Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə5/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11
baldırqan.

Qızılbaşlar yurdunda,

Ona hücumlar edən,

Qayış - baldır sarı at.

Əlindəsə naməsi,

Onu dünya tanıyır,

Çağırdı ki, Qarlıqa,

İkisi bir yerdə olsun.

Aydın Oraq, ay Oraq,

5040. Ay baltası qan Oraq.

Koblandının köp elin,

Kalmık alıb-dedilər.

Elindən çıxdı çıraq,

Qarlıqayla görüşüb.

“De, görüm, yolun hara?”

Bax, yolları qovuşdu,

Bir səmtə üz tutdular,

Ağ sayqak tək uçdular,

Əcəb çapırdı onlar,

5050. Düşünmədi – çıxarlar.

Üç bozyallı at ilə

Başda Koblan gəlirdi.

Sevinib şadlandılar,

Lap oda qalandılar.

Sağ-salamat idilər,

Besində görüşdülər.

Burda dursun dördləri,

Oynaşıb sevinsinlər.

Heç qayğı çəkməsinlər,

5060. Ey insanlar, dinləyin,

Əgər deyilsə zəhmət,

Mənim ağzımdan çıxan,

Sözə heyifim gəlməz .

Alşaqır xanın o vaxtlar,

Talelər kitabından,

Hələ anam sağ idi.

Alıb kitabı - fal açdı,

Baxıb sonra da dedi:

Batırlarçün bəd günün,

5070. Yaxınlaşdığın gördü.

Çağırıb öz balasın,

Sonda qarı söylədi:

“Yalqız balam, Alşaqır,

Sözümə qulaq as, Şaqır!

Bunlar Koblana oxşar,

Qaşlı-qabaqlı batır,

Düşmənə əzab verən,

Düşmən üzərinə düşən,

İri burun, alagöz batır,

5080. Ağ sifət, gözəl, göyçək,

Gəldi, oğlum, ayağa qalx !

Alagöz, sifəti çopur,

Qaraman çapıb gəldi,

O da gəldi, oğlum, dur!

Sümük bizim, ət özgə,

Akmonşah atla gəldi.

Xəz papağı başında,

Görür, gəldi Qarlıqa.

Bax o, gəldi, oğlum, dur.

5090. Qaşlı-qabaqlı batır,

Düşmənə hücum edən,

Kürən atın belində,

Bütün aləm tanıyan,

Güclü, Oraqa oxşayan,

Batır gəldi, oğlum, dur!”

Belə dedi Alşaqır:

“Dil ilə demək olar,

Həm də çənələr ilə,

Batır doğulan ərlərin

5100. Çiynindən kaman dartır.

Sən danışdığın sözə,

Bala ürəyi diksinməz.

Boş yerə söz atma sən,

Qazanla gedib döyüşən,

Kobikti üstə gedənlərin,

Qəzəbi orda qaldı.

Hardan gəlsin bu yerə,

Koblandının cəsədi,

Orda sümüklər qaldı.

5110. Neçə falçı olsa da,

Mənim istəkli anam,

Sənin falın düz olmaz!

Qarı yenidən söylədi:

“Mən yağın tortasıyam,

Mən yorğa, vəhşi sayqak

Çırağım mindiyi atı,

Burılı çapıb gəldi.

Qorxuram, bəlkə Koblan!

Sənin damğalanmamış,

5120. İllik buzovlarına,

Qorxuram vura damğa.

Qoyunlar qulağında,

Nişanə olmayana,

Qorxuram, qoya nişanə.

Xoşbəxtlik üz döndərir,

Sənin altın taxtına,

Qorxuram, o, oturar.

Sənin böyük elini,

Qorxuram, idarə edər.

5130. Sənin ağ dəbilqəni,

Qorxuram, birdən minər.

Sənin qaşqa axtanı,

Dağ ətəyində ötər.

Səhərdən çapa-çapa,

Axşam düşəndə ötər.

Qorxuram o, yüyənlər.

Çuxur dibində iki sərv,

Başla zirvəyə qalxır.

Kökləri torpaqdadır.

5140. Yarpaq altın, qızıldır.

Qorxuram, doğrar onları,

O, atan bu ellərin,

Qorxuram, viran qoyar.

Gözəl-göyçək Kanıkeyi,

Əsil-nəsilli Tinikey,

Qorxuram, rüsvay edər.

Çox şığıyan şahinı,

Qağayı üstə buraxıb,

Qorxuram, qənimət alar.

5150. Bacarıqsız deyiləm,

Sən bağlayan qapını,

Açarımla açaram.

Sən yatsan da, mən yatmam,

Gözəl-göyçək Kanıkeyi,

Əsil-nəsilli Tinikeyi.

Hər ikisin alıb qaçaram.

Ağlamasınlar deyə,

Arabaya qoyaram.

Gedərəm – təpə aşaraq,

5160. Aldatmaz bir kəs məni.

Qızları götürərəm

Qızlar hər eldə əzizdi –

Hər kim əzizləsə də,

Qarılar əzizləməz.

Altın gümüşdən öncə,

İki qızı götürər,

Arabasına qoyar.

Qapını açın – deyər,

Qaladan çıx qarını,

5170. Gördü gözəl Qarlıqa.

Çal atını çaparaq,

Onu o anda tutdu.

Bic qarıdan gizlicə,

Arabanın üstün kəsib,

İki qızı oğurladı.

Qarlıqanın tutduğu,

Qarısa yol gedirdi.

Qızları gördü Qaraman,

O andaca qışqırdı:

5180. “Qənmətin bir hissəsin

Bəlkə mənə verərsən!”

Qarlıqanın önündə,

Lap eləcə yaxında,

At çapırdı Qaraman,

Qarlıqa sonda söylədi:

“Sən göldə bitən cilsən,

Hər yerin də tikanlı,

Söylə kimdən yaxşısan,

Xudadan nə görmüsən,

5190. Bütün mal, əmlakını,

Qənimətdən yığmısan sən”.

Akmonşah da çaparam!

Bura gəlməmişəm ki,

Kiyatı varlandırım?

Qaraman sənə nə deyim?

Əgər qənimət olsam?

Səndən qurtula bilməm.

Kimə bu qənimətin,

Yarısın verə billəm?”

5200. Qaraman sonda söylədi:

“Müsəlmanlara aram,

Qızılbaşlar bəlalı.

Kanıkeylə Tinikeyi –

İkisin də mənə ver.

Qarlıqa, səni arvad etmərəm,

Azadlıq bəxş edərəm!

O mindiyi ala at,

Parıldayan tüklüdür,

Həm dəki zil qaradır,

5210. İçində olanları,

Hələ deyə bilməyir.

Qarlıqa tək gözəlin,

Ürəyində çox dərin,

İz qoydu gənc Koblandı.

Kanıkeylə Tinikeyi,

Bu iki gözəl qızı,

O saatdaca verdi.

Qaraman batırdansa,

Gözəl-göyçək Qarlıqa,

5220. Sanki azadlıq aldı.

Bu bir ağır yükdümü?

Kədərlidir, yoxsa yox?

Koblana sevən Qarlıqa,

Qaramandan qurtulmadı.

Ürəyi qanla dolu,

Nəhayət ki, yetişdi,

O, öz Koblandısına,

Yetişdi muradına

5230. Bədənin əsdirərək.

Sanki ona yapışdı,

Qənimət olduğundan,

Ona yaxınlaşmadı.

Bozarmış bir berkut tək,

Azadlıq əldə etdi.

Əvvəl dörd idilərsə,

İndi oldular altı .

Beləcə dörd bozyallı,

Yığışdılar bir yerə.

5240. Axşam çağı çapdılar,

Dağ döşündə yatdılar,

Xurcunda olanından,

Allahın verdiyindən

Bir az təam etdilər.

Dörd batır göz yummadı,

Dan yeri ağaranda,

Şolpan ulduz batanda,

Səhər işıqlaşanda,

Dörd bozyallı bir yerdə,

5250. Silahlara sarılıb,

Tək Xudaya sığınıb,

Atlarına mindilər,

Dəbilqəni geydilər,

Belinə qılınc taxdı,

Nizəsinə də baxdı.

Alşaqırın qalasına,

Batır bayraqla getdi.

Qala yanına gələndə,

Lap şəhərə çatanda,

5260. Şahin tək şığıdılar.

Daş tək çənəsin sıxdı,

Şir doğulmuş Koblandı,

Gün çıxmağa baxmadı.

İstədi hücuma keçsin,

Çünki ata-anası,

Həm dəki eli-yurdu,

Əsirdi qıpçaq balası.

Qapı ağzına gəlib,

Qışqırdı Koblan batır.

5270. Nər təki nərildədi:

“Alşaqır, ay Alşaqır!

Mənə qulaq as, Şaqır!

Mənim adım Koblandı,

Kişisənsə gəl tək çıx.

Belə istəmirsənsə,

Kimlərin var birgə çıx.

Sonra heyfslənərsən,

Qara qaşqa atla çıx.

Nizəni götürüb çıx,

5280. Hər təpə, dağ aşırımın,

Xan olandan sonra sən,

Qoçaq olub – məhv etdin.

Yenilməz cəsurları,

Müsəlman, qoçaqları!

Qızılbaşlar içində,

Ona fil deyirdilər.

Koblan Batırın adı,

Çatdı qulaqlarına,

Eşidən tək bu adı,

5290. Anasının sözünə,

İnandı bu an Alşaqır,

Dözəmmədi Alşaqır,

Dəbilqəsin geyindi,

Polad qılıncın taxdı,

Nizəsini götürdu,

Oynaq qaşqa axta atın,

Səhərdən çapsa da o,

Axşama qədər çapsa,

Düzü keçib - yamacda

5300. Mütləq keçər başqasın.

Altın yəhərin qoyub,

Onda atına mindi,

Qara qaşqa atının

Quyruğun möhkəm yığdı.

Düşündü: məni çağıran,

Batıra hay verməsəm,

Deyəcək mənə “qorxaq” –

Qarşısına çıxdı o.

Tülkü gözləri yandı,

5310. Sanki qaynadı, daşdı,

Nizəsin daşa çaxdı.

Daş yerindən oynadı,

Kobləkə gələn səmtdən,

Tayburılı oyatdı.

Yaik sahili qamışlı,

Hər iki batır şərəfin,

Qorumaqçün özünün,

Tez də üstünə cumdu.

Yaxınlaşıb durdular,

5320. Üz-üzə dayandılar,

Lap alışıb yandılar.

Heç biri söz atmayıb,

Geriyə çəkildilər,

Nizələrin tuşlayıb,

Bir-birini deşdilər.

Atlar diz üstə düşdü.

Düşübən dayandılar.

Dizələrini qan tutdu,

Əldə barmaqlar dondu.

5330. Bir birinə güc gəldi,

Heç biri də ölmədi.

Qan tüpürcəyə qarışdı,

Ağızda qan uddular.

Dünyayla vidalaşdılar,

Bir-birlərin diddilər.

Beləcə döyüşdülər,

Ağrılara dözdülər.

Xəncərləri qan oldu,

Nizələri əyildi.

5340. Ömrə heyif gəlmədi,

Alşaqırın ümidi itdi.

Qalasın, elin görüb,

Bu an mayallaq aşdı.

Qara qaşqa atından,

Birdən yerə yıxıldı.

Artıq olan Koblandı.

Sanki aram tapmadı,

Onun ilə vuruşan,

Alşaqırın başını

5350. Bədənindən ayırdı.

Eşikdə bitir çətənə1,

Batır Koblan nizəsinə,

Keçirdi Alşaqırı

Atının sağrısına.

Koblan zəhmliləşdi,

Biləklə diz bizləşdi.

Onda kükrəyən gücü,

Heç ram etmək olarmı?

Düz sümüyünə çatdı –

Qoçaq Koblanın nizəsi.

5360. Çalışsa da çıxarmaq,

Bu, heç mümkün olmadı.

Düşmən qanına bulaşmış,

Alşaqırın ipək paltarı.

Alşaqırı məhv edib,

Günlərini gödəldib,

Nizəsin güclə dartdı,

Çətinliklə çıxartdı.

Alşaqırın ardınca,

Qaladan da çıxdılar.

5370. Toğanasla Ağanas,

İti çay axını tək.

Qızılbaşların böyüyü,

Qırx beş arşından böyük.

Koblan batır öldürən,

Qızılərin oğulları

Qurtqanı aparanda,

Qaladan iki gənc çıxdı,

Atanı öldürüb Koblan,

Köktim – Aymak elində.

5380. Düşmən düşünür qisas,

Böyük qardaş Ağanas,

Kiçik qardaş Toğanas,

Qaladan çıxıb iki gənc.

Gözlər yaşla dolu gənc.

Koblan batır üstünə,

Yaxşı silahlandılar.

Nizə ələ aldılar,

Xeyli irəli getdilər,

Ona şans vermədilər,

5390. Batırı cana yığdılar.

Qaraspan dağa baxdılar,

Onlar cüt - bu, yalqız –

Qarşılaşıb, sözləşdilər.

Koblan düşmənin tapdı,

Onu dövrəyə aldı.

Pirlər kömək etdilər,

Bu gənc oğlan Koblandı,

Bunu heç istəmirdi.

Az qalmışdı ki, onlar,

5400. Kobləkəni Burıldan,

Nizələrin gücüylə,

Atdan vurub salsınlar.

Yıxılan Koblandını,

Gördü birdən Qarlıqa.

O anda çapıb gəldi,

Ağanası daş kimi atdı.

Koblandı səndələdi,

Yəhərdə özün düzəltdi.

Tənha qalmış Toğanası,

5410. Koblan nizəyə taxdı,

Birdən kənara atdı.

İki düşmən dalınca,

Boz, alnı qaşqa atla.

Döyüşə atıldı Aktaylaq,

Bu tərəfdənsə Oraq.

Aktaylaqı fırlatdı.

Aktaylaqın ardınca,

Qaladan həmən çıxdı.

Onun oğlu Narqızıl,

5420. Qaraman çıxdı başqa səmtdən,

Batır onu da atdı.

Qaladan çıxmış Qaradağı,

Başı qazan boydanı,

Qarlıqa nizəsinin,

Ucu ilə fırlatdı.

Qaladan bu dəfəsə,

Çıxdı kalmık Qara.

Kobləkə elə onu da

Nizəsi ilə oynatdı.

5430. Qılıncla doğradılar,

Batırlar tez onları,

Yerlə yeksan etdilər,

Hücum edən kalmıkları,

Növbə ilə dördləri

Lap dərz kimi əzdilər.

Qoçaqların ardınca,

Qılıncın göydə tutaraq,

Çayın bərk axını tək,

Qızılbaşlar öncülü,

5440. Kobiktinin böyük oğlu,

Birşimbay başda xəz papaq,

Yanında əsgərləri,

Özü on beş yaşında,

İki qızı almışdı,

Alşaqırın kürəkəni.

Düşmən Alşaqır üstə gəldi,

Birşimbay azad olub biləli.

Əsir aldığı Koblandan,

Döyüşsüz ayrılmaqdan,

5450. Başqa bir yol görmədi.

Dəbilqəsin geyindi,

Yandan qılıncın asdı,

Nizəsini götürdü,

Qalanın ağzın açdırıb,

Birşimbay ordan çıxdı.

Çıxıb çapdı Birşimbay,

Birinin boğazından yapışıb,

Qışqırdı: “Mən gəlincə siz,

Qoçaqlıq göstərdiniz!”

5460. Birşimbay çapıb gəldi.

Artıq heç nə deməyib,

Koblandını bir sancdı,

Qarlıqanı bir sancdı,

Oraq batırı da sancdı,

Birşimbay kəhər atda,

Yerindən qopub çapdı.

Bir düşündü - çevrildi,

Yeni nizə götürdü.

Oraq batırı sancdı.

5470. Qaramanı da sancdı,

Qarlıqanı da sancdı,

Koblandını da sancdı,

Yerdən sıçradı, çapdı,

Alnından da tər axdı.

Birşimbayın qeyrəti,

Qaynayırdı, daşırdı,

Səf durmuş batırları,

Bax, beləcə Birşimbay,

Hər birini dalbadal,

5480. Nizəsi ilə sancırdı,

Cana nizə taxanda,

Dördüncüdə güc tükəndi.

Qarlıqa görəndəki,

Gücləri tam tükəndi,

“Buna heyvan da dözməz.

İnsan qəlbi dəhşətdən,

Heç vaxt özünə gəlməz.

İgidlər, burda durun!

Ona bir yol tapmasam.

5490. Öldürərəm mən, - dedi.

Mənim böyük əkəmin

Gücü bir batman artıq,

Birşimbayınsa gücü,

Əkəmin də gücündən,

Səkkiz batman artıqdı.

Gəzdirdiyi dəbilqə

Heç nə ilə deşilməz,

Qılıncla da bölünməz.

Var bircə çıxış yolu,

5500. Darvazadan arxada,

Dəbilqəsilə duran,

Öldürüb getsə məni,

Arxadan onu vuran,

Fürsət föftə verməyin”.

Qara kəhər atın çapdı,

Qarlıqa qız ər idi.

Qoçaq idi Qarlıqa.

Bu Koblandı batırsa,

İnanırdı ər qıza.

5510. Kələklə götürməsəm,

Öldürmək olmaz onu.

Başdan çıxarıb börküsün

Saçın yaydı Qarlıqa.

Akmonşahı qamçıladı,

Əldən çıxıb bir anda.

Birşimbayla üz-üzə,

Çapıb getdi Qarlıqa.

Çataraq ona dedi:

Baxın görün nə dedi:

5520. Anlayın* Birşimbay,

Gəl qulaq ver sözümə.

Sən gedəli, Birşimbay,

Qalanı düşmən basdı,

Viran etdilər eli.

Koblan zindandan qaçdı,

Yığaraq əsgərləri.

Tezcə buraya gəldi.

Atam lap gücdən düşdü,

Döyüşdə canın verdi.

5530. Sən, ey mənim çırağım,

Düşməni qırıb məhv etdin,

Hamını xilas etdin,

Özünə lap qəsd etdin,

Yalqız qaldın, Birşimbay,

Atanın gücü çatmadı,

Ərlərin üçü qaçdı.

Mən isə dözəmmədim,

Onlar dalınca qaçdım.

İndi lap ölsəm də mən,

5540. Qəlbimdə rahatam mən,

Xudam daim rəhimdil,

Məni tanıyıb çırağım,

Atını döndərmədin,

Sən heç mənim səmtimə.

Sən tək olan çırağım,

Mənim doğma qardaşım,

Sənə qurbandır canım!

Məndən qaçmış üç düşmən,

Özləri qayıtdılar.

5550. Bax indi, budur onlar,

Sözümə qulaq as, çırağım,

Qəm çox didir içimi,

Düşmənsə məhv olmayıb,

Nədən kədərlənməyim,

Ağlım, kara gəlmədi,

Heç üzümə gülmədi.

Sənə mən çatammadım,

Qaldıq düşmən yanında.

5560. Gəl, sən mən yaralını,

Gözdən kənara apar,

Sonra da geri qayıt.

Düşmənlərə divan tut,

Ey, gözümün çırağı!

Xudam hər ikimizi,

Birgə yapdı, yaratdı.

Qəlbimə dəyirlərsə -

Buna dözmək olarmı?!

Öz qanın bahasına,

5570. Sən yaralar alanda

Börküsünü çıxardı.

Birşimbayla bir vaxtda,

Bir doğulan Qarlıqa,

Dayanıb yaş tökürdü.

Birşimbay sonra söylədi:

“Oy, apəkə*, bilmədim,

Yağı içində idin.

Mən heç səni görmədim,

Öz iti nizəmlə mən,

5580. Hey düşməni didirdim,

Gözüm heç nə görmürdü,

Səni də tanımırdım.

Bir bəri gəl can apar,

Səni dağa aparram,

Sonrasa qayıdaram.

Qayıdıb gəlib bura,

Üç batırı vuraram.

Birşimbay öndə çapırdı,

Qarlıqasa arxada.

5590. Hanı sənin peysərin?

Harda ölümcül yerin?

Birşimbay sakit gedirdi,

Qarlıqa zərbə vurdu.

Birşimbay keçi kimi,

Zərbədən yerə sərildi.

Keçə yorğan köhnəlir.

Görüb, gedir, baxmırdı.

Doğma bacı Qarlıqa

Nizəsini tuşlayıb,

5600. Düz peysərindən vurdu.

Ağ kəhər çox tərləyib,

Birşimbay birdən qışqırdı.

“Can apa”, – deyib hönkürdü,

“Qoy ölür-ölsün” dedi!

Birşimbayı Qarlıqa,

Əcəbcə məğlub etdi.

Qoçaqlığın göstərdi,

Ərliyin sübut etdi,

Öz ala atıyla o,

5610. Yaman bərk gedirdi o,

Üç batırlara çatdı,

Qarlıqaya ümid artdı.

Qarlıqanı gördülər,

Ona heyran oldular.

Düşməni məğlub edib,

Ərlər batırlar ilə

Öz işlərin gördülər.

Qarlıqa at çapanda,

Necə oldusa Birşimbay,

5620. Onun məkrindən öldü.

Bu məkr olmasaydı,

Ər oğul Birşimbaya,

Mümkünmü qalib gəlmək?

Qarlıqayla Koblandı,

Qaraman ilə Oraq,

Hamısı bir nəfər tək,

Bir yerə yığışdılar.

Koblanın üzü güldü,

Bəxti yaxşı gətirdi.

5630. Birşimbayın izinə,

Qaladan heç kəs düşmədi.

İkillik danalardan,

Biri aparılmadı.

Yığıb qızılla gümüş,

Nə var arabaya yığıb,

Toktar başda köp qıpçaq,

Səs-küylə çıxdı - qalada

Qalmadı bircə kimsə.

Yesil* çayı yaxında,

5640. Yesildə söyüdlər kəsildi,

Qala darvazasından,

Qıpçaq çıxdı quzu tək,

Onlar yaxınlaşdılar,

Bu qoçaq Koblandıya.

Günorta besin vaxtı,

Bu yürüş də çin oldu.

Koblandının arzusu.

Yağıdan qurtulmuş el-oba,

Koblanı salamladı.

5650. Düşməni məğlub edib,

Batırlar sakit oldu.

Alşaqırın qalasın,

Qıpçaqlar hamısı birgə,

On səkkizinci gün tutdular.

Lənət olmuş düşməndən,

Hərə öz payın aldı.

Qıpçaqa düşmən Alşaqır,

Bütün elin itirdi.

Altın, gümüş, hər malın,

5660. Qıpçaqlar hamısın aldı.

Düşmən qalasın dağıdıb,

Xoşbəxtliyə çatdılar.

Ağlayan qıpçaq balasın,

Sakitləşdirib söylədi:

“Siz mənim çırağımsız!”

Qənimətim sürünü,

Qaraspan ətəyinə sürdüm,

Qıpçaqlar, həm kiyatlar,

Bundan çox varlandılar.

5670. Düşmənin sürüsünü,

At belində çaparaq,

Düz Qaraspana sürdük.

Düşmən gəlmədi yaxın,

Xuda köməyi oldu.

Məqsədinə çatdı o,

Üç gün, üç ay keçmişdi,

Qaraspanın ətəyində,

Azulı gölü* sahilində.

Toktar başda – köp qıpçaq

5680. Çadırların qurdular.

Alşaqır qovulan yerə,

Yenidən qayıtdılar.

Göldən qamış qırılıb,

Qalın qıpçaq el gedib,

Dayandı Qaraspanda.

Kafirdən pislik gördü,

Yaş tökən qalın qıpçaq,

İkiqat da varlandı.

Gəlib qondu köp qıpçaq,

5690. Azulı sahilinə.

Artıq doğulmuş Koblanın,

İşi gəldi yönünə.

Düşmən yaxın gəlmədi,

Kalmıklardan qənimət,

Gətirdi öz elinə.

Haqq yolda olan batır,

Yığıb çoxsaylı elin,

Qənimətin hamısın,

Kasıblara payladı.

5700. Kasıblar bəy oldular,

Əcəb razı qaldılar.

Koblan qoçaq bir ərdi,

Həm də yenilməz nərdi.

Keçilərin içində,

Baş çəkən təkədirsə,

Qalın qıpçaq elində

Bu yer ağsaqqalındır.

Qurtaraq hekayəti,

Çatdıraq mahiyyəti,

5710. Otuz gün toy etdilər,

Qəlbləri şad etdilər.

Toy düz qırx günə çatdı,

Batır Koblanla Qurtqa,

Arzuya yetişdilər.

Kəbin məclisi oldu,

Qəlblər sevinclə doldu.

Batır Qurtqa önündə,

Doxsan iki gözəl qız,

Yal kəsib, yağ qoydular,

5720. Bir kasa bal qoydular.

Batırçün çalışdılar,

Qıpçaqda ağıllılar.

Qaməti sərv ağacı,

Beli sanki karşığa,

Doxsan iki gözəl qız,

Yal piyin bud üstündə,

Qəbul edib dedilər:

“Batırın gəlini olduq”.

Qaynadılar, daşdılar,

5730. Sevincdən söz açdılar.

Bəylə gəlini öydülər,

Ayağa məxmər sərdilər.

Dedilər: “Çırağımız

Yoldan gəlib yorulub”.

Buna görə də onlar,

Batıra dincəlmək üçün

Yataq hazırladılar.

Bütün ipək yorğanı,

Yataq üstə qoydular,

5740. Həm qaydaya saldılar.

Qırmızı gün batanda,

Hamı yıxılıb yatanda,

Bu qızların hamısı

Koblanı apardılar,

Ağ çadırın yanına.

Qurtqa üçün qurulmuş,

Ağ çadıra saldılar.

Özləri də girdilər,

Nazik bədən ayüzlü

5750. Qurtqanı batıra verdilər...

Hekayəti burda kəsək,

Gəlin, düzünü deyək.

İzin verin danışım,

Qurtqa sonra necə oldu,

Koblançün gör nə etdi,

Qaraman səmtə getmədi.

Bilməyirdi neyləsin,

Ona necə söyləsin.

Qarlıqa çəkirdi həsrət,

5760. Yalqızlığasa nifrət.

Halın bir soruşan yox,

Keçirirdi təlaş çox.

Koblana acığı tutdu,

Dağda zirvə başında,

Səkkiz payadan ibarət,

Qurdu böyük ağ çadır.

İstədi tək yaşasın,

Düşünüb buladı başın:

“Səninçün ayrı düşdüm,

5770. Mən obamdan, elimdən,

Söylə görüm əvəzin

Mənə necə qaytardın?”

Qoy yaşasın dağlarda,

Gözəl, qəşəng Qarlıqa,

Akmonşah atla çapır,

Bax, bu an Koblan batır.

Yaxınlarını yığıb,

O gözəl bir toy etdi.

Bacısı Qarlıqaşı,

5780. Oraq batıra verdi.

Oraq oldu yeznəsi,

Sevindirdi hər kəsi,

Bir-birinə can oldular.

Toktar qızı verdikdən

Sonra qayıtdı evə.

Otuz gün kef etdilər,

Qırx günlük toy etdilər,

Koblan öz bacısının,

Xəznəsin ata yüklədi.


Koblandıyla Qurtqanın toyu baş tutduqdan və eyni zamanda Koblandı bacısı Qarlıqaşı Oraqa ərə verəndən sonra Qaraman batır öz vətəninə qayıtmağı qərara alır və deyir: “Alşaqırın qız qardaşları Kanıkey və Tinikeylə evlənməliyəm, buna görə toy etməliyəm”. Toyuna Koblandıyla Qurtqanı dəvət eləyir. Koblandı ilə Qurtqa Qaramanın toyuna gedən zaman onlar yarı yolda Qarlıqa qurduğu çadıra rast gəlirlər.
5790. Bax, beləcə Qaraman,

Kömək etdi qıpçağa.

Dağda biraz durmağa.

Könüllərini aldı,

Sevinclərini böldü,

Koblandıyla Qurtqaya,

Həm də gözəl söz dedi,

Sadiqliyin göstərdi.

Koblandı həmtayından,

Getməyə izin aldı.

5800. Pisin dili hiyləgər,

Əgər dostun yaxşısa,

Məqsədinə çatarsan.

Qaramanın dostu düşünür:

“Koblan ilə Qız Qurtqa,

Yanına ikiləri gəlsin.

Toyum bayram olacaq.

Kanıkey və Tinikey,

Həm də Koblandı gəlsin.

Kəbin şənliyi olsun,

5810. Onlar səhər gəlsinlər.

Qaraman getdi elinə,

Qaramanın dəvətindən

Koblan Qız Qurtqa ilə,

Arabanı qoşdular,

Üç yüz nəfər onları,

Birgə yola saldılar.

Elə birgə getdilər,

Hamını heyran etdilər.

Qaramanın toyuna,

5820. Üz tutub yol getdilər.

Qalın qıpçaq balasın,

Qaramanın elini,

Görməyi düşündülər.

Arkada börigöz batır?

Görənlər unudarmı?

Yolla getdikləri vaxt,

Qarlıqa yatan çadırı,

5830. Koblanla Qurtqa gördü.

Qarlıqa çıxdı qabağa,

Koblan üz tutdu Qurtqaya,

Bir-iki ağız söz atdı,

Akmonşah at altında,

Qəmşad börkü başında,

Atdığı oxu yaşıldı,

Görən gözü qıyıldı.

Koblan sultan əsildi:

“Bil ki, sənin dərdindən,

5840. Başıma heyf demədim mən.

Döyüşdə saçımı yığdım,

Dağda yalqız yaşadım,

Gözümdən qan-yaş axdı,

Söylə bu necə haqdı.

Əzaba saldın başımı,

Qoymadın daş üstə daşımı.

İndi qoy gəlib görsün,

Bacım mənim gücümü.

Koblandı, rica edirəm,

5850. Söylə nədir taqsırım?

Hara getsəm, söyləsəm,

Kimsə deyəcəkmi ki,

Sən bunu düz eylədin?”

Çox yalvardı – yaxardı,

“Gir içəri, sən bacım!”

Burda qalıb gecələ,

Koblanı yeznəm çağır.

Qarlıqanın ürəyi,

Hey alışıb yanırdı.

5860. Gözəl, gəşəng Qurtqa Qız,

Qarlıqanın ağladığın,

Görüb, xahiş eylədi:

Gəl, bu gün qalaq burda!”

Arkada şam ağacı,

Xudam, necə qəddardı,

Qarlıqa çox yalvardı,

Koblan qulaq asmadı.

Qurtqanı özüylə apardı,

Qarlıqa hıçqırırdı,

5870. İçində dərdi vardı.

Ağ nizəyə söykənib,

Qarlıqa min zülmlə,

Yetişdi çadırına.

Koblanla Qurtqa birgə

Gəldi Qaramanın toyuna.

Düz iki ay sərasər,

Burda toyda oldular.

Qaraman həmtayıyla birgə,

İki qızla bir yerdə,

5880. Kəbin də kəsdirdilər.

Koblan bir də yenidən,

Elinə qayıdanda,

Bir neçə gün yol gəldi,

Koblan yenidən gördü,

Qız onu qarşıladı,

Aslan batıra dedi:

“Mən çay hazırlmışam,

Qızıl kasada yağ verrəm.

Gözəl Qarlıqa qızın,

5890. Sizə qulluq etməyə,

Hər şeyi hazır idi.

Niyə özün qurban verdi.

Qəddar Qız Qarlıqanın,

Qəlbi alovlanırdı.

Dayanın mənim yanımda,

Mən dağlarda yalqızam.

Qaramnın toyuna,

Məni aparsan nə olardı?”

Çox yaş tökdü Qarlıqa,

5900. Heç nə kömək etmədi.

Arkada şam yetişir,

İgidin bəxti gətirməz,

Əgər zəhmət çəkməsə.

Koblan yenə heç cürə,

İnadından dönmədi.

Qurtqanı götürmədi.

Doğma elə dönərkən,

Elin salamat gördü.

Koblandıyla Qurtqanın,

5910. Vüsala yetdiyindən,

Keçmiş idi səkkiz ay.

Keçmişdi doqquz ay,

Keçmiş idi doqquz gün.

Vaxt – vədə yetişdi ki,

Qurtqa indi dünyaya

Gətirəcəkdi uşaq.

Gözəl qızda başladı,

Kəskin, çox pis ağrılar,

Bəlkə, doğulur batır,

5920. Bununçün ağrı bərkdir!

Yuxa getmədi gözünə,

El içində Qurtqanın.

Vədə yetişdi gəldi,

Dünyaya gözəl oğlan,

Təpəsi üstə dəydi.

Alnı gündə bərq vurdu,

Qurtqanı dövrəyə almış,

Qırx qadın hamısı birdən,

Uşağı qaldırdılar,

5930. Tez bələyə bükdülər.

Tərpənən kimi uşaq,

Bələk oldu bir varaq.

Dedilər: “Şir doğuldu”,

İnsanlar sevindilər.

Hər yana yayıldı xəbər,

Carçılar əldə bayraq,

Düz doqquz gün sərasər,

Çağırb adamları,

Şənliyə gətirdilər.

5940. Koblandı şənlik qurdu,

Yelik gölün* yanında.

Yesimba* tərəfindən,

Buxarçay ətrafından,

Qalın qıpçaq, köp noğay,

Buraya yığışdılar.

Yurdun gözəl balasın,

Çağırdılar Bokenbay.

Səs saldı dağa-daşa,

Gələndə bir yaşına.

5950. Qayalara ox atdı.

Gəldi Boken ikiyə,

Öz həmyaşıdlarından,

Heç kəsə tay olmadı.

Nəfəsində istidən,

Sanki çörək bişərdi.

Boken çatdı üçünə,

Üçə keçən kiçik bala,

Qayaları yarırdı,

Daşı kənara atırdı.

5960. Bunu eşidən hər kəs,

Sevinirdi, gülürdü.

Gəldi Böken dördünə,

Dördə yetişəndə o,

Dedi:”At çapam gərək,

Qızılbaşın kəndinə!”

Gəldi bala beşinə,

Beşə gələn balanın,

Gündüz-gecə qayğısı,

Oldu yalnız yağısı.

5970. Gəldi Boken altıya,

Altıya çatan balanın,

Artıq oldu faydası.

Bütün qıpçaq elində,

Altı yaşlı Bokenbay,

Oxşadı atasına.

Dağlar-daşlar yanırdı,

Zəhmindən Bokenbayın,

Qəzəbindən, gücündən.

Minib birdən atına,

5980. Xəznədən paltar geydi

“Bu elə bəsimdir mənim!”

Mindi səmənd atına,

Allah köməyi olsun,

Dağ silsiləsin aşdı,

Düzənlərdən çaparaq,

Atın sürdü dördnala.

Özü altı yaşında,

Dələ börkü başında.

Altında səmənd atı,

5990. Yanında yox yoldaşı.

Bölünməyən yuxuda,

Yırtılmayan məzarda.

Könlü getdi görməyə,

Dağ döşündə otlayan,

Yestemis baxan ilxıya.

Olduqca gənc Bokenbay

İlxıdan atı tapsın,

İlxıya o, çatanda,

Yestemislə doxsan qul,

6000. Batır hər nə etsə də,

Ondan razı qaldılar.

Qaraspanın başında,

Düşərgəsini qurdu.

Bu nəhəng şiri-nər gənc,

Nizəsin ələ aldı,

Üçyaşlı ata mindi.

Polad dəbilqə geydi,

Cana ümid yeriydi,

Razıydı Koblan-batır.

XXII. Hələ ki, Bokenbay burda qalsın. İndi sizə Kobiktinin qardaşı oğlu Şoşay xandan deyim. Şoşay batır qırxminlik ordu ilə qıpçaqlardan əmisinin qisasını almaq fikri ilə onların üzərinə hücuma keçir.

6010. Bir neçə gün keçmişdi,

Dan yeri ağarmışdı,

Şolpan ulduz batmışdı,

Qırmızı gün çıxmışdı,

Koblan hələ yatmışdı.

Boken ilxıya gedəndə,

Qalın el yaylağında,

Madyan bağlanan yerdə,

Dağın lap ətəyində.

Dağdan qalxdı güclü toz,

6020. Darvaza səmtə getdi,

Ayaq səsi eşitdi,

Dedi: “Bax, yağı gəldi,

Yuxusundan oyatsam,

Sultanım şaşar” – dedi.

Qızılbaş hücum edər,

Nizəm başların deşər.

Koblan yatan eşikdə*

Ertə idi, axşam yox.

Xudam uğur göndərdi,

6030. Gözəl, göyçək Qız Qurtqa,

Batırın başın tutdu,

Dizi üstünə qoydu.

Qıpqırmızı yaylıqla,

Yelpiyirdi batırı.

Kozı Körpeş! Bayandı!

Ölüm haqdan ayandı.

Yaylıq iyin hiss edib,

Düşmən səsin eşidib,

Koblan birdən oyandı,

6040. Səsdən bədəni əsdi.

Qəlbi yaman üşüdü.

Sınaqdan keçmiş Koblan,

Birdən yerdən sıçradı.

Nə istəsə edər o,

Papaq yox, başda fəsdi.

Ev geyimi, köynəkdə,

Şalvar da yox əynində,

Evdəki nizəsinin,

Yapışıb dəstəyindən,

6050. Sanki birdən oyandı,

Çaşdı, alışdı-yandı.

Evdən çölə qaçdı o,

Qəzəblə qışqırdı o,

Birdən möhkəm hay saldı.

Nədir bizim aula,

Kimsən sən hücum çəkən?”

Koblan batırın səsindən,

Az qaldı yer yarılsın.

Ertə vaxtı batırın,

6060. Düz bir aylıq yoladək,

Zəhmli səsi çatırdı,

Nər kimi bağırırdı.

Eşikdəki düşməni,

Qorxutdu öz səsiylə.

Nər qamışı əzən tək,

Nizə düşmən gəzirdi.

Evdən çıxıb bayıra,

Batır əl açdı səmaya.

Yeddi pirə - babaya,

6070. Dedi: “Kim çatdırar Bokenə,

İlxıdakı batıra,

Düşmən hücumu haqda.

Nizəmdən keçirərəm,

Qurd kimi gəmirərəm,

Onların payın verrəm,

Həm günahkar edərəm!”

Qurtqa tez evdən gəldi,

Axurdakı Burılı,

Ehmallıca çıxardı,

6080. Belinə tərlik saldı.

Bazardan gələn qaşıqdı.

Burılı bir az saxlayıb,

Yəhərləməyə çalışdı.

Şir-nər olan bu batır,

Bilmədi nə hayqırır.

Kafir qorxaq Qızılbaş,

Batıra silah tuşladı.

Gözəl, göyçək Qız Qurtqa,

Yamanca tələsirdi.

6090. Burıl ata minəndə,

Silah-sursat geyəndə,

Pirlər mədət verəndə,

Batır döndü daşqına.

Elə girən qızılbaşlar,

Batır qəzəbindən qorxub,

Dağ dalına qaçdılar.

Bura gələn qızılbaş,

Piyçün gəldi –bud oldu.

Şəkər dedi - bal oldu.

6100. O da öz yurdunda nər.

Amma, demə içində,

Bir qisas yaşadırmış,

Qızılbaş deyilənlər –

Qazax deyillər – atəş.

Sifətlərdir buzlayıb,

Kipriklərdə buz donub.

Qızılbaşlar yurdunda.

Həmin xan Kobiktinin,

Qardaşı oğlu xan Şoşay,

6110. Əsgərləri çağırıb,

Qəhrəman tək hay salıb,

Şoşay xan onda dedi:

Yük götürən qara nər,

Koblan çılpaq yatanda,

Xatununun boynunda,

Öldürməyi etdim ar.

Gəlin bəri geyinsin,

Geyinib yola düşsün,

Əcdaddan kömək diləsin.

6120. Zəhmli üzümdən qorxsun,

Yalqız qalıb məhv olsun,

Qoy xan deyən tək olsun,

Qızılbaş əsgərləri,

Dağ ətəyində durdular.

Bir-birinə sipər olub,

Burda məskən qurdular.

Dedilər sayımız çox,

Hərə əlində kaman.

Çəkib oxun atdılar,

6130. Koblan əsl şiri-nər,

Burıl atına mindi.

Zəhmli səs çıxardı,

Burıl atı oynadı,

Batır təbili vurdu,

Həm də bərkdən qışqırdı:

“Qızılbaş, çıx qabağa!”

Yaxınlaşdı yağıya.

Qızılbaş xanı Şoşay.

Sorğu etdi Koblana

6140. Dedi: “Xahiş edirəm,

Mənə üç gün möhlət ver”.

Koblan batırsa onun,

Xahişinə əməl etdi.

Dedi: “Qoy deməsin ki,

Məqsədimə çatardım.

Versəydi mənə möhlət”.

Burda sözü saxlayaq.

Bu arada uzaqda,

Toz göyə duman oldu.

6150. Düşmən gəlir görəndə,

Batırın səsin eşidib,

Ölmək yox, həyat şirindir.

Qəbrdə yatmaq çox pis,

Adamların gözəli,

Nitqi, sözü bal kimi,

Yeddi il qalmış dağlarda.

Orda yalqızlıq görmüş,

Koblandıdan əl üzmüş.

Gündüz-gecə qəm yemiş,

6160. Xoşbəxtlik nə - görməmiş.

Hamıdan şanlı olmuş,

Qarlıqa Akmonşahda,

Yetirdi özünü atda

Qarlıqanın ardınca.

Tozu dumandır görüb,

Həm də səs-küy eşidib,

Bildi düşməndir gələn,

Batırın səsin eşidib,

Beş yaşlı ata minib,

6170. Akmonşahın qardaşı.

Dovşan kimi bərk qaçan,

Seil oğlu Qaraman,

O da gəldi ardınca.

O da batıra çatdı.

Onların gəlməsindən,

Batırın xəbəri yoxdu.

Qaramanın ardınca,

Sözə əməl edərək,

Həmən çapdı bu Oraq.

6180. Dağın axar bulağı,

Səhər erkən duraraq,

Səhraya o, çıxaraq,

Toz gördü, səs eşitdi,

Koblanın bacısı Qarlıqaş,

Qardaş səsin eşitdi.

Dedi: “Bu səs kökəmin,

Görən, ona nə olub”.

Oraqa aman vermədi,

Müdrik bacı Qarlıqaş.

6190. Çırağım – bu batırla,

Doğulubdular birgə.

Yaxın qalmaz kənarda.

“Tez ol sən get, batırım,

Kökəm, sənin yolunda

Özümü qurban verərəm!”

Kürən atı hazırlayıb,

Belinə tərlik saldım.

Batırı ata mindirdim,

Həm də ki, yola saldım.

6200. Oraq da ora çapdı,

Qayış-baldır kürənlə.

Oraq igidin ardınca,

Bölünməyən yuxuda.

Yırtılmayan məzarda.

Batırın səsin eşidib,

Uzağı tozlu görüb,

Bilən də düşmən gəlib,

Özü altı yaşında,

Xəzdən börkü başında.

6210. Səmənd atsa altında.

Yestemis ərlə yanaşı,

Qaş-qabağın tökərək,

Ağ şahin şığayırdı.

Şir gücü oynayırdı.

Altı yaşlı Bokenbay,

O da gəldi ilxıdan,

Bokenbayın ardından,

Qız bircəkli atıyla.

6220. Kuruku* da əlində,

Ayağından başadək,

Silaha sarılmışdı.

Yestemis gəldi ardından.

Düşmən gələn o yolda

Hamısı yığışdılar,

Sayqak kimi çapdılar,

Bir məxrəcə gəldilər.

Besin vaxtı gələndə

“Yalqızam” deyən batır,

6230. Sərbəstcə nəfəs dərdi.

Arkada var börigöz,

Müdrikdəsə gözəl söz.

Bunu bütün görənlər,

Heç yaddan çıxarmazlar.

Kalmıkda fürsət bitdi,

Şoşay xan - Koblan üçün,

Döyüş saatı gəldi.

Döyüş vaxtı gələndə,

Bir-birin nizələrlə,

6240. Başladılar didməyə.

Az keçmişdi - onlara,

Yaxınlaşdı Qarlıqa.

Öz gücünü göstərdi,

Bildilər – hünərvərdi.

“Qisasa qisas olsun”,

Yəqin pis söyləməzlər.

“Bədə bədlik edəndə,

Səni lənətləməzlər.

Şoşay xanın yanında,

6250. Mən səndən aldım qisas.

Baxmayaraq doğuldum,

Mən gözəl qadın kimi!

Sən məni təhqir etdin”.

Koblan batırı Qarlıqa

Yandan nizəylə vurdu.

Vurub yerində durdu,

Qeyrəti lap duruldu.

Beləcə düşmən özündən

Adlı-sanlı Koblanı,

6260. Dartıb tez atdan saldı.

Heç kimdən çəkinmədən,

Qaraspanda qurduğu

O, çadıra yola aldı.

Yeddi il burda qaldı.

Batıra acığı tutdu,

Heç kimə sirr açmadı.

Koblan atdan düşəndə,

Xoş gündən gen düşəndə,

Düşmən qələbə çalanda,

6270. Qızılbaşın atında,

Batır hər bir şey etdi,

Qeyrətini göstərdi.

Qızılbaş onu vurdu,

Vurub yerində durdu.

Başqa gələn qızılbaş,

Qoymadı onu çıxmağa,

Burıla əl atdılar,

Əsgərlər dövrəyə aldılar.

Burıl dostuna dedi:

6280. “Belimə minərsənmi?”

Koblanın başına dolandı,

Qurd tək üstünə düşdü,

Düşmənə tərs-tərs baxdı.

Sən ey Ömərlə Osman!

Qoşqar buynuzlu aypara,

Burıl özün ələ vermədi,

Dövrədə düşmənlərə,

Ölüm qorxusu gəldi,

Düşmənlər qarşısında,

6290. Səs-küylə səmaya uçdu.

Tayburılı görən tək,

Bildi atdan düşüb batır –

Seil oğlu Qaraman,

Əsgərlər içinə girdi.

Burıl atı görən tək,

Nə olduğun bilməkçün,

Qayış baldır kəhər atda,

Oraq əsgərlərə çatdı.

Tayburılı görən tək,

6300. Bildi yıxılıb batır,

Altı yaşlı Bokenbay

Dələ papaq başında,

Oturub səmənd atında,

Töküb qaşqabağın da.

O, şahin tək şığıdı,

Əl-qolunu sıyırdı.

Şir doğulmuş Bokenbay,

Düşmən içinə getdi,

Daşları da toz etdi,

6310. Hamı ondan razı qaldı –

Bu onunçün yazıydı.

Bokenbay hamıdan öncə,

Düşmən sırasın yardı.

Atasının dadına

Bokenbay gəlib çatdı...

Bir yerdə dayanmadı.

Qızılbaşlar döyüşə,

Sinə gərə bilmədi.

Qaçdılar bu oğlandan,

6320. Tayburılı görən tək.

Bildi yıxılıb batır,

Kəhər yallı atıyla,

Yestemis çapdı oraya.

Əlindəki tunc kuruku,

Düz iki yerə böldü.

Şir kimi səs çıxarıb,

Ordunun içinə girdi.

Əl-qolun cırmaladı,

Yaxşıca hamarladı.

6330. O, çox məşhur qoçaqdı,

Qurd tək sürünü basdı.

Qızılbaşları qırdı,

Koblandıya yetişdi.

Gördü batırı yaralı.

“Ya sultanım” – deyib Yestemis,

Koblan batırla yanaşı,

Sanki nər tək şığıdı.

Qurtqaya xəbər verdi,

Yenidən ata mindi,

6340. Nə danışdı, nə dindi.

Yaylıq saldı başına,

Yallı atı altına.

Atla Qurtqaya çapdı,

Yaxınlaşdı və dedi:

“Batır yaralanıbdı,

Burda nə oturmusan!

Yarasın sarımağa,

Ayı ödü məlhəmdi,

Götür get onun yanına.

6350. Alqan içindədirsə,

Tamam gücdən düşəcək”.

Yestemis Qurtqaya dedi:

“Tez ol sən bir min ata!

Sultanım yaralıdır,

Biz onu tez sağaldaq.

Qurtqa eşidən təki

Batırdan bu xəbəri,

Gözdən seltək yaş axdı.

Gözəllər gözəli Qurtqa

6360. Dedi gəlsin yorğa at.

Bizim qoca Yestemis,

Çığırdı: “Tez yığılın

Bir az cəld olun” - dedi:

Bədəni oddan yanırdı,

Yağışdan öncə görünən

Buluda bənzəyirdi.

“Koblandının üstündə

Tez çadır qurun” – dedi:

Koblan, mənim sultanım,

6370. Bu səfərin tutmadı.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə