Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə2/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11

O, çox qəddar hökmdar,

Üzdən yağır zəhirmar.

630. Noğay tayfalarını,

Ələ keçirib əzirdi.

Kimsə tabe olmasa,

Onları məhv edirdi.

Torpağı, mal-qaranı,

Özününkü edirdi,

Belə şöhrət tapırdı.

Var-dövlətin ataraq,

Noğay eli qaçırdı.

Qaçan noğaylarasa –

640. Qaradaban* deyilirdi.

Qırlıqala, Sirliqala

Kimi gözəl şəhərlər

Qazan batırın tapdağı,

Altda inildəyirdi.

Sirliqala şəhəri,

Düşməndən görünürdü.

Açıq idi qapılar.

Qırlıqalada isə

Qazan xanın nərləri,

650. Yığışmışdı bəyləri.

Qazan lovğalanırdı:

“Düşmən bura girəmməz”.

Qazan özün öyürdü.

Noğay elin döyürdü,

Qızılbaş hökmdarı.

Qırlıqala tərəfə,

İti bir çay axırdı.

O biri tərəfdəsə

Altı sıra arx vardı.

660. Qurulmuş istehkamlar,

Hər səddin öz yeri var.

Onun düz qırx yerində

Polad darvaza vardı,

Əsgərlər pusqudaydı.

Durmuş ağız-ağıza,

Onu bağlamaq üçün,

Altmış bahadır vardı.

Bunu dünya bilirdi,

Çoxsaylı noğay elin,

670. Tutub məhv etdi Qazan.

Qazanın bu xəbəri qırx minlik kiyat tayfasının bahadırı Qaraspanın ətəklərində yaşayan Seil oğlu Qaramana çatır. Xəbəri eşidən batır düşünür: “Atadan ər doğulmuşuqsa, Qızılbaşlar noğay torpaqlarını tuturlarsa, biz kişi deyilik”, – deyib atını yəhərləyib –yüyənləyib yola düzəlir.

Çox minlik ordu yığdı,

Ağ-qara bayraq alıb,

Qızılbaşlar üstünə,

O andaca səmt aldı.

“Qazanı ordan qovaram”.

Dedi, həm də düşündü.

Böyük bir güc topladı,

Qəzəbləndi, hirsləndi,

Toxtayıb özünə gəldi.

680. Kiyatdan çıxan beş batır,

Bir Qaragöz, bir Ağgöz.

İkisi qoçaq batır,

Elin dadına çatır.

Qaracan oğlu Qoçdövlət

Mərd oğluydu, mərddən mərd.

Çoxlarına dərs verən,

Ordular pərən edən.

Fala baxan – Qara Bukan*

Falı düz görüb, baxan.

690. Dedi: “Atın necə çapsın,

İrəldə nə olacaq tapsın.”

Qaraman batırdasa,

Qaşlar qarla örtülüb,

Kiprikləri donubdur.

Qazan noğayı məhv edir,

Bizi şərəfsiz edir,

Ölmək - həyat şirindir,

Vətənsə hər kəsindir.

700. Bəs görən biz nə edək?

Bəlkə məzara gedək?

Məzarsa da soyuqdur,

Əhvalımız donuqdur.

Qırx minlik ordu yığıb,

Hamını başa salıb,

Qaraman yola düzəldi,

Orduya sözün dedi:

Eşidin, məni ərlər

710. Allah sizə yar olsun,

Qaraspan ətəyində

Yaşayır qıpçaq eli,

Qorxudan səksəkəli.

Orda var Koblan batır,

Şöhrəti ümman batır.

Onu hamı tanıyır.

Gedib onu götürək,

Düşmənin dərsin verək,

Gedərsə – yaxşı gedək,

720. Getməzsə dua edək.

Yaşımız, işimiz bir,

Bunu bütün el bilir,

Hamı da bizə gülür.

Sizə düzün deyirəm,

Allaha and içirəm.

Gəlin, gedəyin ora,

Bu yol aparar ora.”

Kiyat məsləhətləşdi,

Hamısı yola düşdü.

730. Qaraspanın döşündə,

Çoxsaylı ordusuyla,

Qərar tutdu Qaraman,

Hazır oldu ox-kaman.

Görən kimi onları,

Koblandı ata mindi.

Onlar səmtə yönəldi.

Yestemis yaxınlaşdı,

Öyrənsin ki, nə vardı.

Gəlib gördü dostdurlar,

740. Düşmənəsə yaddırlar.

Koblandıya bildirdi,

Qaramanı dost gördü.

Dedi: “Kefin necədi?”

Qaraman cavab verdi:

“İşin avand, ay dostum!”

Burada Qaraman batır Qazanın üzərinə hücuma getdiyini bildirir:

Mən Seil oğlu Qaraman,

Qazana gedib, varam,

Gəlsən-gedək mənimlə,

Nəfəs allam səninlə,

Sən ey mənim əzizim,

750. Səndən budur xahişim.

Dərd və kədərimiz bir,

Biz səninlə həmtayıq,

Dünyanın naxışıyıq.

Qazan tutduğu şəhrə,

Mən çıxıram yürüşə.

Gedirsənmi mənimlə?!

Mənim Koblandı dostum,

Ağıllı tədbirlisən,

Döyüş səriştəlisən.

760. Göydə ulduzun yanır,

Yaxşılar səni anır.

Sənə dualar olur,

Səndən sücaət qalır.

Sən müdriksən, böyüksən,

İgidlik fövqündəsən.

Səni hər görən düşmən,

Keçəcək öz “mən”indən.

Dedim qoy sənə deyim,

İşimi indən bilim.

770. Sonda Koblan söylədi,

Burda bir iş var dedi:

“Şahini göydə tutan,

Düşmənə ox tək çatan,

Köhlənim məndə deyil,

Qurtqanın əlindədir.

Gedib, getməməyimi,

Ondan soruşmalıyam,

Ondan izn almalıyam.

Qurtqa neçə vaxt idi,

780. Ona qulluq edirdi.

Düz altı il sərasər,

Atı yedizdirirdi,

Həm də nazın çəkirdi.

Tündikdən* işıq vermiş,

Düdüknən su vermişəm.

Boşa getməsin bəxtim,

Puç olmasın əməyim,

Mənim istəkli dostum,

Bu at ona sirdaşdır.

790. Bunu bir Qurtqa bilir,

Gedib, ya getməyim mən.”

Deyib Koblan bu sözü,

Sanki parladı gözü.

Qayıdıb çadıra gəldi,

Gəlib belə söylədi:

Qaraman oğlu Seilin,

Çoxsaylı bir ordusu,

Qazan üstünə gedir,

Sırasını seyrəldir.

800. Burıl atı gətirin,

Qaramanla mən gedim,

Qoy yollanım bazara.

Orada var ağ mata,

Oynaqdır cavan pota,

Bu sözümdə yox xəta.

Koblandının yanından,

Yestemis aralandı.

Toktarın çadırıyla,

Yan-yanaşı dayanan,

810. Qurtqanın çadırına,

Yestemis gəlib söz atdı,

Gün çıxmamış dan atdı,

Şolpan* ulduz gizləndi.

Hələ Qurtqa yatırdı,

Yatıb mışıldayırdı.

Evdədirmi Qız Qurtqa,

Bəlkə yoxdur Qız Qurtqa.

Heyif qadın doğuldun,

Əgər erkək olsaydın,

820. Elə arxa olardın.

Altındakı kürən at,

Düşmən üstə yüyürər,

Şiri-nər tək görünər.

Cins at minən igidin,

Polad qılınc belinə.

Batır paltarı gərək.

Axı belə batırlar,

Həm də polad biləkdi.

Koblan tənha gedirdi,

830. Tanrı ümid yeriydi.

Kiyatdan dostu çıxdı,

Ürəyi, canı Qurtqa,

Batır atına mindi.

Qurtqa necə gözəldi!

Düz altı il sərasər,

Qulluq görmüş at Burıl,

Hazırdırmı döyüşə,

Baş verməsin əndişə.

Qurtqacan işıq saçır,

840. Siması evlər yıxır.

Başında lələyi var,

Altın kürkü də yanır.

Səsi köşək səsidir.

Sanki bülbül səsidir.

Qara tük parıldayır,

Görkəm ona yaraşır.

Qızıl fəsi köndələn,

Başında necə durur,

Görkəmində var qürur.

850. Qamçısı da uzundur,

Camalı baxımlıdır.

Baş qaldırıb söylədi,

Yestemisə naz eylədi.

İki qoyun, bir quzu,

Verərdim bu dünyada

Çoxlarına sevincə,

Qalsınlar bir az dincə.

De, göndəriblər səni

Burıl tülpar dalınca?!

860. Tülparı arzu edən,

Oğula salam deyin.

Dostu Qaramana da,

Onun həmyaşıdına.

Atın yaşı çatmayıb,

Pələngi məcbur edib,

Qoymasınlar döyüşə.

Çapıb varram atımla,

Qırmancla döyüb yana,

Gərək ollam tayfama.

870. Qurd da zəfər yetirməz,

Yaxınıma, dostuma.

Bədik* bu, heç o deyil,

Keçi də qoyun deyil,

Şeytan heç də cin deyil,

Bəybişə də qul deyil,

Doğma balam qul deyil.

Sizi Koblan göndərib,

Zəif dostun üstünə.

Səni də göndərənə,

880. Qurbandır mənin canım,

O, tayfanın pələngi,

Qaraspanda yaşayır.

Məni Allah qorusun,

İşim də avand olsun.

Sultanım qulaq assın,

Bu səfərdən daşınsın,

Qənimət götürməsin.

Bir xeyli də yaş tökdü,

Sənin evdəki dostun.

890. Həddən artıq pərişan,

Qoy bundan agah olsun.

Dağda yüksək zirvədə,

Dayanıb dincəldilər.

Allah böyük, xeyirxah,

Bunu yaxşı bilirlər.

Məgər dost daim dostdur?!

Sultanıma salam de,

Qulaq assın, getməsin.

Böyütdüyüm Burılın,

900. Qırx üçcə günü çatmır.

Cavab alan Yestemis,

Yenidən geri döndü,

Cavabdan razı qaldı.

Qurtqa dediklərini,

Sözbəsöz Koblandıya,

Batıra düz söylədi.

Eşidərək sözünü,

Koblan həmtayının,

910. Durub yanına gəldi,

Koblandı ona dedi:

“Mən göldən uçmuş quşam,

Şərəfsizə qulaq asma,

Haqdan buyrulan işdən,

Mənim şirim, qaçmaram!

Məzəmmət etmə məni.

Bu döyüşə getməyim,

Qənimət götürməyim,

Qurtqa salam göndərir,

920. Səni lap çox istəyir.

İncimə həmyaşıdım,

Səndən rica edirəm,

Dağ zirvəsin aşıram.

Qurtqanın ağ əli ilə,

Bəslənib, yedirdilib,

Qurtqadan qeyri kəsi,

Heç zaman da görməyib.

Ana qayğı çəkən tək,

Onu çox əzizləyib”.

930. Qurtqa dedi: “Burılın,

Qırx üçcə günü çatmır,

Batır atı olmaqçün.”

Qaraman sonda dedi:

“Onda özümüz gedib,

Qazana hücum çəkək,

Əsgərlərin öldürək,

Şəhərin viran edək.

Biz necə kişilərik,

Hər an yola düşəndə,

940. Xatınla məsləhətləşək”?!

Kandarda yovşan bitir,

Kişi batır geymində.

Gedənlər qayıdarmı?

Tanrı aldığın verərmi?

Hərdən yola düşərkən ,

Xatından məsləhət alaq,

Həm ona qulaq asaq.

Qoy lap kim olur batır –

İradəsi yoxdusa,

950. Lap mənə həmtaydısa,

Şir olmur, lap nə olsun.

Qaraman belə deyərkən,

Şir Koblandı batırın

Çənəsindən tər axdı,

Tükləri biz-biz çıxdı,

Həm də özündən çıxdı.

Mənə həmtay olsa da,

Qaramanın sözləri,

Məni yaman titrətdi.

960. Sanki sözlər Batırın,

Lap beyninə işlədi.

Kəhər atı tez minib,

Ələ iti ox alıb,

Qırmancla onu vurdu,

Sanki tufan tək uçdu.

Qonur – kəhər atında

Koblan bir anlıq çapdı,

Qəzəbləndi, o, coşdu.

970. Sanki dalğa tək daşdı,

Döyülmüş dəmirə döndü,

Yanağını qar örtdü,

Kiprikləri buz tutdu.

Hücum çəkdi düşmənə,

Ox tuşladı üstünə.

Yağı üstə yeridi,

Elə qəzəblə sürdü,

Yalnız önün görürdü.

Qurtqanı eşitmədi –

980. Əgər düşməni görsə,

Onun başını kəsər,

Darvazalı həyətin,

Peyğəmbəri Qız Qurtqa

Evdə otura-otura.

At tappıltısı gəldi.

Kimdir belə qorxmadan,

Sultandan başqa gələn,

Fikirləşdi, düşündü?!

Nazla əndam oynatdı,

990. Gedib qapını açdı.

Gördü – bir az qəmləndi,

Gözdə yaş gilələndi.

Quş tükü, lələyinə,

Buğdaya, vələmirə,

Kasıbın gücü çatmaz.

İldə bir vergi versin.

Qız Qurtqasa dözmədi.

Çadırın bir yanından,

Qaldıraraq keçəni,

1000. Baxdı, işıqda gördü,

O, batırın tanıdı,

Qəzəbli ovqatını.

Özün onun önündə,

Bir az günahlı sandı.

Batırdan çox çəkindi,

Bir az özün itirdi,

Biixtiyar əlini,

Yelləyib şırıldadı.

Qurtqa itirdi özünü,

1010. Qanı qaçmış üzünü.

Paltarın ətəyinə,

İlişəndə ayağı,

Təlaşdan titrəyirdi.

Vücudu, həm dodağı,

Çadırda var-gəl edir,

Qaçır, durur, düzəlir,

Heç bilmir ki, nə edir,

Nəhayət bir az keçir,

1020. Vəziyyətdən çıxış tapır.

Düşünüb fikirləşdi,

Fikirlərlə güləşdi.

Çadır yanında duran,

Burıla bir də baxdı.

Düdüknən su verdiyi,

Ata ürəyi yandı.

Başına ip salardı,

Arxasınca dartardı,

Doyurub içirərdi,

1030. Canavar tək Koblana,

Başın bulaya-bulaya,

Qız Qurtqasa Koblana,

Qamətin yırğaladı.

Üzünə bəzək verib,

Mələksima gedirdi.

Çal yox, üç yaşlı bozdur,

Samanla otu yeyir,

Doğulub gün görməmiş,

Belə Tayburıl imiş,

1040. Elə ki, çölə çıxdı,

Sanki gözləri çıxdı,

Od kimi qaynayırdı,

Köndələn durmuş daşı,

Yüyən tək gəmirirdi.

Burıl şahə qalxırdı,

Sanki Qurtqayla birgə,

Birdən göyə atıldı,

Qız Qurtqasa güc ilə,

Düşdü, o yerdə qaldı.

1050. Qurtqa sanki Batırdı –

Batırlar bunu yaxşı qanırdı.

Qurtqa köhlənə dedi:

“Dağ zirvəsində aşırım,

Müqayisəyə gəlməz.

Nə olsun həmyaşıddır,

Həmişə kara gəlməz.

Allah daim rəhmdil

Yalqızlara dirəkdir”.

Üç kərə göyə uçsaydın,

1060. Bir uçuşun kəm olardı.

Tayburılım, nə edim?

Sənə qırx üç gün çatmır”.

Şəhərdə yaşayançün,

Bazar heç vaxt bağlanmır.

İgidlərin məzarı,

Haralardan görünmür?!

Koblandı canavar tək,

Tayburılı görən tək,

Qurtqada qəzəb söndü,

1070. Burıla sarı baxdı,

Sonra Koblandı dedi:

“Göldən uçmuş bir qaz tək

Gil sahilə uçuram,

Novruzdan sonra yazam.

Ağılımsa çox deyil.

Qız Qurtqa böyütdüyün,

Vurub ortadan bölüm.

Sarayda bir saray var,

İçindədə saray var,

1080. O saraya aparar,

Qoşa donqarlı dəvə.

Kimin az heyvanı var.

Onun çoxdur kədəri,

Hər kişi üçün gərək.

Övrət qisməti olsun.

Atımı belə böyüdən,

Dür bir metaldan oxu,

Şam ağacına sancan.

Tapınca belə qadın,

1090. Gör nə qədər vaxt keçər?”

Batır sözün eşitcək,

Batır yaxınlaşarkən,

Təlaş, ya həyəcandan,

Qənirsiz gözəl Qurtqa

Qəmləndi, xırıldadı,

Hönkürləyib ağladı.

Gördü Qurtqa qəmlidi,

Koblan nəhayət dedi:

“Mən hamıdan natiqəm,

1100. Sanki altın dilliyəm,

Həmyaşıdlar içində,

Hamı üçün rəhbərəm.

Sən ən gözəl qadınsan.

Səbirli ol, toxtaq ol,

Bil, sən qadın olsan da,

Heç nəyə baxmazdım mən.

Ehtiyatsız olsaydın,

Baş bədəndən qopardı.

1110. Günahkar olsaydın sən,

Bu igidin ölümündə,

Səni suçlamazdım mən.

De, niyə kədərlisən,

Mən yanında olanda?

Sən birlikdə olanda,

Pərqu döşəkçün yaxşı,

Arpa, buğda qabıqlı,

Əsil doğulmuş Qurtqa,

Şənlənginən – qəmlənmə.

1120. Sağ-salamat qayıtsan,

Döyüşə getdiyin yerdən,

Səni nura çıxarram.

Sən mənə çox əzizsən,

Sən elə xan olarsan.

Onda Qurtqa söylədi:

Açıq göldə qu atdım –

Ödü dərdə dərmandı.

Yayda balıq oynayır,

Geniş göllər içində,

1130. Geyin-kecin yaxşıca,

Sənə paltar yaraşar.

Bədənin də çox ağdır,

Sanki böyük padşahsan,

Ürəyində nə tutsan,

Yetişməkçün murada,

Şahin sənsən - biz qarğa.

Sən düzlərdən gələndə,

Haqqım yox nəvazişsiz,

Baxım sənin hüsnünə,

1140. Nə böyük qardaşın var,

Nə də kiçik qardaşın.

Lap bədbəxtlik üz verib,

Geriyə qayıtmasan,

Məni külə döndərər”.

Sonda Koblan söylədi:

“İlxıda diqqət çəkən,

Yalını qara at mənim.

Nə böyük qardaşım var,

Nə də kiçik qardaşım.

1150. Yalqız doğulan mənəm”.

Övliyaya at qurbanı,

Korasana qoç kəsdilər.

Bundan başqa üstəlik,

Özlərin qurban verib,

Bezib mal-qarasından,

Həm də bezib canından,

Allahdan istəmişəm.

İncimə sən Qurtqacan,

Sənlə gecələməsəm,

1160. Uzaq yola düşmərəm.

Yalnız qocalarımla,

Birgə olmaq istərəm.

Deyib bunu Koblandı,

Qonur atına mindi.

Toktar bəy ordasına

Sanki yel kimi çapdı.

Göldə qumotu bitir,

Düyməsiz, tikanlıdır.

Yurtadan qarı – qoca

1170. Səhraya üz qoydular,

Birdən də qışqırdılar.

“Tək ümidimiz gəldi”,

Onlar balasın gördü,

Sevincdən ağladılar,

Balaya qurban oldular.

Ona yaxınlaşdılar,

Sarılıb qucaqlaşdılar.

Yüyənindən yapışıb,

Koblandının atını

1180. Beləcə apardılar.

Yurtaya yaxınlaşıb,

Oğlu atdan saldılar.

Həsrətin çəkdikləri,

Oğula şərbət verdilər.

Onu bağrına basıb,

Həm də əzizlədilər.

Gün batanda Koblana,

Uzun layla çaldılar.

Həm də xitab etdilər,

1190. Allahdan istənilmiş

Sakit yatan Koblançün

Qoca ilə qarının,

Ürəyi atlanırdı,

Koblanısa dünyada,

Hamıdan əziz sanırdı;

“Mənə tərəf biraz çön”,

Özünə dartır qoca.

“Quzum, mənə tərəf dön”,

Çəkir özünə qarı.

1200. Bu arada Koblandı,

Çevrilir, düşür - gah qoca,

Gah qarı qucağına.

Bax, beləcə Koblandı

Dan açılana qədər,

Kipriklərin yummadı,

Dan yeri ki ağardı,

Şolpan ulduz gizləndi,

Atayla anasının –

Qucağında uyudu.

1210. Koblan uyğudaydı.

Çal at üstə gələndə,

Gözünü yummamışdı.

Qurtqa bilir Koblanı,

Saxlamaq müşkül işdi.

Tayburılın belinə

Altın yəhər-qayış qoydu.

Azca yem – biraz taxıl,

Qocaların dincəldiyi,

Çadırın qarşısına,

1220. Qurtqa atını çapdı.

Tayburılı görən tək

Koblan yerindən qalxdı.

Hamı ora yığışdı,

Eşidəndə gedirlər,

Onlar qanlı döyüşə,

Hamı yığışıb ağladı,

Xalqı halına yandı.

İstəmirdilər onlar,

O, isə elə bu an,

1230. Qalxıb çadırdan çıxdı.

Elsə dövrəyə aldı.

Hamı ilə görüşüb,

Koblan Burıla mindi.

Ağ zirehin geyindi,

Qılıncı beldən asdı,

Noğay papağı geydi.

Birinci gün günorta

Qaraspan dağın keçib,

Kiyat tərəfə çapdı.

1240. Getdi belə Koblandı.

Doxsan yaşlı Toktarbəy,

Altmış yaşlı Analıq,

Qarındaşı Qarlıqaş,

Sevimli yarı Qurtqa.

Onlar dördü bir yerdə.

“Allah sən bizi öldür”,

Koblanın da ardınca,

O yola üz qoydular.

Günortasa gələndə,

1250. Qarındaş Qarlıqaş dedi:

Yox özün istəmirsən,

Mənim tək qarındaşım,

Yola düzəlirsən sən,

Ağ şahinsə uçandır,

Qanad möhkəm olanda.

Mənsə yamacda bitən,

Sanki yeyilməz otam.

Yun papaq lələyiyəm.

Getdiyi o döyüşdən

1260. Kökəm sağ gəlməyincə,

Eli xoşbəxt görməyincə,

Məni ətlik quzu tək,

Allaha qurban kəsin.

Hər an qəhərlənirəm,

Neyçün belə olmalı –

Çıxış varmı bu haldan?!

Göz yaşım da dayanmır.

Əziz kökəm gəlməsə,

Elim xoşbəxt olmasa,

1270. Sənsiz mən köməksizəm.

Sənə qurban etsinlər,

Kökəm gözüm yaşlıdır.

Əziz kökəm gəlməzsə,

Öz elimi görməsəm,

Qoy mən tək köməksizi,

Allaha qurban desinlər.

Papaqda altın lələk,

Kökəm mənlə olanda,

Mən aramlı, sakitəm.

1280. Kökəmi görməyəndə,

Dünya mənə dar gəlir.

Mən kömür ayaqlaram.

Ölüm oxu xudadan,

Sanki tuşlanıb mənə.

Ağ alnımda sən bir tel.

Mənlə doğulmuş qulun,

Ey mənim sərv ağacım,

Hamıya dayaq olan.

Mənlə birgə doğulmuş,

1290. Mənim qoşa qanadım.

Su üzündə bir qamış,

Sən mənim öndə gedən,

Əvzəzsiz köhlənimsən.

Tanrı verən bəlanı,

Hazıram qəbul edim.

Sən mənimlə ekizsən.

Böyümüşük birgə biz,

Ey mənim əziz quzum,

Mənlə əkiz Koblanla,

1300. Göbəyimiz bir kəsildi.

Biz göldəki qu quşu,

Birgə gəzən dolaşa,

Biz birgə doğulmuşuq,

Qan da bir, can da birdir.

Çətin vaxtda yaşadıq,

Otlaqlarda dəvələr.

Otlaqlarda qoyunlar.

De, onlar kimə qaldı?!

Atla dolu ilxıya,

1310. Kökəcan, kimə baxacaq?

Doxsan yaşlı Toktarı,

Altmış yaş Analığı,

Kökəm, kimə tapşırdın?!

Sənlə birgə doğulan,

Kimlə birgə qulun tək,

Sən atılıb düşürdün.

Sənlə birgə doğulub,

Eldə birgə böyüyən,

Kimlə göbəyi kəsilən

1320. “Kökə” deyib ağlayan,

“Kökəm, kimə tapşırdın”?!

Sənlə qəmin bölüşən,

Axirətdə yoldaşın,

Yataqdasa kiminlə,

Gizli fikrin bölüşən.

Haqdan sənlə birləşən,

Köktim qızı Qurtqanı, -

Gəlni kimə tapşırdın?

Köbləkəm* sonda düşündü.

1330. Doğma xalqı ilə bağlı

Düşünürkən beləcə,

Qarlıqaşdan ün gəldi.

Bizim böri Koblandı,

Ağ nizəyə söykəndi,

Ağladı, həm qəmləndi.

Sonda Koblana dedi:

“Qazlar geri dönəndə,

Öz yuvasına qonar,

Hər biri çox şən olar,

1340. Öz qatarı içində”.

Gözdən axdı qara yaş,

Qana qarışmışdı yaş.

Qarlıqaş görməmək üçün,

Koblan göz yaşın sildi,

Söylənib bunu dedi:

“Dağda olur çopur daş,

Bir döz, axsın gözdən yaş.

Qoltuğundan ox dəysə,

Söykək olar Qarındaş.

1350. Qarındaşın olmasa,

İnan, yağıya qalar baş.

Çiyinə tökülən qara saç,

Aynalayın* Qarlıqaş.

Çırağım, sözə qulaq as,

Mən gedibən gəlməsəm –

Burda tək qalmaq olmaz.”

Qaraspan ətəyində,

Qalın qıpçaq qarındaş.

Gözdən tökmə qanlı yaş.

1360. Sil yaşını gözündən,

Sümüklərim dil deyir.

Sözündə əziz höküm

Yaxın dur, gəl, mən öpüm.

O yanar gözlərindən,

Atamın tək oğluyam,

Düşmən üstə gedirəm.

Mən böyük qardaşınam,

Bilməm məni nə gözləyir?!

Qız kimi də doğulsan,

1370. Demərəm sənə zəif?!

Qarlıqaş, bəri boylan,

Bir öpüm yanağından,

Qarındaşım, Qarlıcan,

Otlaqlarda dəvəm çox,

Sarısuyu* tapşırdım,

İlxım atla doludur –

Yağılara tapşırdım,

Otlaqlar qoyun dolu,

Bu yolum – Vətən yolu,

1380. Ac börüyə tapşırdım,

Ağzında bərk diş olan,

Cavan börüyə tapşırdım.

Doxsan yaşlı Toktarı,

Bibifatiməyə* tapşırdım.

Səni, çırağım, Qarlıqaş,

Qaraqaş xanıma tapşırdım,

Yarım Qurtqa qızı isə,

Dariqəyə* tapşırdım.

Siz dördsünüz – mən təkəm,

1390. Kiçik pöhrən kimiyəm.

Ormanda ağac içində

Kimə tapşırdın məni?!

Aynalıyın, Qarlıqaş,

Onda bacısı dedi:

“Bazara pul göndərdim

Həm rəng, həm də bez üçün,

İlxını otarırsan - onlarsa orda durub.

Arka* otlaqlarında,

Qulaq as, kökəm sözə.

1400. Çıxdığın səfərlərdən

Salamat qayıtmasan,

Eli xoşbəxt görməsən,

On səkkiz min dünyanın,

Padşahlar padşahına,

Səni ismarlayıram.

Qarlıqaşsa söylədi:

“Dünya başıma dar olar,

Əgər səni görməsəm,

Qulaq as, kökə, sözümə,

1410. Kökəmi sağ görməsəm,

O da ata-anasın,

Onlar: “Bu sənsən, əzizim”

Sözünü deməsələr.

Mən kökəmi tapşırdım,

On səkkiz min dünyanın,

Onun yek padşahına.

Qaraspan ətəyində,

Bizim qalın qıpçaq eli,

Kökəmin bu səfərin,

1420. Xudam sən uğurlu.

Sənə başqa kömək yox,

Kökəm atamın yeki.

Sən yanımda olanda,

Sənlə nəfəs alıram.

Səfərdən qayıtmamış,

Sağ-salamat gəlməmiş,

Mən kökəmi tapşırdım,

On səkkiz min dünyanın,

Yeganə padşahına.

1430. İçin fikirlə dolu,

Canında elə qayğı,

Göz salmadın*, can kökə,

Sənlə birgə doğulmuş,

Doğma, əziz bacına.

Zəhmətlə yığdığın mal*,

Düşmənə qismət olar.

Kökəmə bu xoş deyil.

Kökəm dönüb gəlməsə,

Ata-anasın görməsə,

1440. Ancaq səni, yalqızım

Tapşırıram o bircə,

Tək yaradan xudaya.

Qarlıqaş sözün bitirdi,


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə