdan hörmətli mənasında işlən­mişdir.

  14. Aynalayn – əzizim, qadan alım.

  15. Ayrıqotu – kolluqda bitən ot.

  16. Azulı – Qazaxıstanda göl adı.

  17. Batır – igid, pəhləvan.

  18. Besin – günün ikinci namazı. Dastanda günorta mə­na­sında işlənmişdir.

  19. Bədik – qazax epik poeziyasında ənənəvi başlanğıc.

  20. Bəybişə – qazaxlarda evin böyük arvadına, xanımına deyilir.

  21. Bibifatimə – iki hissədən ibarət bu adın «Bibi» his­səsi xanıma müraciət formasın­da, «Fatimə» hissəsi Məhəmməd Peyğəmbərin birinci arvadı Xədicədən doğul­muş qızının adıdır. Dastanda müqəddəs hamilərdən biri kimi çıxış edir.

  22. Bikeş – köhnə qazax adət-ənənəsinə görə qadın əri­nin qohumlarını adı ilə çağıra bilməzdi. Buna görə də Qarlıqa Qurtqanı başqa adla çağırırmış.

  23. Bulqar kamanıBuxara yayı» ifadəsi söyləyici tərəfindən batırın silahının xüsusi keyfiyyətlərini qeyd etmək üçün işlənmişdir. Qədim dövrlərdə Bulqariyada məşhur ka­man­lar hazırlanırdı ki, belə kamanlar üçün Buxarada hazırlanan polad yay lazım gəlirdi.

  24. Borigöz – qədim zamanlardan geniş tanınan müa­li­cəvi ot.

  25. Canlar – burada var-dövlət və insanlar nəzərdə tutulur.

  26. Cem – çay adı.

  27. Cəbr – burada ona əziyyət vermək mənasında işlənmişdir.

  28. Çətənə – bitki.

  29. Dariqə – əfsanəvi cəngavər qız. O, yalnız ona qalib gələ biləcək igidə ərə getməyə and içmişdir. Dariqəyə yalnız imam Əli qalib gələ bilmişdir. Dariqə dastanda güc və sədaqət rəmzi kimi çıxış edir.

  30. Davud – dəmirçilərin hamisi, özü də mahir dəmirçi Davud peyğəmbər. Xalq rəvayətlərində onun qeyri-adi qılınc və dəbilqə düzəltdiyi söylənilir. Qılınca sarınan qazax igidləri Davud peyğəmbəri çağırmaqla döyüşə girərmişlər.

  31. Dop – oyun zamanı oyunçuların əyri dəyənəklə qovduqları dəyirmi ağac parçası.

  32. Eşik – burada yer mənasında işlənmişdir.

  33. El qopub – burada Qaraspan dağında el yerləşib mənasında işlənmişdir.

  34. Əkə – qazaxlarda böyük qardaşa, böyüyə müraciət formasıdır.

  35. Ələmət – düşmənin başına oyun açma.

  36. Gök madyan – at adı.

  37. Görümdik – gəlini, yaxud təzəcə doğulmuş uşağı birinci göstərən şəxsə verilən hədiyyə.

  38. Gözdü göl – dastanda göl adı.

  39. Göz saldı – burada göz gəzdirdi mənasında işlən­miş­dir.

  40. Göz salmadın – burada qayğı göstərmədin mənasın­da işlənmişdir.

  41. Həzrət – 1.Əlahəzrət, cənab;2. Allahın və pey­ğəm­bər­lərin adının önündə duran ad. Dastanda Xızır kimi işlədilir. Guya yeraltı dünyada bulaq tapıb içdikdən sonra o, ölümsüzlük əldə etmişdir. Xızır peyğəmbər onu görənlərin hamısına xoş­bəxt­lik bəxş etmişdir. Onu yalnız sağ əlindəki baş barmağının sümüksüz olmasından tanımaq mümkün imiş. Allah Xızırı susuzluqdan yanan insanları xilas etməyə göndəribmiş.

  42. İrqa – qızılgül ailəsinə daxil olan bitki.

  43. Yüklə 2 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə