Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə4/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11

2260. Koblan qalaya girdi.

Qoçaq, cəngavərdir o,

Hələ gənc gözəldir o,

Qaraman yanında qaldı,

Xan ətrafın fırlandı,

Alnından da tər axdı.

Müşküldü qalaya girmək,

Çoxlu əsgərlər görüb,

Biləndəki, düşməndir,

Şəhər əhli yığışdı,

2270. Başda isə xan Qazan,

Döyüşə hazır oldu.

Arxadasa börigöz*.

Həm maraqlı, müdrik söz.

Görənlər unutmazlar,

Aslan kimi Koblanı,

Çox görüb əsgərləri.

Aslan olan Koblandı,

Ordu üstə yeridi.

Qırx min atlı qızılbaş,

2280. Qolunda yaşıl bayraq.

Aslan doğulmuş Koblan

Cəngavərliyi bəyan,

Könlü aşıb daşırdı.

Düşmən görüb çaşırdı.

Bax, bu vaxt ona qarşı,

Qara qaşqa at minən,

Quyruq, yala bərk döyən,

Böyük batır qaydasıyla,

Cəsur Qazan yeridi.

2290. Dəbilqəni bağladı,

Əsgərlərdən güc aldı,

Məmnun idi hamıdan,

Papağı gözü üstə basdı,

Heyvanlara əl atdı.

Lovğalandı gör kiməm,

Gündə qırx dəfə çapdı,

Dəri kürkün tərs geydi,

Qızılbaşa sadiqdi,

“Qazax” eşitdi atəş

2300. Sifətdən qar töküldü,

Kiprik buzla örtüldü.

On iki gündən bir yatar,

On üç günündə yeyər,

Şöhrətli batırıydı o,

Qızılbaşlardanıydı o,

Allahdan düşmən istərdi,

Yoxsa kədərlənərdi.

Nizəni tutduğu yerdən,

Əl ilə tutmaqçün,

2310. Məxmərlədi bu yerin,

Hissi coşub-daşanda,

Qar tək göyə sovruldu.

Suda var sarı sazan,

Molla verir beş azan,

Ölkədə xan olanlar,

Taxtdan kənar qalarlar?!

Xanın oğlu Oaraul,

Bəyin oğlu Bəyaul,

Xan igidi yasaul* .

2320. Xanın əsabələri,

Hətta subayları da,

Otuz törə qızılbaş,

Hər birisi on təngə*.

Yatıb günün keçirdi,

Əllərdə fitil silah,

Qara şahin qoltuqda,

Üç yaşlı çapar at tək

Onlar hamısı gözlədi.

İrəliyə atıldılar,

2430. Qalada qan tökdülər.

Piyadalara çatıb,

Qızılbaş ordu yığıb,

Koblan üstə yeridi.

Gün günorta olanda,

Qırx min əsgər birlikdə,

Qazan xan isə başda,

Hər dəstədə, on əsgər,

Arxada var börigöz,

Müdrikdə ağıllı söz.

2440. Batır Qazan əsgər yığdı,

Koblana yaxınlaşdı.

Tək onun yanına vardı.

Bildi – Koblan əyilməz,

Həm də ki dəymək olmaz.

Atın yüyənin dartdı,

Koblana bu an söz atdı.

Aladağın* qırğızı,

Geyimin ala, qırmızı.

Atının boğazı ağrıyır,

2450. Bəlkə o çox çapılır.

Atının yalı yatıbdı,

Görünür, gücdən qalıbdı.

Gözlərinə qan çöküb,

Görünür, sən az yatıbsan,

Yuxuna haram qatıbsan,

Nə şəhərə varırsan,

Nə yerdə gecələrsən.

Ay çal atlı gənc qırğız,

Kimin oğlusan yalqız?

2460. Atan söylə kim olub?

Bir de, anam kim olub?

Mən bir Batır Qazanam,

Səndən cavab alaram.

Mən zarafat sevmirəm,

Tez də qəzəblənirəm.

Çal at, ağ dəbilqəni,

Ver, əllərim dəyməmiş.

Sonda Koblan söylədi:

“Pul göndərdim bazardan,

2470. Altın qaşıq alınsın,

Atımı verərəmmi,

Sən imansız, dinsizə,

Atım sənə nə edib?!

İmkan ver bir dincəlim,

Çatmamış - ayağına gəlim?!

Bu nə demək - çaşırsan?!

Bəlkə fikirləşirsən,

Qızılbaş qızlarını,

Dullarını sevərik.

2480. Dözmürsənsə - yaxın gəl,

Sənə o an göstərim,

Əslin-nəslin bilinmir,

Atam nəyinə lazım,

Anamı neynəyirsən?!

Anamı neyçün sordun

Sənin anan nikahsız,

De, nikalıdır anan?

Neyçün sən soruşursan,

Axı qəzəblənirəm.

2490. Gününü qara edərəm,

Sənə bir toy edərəm,

Gəldiyin qapıya sən,

Bir də həsrət qalarsan.

Sənsə Batır Qazansan,

Yolun yaman azansan,

Padşah verdiyi ağı,

Qanına boyayaram.

Sən hündür aşırım keçib,

Qızılbaşlar elindən,

2500. Şərab içib, nan yeyib,

Şəhərdə dəmlənmisən.

Sənin havanı alaram,

Çoxda qürrələnirsən,

Burdan məğlub gedərsən,

Qaşqasında tülparın,

Hələ elə edərəm.

Yarasının qanından,

Gücün qalsa - içərsən.

Düşmənə hücum çəkən,

2510. Yamandan ağıl ummaz,

İçimdə olan qəzəb,

Qar, çovğuna bənzəyir.

Müsəlmanın balası,

Mən sağam - ağlamasın

Qızılbaşlar aradım,

Atın, kürkün - hər şeyin,

Sənin kimi murdarlar,

Hər şeyi mənə verdilər.

Qılıncla səni öldürsəm,

2520. Kəkələyib deyərsən:

“Doğrayıb tökdün məni!”

Nizəm ilə öldürsəm,

Yenə deyəcəksən ki,

Əzib məhv etdin məni.

Yox - tüfənglə öldürsəm,

Çaşbaş olacaqsan sən,

Qışqırıb deyəcəksən,

Lapdan öldürdün məni,

Altında səmənd atı.

2530. Siz çoxsunuz-mənsə tək,

Sənə baxanda kiçiyəm,

Nə istərsən et mənlə.

El Arısda* yaşayır,

Batır batırı qoruyur.

Əvvəl sakit söyləndi,

İçinə şeytan girdi,

İrqay* saplı nizəni,

Çalıb, bir-bir taxdılar.

Sonra bir az dayanıb,

2540. Nizələrlə bir-birinin,

Qanını axıtdılar.

Nizələr əyilirdi,

Hamı qana boyanırdı.

Atlar diz üstə düşdü,

Həm yıxıldı, dayandı,

Tər tərlikdə qurudu,

Ağız suyu qana bulaşdı,

Xəncərlə döyüşdülər.

Xəncər dözmədi – sındı,

2550. Nizələrsə əyildi.

Dehqan əkən məhsulu,

Gərək vaxtında yığsın,

Qan yanaqdan töküldü,

İgid canı incəldi.

Ac safsar* tək əyildi,

Hər ikisinin dəbilqəsi,

Üzük tək ayrıldılar.

Elə bu an Koblandı,

Nizəsini yellədib,

2560. Düşmən üstə endirdi.

Qazanı atdan endirdi,

Koblan gücün göstərdi,

Aypara bayraq endi,

Qan su yerinə döndü.

Zərbədən canı çıxdı,

İçində yandı-yaxıldı.

Gün günorta çağında,

Qalanın ortasında,

Batır, qoçaq Koblandı,

2570. Qazanın ağzın bağladı.

Qazan atdan yıxıldı,

Ellər təlaşda qaldı.

Xəbər çatdı hamıya,

Ölünü götürməyə,

Şiddətli, isti yayda,

Əsmədi bir külək də.

Gözlənilməz əcəldən,

Qaça bilibmi kimsə?!

Ordu başçısı öldü,

2580. Ömrünün sonun gördü.

Qırx min atlı qızılbaş,

Koblan önündə durub,

Bir-birinə sığındı.

Koblanı görməsinlər,

Koblanla oyun yamandı,

Qırx min qızılbaş suvari,

Bir yumruq tək göründü.

Yerdən tərpənmədilər,

Şəhərə dönəmmədilər.

2590. Getməyə təpərdir – yox.

Qapıdan girəmmədilər,

Qayıtmağa cürət yox.

Təpədə dolaşırlar,

Bimirlər nə edirlər?!

Hərəsində bir nizə,

Əvvəl lovğalandılar.

Qazan xan ölən kimi,

Döyüşdən çəkindilər.

Hamı bir yerə yığışdı,

2600. Düşməni görən kimi,

Aslan olan Koblandı,

Yan-yörəyə göz saldı.

Qırx min atlı qızılbaş,

Bilib, duydu, o, təkdi.

Ətrafına gəldilər,

Tez dövrəyə aldılar.

Yalqızlığın bilsə də,

Hamıdan ər Koblandı,

Gördü ki, qızılbaşlar,

2610. Tez dövrəyə alırlar.

“Bəli, təkəm, mən təkəm,

Tək tanrıya bildirdi,

Öz qəmin, öz kədərin.

Sonrasa qəmli durdu.

Öz polad nizəsini,

Əsil batır kimi o,

Tezliklə işə saldı.

Kimin bəxti gətirər,

Bu haldan çıxış tapar.

2620. Özümə güvənməliyəm,

Nə olsun Qaraspanda,

İndi çoxlu adam var?!

At minib çıxdım eldən,

Altımda üçyaşlı Burıl,

Kökləldilmiş köhlən at,

Düşmənə gətirsəm tab,

Qızılbaş olsa məğlub,

Nərliyimi kim deyər?!

Qaraspanda yaşayan,

2630. Qalın qıpçaq elinə?

Allah, kömək et mənə,

Az qaldı ruhum yox olsun.

Ey sığındığım pirlər,

Sözümə qulaq asın.

Bu düşmənlər əlindən,

Mənə gələrsə ölüm.

Məndə dəmir dəbilqə,

Tayburıl altımdadır.

Onların tək oğlunu,

2640. Kim onlara çatdırar?

Qoca ata, qarı anana?

Burılı bəzədim mahudla,

Sığınıb Qəmbər, Davuda,

Düşmən üstə yeridim,

Bu gün qana boyansın,

Mənim dəmir dəbilqəm.

Ər Davudun vurduğu,

Düşmən görüb hirsləndi,

Qaçmalıyam düşməndən?

2650. Bu gün nə olmalısa,

O da, bil, olacaqdır!

Düz dayansın ağ süngüm!

Sancılası gün-bu gün.

Bulqar kaman*, Buxara yay*,

Bu gün atəş günüdür.

Altın qundaqlı silahdan,

Bu gün atəş günüdür.

Sancılmalı ağ süngüm,

Düşmənin ürəyinə,

2660. Sənə qan içirdərəm,

Sən də, süngüm, bir and iç,

Bulqar kaman, Buxara yayın,

Düşmən üstə yönəldəm.

Kamanımı dartmasam,

Anda əməl etməsəm,

Kamanım, sən də and iç,

Altın qundaq silahdan,

Atəş açmasam olmaz.

Əgər işıq saçmasan,

2670. Sən silahım, bir and iç.

Hədəfə də dəyməsən,

Günəş necə yandırsa,

Şüası da keçməsə,

Lap leysan yağış olsa,

Lap səni islatsa da,

Yaxası altın, yanı tunc,

Davud döymüş dəbilqəm,

Qalın düşmən ordusu,

Mənim muncuq tək nizəm,

2680. Həm də bu əsgərləri,

Qılıncların ucundan,

And içib keçirərəm.

Ata, ana sevən canım,

Ox atılsa - dəbilqəm,

Saxlar məni salamat.

Koblan sözləri atdı,

Çox çətin görkəm aldı.

Bildi pisdi vəziyyət,

İşi olacaq əziyyət.

2690. Onun güclü Burıl atı,

Ayağın atıb oynadı.

Batır doğulmuş Koblan,

Düşmən başın kəsməsə,

Nə dinc, nə sakit durmaz.

Bax, beləcə düşünüb,

Düşmən üstə yeridi,

Qamətin tez düzəltdi.

Çapdığı Burıl atın,

Daşa dəydi dabanı,

2700. Sanki qar şıxıldadı,

Qopuz simin yağladı

Təzə taxta qatranıyla.

Batır döyüşə girir,

Kafiri ölüm gözləyir,

Allah olsun köməyin.

Altın qalpaq, tunc dəbilqə,

Basdı gözü üstünə.

İnsanlar, qulaq asın,

Ağızdan çıxan sözümə.

2710. Qırx min atlı qızılbaş,

Mənim kimi batırçün,

Sanki qırxca nəfərdir.

Atdığım oxlar mənim,

Hədəfi dağıtmasa,

Kobləkəmin üzündən,

Qabağından qar yağar.

Kipriklərin buz tutar.

O, yaman qəzəbləndi,

Qəddarlaşdı, həm qızdı,

2720. Beli soyuq dəmir qurşaqla,

Elə bil ki, bağlandı,

Kafirlərin üstünə,

Batır Koblan şığıdı.

Yalqız, təmtəkcə batır,

Çapır, düşməni məhv edir,

Sürüyə girmiş börü tək,

Onları, bax məhv edir.

Şir qulun üstə düşən tək,

Həyəcandan qaçırlar,

2730. Üç min atlı xəndəkdə,

Dörd min atlı xəndəkdə.

Bir-birinin ardınca,

Yerə sərirdi batır.

Geriyəsə dönərkən,

Bir yerdə durdu batır.

Ağ biləyə qan doldu,

Bədəni lap ustaldı.

Düşmən içindən keçib,

Özün yaxşı göstərdi.

2740. Köməyi yox heç yerdən,

Canı xuda əlində,

Çadırda keçə boyda

Bayrağın qaldıraraq,

Düşmən qanlı bayrağı,

Qırx min qızılbaş ordusu,

Hər bir yana çiləndi,

Sağ-salamat qalmadı,

Düşmən qaçmağa üz qoydu.

Koblan isə düşmənə,

2750. İmkan belə vermədi.

Onların yolun kəsdi,

Hamısın bir-bir yıxdı,

Həm bölük-bölük etdi,

Cəsədlər çoxalırdı,

Düşmənsə yoxalardı.

Birin oxla biçirdi,

Birinə qan içirirdi.

Bax, belə Kobləkədə,

Qılınc qana boyandı,

2760. Qızılbaşlarsa yandı.

Qalada qalmış yağılar

Yuxudan oyandılar.

Koblanla düz altı gün,

Dalbadal vuruşdular.

Düşmən çox vuruşsa da,

Koblan irəlidəydi,

Hamını məhv edirdi.

Yeddinci gün günorta,

Düşmənin hamısı öldü.

2770. Nizəyə söykənərək,

Koblan dayanırdı tək.

Xanımlar bu qalada,

Ərsiz yaşayırdılar,

Dul qalmışdı qadınlar.

Yetim idi uşaqlar,

Koblan heç dayanmırdı,

Sanki dinclik bilmirdi,

Qalanı dağıtmaqçün,

Birdən atın oynatdı,

2780. Qazanın Qırlıqalasına,

Səmt alaraq getdi o,

Koblan əl götürərək,

Yeddi pirə dua etdi,

Ağ şahin tək şığıdı,

Aman vermədi elə,

Sürünü çölə qoymadı.

At üstə qalaya girdi,

Düşmənin qanın tökdü.

Toz oldu göyə duman,

2790. Sağlığa yoxdu güman.

Qadınlar dul qaldılar,

Kişilər qul oldular.

Varlı-hallı bilmədi,

Hamısın ayaqladı.

Altın yığdı çanağa,

Səmtin tutdu qabağa,

Qadın, uşaq bilmədi,

Burda yalan yox, ağa.

Qırx qapılı qalanı,

2800. On səkkizinci gündə,

O, yerlə yeksan etdi,

Malı*, canları yığıb,

Qapıları açdırdı,

Hamını düzə çıxardı.

Çöldə giləmeyvə bitir,

Kiyatlar ondan yeyir.

Yaman işi yaxşı olmaz,

Qisas qiyamətə qalmaz.

Atanın altı oğlu olsa,

2810. Əyində altın olsa,

Qabağına mal qatıb,

Pis işin yaxşı görməz,

Koblan elə varanda,

Qalada qalan o ərlər,

Qənimətdən razıdırlar.

Batır malı çıxaranda,

Cüt dayanırdı onlar.

Atadan pis doğulanlar,

Müftəyə göz dikərlər.

2820. Yığışaraq çadıra,

Yaxşıca söhbətləşdilər.

Nə haqda danışdılar?

“Koblan elə varanda

Qalanı aldım” deyəcək,

“Qəniməti verdim,” - deyəcək.

Kiyatın qalın əsgərinə,

Kimin çatacaq gücü?!

Koblan elə sağ varsa,

Qədrimiz bilinməcək.

2830. Yalqız qıpçaq atlısı tək,

Necə - öldürüb getsək?

Düşünüb fikir etdilər.

Çox dunuğa getdilər,

Səmt tutdular Kobləkəyə

Almadılar heç kamı!

Söydü, söyləndi hamı.

Gecə yarı olanda,

Söhbətlərin kəsdilər,

Yarpaq təki əsdilər.

2840. Arzular çin olmadı,

Murad qəbul olmadı.

Qaraman bunu etdi,

Dedi: “Yalnız bir cigit,

Yoldaşın ələ verər.

“Dayanın - əmr eylədi”.

O, səmənd ata mindi,

Yal, quyruğu uzundu,

Bəxtdən gələn oyundu.

Malı beş gün yemlədilər.

2850. Altıncı gün kiyatlılar,

Geriyə üz qoydular.

Onlara verilmiş payı,

Atlara yüklədilər,

Birdən Qaraman düşündü.

Nə üçün mən buradan,

Boş əllə qayıtmalıyam?!

Koblan üstə o, döndü

“Ay həmtayım” deyərək,

Onu burda səslədi.

2860. Qaynar gücünü gördüm,

Batırlığa vuruldum.

Nizə işə düşmədi,

Arzu həyata keçmədi.

Sonra isə söylədi:

“Bu gün eşitmişəm ki,

Yaxın yerdə var qala,

Kobikti xan hökmdar.

Bəlkə ora gedərik,

İlxıların qovarıq,

2870. Qazandan aldığımız,

Malsa qoy burda qalsın.

Qoy burda otlasınlar.

Kobikti gəlsə malına,

Salarıq cəbr* canına.

Kobiktini öldürüb,

Bir toy tutaq canına.

Guya, o da batırdır,

Qeyrətimi bilirsən.

Nizəm dəyməmiş yağıya,

2880. Arzum ürəkdə gedirəm,

Koblan batırla razıyam.

Hər ikisi də tələsdi,

Oldular çox təlaşlı,

Dualar yaddan çıxdı.

Koblan dedi dünyadı

“İstəsən, gedək” – dedi.

Yola düşdü batırlar.

Altın at yəhərləndi.

İki batır birdən getdi,

2890. Pirə dualar etmədi.

Qalın kiyat qoşununa,

Qazan əlindən aldığı,

Çoxsaylı adamları,

Qaraman, Koblan əkə,

Kobiktinin qalasına

Səfər edib yönəldi.

Bazarda var ağ mata,

Oynaqdı cavan pota.

Bil, sözümdə yox xata.

2900. Köp* qoşun ilə birgə,

Gec çıxdılar səfərə.

Kobikti xanın qalasın,

Dan atanda gördülər.

Bölünməyən yuxuya,

Cızılmamış məzara,

Birdən hər ikisi gördü.

Quba* gölündə Kobiktinin

İlxıları otlayır.

Burda sarı, boz at çox,

2910. Yalquzaqlar pusquda,

Səs-küylər çıxarırlar,

Hamını bir yerə yığırlar.

Bax, yan-yana çapırlar,

İlxıları qovurlar.

Böyük bir aşırım var.

Yarğan, qurumuş çaylar,

Orda atlar içində,

Kobiktidə Tərlan at,

Quyruq quşquyruğu tək.

2920. Qanı təmiz, özü cins,

Başın dartıb irəli,

Göyə çəpəki baxdı.

Batırı tanıyıb kişnədi,

Qarşıda düşmən görüb,

Sırtına quyruq saldı,

Qalaya sarı yol aldı.

Tərlan at qaçıb vardı,

Dalınca ikisi yollandı.

Qaytarmaq mümkün olmadı,

2930. Tərlan yoldan qalmadı.

Tərlana çatmağıyçün,

Koblan Burılı danladı.

Başını yerə saldı,

Beləcə xeyli qaldı.

Qırx üç gün gözləmədi,

Burıl atdan qalmadı.

Batır Koblan özü gördü,

Qurtqaya o, inandı,

Şolpan ulduz batanda,

2940. Qızarıb gün çıxanda,

O dağın yamacında,

Dincəlmək istəyərkən,

Koblanı yuxu apardı.

Qalaya kök at endi,

Kobikti səs eşitdi,

Atın gəldiyin gördü:

Hücuma keçən düşmənə,

Hirsləndi, qəzəbləndi.

2950. Bazardan qaşıq gətirdi,

Tərlan atı saxladı,

Onu tez yaraqladı.

Atın başından böyük,

Yüyənə sancaq taxdı,

Tərlan ata Kobikti,

Bir yüyən də geydirdi.

Tərlik qoydu belinə,

Dizi altda daş sancaq,

Öndə gedən ilxının,

2960. Özü dalınca çapdı.

Nizəsini götürdü,

Ulduzları ötürdü,

Şolpan ulduz batanda,

Dan yeri qızaranda,

Dağ suyu tək axaraq,

Dəbilqəsə yanaraq

Dedi: “Atlara dəymə”.

Sonra Kobikti getdi,

Belə söylədi. Getdi

2970. “El yiyəsiz dedinmi?”

Yer yiyəsiz dedinmi?

Mal yiyəsiz dedinmi?

Can yiyəsiz dedinmi?

Otlaqda yatan ilxının,

Kimsə ilxını qovan,

Örüşdə yatan ilxının,

Kimsə otun tapdaya,

İlxım sakit otlardı,

Kimsən sən ox atırsan?!

2980. Mənim göy otlağımda

Niyə atəş açırsan?!

İlxım sakit otlardı,

Kimsən ki sən ilxının,

Sakitliyin pozursan?!

Batır igid hardasan?!

Batır çıxış tapandır,

Yaxşı kişi yamana,

Yaxşılıqlar edəndir.

Elə bu an Qaraman,

2990. Kobiktini vurmağa,

Nizəsini tuşladı.

Dedi özün göstərsin,

Allah kömək etmədi.

Qaraman tutan nizə,

Kobikti elə etdi,

Heç ona tuş gəlmədi.

Onu əlində olan,

Sancaqla elə vurdu,

Sanki dop* kimi düşdü.

3000. Dayanmadan Kobikti,

Qaraman üstə şığıdı.

Yapışdı boğazından,

İstədi alsın canın,

Kobikti Qaramanın.

Küçük tək dişin qıcdı,

Qoltuğundan bərk çıxdı,

Kobikti fikirləşdi,

Oyanıb getsə - olmaz.

Koblan səmtə yol aldı,

3010. Batır yatan tərəfə,

Doqquz qatlıq tor salıb,

Möhkəm-möhkəm bağlayıb,

Dedi: “Toru qırammaz”.

Koblandı oyananda

“Dur” söylədi Kobikti.

Koblan batır durmadı,

Uyğusunu qırmadı,

O, heç bilməmişdi ki,

Yuxuda belə şey olar.

3020. Hər şeyi aldı Kobikti,

Batırda silah yox idi.

Xəbərsizdi düşməndən,

Başından dünya keçdi.

Gözlənilmədən Koblan,

Əsir düşdü düşmənə,

Dabanına od dəydi,

O andaca oyandı.

Gərnəşdi Koblan batır,

Dərk etmədi “nə” batır,

3030. Düşmən onun önündə

Bilmədi, niyə bu gündə?!

Kobiktinin atdığı,

Doqquz qatlı o torun,

Beş qatı da qırıldı.

Kobikti heyrətlənirdi,

Koblansa deyinirdi.

Koblandı batır çaşdı,

Xoşbəxtliksə yan aşdı.

Koblan qəzəblənirdi,

3040. Həm də qeyizlənirdi.

Kobikti dəmir çidarla,

Qaramanla Koblanın

Əl-ayağın bağladı,

Sanki hər iki batırdan,

Xoşbəxtlik üz döndərdi,

Pirlər kara gəlmədi.

Batırlar çox yoruldu,

Yeddi övliyalara,

Dualar yaddan çıxdı.

3050. Yoxsa pirlər onları,

Nə iləsə səhv saldı?!

Arzular yolda qaldı.

Qoç batırla, qoç tülpar,

İlxısına qoşuldu,

Eldən çox tələf oldu.

Mal otlayır örüşdə,

Bax birdən düşmən tutdu,

Bu gənc igid batırı.

Günorta namaz vaxtı,

3060. Koblan düşməni sıxdı,

Həm qala səmtə çıxdı,

Aşırım, təpə keçərək,

Tərlan atın üstündə,

Kobikti irəlidəydi,

O, hamıdan güclüydü.

Düşmənləri bağlayıb,

Qalasına döndü o,

İki düşmən batırın,

Tülkü kimi asaraq,

3070. Atının böyründən,

Qapıdan içəri girdi,

Tələsik atdan endi.

Üz-gözü çox şişmişdi.

Düz burun, qonur gözlü,

Xoş sözlü, bəyaz üzlü,

Qarlıqanı çağırdı,

Kobikti belə söylədi:

“Evdəsənmi, Qarlıqa,

Yoxsa evdə deyilsən?!

3080. Allahdan qaçmaq olmaz,

Bəxtin kənarda qalmaz,

Bir gün gələr hamımız,

Yer altda uyuyarıq,

Əyri oxum da sındı,

Qiyam vaxtı dayandı.

İki əsir gətirdim,

Mən səni ərə versəm,

Onlar qulun olarlar.

Quru çörək ver onlara,

3090. Qarlıqa, sərtliyin göstər,

İksində götür, apar,

Zindanda ağzın bağla.

Qarlıqa minən boz at,

Yavaşca yaxınlaşdı,

Gördü əsir batırları.

Gözəl olan Qarlıqa,

Atasının qızı olsa da,

Bu qalanın xanıydı,

Hər iki batırı o,

3100. Yerdən götürüb kisə tək,

Öz yoluna düzəldi.

Bir göy milçək batırın,

Yanağında çöməldi.

Onlara quru çörək verdi,

Zindana gətirərək,

Qapını bərk bağladı,

Qarlıqa özü getdi,

Kobikti minib alasın,

Ağzından tökdü qarasın.

3110. Dedi: “Toy edirəm mən”,

Yığıb hamını qalada”.

Dedi: “Koblanı bağladım,

Düşməni də məhv etdim”.

Oğlun yanına çağırıb,

Alşaqır dalınca göndərdi.

Yanına yoldaş da verdi,

Alşaqır qisas gözlədi.

Qoy indi etsin hücüm,

Qaraspanda yaşayan,

3120. Qıpçaqlar üzərinə.

Birşimbaya “Var” dedi:

“Sağırdan al hədiyyə,

Kanıkeylə Tinikeyin,

Onun iki bacısın,

Birşimbay yola düzəldi.

Kalmık batırı Alşaqırdən,

İki hədiyyə kimi,

Kanıkeylə Tikineyi,

Ora gətirmək üçün,

3130. Varıb getsin Birşimbay.

Uzun sözü qısaldaq,

Gəlin, qız haqda danışaq.

Gözəl-qəşəng Qarlıqa,

Batırları atıb zindana,

Evlərinə qayıtdı,

Sanki yatdı-ayıldı.

Qarlıqanın anasın

Batır qoçaq Kobikti,

Müsəlmanlardan ələ keçirdi.

3140. Qız kimi bura gəldi.

Burda doğuldu Qarlıqa.

Qarlıqanın anası,

Çoxdan ölüb getmişdi.

Ölən zaman demişdi:

“Gözümün ağı-qarası,

Mən səni doğmuşamsa,

Müsəlmanım, çırağım,

Mütləq “ərə get” dedi.

Qarlıqanın anası,

3150. Əsil müsəlman idi.

Baxma ki, qadın idi,

Olduqca qoçaq idi.

Anasının bu sözü,

Könlündə yer eylədi.

Bir neçə gün də keçdi,

Bu gözəl qız Qarlıqa,

Koblan yanına getdi.

Batırları da gördü,

Gördü onlar dərd çəkir,

3160. Yatıblar bağlı halda,

Pirlər mədət etsələr,

Onları hifz edərlər.

Koblandını görən tək,

Nur gördü çöhrəsində,

Candan yorğunluq çıxdı.

İgid batır Koblandı,

İlahi tək göründü.

Hiddətli görkəmiylə,

Aslana bənzəyirdi.

3170. İrəli ayaq basmadı,

Ayağın geriyə çəkdi.

Qarlıqa evinə qayıtdı,

O gözəl Qarlıqanın,

Könlündə düyün yarandı.

Düyün diddi içini,

Nə etdiyin bilmədi,

Həm də üzü gülmədi.

Axı dərdi böyükdü,

Sevirdi Koblandını.

3180. Evdə otura bilmir,

Rahatlıq nədi bilmir.

Koblan yola düşən tək,

Bir gün necə oldusa,

Qarlıqa evdən çıxdı.

Dar küçədən keçərək,

Ayağın basıb yerə,

Gizlin yolla gedirdi,

Həm də çox deyinirdi.

Koblanın yanına gəldi,

3190. İki batır zindanda,

Ay görünməyən yerdən,

Birdən özün göstərdi,

Baxırdılar – bu nədi?

Zindan nura qərq oldu,

Qarlıqa gəlib söylədi,

Orda mallar ot yeyir,

Burda yatır batırlar?!

Qoçaqsız siz, ya qorxaq,

Yoxsa belə yatmısız,

3200. Mən qolunuzu açsam,

Gedib öyünəcəksiz,

Sonra da deyəcəksiz,

Qarlıqa etmədi kömək.

“Özüm qaçdım” deyərsiz,

Kişmiş versəm yeyərsiz?!

Çöldə qalmış ilxını,

Ordan qovmamısızmı?

Qaraman sonda söylədi:

“Mənim özüm naçaram,

3210. Kilidi açammaram.

Dözəmmirəm əzaba,

Qolumu aç, Qarlıqa.

İzn ver burdan qaçım,

Koblan sonda söylədi:

“Zalım, məndən uzaq dur,

Mənə vermə bəlalar,

Dövlət quşu uçub getdi,

Yazım-yayım Gözdi göl,

Qış qışlağım Qaraspan,

3220. At izindən azmaram,

Altı il at çaparam,

On üç yaşa mən gəldim,

Əlimdən gedəmmədi,

Qızılbaş deyib duran,

Damğam əlif – mən qıpçaq.

Müsəlmanlar içində,

Hamıdan birinciyəm.

Dağ övlada – daş yanır,

Koblan adı gələndə,

3230. Mən xalqımın köməyi,

Olmuşam gənc yaşımdan.

Qarlıqa, sən tələsmə,

Burılın belinə atılsan,

Yəhər – yüyənsiz olan,

Sən ata mindirilsən,

Xudaya dua etdim,

Ata-anama sığındım.

Düşmən yaxınlaşanda,

Məni qara basırdı,

3240. Gözümü yuxu alırdı.

İxlas ata, Səşdi Əzizi

Çağırmağı unutdum”.

Sən ey Ömər, ey Osman,

Qəlbim kədər doludur,

Pirləri çağırmadım,

Düşdüm düşmən əlinə.

Pirləri çağırsaydım,

Düşmən əsiri olmazdım

Qaraman, uğur sənə,

3250. Bizdən salam deyərsən,

Azulı* deyən göldə,

Hündür dağ yamcında,

Qaraspanda yaşayan,

Qalın qıpçaq elinə.

Bütün elə salam de,

Taytuşa, dost, tanışa,

İt, quşla ov ovlayan,

Nizəsin üstdə tutan,

At belində bayraq tutan,

3260. Bəy-dostlara salam de.

Düşmən əlinə düşdüm.

Ayaqda dəmir qandal,

Böyük, kiçik dostlarım,

Qəm çəkməsin mənimçün.

Ah! Dariqə*! Ah dünya!

Yüksək dağ aşırımlar,

Azulı deyən gölüm,

Qaraspanda yaylayan,

Qalın qıpçaq ellərim.

3270. O eldə siz çoxsunuz,

Baş üstündə nizələr,

Qızılbaşın elində,

Əl-ayağı bağlanmış,

Sanki qalmışam qul tək.

Bəxt gülməsə, göz yumsam,

Bəylər! Məni kim axtarar?!

Günlərim keçdi nədən,

Kömək olmadı pirlərdən,

Böyük qardaşım da yox,

3280. Söylə kimdi mənimçün,

Öz həyatından keçən.

Tək Allahdır söykəyim,

Kiçik qardaşım da yox.

Kim bilir düşmənləyəm,

Məni necə axtarsın?!

İndi yalqız qalmışam,

Qazaxlar hey deyirlər,

Guya sayımız çoxdur.

Heç kim dəqiq bilməyir,

3290. Onlar çoxdur, yoxsa biz?!

Şam, kaman, qırxarşınlıq ox.

Qızıl iti ucuyla,

Budur mənə yar oldu,

Qızılbaşlar elində,

Mən qul kimi qalmışam,

Mən yazıq qul olmuşam.

Necə də bədbəxt oldum,

Üz örtməyə kəfən yox.

İplə bağlanıb arıqlayan,

3300. Yaralardan sıyrılan,

Can sirdaşı Burıla,

Hansı qızılbaş ot versin,

Hansı qızılbaş su versin.

Doxsan yaşlı atam Toktar,

Dabanları sıyrılıb,

Altmış yaşlı Analıq,

Oğuldan məhrum olub.

Mənim bacım Qarlıqaş,

Ay çıraqlar çırağı,

3310. Can qonağım Qız Qurtqam,

Aslanın əsir oldu,

Neynəyirsən. Sən indi?!

Koblan belə sözləri,

Qaramana deyəndə,

Qarlıqa başa düşdü.

Batır qaça bilməcək,

Batır, qoçaq Koblanı,

Dilə tutmaq istədi,

Ürəyi oddan yandı.

3320. Qaraman ilə birgə

Batırı qaldıra bilmədi.

Dünən qoltuqda gələn,

Bu gün necə ağırdır.

Üzü baş aşağıya,

Dayanıb hər ikisi,

Qaraman durub söylədi:

“Onları gətirəndə

Pirlər qorumadılar.

Yəqin buna görə də

3330. İş elə, ağırdı ki,

Eldə qaldıra bilməz”.

Qarlıqa onu dinləyib

Dedi: “Var ilxıya Qaraman,

Atını tutub min gəl.

Koblan, köhnə Tayburılı,

Yedəyində çək gətir.

Mən çıxış yolu tapdım,

Batıra at əzizdir,

O atına bağlıdır.

3340. Burılın ayağın bağlasan,

Beləcə batır qalxanda,

Bölünməyən yuxuda,

Yırtılmayan məzara.

Gözəl-göyçək Qarlıqa

Öz evinə qayıtdı.

Qaraman ilxıya çatdı,

Dan atmamış Qaraman,

Var gücü ilə çapırdı,

Hətta o, öz qəlbini,

3350. Koblana bəxş edirdi.

Günorta çağı çatdı

Kobiktinin malına.

Atın tutub o, mindi,

Tayburılı apardı,

Qala tərəfə sürdü.

Qarlıqayasa dedi:

“Axşama gələcəyəm”.

Qaramanla Qarlıqa,

Zindana gəlib çatdılar.

3360. Qıldan möhkəm ip düzəldib,

Burılı bağladılar.

Çox narahat etdilər.

Qulun bərkdən kişnədi,

Burılın səsin eşidib,

Qoçaq batır Koblandı,

Dağıdırdı zindanı.

Dedi: “Nə edirsən, et,

Amma dəymə Burıla!”

Koblan zindanı dağıdıb,

3370. Dərindən nəfəs alıb,

O an zindandan çıxdı.

Batır Koblan çıxanda,

Qarlıqa batıra dedi:

“Dünya mənə dar oldu,

Başım yaman fırlandı,

Sevgimin hicranından,

Lap ömrümün sonuna,

Sənlə birgə olacam.

Anamın vəsiyyətin,

3380. Yerinə yetirəcəm.

Batır, sözümə qulaq as,

Burulına min dedi,

Qarnına süngü al dedi,

Dünən yatan ilxıya,

Onları qayıt sür dedi.

Tərlan qaçar ilxıdan,

Onun dalınca getmə,

Mən elə edəcəyəm,

Kobikti Tərlanı minməsin,

3390. Onu özüm saxlaram.

Kobiktinin qanadıyçün,

İlxıdakı kök atı,

Sözümə inan dedi,

Düşmənə nifrətim olsa,

Onla söhbət edərsən.

Sözlərimi eşidin

Batırlar – sizin silahı,

Koblanın dəbilqəsin,

Yaxşıca gizlətmişəm.

3400. Gedək verim sizlərə,

Batırım, silahını.

Deyirəm gizlətmişəm,

Gör mən nəyə gedirəm.

Koblan ilə Qaraman,

Siz də arxamca gəlin.

Qarlıqa onları apardı,

Öz sarayına saldı.

Saxladığı silahı,

Batırlara göstərdi.

3410. Ağ dəbilqə geydirdi,

Belinə qılınc taxdı.

Əsil dostluq nədirsə,

Koblandıya göstərdi.

Geyinib-kecindirdi,

Əlin əlinə verdi,

Tayburıla mindirdi,

Qarlıqa sözün söylədi.

Koblan atına mindi,

Kiçik ağ dəbilqəni,

3420. Əyninə geyindirdi.

Belinə polad qılınc,

Nizəsin onun üstə,

Qaramanla ikisi.

Kobiktinin ilxısın

Sürməyə yönəldilər.

Bir də, bir də sürdülər.

Quba gölün ötəndə,

Sarı gölə çatanda,

Kobiktinin Tərlan atı,

3430. Quş tək quyruq buraxdı.

Başın qaldırıb baxdı,

Dözüb, dayanan bu at,

Şahə qalxıb kişnədi.

“Yiyəm”deyib kişnədi.

Bildi - qarşıda düşmən,

Quyruğunu tərpətdi.

Göy at qalaya çapdı,

Varır, qoy elə varsın,

Kimsə arxada çapmadı.

3440. Tərlan at qalaya gəldi,

Bunu eşitcək Kobikti,

Özündən yaman çıxdı,

Həm də bərkdən bağırdı;

“Qarlıqacan, hardadır”?

“Atı yəhərlə” – dedi.

Bax, Qarlıqa hazırdı.

Kobiktiyə yan aldı:

“Yuxumu pozma, Kobikti,

Atam neyçün qəzəbləndi?

3450. At heyvana köməkdi,

Kobiktini yatızdırıb,

Yem yeməyə gedibdi.

Akmonşah atın üstünə

Altın yəhər bağladı.

Birazca da yem verdi.

Koblan yerə düşəndə,

Qızı kədər bürüdü.

Akmonşah ata mindi,

Nizəni belinə taxdı,

3460. Dəbilqəsin geyindi,

Saçların küt bağladı,

Noğay börkün geyindi.

Koblandının ardınca,

O da yola düzəldi.

Batırlara çatan tək,

Atasının ilxısın,

Hey qovmağa başladı.

Qaladan uzaqlaşanda,

Boz səhraya çatanda,

3470. Günortadan keçirdi...

Birdən at yerişin çaşdı.

Dayandı, otlamadı,

Narahatdır, getməyir,

Akmonşahın kiçik qardaşı,

Sanki təngə gəlibdi.

Nəfəsini dərəmmir,

İlxı içində aladı,

Tükləri zil qaradı.

Göyə baxıb – dişin qıcır.

3480. Batıra “Yiyəm” deyib,

Həm baxır, həm kişnəyir.

Biləndəki önündə

Dayanıb yağı düşmən,

Quyruğun sırta saldı,

Bu beş yaşlı qonur at,

Yenidən qalaya yönəldi,

Üç nəfər arxasınca,

Atı döndərmədilər,

“Nə olacaqdır? Belə

3490. Qız Qarlıqa qəmləndi:

“Varır, qoy varsın qonur”

Üçləri də birlikdə,

Hündür təpəyə qalxdı,

Kobiktinin üstündə,

Doqquz sıralı dəbilqə,

Çapsan-qılınc götürməz.

Atsan güllə də deşməz.

Koblan igid batıra,

Gözəl Qarlıqa söylədi:

3500. “Burada bircə yol var,

Gərək onu öldürək,

Göbəyinin yanından,

Gərək dörd deşik açaq.

Qoy ordan küləkləsin,

Sən sərrast atıcısansa,

Onu düz göbəkdən at.

Yoxsa iş olar fəna,

Tək xudaya tapşırdı,

O igid Koblandını.

3510. Qaraman eşidib bu sözü,

İçini qorxu aldı,

Qarlıqayla Qaramanı,

Koblan önə göndərdi.

Gözləyib Kobiktini,

Koblandı yalqız qaldı.

İlxını tək sürürdü,

Oxun hazır tuturdu.

Kobikti haçan gəlir?!

Gözləməyə başladı.

3520. Qalaya qaçan beşyaşlı

Bu qonur atın təpiyin

Səsin eşitcək Kobikti,

Yamanca qəzəbləndi,

Biləndə qız gedibdi,

Kobikti özündən çıxdı.

Kəhər atın yəhərlədi,

Ona su, həm yem verdi.

At başı boyda sancağı,

Kobikti əlinə götürdü,

3530. Cəld öz atına mindi.

“Gələrəm, ya gəlmərəm,

Bu indi məlum deyil” –

El ilə vidalaşdı,

Adət tələb edən tək.

İlxısını aparan,

Yağı ardınca vardı.

Hündür aşırımlardan,

Əcəbcə ötüb keçdi,

Öz doğmaca elində,

3540. Tanınan bir ər idi.

Şolpan ulduz batanda,

Qızarıb gün çıxanda,

Güclü dağ selləri tək,

Dəbilqəsin parlatdı.

Koblandıdan az kənar,

Kobikti ötməyə başladı.

Kobiktini görən an,

Koblan ayağa qalxdı.

Var gücüylə səsləyib,

3550. Ona “Bəri gəl” dedi,

Sonra isə söylədi:

Kamanın alıb ələ,

Yayın yaxşıca çəkdi.

“Sınan qolum, sındımı?

Çıxan gözüm, çıxdımı?

Canının sonu gəldimi?

Ömrüm burda bitdimi?

Sizə sığındıqlarım,

İxlas ata, Şəşti Əziz,

3560. Yeddi müqəddəs pirim,

Məndən üz döndərdiniz?!

Yalqızlıq var başımda,

Yoldaşım yox yanımda,

Belə dərd görməmişdim,

Bunca belə yaşımda.

Siz ey müqəddəs pirlər,

Məni dərdə saldınız?!

Bir sənə sığınmışam,

Yaradanım, sən Xudam!

3570. Bunu deyib Koblandı,

Dəbilqəyə qol saldı,

Bir yox, çox dəfə saldı,

Lap çoxluca ox saldı,

Batır oxunun ucunda,

Kiçik koma yanırdı.

Yəhərdənsə yuxarı,

Kobiktinin göbəyi,

Qız bu yeri deyirdi.

Ölər bu yerdən dəysə,

3580. Vıyıldayıb gedən ox.

Düz nişangaha dəydi,

Koblan bir ox da dartdı,

Dartdı, sərrast da atdı.

Bu oxsa – iri oxdu.

Kobiktiyə tuş, oxdu,

Yaman pis günə düşdü.

Kobiktinin bədəni,

İki yerə bölündü.

Aşağısı at üstə,

3590. Yuxarı oxla bir düşdü.

Bax, burda Koblandının,

Bəxti yaxşı gətirdi.

Pirlər də kömək etdi,

Koblanı xilas etdi,

Ərdəmini göstərdi,

Yerə düşmüş üst hissə,

Kobikti batırın bədəni,

Hər iki əlləriylə,

Toppuza can atırdı.

3600. Bədənin bir hissəsi.

At yüyənindən tutdu.

Oxla yanaşı düşmüş,

Onda güc qalmamışdı.

Yan-yörəsinə baxdı,

Koblandı yaxınlaşdı,

Gördü Kobikti üçün,

Gəlib axır zamandı.

Sövdəgər satar xırım-xırda,

“Qız-düşməndir” deyiblər,

3610. Bu atalar sözüdür,

İki əli ilə Kobikti,

Saqqalını yolurdu.

Qaçmağa çarəsi yox,

Dost köməyinə ümid yox.

Əlliyi altın poladdan,

Koblan yağının başın kəsdi,

Bilmədən yerə yıxıldı.

Nə edəsən belədi,

Atasın öldürməyə,

3620. Belə fərman verən qıza.

Kobiktini öldürüb,

İşin yerinə yetirib,

Qonuru yedəyə alıb,

Düz yol ilə çapırdı.

Qarlıqanı görüncə,

Sanki ipəyə döndü,

Qarlıqayla birlikdə,

Əylənib oynadılar.

Koblanla birgə ölsəm,

3630. Başqa arzum yox, Allah,

İndi yolları düşüb,

Hündür dağ silsiləsinə,

Qurumuş çay səmtindən,

Seil oğlu Qaramanı,

Yaxınlaşıb gördülər,

O, anların gözləyir.

Çıxaraq qarşıladı,

Ağır işi həll edər,

Batır qeyrət göstərər.

3640. Qəniməti gəl bölək.

Qəniməti mənə ver,

Koblan sonda söylədi:

“Yağ-bal mənəm, qardaşım,

Kobiktinin ilxısın,

Gəl sən bölmə, qardaşım”.

Bu vaxt Qaraman söylədi:

Mal satdım bazar bezinə,

İlxım Arka otlağında,

Yaman, yaxşı, de sən də,

3650. Mən də inanım sənə.

Qənimətinə çatdım,

Nə dayandım, nə yatdım,

Oldu bu qənimətim,

Kobikti qızı Qarlıqa.

Gördüm Kobikti öldü,

Öldürüb geri döndüm.

Kobikti qızı Qarlıqanı,

Sonra mənə verginən.

Koblan sonda söylədi:

3660. “Qurtqam baxan Tayburıl

Bax, indi altımdadı,

Düşmənə qalib gəldim.

On üç yaşa gəlincə

Başıma çox şey gəldi.

Kobiktidən çox çəkdim,

Çox işlərdən qurtuldum,

Qalib gəldim düşmənə,

Kömək etdi Qarlıqa.

Ata-ana, el-yurdun,

3670. O, atdı mənə görə.

Böyük oldu faydası,

Kobikti ilə vuruşdan,

Qarlıqa çıxış tapdı.

Gördü Kobikti öldü,

Tanrım mənə bəxt verdi.

Xidməti bəlli oldu,

Neyçün mən onu öyüm.

Özü nə istəyir verim,

Lakin bunu da deyim.

3680. Qarlıqa qulaq asdı,

Qaraman gəlib söylədi:

O Munlık, Zarlık*! – dedi.

Düyənin görkü nərlikdi.

Yükün altında sandıq.

Gözəlcə Qarlıqanın,

Əlindən tutub yönəldi.

“Kürdasçan* verdi – mən aldım”,

Dostluğa da yol saldım.

Onun üç yaşlı atın,

3690. Göy otla yedizdirdi.

Bəyin qızı geyinir,

Daim bahalı paltar.

Dayanıb danışdılar,

Bir yerdə konuşdular.

Üçü birgə dayanıb,

Çovğun təki çapdılar.

Kobiktinin ilxısı

Bir neçə gün də ötdü.

Bu ilxılar qoşuldu,

3700. Qazan alan sürüyə.

Kiyat ordu dayanıb,

Əvvəl durduğu yerdə.

Hücuma hazırlaşan,

Batırlar gözləyirdi.

Səs-küylə yollandılar,

Ata minib getdilər,

Ər qədrin biləydilər.

Koblanın Tayburılı,

İrəli atılmayaydı.

3710. Koblan nə isə sezib,

Birdən ağlamsınaraq,

Səbəbsiz hönkürdümü?

Can özəyim, Burıl at,

İrəli ayaq basmadı.

Axsayır, başın döyür.

Burıl at axsayırsa,

Qalın ordu irəlləməz,

Günəş qürub etməmiş,

Ordu Aksaya* çatdı.

3720. Burada gecələyib,

Həm də bir xeyli yatdı.

Qarlıqanı alan tək,

Qaraman özünü öydü.

Öyündü qəhrəman tək,

Orduya da vermişdi,

Bir neçə axmaq kiyat.

Qaraman adlı batırı,

Vurub atdan saldılar,

Ağ kilimə qoydular.

3730. Aslan doğmuş Koblanda,

Heç aram da olmadı.

Qalın kiyat elindən,

Hörmət də görmədilər.

Səmənd ata mindilər,

Tanrıya üz tutdular,

Olana qane oldular.

Kiyatlar düşündülər,

Yolla geri döndülər.

Bəyin qızı geyinir,

3740. Məxmərlə ipək paltar.

Koblanı gözləməyib,

Yola davam etdilər.

Koblan adlı batırın,

Atı axsadı – getmədi.

O, burada tək qaldı,

İçin didib-dağıtdı.

Gözdən qan-yaş gedəndə,

Kiyat alıb gedəndə

Əlindən qənimətin,

3750. Yalqızlıqdan yazığın,

Başı yaman fırlandı.

Namus ona güc gəldi,

Xırıldadı, ağladı,

İçin əsəb doğradı.

Onun Qaraman kürdası,

Lovğalandı, öyündü.

Qalın kiyat eli ilə,

Lap ürəkdən söyündü.

Getdi, dost yaddan çıxdı.

3760. Sonda Koblan söylədi:

“Yaxşının işi gedir,

Yamanınkısa getmir.

Canına cəfa verdi,

Gözündən yaş töküldü.

Mən əldə etdiyimi,

Kiyatlar alıb getdi.

Yəqin, mən ağılsızam,

Mən niyə təkcə getdim,

Qaraspanda yaşayan,

3770. Qalın qıpçaq yurdundan,

Mənim bəsim olardı,

Beş-on nəfər götürüm.

Əgər çox qəzəblənsəm,

Gücüm bir orduya yox,

Kiyatlara bəs edər.

Evə girrəm – havam çatmaz,

Çölə çıxsam – ev gərək,

Bəs bu fani dünyada,

Nə üçün sərgərdanam?!

3780. Demək, tək doğulmuşam,

Nə böyük qardaşım var,

Nə də bir köməyim var.

Bir Allah köməyim var,

Bir də qazax elim var.

Heç dilim də dönməyir.

Sayımız belə çoxdur,

İşsə-işə gələndə,

Dilim də dönmür deyəm.

Sayımız belə çoxdur,

3790. Kiçik qardaşım yoxdur,

Yalqızlıq məni sıxır,

Dünyaya baxammadan,

Minacat edərək mən,

Faniliyi anladım,

Yamanca naçar qaldım.

Belə olsa ölərəm,

Malım yağılar talar,

Nə olsun çoxdur onlar?!

Niyə alçalmalıyam?

3800. Məgər belə olarmı?

Niyə yalvarmalıyam?

Bəs nə vaxtı görəcəm?

Qoca ata, anamı?

Məgər qulammı, Xudam?

Bu güncə mənə göstər,

Göydə doğan ülkəri.

Sən, gəl mənə kömək ol,

Taleyimə bir yol aç,

Əgər ölməliyəmsə,

3810. Məni səhərə qoyma,

Gün çıxınca da qeyb et”.

Bunu deyərkən Koblan,

Gecə tən yarı idi.

Tayburılı cidarladı,

Alp doğulmuş batırlar,

Şahzadə kişisidirlər.

Tayı-bərabəri yox,

Kobləkəm kimi qamətli,

Yalnız yaman söylərlər.

3820. Kobləkəm ağlamsınır,

Tərlikdən yer düzəltdi.

Baş altına yəhəri,

Qoyub yuxuya getdi,

Sanki özündən getdi.

Altın yəhərə baş qoydu.

Gecə yarı keçəndən,

Kipriklərini yumdu.

Koblan yuxuya gedəndə,

Dan yeri qızarırdı.

3830. Boz ulağın üstündə,

Başında bir ağ çalma,

Əldə dərviş əsası,

Fikirləri allahla,

On səkkiz min aləmin,

On beş mini onunlaydı.

Müqəddəslərdən biri bu an,

Yanına yaxınlaşdı.

Oyaqmısanmı Koblan?!

Uyqudasanmı Koblan?!

3840. Bu səfərin olmadı,

Atın köməyin olmadı,

Səndən nigaran qaldım.

Səni bəladan aldım.

Sənə köməyə tələsdim,

Hətta kürküm deşildi.

Kürkdən heç nə qalmadı,

Qulanımdan biri öldü,

Göldən qamış çəkildi.

3850. Dünən gecə yarısı,

Əkəm* Toktarı gördüm.

Hündür dağ silsiləsi,

Yamac – çay şəlaləsi,

Sənin qoca Toktarının,

Kürkü dizinə düşür,

Üryan bədən açıqdır.

O, hey çobanlıq edir,

Atan qoyun otarır.

Altmışyaşlı Analıq,

Yun didir, ip əyirir,

3860. Qəmdən yaman yaş tökür.

Əzaba sinə gərir,

Quzu otarır bel bükük.

Süddən pendir tutmaq üçün,

Qarındaş Qarlıqaşın,

Çiynində dəstərxanı.

Əlində beş piyalə,

Belini bağlayaraq,

Qızılbaşlar elində,

Çay qaynadır, çay verir.

3870. Sənsiz qalmış Qurtqanı,

Kalmık xanı Alşaqır,

Özünə arvad istəyir.

Altın dağın altında,

Daşdan olan qalanı,

Artıq üç gündür tutub,

Elinə hücum edib,

Arxadan zərbə vurub,

At olan yeri tutub.

İmkanın olan zaman,

3880. Qıpçağı yağıya verdin.

Bu da sənə ölümdü,

Üstə gələn düşmənə,

Gücünü göstərsənə.

Düşünmə səhv deyirəm.

Yeddi pirlərdən biri,

Eşidib bu xəbəri,

Koblan çaşıb oyandı.

Gözlərini açanda,

Dan yeri ağarırdı,

3890. Şolpan ulduz batırdı.

Oyanıb kədərə batdı,

Eli əsir düşübdü,

Elini yada saldı,

Qurtqa haqda düşündü.

Bunu Burıl hiss edib,

Bir azca da axsadı.

Pirdən xəbər gələn tək,

Axsaqlığı azaldı,

Qulan tək oynaq oldu.

4000. Qız olsa da ər təki,

Qənimət olan Qarlıqa,

Qaramanın yanında

Koblan uyuyub yatanda,

Burıl atı açdı o,

Yovşan ağot içində,

Sıx otaqlar içində,

Akmonşahla Burılı,

Qarlıqa otarırdı.

Koblan çox kədərləndi,

4010. Gözdə yaş gilələndi,

Addım ata bilmədi.

O, gözəl Qarlıqaya,

Ağır-ağır yanaşdı.

Koblan çatıb söylədi:

“Mənə dostsan, Qarlıqa,

Hər şey Allah əlində,

Gün gələcək yer altda,

Rahat olar bu bəndə.

Qüdrətli tək xudadır,

4020. Qalanlar öz işində,

Yalnız bircə tək mənə,

Qismət edibdi bəla.

O, mənə cəza verdi,

Qəlbimə zərbə vurdu,

At bağlanan yeri tutdu.

Mənim çoxsaylı elim,

Qəm-qüssə içindədi.

Kalmık xanı Alşaqır,

Altın dağ ətəyində,

4030. Daşdan qala tikibdi.

Alşaqır qəsb etdiyi,

Qaraspanda elimin,

Mənim xilaskarımın,

Yeddisindən birinə,

Öz sirrimi açaram.

İlxı içində ala,

Cod tüklü tək qara at,

Köməyə çata bilməz,

Seil oğlu Qaraman.

4040. Baxmakı sən arvadsan,

Müdrikliyin də vardır.

Kədəri sənlə bölləm.

Xoş ol, Qarlıqam, uğur!

Kalmık tutan xalqımı,

Azad etmək üçün mən,

Mən təm-təkcə gedərəm.

Sevinən düşmənlərdən,

Qisasımı alaram.

Qarlıqa sonda söylədi:

4050. “Qoçaq kara çatmazmı?”

Öz elin tapdayarmı?!

Sənin kimi tanrının,

Elin yağı alarmı?

Çağıraram allahı,

Yeri-göyü xəlq edən,

Daxmamdan çıxanda mən,

Elə düşünürdüm mən,

Səni Allah ər göndərdi,

Sənlə olmadığımçün,

4060. Əzaba düçar oldum,

Sənə yaxın dost oldum.

Koblan belə edirsə,

İndən sonra düşünməm,

Mən heç özüm haqqında,

Əgər elim qan qussa,

Dünyayla vidalaşsa,

Sən get öz elini gör,

Dağılmış yurdunu gör.

O, sənə arxa olsa,

4070. O, batır doğulubsa,

Qaraman səmtə gedərəm.

Deyim arxanca getsin,

Batırlar istəsələr,

Mən onları göndərrəm.

Yox, əgər istəməzlər,

Onda heç nə demərəm.

Sabah günorta üstü,

Koblan, arxanca gəlləm!”

Qarlıqa belə dedi,

4080. Koblan Burıla mindi.

Nizəsini götürdü,

Qılıncın belə taxdı.

Ağ qanadlı şahin tək,

Tayburıl atı ilə,

Qaraspana səmt aldı.

Sağrıya gün dəyməmiş,

Qarnın külək döyməmiş,

Qamçı ilə qanatdı.

Çağırdı: “Burıl atım”,

4090. Çovğun tək vıyıldadı.

Koblan səhərdən çapdı,

Nəhayət o yerə çatdı.

Elinə yaxınlaşdı,

Namazdigər keçmişdi,

Kuptan vaxtı çatmışdı.

Burıl bərkdən çaparkən,

Ayaq üstə yıxıldı.

Burıl at yıxılanda,

Koblandı da yıxıldı,

4100. Yerə diqqətlə baxdı,

Hava işıqlaşmışdı.

Burıl heyvan olsa da,

İnsan tək ağıllıydı.

Elində Qurtqa Burılı,

Hər gün yedizdirirdi.

Altından olan axurda,

Ayaq üstə yıxıldı.

Batır mindiyi bu at,

Çapıb köpükləmişdi.

4110. Qurtqa baxdığı yerdə,

Tərliyi alta sərib,

Başı altına yəhəri,

Uçdu batır Koblandı,

Altın yəhərə sıxıldı,

Elini yada saldı,

Xırıldadı, ağladı.

Bax, bu yerdə Koblandı,

Ta ki səhəri açdı.

Dan yeri ağaranda,

4120. Şolpan ulduz batanda,

Ətrafa yaxşı baxdı,

Sanki ürəyi axdı.

Yurd yerindəki eldən,

Yox idi bir əlamət,

O gölün yerindəsə,

İndi vardı bataqlıq.

Dedi: “Dünya fanidir!

Tək qalmışam dünyada”,

Hava işıqlaşanda,

4130. Batır yenə də çapdı.

Qurtqam zindandadırsa,

Mənim dostum, çap görüm,

Hündür dağ silsiləsinə,

Köçən elim tərəfə.

Tezdən çapan Koblandı.

Oynaq Burıl atında,

Nəhayət çapıb çatdı,

Düz Aynagöl* gölünə,

Yurdunda qız Qurtqanın,

4140. Gördü əcəb mənzərə.

Lələ köçüb, yurd qalıb.

Batır gözün yaş aldı,

Onu çox dərdə saldı.

Özü batır olsa da,

Buna dözüb durmadı.

Yurduna bir göz saldı*.

Bu yerdə donub qaldı.

Gördü doğma ocağı,

Külə döndərilibdi,

4150. Külün içində nə var?!

Koblan külü axtardı.

Külü tərpətdikcə o,

Orda yalaltı piylə,

Budüstü hər cür yemək,

Qurtqanı kalmık aparanda,

Göy arabaya salanda.

Demiş - batır taparsa,

Qoy ona yemək olsun.

Bu ağıllı qız Qurtqa,

4160. Hamısın saxlamışdı o.

Yalnız bunu qoymuşdu,

Bu yeməyi, çörəyi,

Buyuranı xudadır.

Görünür, bəxtim belədi.

Batır bir az düşündü,

Qalanın qoydu xurcuna,

Koblan Tayburılına

“Ay at, xeyirxah heyvan”.

Burıl qasırğa kimi,

4170. Dabanı yerə dəymədən,

Dırnaqları yol boyu,

Boz qayalar üyüdür,

Sanki quma döndərir,

Ağzını iri açır,

Dabanla şaqqıldayır.

Ertədən çapdı Koblan ,

Ta ki axşama qədər.

Qalaya qədər çapmışdı,

Bəlkə bekara çapır?!

4180. Bilir nə üçün çapır!

Gecə yarıyadək çapar,

Gecə yarı olanda,

Birdən irəli çapar.

Az qala uduzacaqdı,

Necə də uduzmasın,

Bərkdən çapan Tayburıl,

Ayaq üstə yıxıldı!

Koblandı atdan düşdü,

Yerə diqqətlə baxdı,

4190. Allah, dilim yazıqdı,

Yorulsa at - ac qalar,

Bu işim yaman olar.

Qoy bir azca dincəlsin,

Qız Qurtqa orda qoymuşdu,

Arşınlıq altın paya.

Əlini yerə sürtdü,

Tayburılın altında,

Koblan payanı tapdı.

Payanı qazıb çıxartdı,

4200. Onu beş yerə qoydu.

Koblan atına mindi,

Tayburıl sürüşməməkçün,

Onu düz yola saldı.

Xeyirxah batır Koblan,

Səhərə qədər çapdı.

Səhər mehi gələndə,

Sürətli Burılında,

Altın dağ ətəyində,

Sanki ox təki çapdı.

4210. Alşaqırın qalası,

Batır önündə durdu.

Qala yanında dedi:

“Nizəmin tutqacını,

Düzəltmişəm palıddan,

Qula dönmüş xalqıma,

Kömək edəcəyəm mən”.

Gün çıxınca qalanı,

Koblan gəzib dolandı.

Bəs qapılar hardadı?

4220. Koblan özünə dedi:

“Tapmıram ki, bir girəm”.

Heç bir yırtıq tapmadı,

Ordan girə içəri,

Gün hələ qalxmamışdı,

Batır qalanı dolandı.

Günəş dandan çıxmamış.

Tinə yaxınlaşanda

Qoca Toktar deyirdi:

“Sən mənim yalqızımsan.

4230. Sən bir ala kumaysan*.

Oğula xeyir-dua verdi:

“Quzum!” deyib ağladı.

Dəvə köşəkçün böyürən tək,

Qalanı gəzən Koblanın,

Fikri basında qaldı.

“Xeyir-duanı verək?”

Batır hey qulaq asdı:

Düyələrin içində

Sən ən yaxşı düyəmsən.

4240. Koblan, xeyirxah doğulmusan.

Potam, səndən ayrıldım,

Alalı* ilxı içində.

Sən gözə gələn tülpardın,

Caynağı sınmamış şahin,

Qulunum səndən ayrıldım,

Sən qoşqar buynuzlusan*.

Səni tək arzuladım,

Quzum, səndən ayrıldım!

Sanki göldən toz aldın,

4250. İpə-sapa yatmayan,

Buğa təki olmusan.

Ala buğaya bənzəyən,

Mən buzovdan ayrıldım.

İçim kədərlə doldu.

Ah çəksəm də - xeyri yox,

Düşmən verdiyi kürk də,

Dartıram – dizə çatmır.

Tanrıya yalvarıram,

“Nə olar, yox et məni!”

4260. Mənə verdiyin ömür,

Söylə görüm bitirmi?!

Yalqızım mənlə olanda,

Könlüm də tox olurdu,

Qulnumdan ayrılanda,

Dabanıma dəydi od,

Dəhşətə dözmək olmaz.

Qoy canıma dəysin ox!

Ay bitib – elə o ay öl,

Gün bitib – elə o gün öl.

4270. Yalqızım deyib ağlaram,

Sinəmə dərd bağlaram,

Ətsiz dilim yorulmaz,

Qisas qiyamətə qalmaz.

Atana lənət Alşaqır,

Göstərdin öz hökmünü,

Yalqızım diri gələr,

Bir darıxma qızılbaş,

Sənin payını verər,

Dünya çox tez dəyişir.

4280. Oğlumdan ayrılsam mən,

Yalqızım tez gəlməsə,

Xudam, əzabımı ver.

Düşmənə qul olmaram,

Bu əzabı görüncə,

Yalqızımdan ayrılıb.

Bəs mən niyə ölmədim!

Biz dərdə düçür olduq,

Doxsan yaşa gələndə

Mən kafirə qul olum?!

4290. Ona qoyun otarım?!

Yalqızım gələcəkmi?

Pirlərdən xəbər varmı?

Tayburıl atla gələrmi?

Çox bəlalara düşdüm,

Bəs görən Yaradanım,

Gözüm yaşın görərmi?!

Bəlkə düşmən içində,

Bəlası gəlib ölərmi?

Günahı bağışlanmasa,

4300. Pirlər xəbər verərmi?

Xudamdan xəbər gələrmi?

Ay mənim Yaradanım,

Qəlbimi didən dərdi,

De, yalqızlığım bilərmi?

Elə bax bu zamanda

Durdu yuxudan Analıq

“O Kozı Körpeş! O Bayan*!

Ölümü Allah verir.

Cəngəldə dovşan qovdum,

4310. Təzək yığıb yoruldum.

Yalqızımı ağlaram.

Can-ciyər qoca Toktar,

İndi növbə mənimdi!

Ağlama, can yoldaşım,

Balam mənlə olanda,

Mən aram, sakit idim,

Kebisim* qızılısapla tikilib,

Yalqızım mənlə olanda,

Göydə pərvaz edirəm.

4320. Bu gün yuxuda gördüm,

Qiblədən yel əsirdi,

İstəmirdim yanılım.

Bu yelsə yalqızımın,

Çapdığı Burıl küləyi,

Sanki ay bədirlənmiş,

Öz qoşqar buynuzuyla.

Ömrünə bu biçilib.

Yumuq gözlər açıldı,

Kədərli qəlb ovundu.

4330. Bulud başımda dolandı.

Yağı düşmən gələndə,

Ay istəkli yalqızım,

Durub gözlərəm səni.

Sənə qurban olum mən

Kölgən gəldi - özün yox,

Çırağımdan ayrılalı,

Dabanıma od dəydi.

Yalqızım mənlə olanda,

Ona məxmər beşmək tikdim,

4340. Fəsi, lələkli papağı vardı.

Yalqızım mənlə olanda,

Yorğa köşək minərdim,

Dəbilqəni geyərdim,

Yalqızım, səndən ayrılıb,

Nə qədər möhnət gördüm.

Kor oldu gözüm yaşdan,

O günü qoca Toktarın,

Qaşları da çatıldı,

Gözlərim də dartıldı,

4350. Xudam, şadmı olacam?

O günü, qoca Toktarım,

Dodağım da qaçırdı,

Dil ağzımda donurdu,

Dərd içimi yonurdu.

Çiyinlərim dartılır,

Bəlkə, çırağımı öpüm.

Qaraspana el qonub,

Mən də şadyanalığa,

Təzə paltar geyəcəm?

4360. O günü, qoca Toktarım,

Dizlərim yaman əsər,

Bu hal səbrimi kəsər,

Qaraspana yığılmış,

Qalın qıpçaq el köçüb.

Mən yorğamı minərəm,

O günü, qoca Toktarım.

Quruyanda döşlərim,

Dərim pis günə düşər.

Bulaq olub süzülər,

4370. Sinəmdən qan fışqırar,

Mənim çırağım gələr.

Dodağıyla toxunar,

Anan bayquş tək ağlar.

Potası ölmüş dəvə tək,

Dodağın yenə dartdı,

On üç yaşlı çırağım.

Üzün öpəcəyəmmi?

Ürəyim də üşüyür,

Sanki quzum qayıdıb,

4380. Yumlan gözüm açılır,

Yalqızımı görürəm.

Altmış yaşıma doldum,

Bu mənə çox ayıbdı.

Kəndir toxuyaram mən.

Çırağım evdən gedib,

Bunu unutmaram mən!

Bundan böyük ar varmı?

Başsız qalan Qurtqanı.

Kalmık xanı Alşaqır,

4390. Arvadı etmək istəyir.

Düşmən toruna düşdü,

Qurtqam oturub qəmli,

Bədbəxtlik üz verəndə,

Yalqızım gedib ad qoyar.

Alşaqır nökərlərin,

Hamsının payın verər.

Bəs bu yaddan çıxarmı?

Bu da bizim günümüz,

Çırağım, de hardasan?

4400. Mənim acı zarıltım,

Yalqızıma yetərmi?

Bu vaxt onun bacısı,

“Dayan, dur, əziz anam,

Kökəmi yuxumda gördüm,

Ötən günü gecədə.

Sahibində ağ balta,

Daşa dəydi – yeri qaldı.

Onu itələyəntək,

Parladı əvvəlki tək.

4410. Tanrımın yazığı gəlməzmi?

Atana lənət Alşaqır,

Göstərdin bizə hökmünü,

Kökəm evdə olanda,

Qalam viran qalardı?

Qulaq asın – atam, anam!

Pirlər verdilər xəbər,

Könlüm çox ümidlidi!

Yəqin hələ gəlməyib,

Qardaş çapan Burıl at.

4420. Babadan xəbər gəldi,

Yəqin gəlir can kökəm,

Tayburılı çaparaq.

Atamı yuxumda gördüm,

Bu dünyada kimsə var,

Can kökəmə olsun tay?!

Qazanın Sirli qalasına,

O təkcə hücum etsin.

Qızıl bayraq əlində,

Qaramanı yanına çağırdı.

4430. Qasqarlıq* dağın başında,

Ona arvad dediyiçün,

Onu pis günə saldı.

Kökəm atdığı sözdən,

Qaraman batır küsdü.

Kökəm getdi dalınca,

Dostu küsməsin deyə,

Qaladan kənardakı,

Arxın üstə çıxaraq,

Üstündən atlanaraq,

4440. Qazanı nişan alıb,

Düşmən tək onu qovdu.

Qalın kiyat ordusuna,

Qənimətin pay verdi.

Bölünməyən - yuxuya,

Cırılmamış – məzara.

Qaramanla ikisi,

Dan atıb işıqlaşanda,

Kobikti xanın ilxısın,

Lənətlənmiş Tərlan at,

4450. Qovandan sonra belə,

Öz elinə qayıtdı.

Xan atı yəhərləyib,

Tərlik salıb belinə,

Qaramanla Kökəmi,

Kobikti düyün tək sıxdı.

Kökəmə çətin oldu,

Nizəsi də qırıldı,

Kökəmi əsir etdi,

Kobikti özün öydü,

4460. Heç beləmi iş olar?

Can Kökəm rüsvay oldu?!

Üz döndərdi Kökəmdən,

Qoruyub saxlayanlar,

Dua kömək etmədi,

Tövbə qəbul olmadı,

Düşmən çox sevinirdi.

Mənim adaşım Qarlıqa,

Kökəmə kömək oldu.

Yaxşılıqlar boy atdı,

4470. Əl-ayağını açdı,

Kökəmə imkan verdi,

Nə olar- qaçsın dedi.

Onun silah, paltarın,

Demə gizləyibmiş o.

Köməyin göstərməkdən,

Dönməsə Şəşti Əziz!

Mənim adaşım Qarlıqa,

Kökəmə kömək oldu,

Ayağına baş əydi.

4480. Qaramanla qardaşım,

Yenə əl-ələ verib,

Kobiktinin ilxısın,

Qovmağa başladılar.

Kobikti ata minib,

Yenə də çapdı-çapdı,

Kökəm geriyə baxdı,

Döyüşdə Kobiktini,

O dünyaya göndərdi.

Batır öz işin gördü,

4490. Gözəl qız Qarlıqanı,

Qaraman kürdasına

Sanki hədiyyə etdi.

Sayqak kimi qaçırdı,

Batırların atları.

Qazan alan sürüyə,

İlxıları qoşdular.

Orda duran köp qoşun*,

Hay-küylə yola düzəldi,

Burıl at axsayanda,

4500. Kökəm lap qəmgin oldu.

Yalqızlıqda ürəyi,

Həm boşaldı, həm doldu.

O, pirlərə üz tutdu,

Sanki hər şeyi unutdu,

Pirlərdən səda gəldi,

Can kökəm yalqız çapdı,

Qaraspana yetişdi,

Gəlib Yurda yurd dedi.

Gəlin saxladığı çörəkdən,

4510. Bir azca da nuş etdi.

Qurtqa qoyduğu yemdən,

Bu Burıl tapıb yedi.

Gəlin vurduğu payadan,

Hamı aşrımı tanıdı.

İxlas atayla Şəşti Əziz!

Bizdən üz döndərməyibsə.

Mənim əziz can Kökəm,

Bax elə bu andaca,

Qurtqa gəlib söylədi,

4520. Dayan, dur canım Bikeş*!

Günün günorta çağı,

Səmada ayı gördüm.

Qaraspan zirvəsində,

Göyə şahin uçurdum.

Düzən yerdə arx qazdım,

Uzaqda olanda Sultanım,

Yağılar bizi qul etdi,

Mən tanrıya nə dedim?!

Qaraşa* dağın dərəsində,

4530. İti çaylar bərk axar.

Hər bəndədə olarmı,

Sultanımın görkəmi.

Xudam kişi yaratdı,

Ağır taxta tumanlı,

Cəngavər qadınları.

Sultanım qucan ağ bədənim,

Yoxsa düşmənin olar?

4540. Məni arvad etmək istəyir,

Kafir oğlu Alşaqır.

Qocalmaq haqdan gəlmədi!

Qulunu ölmüş madyana,

Biryaşlı dayça zorluqdur.

Potası ölən dəvəyə,

Nər buraxmaq zorluqdur.

Ağ şahin qonmuş tuğıra*,

Qarğa qona bilərmi?!

Tanrım özün ol kömək,

4550. Mən də rüsvay olmayım.

Fincana sarı bal saldım,

Qaçağana kəmənd atdım,

Rənglini rəngləməzlər,

Burılım, uşaq kimiydin,

Məndən hara getdin sən.

Çalbaş ata mindim mən,

Kiçik olanda belə,

Qulluq edirdim sənə.

Sənə altından nal saldım,

4560. Sürüşməsin ayağın.

Qırx gün tamam olunca,

Qısırca əmizdirdim,

Sən gümrah böyüməkçün.

Birinci qarına doğmuş,

Səksən gün bitən zaman,

Madyandan əmizdirdim.

Doxsan günün keçəndə.

Xəstəlikdən sən yan ol,

Arıqlama, yorulma.

4570. Sənə çoxlu yem verdim,

Qırmızı ot da verdim,

Qurtqa baxan Burıla,

Nə gərək – onu verdim.

İlxıda at yox idi,

Onu sən əmməyəydin.

Sənə çox qulluq etdim,

Bəs sən mənə nə verdin?

Beş yaşına gələndə,

Qızğın madyan olmağa,

4580. Böyük həvəsin vardı.

Səni beş yaşlı madyanların

Arasına buraxdım.

Altı yaşın olanda,

Sən sanki subaylaşdın.

Düşündük ki, yəqin, sən,

Batır atı olarsan.

Sən sevilmək istədin,

Ələ öyrənməmişdin,

Səni ələ öyrətdim.

4590. Boynun bərkimək üçün

İpək kəndirimə daim,

Boynumu bağladım mən,

Burıl, dartdırdım sənə,

Sən mənə bala idin,

Mən sənə ana idim.

Göstər özünü uzaqdan,

Hansı səmtə getdin sən,

Mənimçün çətin anda,

Düşünürəm gələrsən,

4600. Sultanımla birlikdə.

Qəlbimdə bir arzum var,

Sultanım gəlsin salamat,

Düşmənə salsın ələmət*

Bizə düşmən kalmıkı,

Min bir bəlaya salsın.

Ona yaxşı göstərsin!”

Qurtqanın ah-vayların,

Bu qalanın içində,

Onun hönkürtüsünü,

4610. Mələklər çatdırdılar,

Batır atın qulağına.

Tülparsa dayanmışdı,

Darvazanın yanında,

Kürzün* yaxınlığında.

Qışın əvvəli – noyabr,

Artıq* doğulmuş Koblan,

Düşmənlə kin saxladı,

Düşmən qorxudan əsdi,

Hamının başın kəsdi.

4620. Qurtqanın səsin eşidib,

Öz anasın tanıyan tək,

Tülpar tez-tez kişnədi.

Kişnərtisi oldu bərk,

Burıl atın bu səsin,

Qurtqaya yel yetirdi.

Kişnərtini tanıdı,

Könlü xeyli kiridi.

Dedikləri çin olar,

Ürək sevinclə dolar:

4630. “Bu, sultanımdı, – gəldi.

Yuxarı qalxıb durdu,

Qala yanında gördü,

Meşənin kənarında,

Dovdağı ovlayarkən,

Onu ikiyə böldü.

Şiri-nər tək doğulmuş,

Yeyir – Batır Koblandı,

Bunu Qurtqa Qız gördü.

Gəldi mənim sultanım,

4640. Həm də ürəyim, canım.

Onu qılınc da kəsməz,

Başında polad qalxan.

Əlindəki dovdağı,

Tərtəmiz təmizləyib,

Qızardıb yemək olmazmı?

Batırı o, tanıdı,

Dedi: Gəldi sultanım!

Artıq doğulmuş Qız Qurtqa,

Şahin tək tükün tülədi.

4650. Gözəl qız o andaca,

Alşaqır sarı getdi,

Gəlib ona söylədi,

Sevincini gizlətdi.

Hələ gün çıxmamışdı,

Alşaqır xanı oyatdı,

“Arzum var” deyib, söz atdı:

“Elimi çapan, Alşaqır,

Sözümə qulaq as, Şaqır!

Xudam sənə cəza verir,

4660. Gərəkdir səni “it” çağır!

Mindiyin at gəlmədi?

Sultanım burda olanda,

Göldən gələn düşmənə,

Namusunu vermədi.

Sultanım olmayanda,

Oldun mənim yoldaşım,

Məni zindana saldın.

Ağ günə həsrət qaldım,

Bircə dəfə demədin,

4670. Qoy düzə çıxsın Qurtqa.

Bəlkə bir azca gəzsin.

Fürsət versən, Alşaqır,

Bir az çölə çıxaram,

Həm gəzib dolanaram.

Zolaqlı parça götürrəm,

Belə şal bağlayaram,

Gəzib, yığaram təzək.

Qalanın çıxıb sırtına*,

Bir az gəzib dolannam.

4680. Alşaqır batır dedi,

Mən çox fikirləşirəm,

Qurtqanı arvad edərəm,

Əgər, o istəyirsə,

Qoy izin verim ona,

Fikirləşib o, dedi:

Varırsan var, di, dur get,

Sənə icazə verdim,

Zolaqlı parça götürdü,

Belinə bağladı şal.

4690. Həm inanmayıb ona,

Arxasınca dörd qulu,

İzləməyə göndərdi.

Çıxıb qalanın sırtına,

İzləyənlər arxada,

Qurtqa hey getdi, getdi,

Bir dərəyə yetişdi,

Ordan yarğana düşdü.

Oturub sözləşdilər,

Qurtqayla gözləşdilər.

4700. Bu qullardan ikisin,

Qurtqa orda saxladı.

Üçü bir yerdə getdi,

Bu yarğandan kənarda.

Yenidən sözləşdilər,

Sonra iki qulu da,

Burda saxlayıb dedi:

“Lütf eyləyin burada”,

Qullar orda qalanda,

Qurtqa təkcə gəzişdi.

4710. Daim səmənd at çapan,

Zolaqlı parçanı büküb,

Paltar altına saldı.

Koblan əri sınamaqçün,

Qız, qadınlar yandırır.

Təzə palıd qətranı,

Böyük, kiçik igidlər,

Bir-birinə sadiqlər.

Fikirləşdi, düşündü,

O tərəfdə meşə var”!

4720. Gedib girdi meşəyə,

Gördü bir sərvi Qurtqa,

Bir yerdə dayanmadan,

Hiddətlənir, fınxırır,

Batır atı o Burıl,

Özünə yaxın Qurtqanı,

Burıl at görən kimi,

Tanıdı anasını.

Sərvə bağlanmış hörüyü,

O andaca qıraraq,

4730. Qurtqaya sarı çapdı.

Burıl səmtə gələndə,

Koblan batır yüyürdü,

Onun ardınca gəldi,

Tayburılın süzdüyün,

Görən anda Qız Qurtqa,

Ürəyi buna dözmədi.

Sinəsindəki düymənin,

Hamısın bir-bir açdı.

Hamı eşikdən gələndə,

4740. Az qaldı ziyan çəksin,

Niyə də ziyan çəkməsin?!

Burıl var güclə çapıb,

Düz Qurtqa üstə gəldi.

Burıl Qurtqanın üstünə,

Düşən an Koblan gördü,

Yaxınlaşan batırı,

Elə Qız Qurtqa gördü.

Onu tanıyan kimi,

Əlini çarpazlayıb

4750. Təzim edib görüşdü.

Gözəl Qurtqa dilləndi:

“Dünyadan gözəl payımsan!

Bir toğlu iki ana qoynu.

Bahar vaxtı qırxacam.

Sənin çapdığın tülpar,

Sən at belinə minəndə,

Ələ bayraq alanda,

Sən bizlərdən gedəndə,

Hamı çox kədərlənir.

4760. Sən yenidən dönəndə,

Hamı əcəb şənlənir.

Qayıtdınmı salamat?!

Xalqın – oğlu şahini,

Mən düşməndən hifz edib,

Qalanı qoruyuram.

Düşmən atın çaparam.

Kalmıkın kirşəsinə

Mən atı bağlayaram.

Qeysər Koblan, Sultanım

4770. Nə qılarsan mənimçün?

Yaman məndən pis deyər,

Sultanım kənar olanda,

Mən heç cür tablamadan.

Bətnimdə gəzdirmişəm,

Bir düşmənin balasın.

De, bir hökümün nədir?”

Sonda Koblan söylədi,

Sonra da bunu dedi:

“Hanı keçmiş günlərim?

4780. De, bir kim əldən verər,

İlxıdan kənar düşmüş,

Tənha qalmış köhləni .

Birini yox, minin doğ!

Bu yürüşdə mən daddım,

Tənhalıq əzabını.

Adam olub ər olsa,

O, mənə arxa olar”.

Koblan çox ürəkləndi,

Qurtqanın xoşuna gəldi.

4790. Dedi: “lənət zolaqlı kisə!”

Gözəl-göyçək Qız Qurtqa,

Koblanın gözü önündə,

Kisəni altdan çıxardı.

Koblan bunu görəndə,

Birazca gülümsündü.

Batır batırlığıyla,

Qəlbində qara vardı,

Koblan sonda söylədi:

“Sənin həsrət çəkdiyin,

4800. Oğul uzaq yoldaydı.

Düşmənə nifrət edən,

İstəkli arvadımsan.

Bir şey istəməm dünyada,

Xudaya çox şükür ki,

Sağ-salamat görüşdük.

Mənim Allah payımsan,

Ata-anam, xalqımı,

Deyirdim görəmmərəm.

Müdrik, əzizim Qurtqa,

4810. Qıpçaqların yaylağı,

Qaraspanda yerləşib.

Qıpçaqlarsa o vaxtdan,

Səni heç vaxt görməyib.

Çox vaxt keçib Qurtqacan!

Gəl bir səni mən qucum!

Batır çarpır boz atın,

Uzun quyruq, yal atın.

Bir gün günorta çağı,

Gözəli bağrına basdı.

4820. Ürəyi də dözmədi,

Bərkdən qucdu belini,

İstəklisi Qurtqanın.

Həsrətlilər qovuşdu,

Gözlərdən yaş süzüldü,

Batır necə sıxdısa,

Qurtqacanın belini.

Az qaldı ki, qırılsın.

Bu an Qurtqacan dedi:

“Gedirsən səmənd atda,

4830. Hücum çək düşmən üstə.

Çoxdan qundaq görmürsən,

Döyüş eşqiylə yanırsan.

Amma ki, sən, sultanım,

Bir neçə gün gəl gözlə.

Sən doğrudan nəhəngsən,

Burıla cəldlik öyrətdin,

Düşmənin çox, dostun yox,

Sultanım, gücünsə çox.

Açıq göldə qu vurdum,

4840. Ödü cana dərmandı.

Yayda balıq oynayır,

Geniş göl sularında.

Böyük, kiçik qardaş yox,

Xalq uğrunda döyüşdə,

Hər hansı kəslə vuruşsan,

Kimlə sözün çəpləşsə,

Yamanın dili acı,

O, nə qədər bilməcək,

Sənə hörmət etməcək.

4850. Ata, ana axtarmayıb,

Arvadın tapdı Koblan,

Deyib, lənətləyərlər.

Sonda Koblan söylədi:

“Su çox bulanıqdısa?

Saxlayanda durular?

Yalan danışan kəslər,

Heç yaxşı olarlarmı?

Tülkü dərisindən kürk,

Geyənə soyuq olarmı?

4860. Ay Qız Qurtqa səndəki,

Müdrik sözlər görüm de,

Heç padişahda varmı?

Düz söylədin Qurtqacan,

Tapşırdım səni Xudaya.

Can tərpədən Qız Qurtqa,

Əgər ər doğulsaydın,

Elə dayaq olardın.

Dördgöl yanında təpədə,

Yesil çayı* göl mənbəyi.

4870. Baxma, yalqız böyüdüm,

Amma çox şeyə dəyərdim.

Neçə illər yol gəldim,

Çoxlu əzablar gördüm.

Həsrətin çəkəmmərəm,

Fikrindən keçənləri

Düşündüm - mənə deyərsən:

“Sultanım, axır görüşdük,

Bir kəlmə söz demirsən”.

Həyatda heç arzum yox,

4880. Salamat görüşdük biz.

Xudam verən, arvadım!

Mənə elə gəlirdi,

Nə atamı, anamı,

Nə xalqımı görmərəm.

Sabah minnəm Burıla,

Süngüm gələr karıma.

Sizi alan düşmənlə,

Vuruşaram tək-təkə.

Davud dəbilqəsini,

4890. Geyərəm kəfən kimi.

Əsirlik əzabın görüb,

Bu, mənim qıpçaq elim.

Qoy uyğu unudulsun,

Gecə hazırlıq getsin,

Qoy qurtarıb işlərin,

Hamı bir nəfər təki,

Meşədən ağac qırsın.

Sabah günəş çıxanda,

Səsimi eşitsinlər.

4900. Lap səhər tezdən erkən,

Kim məni doğma bilir,

Qapıda qarşılasın.

Ala ata tərlik qoydum,

Düşməni ömrüm boyu,

Uzaqlarda axtardım.

Ata, ana, qardaşı,

Doğmaları, dostları,

Niyə atdın Qurtqacan?

Çıxıb etmək uzaqmı?

4910. Bunu bilənlər deyər:

“Gəlinin uzaq gedib,

Bizə düşmən Alşaqır.

Ata, anama əzab versə də,

O, gəlib çıxmayınca,

Qurtqa canım, gecikmə,

Tezcə qayıt qalaya,

Salam söylə hamıya.

Çox əziz qıpçaqlara,

Gənclərə, kiçiklərə,

4920. Hamısına söylə, de:

Görüb gəlib, sultanım”.

Hamıya yaxşı söylə,

İndi gəlib oturub.

De, sultanım, adilsən!

Doğmalarım, elimçün

Qurban getməyə hazıram,

Xoş günlü ol, Qurtqacan,

Taki sabaha qədər,

Allah səninlə olsun.

Sonda Qurtqa söylədi:

4930. Sən ey, mənim sultanım,

“Qayıt” desən, qayıdım.

Alşaqır quran qalada,

Səni görüb dözmədim,

Yaman dözümsüz oldum.

Çıxdım səhraya gəldim.

Mən səndən ayrılalı,

Kədərlə doldu qəlbim.

Buna görə tapşırram,

Səni yaradan Xudaya!

4940. Ey şahlara bərabər,

Olum sənə sadağa,

Sən getmisən qabağa!”

Durub Qurtqa ağlayır,

Ürəkləri dağlayır.

Bir an belə qaçırmır,

Gözün Koblan batırdan.

Mavi göldə qu atdım,

Ödü xəstəyə dərman.

Yayda balıq oynayır,

4950. Geniş göl sularında.

Çırağım, canın sağ olsa,

Qızıldaşdan bac alarsan.

Bircə an üzümə bax,

Yanaqdan öpüm, gedim,

Xudam bizi birləşdirib,

Bəlkə birdən sən ölsən,

Həsrətindən ölərəm.

Yazda min yallı ata,

Qış da yemlənmiş ata,

4960. İlk dəfə öpüşürəm mən,

İlk dəfə səni öpürəm”.

Nər Koblan səmtə döndü,

Qurtqasa ehtirasla,

Onu dodaqdan öpdü,

Qarmaladı, həm qucdu,

İçi şövq ilə doldu.

Möhkəm-möhkəm qucaraq,

Koblan sultan oğulu.

Besin* vaxtı gələndə,

4970. Sevgilisiylə görüşdən,

Razı qaldı Qız Qurtqa.

Bu işdən məmnun oldu,

Sevindi, qəlbi güldü.

Tələsmədən Qız Qurtqa,

Qala tərəfə döndü.

Dördü onu gözləyən,

Gözəl, göyçək Qız Qurtqa,

Alşaqır qalasına,

Tələm-tələsik getdi.

4980. “Darvazanı qoy açsın”.

Güclə dedi Qız Qurtqa.

Qurtqa qalaya girəndə,

Xana qulları verib,

Bərkdən qışqırıb dedi:

“Mənim sultanım gəldi”, -

Oynayıb sevinsinlər,

Çoxlu salam göndərib,

Öz ata-anasına,

Qıpçaqlı ağalara,

4990. Gənclərə, balalara.

Qıpçaq – başçısı Toktar.

Qurtqadan eşidənlər,

Bir hissəsi ağladı,

Bir hissəsi sevindi.

Tənhamıza kömək et!

Belə Koblan balanı,

Tapşırdılar Allaha.

Qurtqa gedən zamanda,

Besin vaxtı çatırdı.

5000. Bu zaman batır Koblan,

Qarlıqa intizarında,

Yollanaraq bir dağa,

Baxdı sola, həm sağa.

Toz göyə duman oldu,

O, çapdığı bu yolda.

Düşündü: “Toz hardandır?” –

Gördü cavan köşək tək,

Səsi səhra quşu tək,

Yeriş-duruşu gözəl,

5010. Başında altın qalpaq.

Tozun dərinliyində,

Akmonşahın belində,

Sürüb gəlir Qarlıqa.

Qarlıqanın ardınca,

Beş yaşıl at belində,

Akmonşahla yarışır,

Seil oğlu Qaraman.

Sürüb Qarlıqa səmtə.

Beş yaşlı at belində,

5020. Öz şux, oynaq atında,

Toktarın tək oğlunu,

Toktarla Analığı,

Gözəgörünməz qarğadı.

Dedi: Koblan yetişdi,

Pirlərdən xəbər verdi.

Biləndə düşmən viran,

Qoyub elin, obasın.

Əli hər yerdən üzüldü,

Göz yaşı sanki göldü.

5030. Orağın anası dedi:

Qapı ağzında


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə