Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə120/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   116   117   118   119   120   121   122   123   ...   138

278
Milli ədəbiyyat 
185 
illiyi
QONÇABƏYİM 
1827
2012
Qönçəbəyim  təqribən  1827-ci  ildə 
Naxçıvanda anadan olub. “Naxçıvanın 
sonuncu xan”ı olan Ehsan xanın qızı-
dır. 
1837-ci  ildə  Naxçıvanda  açılmış 
rus məktəbinə daxil olmuş, rus və fars 
dillərini  öyrənmiş,  Şərq  ədəbiyyatına 
maraq  göstərmişdir.  “Qönçeyi-ülfət” 
ədəbi  məclisinin  iştirakçılarından 
olmuşdur.  “Bəyim”  təxəllüsü  ilə  li-
rik  şeirlər  yazmışdır.  “Şahzadə  İb-
rahim”  dastanına  daxil  edilən  və 
Bəyimin  dilindən  deyilən  şeirlərin 
bir  qisminin  ona  aidliyi  ehtimal  olu-
nur.  Ehsan  xanla  tanış  olan  gürcü 
şairi  N.Barataşvili  Naxçıvanda  ikən 
onunla  görüşmüş  (1845),  yaradıcılığı 
ilə  maraqlanmış,  ona  şeir  həsr  etmiş 
(“Qoncabəyimin nəğməsi”), bir şeirini 
gürcü  əlifbası  ilə  köçürərək,  tərcümə 
olunmaq  üçün  Tiflisə  göndərmişdi. 
O, həmin şeirin məclislərdə oxunması 
üçün xanəndə Səttara və şəkili Cəfərə 
verilməsini  məsləhət  görmüşdü. 
İ.K.Yenikolopovun  yazdığına  görə, 
Barataşvilinin  ondan  tərcümə  etdiyi 
bir şeiri xanəndə Səttar gürcü dilində 
ifa edirmiş. 
Ə d ə b i y y a t
Qönçəbəyim [Mətn]/ Azərbaycan qadını ensiklopediya-
sı .- Bakı, 2002.- 104 s.
İ n t e r n e t d ə
www.gender-az.org
Şairə


279
Milli ədəbiyyat 
200 
illiyi
SEYİD ƏBÜLQASIM NƏBATİ  
1812-1873
2012
Seyid 
Əbülqasım 
Möhtərəm 
oğlu  Nəbati  1812-ci  ildə  Cənubi 
Azərbaycanda anadan olmuşdu. 
Azərbaycan  ədəbiyyatının  zəngin 
bədii  ənənələri  zəminində  yetişən 
Nəbati lirik şairdir. Nəbati Azərbaycan 
və  fars  dillərində  yazmışdır.  Ruhani 
təhsili almış Nəbati həm əruz, həm də 
heca vəznində əsərlər yazmışdı. Onun 
şeirlərində  nikbin  əhval-ruhiyyə, 
bədiilik, dil sadəliyi, gözəl lirika var-
dir.
Ə.Nəbati güclü şairlik təbiətinə ma-
lik olmaqla bərabər, zəngin bilik sahi-
bi, gözəl natiq imiş. O, əsərlərində Şi-
mali Azərbaycan ərazisini - Əsgəranı, 
Ağdamı,  Lənkəranı,  Salyanı  gəzib 
dolandığını  yazmışdı.  Şairin  yaradı-
cılığının  əsas  xüsusiyyətləri  dərin  li-
rika, yüksək zövq, nikbin ruh, həyata 
çağırış,  gözələ  yüksək  və  səmimi 
münasibət,  dil  və  üslub  səlisliyidir. 
Nəbatini məşhurlaşdıran onun qoşma-
ları, təcnis və gəraylıları, eyni zamanda 
aşıq şeirləri olmuşdur. Şairin “Gözlər, 
nə gözlər”, “Bu göz kimi göz”, “Pəri” 
rədifli  qoşmaları  poeziyanın  ən 
gözəl  nümunələrindəndir.  Nəbatinin 
məhəbbət  mövzusuna  həsr  olunan 
qəzəllərinin böyuk əksəriyyəti nisbətən 
sadə dildə yazılmış, həqiqi sevgi xüsu-
si gözəlliklə tərənnüm edilmişdir. Şa-
irin qəzəllərinin böyük əksəriyyətinin 
məzmunu və ruhu onun qoşmaları ilə 
həmahəngdir. Nəbatinin “Yenə gözüm 
düşdü  bir  mah  camala”  ilə  başlanan 
qoşma,  gəraylı,  təcnislərində  gözəl, 
ahəngdar bir üslub vardır.
Nəbatinin  “Ləngəm”,  “Nadir”  və 
digər  şeirlərində  sufilik  meylləri  öz 
əksini tapmışdır.
Şairin  yaradıcılığı  yüksək  bədii 
sənətkarlıqla seçilir. Əsərlərində qoşa 
qafiyədən, əruzdan məharətlə istifadə 
etmiş, şeirlərini sadə xalq dilində yaz-
mışdır.  Ə.Nəbatinin  təxminən  400-ə 
yaxın Azərbaycanca və farsca şeirləri 
ilk  dəfə  1845-ci  ildə  Təbrizdə  daş 
basmaxanasında  nəşr  olunmuşdur. 
Nəbatinin  əsərləri  1935,  1958,  1968-
ci ildə Bakıda, 1960-cı ildə Moskvada 
nəşr olunmuşdur. M.Arif, F.Qasımzadə, 
F.Köçərli şairin həyat və yaradıcılığı-
na aid əsərlər, məqalələr yazmış, çap 
etdirmişlər. XIX əsr Azərbaycan poe-
ziyasının inkişafında Ə.Nəbatinin ya-
radıcılığının böyük əhəmiyyəti vardır. 
Ə.Nəbatinin əsərləri Azərbaycan Res-
publikasının  Prezidentinin  12  yanvar 
2004-cü  il  tarixli  Sərəncamı  ilə  latın 
əlifbası ilə çap olunmuşdur. 
Şair 1873-cü ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] / 
Seyid Əbülqasım Nəbati.- 
Bakı : Şərq-Qərb, 2004.- 
216 s.
Sənsiz, ey gül [Mətn]: 
[seçilmiş şeirlər] / Seyid 
Əbülqasım Nəbati.- Bakı: 
Gənclik, 1997.- 104 s.
Divani-Nəbati [Mətn] / 
Seyid Əbülqasım Nəbati.- 
Təbriz, 1991.- 139 s.
Osmanoğlu, M. Nəbatinin 
ömür yolu [Mətn] 
/M.Osmanoğlu //Elm və 
həyat.- 1986.- № 7.- S.8.
Набати Сеид Абулькасум. 
Теджницы; Гошма 
[Текст] : [cтихи] //
Литературный 
Азербайджан.- 1991.- № 
6.- С.4-5. 
Şair


280
Milli ədəbiyyat 
125 
illiyi
SEYİD HÜSEYN 
1887-1938
2012
Hüseyn Mir Kazım oğlu Sadıqzadə 
1887-ci  ildə  Bakı  şəhərində  dənizçi 
ailə-sində doğulmuşdur.
Seyid  Hüseynin  atası,    Xəzər 
dənizində gəmi kapitanı olan Mir Ka-
zım vaxtsız vəfat etdiyindən dörd ya-
şında oğlu qoca atasının himayəsində 
qalmışdır.  ibtidai  təhsilə  mədrəsədə 
başlasa  da  babası  onu  çıxarıb  yenicə 
açılan  rus-tatar  məktəbinə  vermişdi. 
İbtidai təhsili bitirdikdən sonra baba-
sının ölümü yazıçının vəziyyətini ağır-
laşdırmışdı.
O, “ Kaspi” və “ Tazə həyat” qəzeti 
mətbəəsində mürəttib, sonra korrektor 
işləmişdir. Bu dövrdə onda yaradıcılı-
ğa güclü meyl oyanmışdır. Ədəbi ya-
radıcılığa 1907- ci ildə “ Ata və oğul” 
hekayəsi  ilə  başlamış,  “  Gilan  qızı”, 
“Şirinnaz”, “Kor kişinin arvadı”, “ Bir 
küçənin tarixi” və s. əsərlərində qadın 
azadlığını  təbliğ  etmiş,  yeniliklərlə 
köhnəliyin mübarizəsini əks etdirmiş-
dir. 
1908-ci  ildə  tənqidi  məqalələrlə 
çıxış  etmiş,  Oktyabr  sosialist  inqila-
bından  sonra  geniş  ictimai-pedaqoji 
fəaliyyətə  başlamışdır. Texnikum,  ib-
tidai və orta məktəblərdə Azərbaycan 
dili və ədəbiyyatının tədrisi ilə yanaşı, 
“  Kommunist”  qəzeti,  “Şərq  qadını” 
jurnalı redaksiyalarında və Azərbaycan 
Dövlət Nəşriyyatında işləmişdir. 1927-
ci ildən hekayələrini müntəzəm çap et-
dirmişdir.
Onun  hekayələri  toplu  halda  “ 
Yeni  həyat  yollarında”  (  1928),  “  İki 
həyat  arasında”  (  1934)  kitablarında 
nəşr  olunmuşdur.  Həyatının  son  on 
ilində ( 1927- 1937) yeni hekayələrlə 
yanaşı,  gənc  yazıçılara  kömək 
məqsədi, məsləhət və tövsiyələr təriqi 
ilə  ədəbiyyat  mövzusunda  tənqidi 
məqalələr yazmışdır.
Bu  dövrdə  o,  ədəbiyyat  dərnəyinə 
rəhbərlik  etmişdir.  “Bəhlul”  və  “ 
Kəlniyyət    jurnallarının  naşirlərindən 
biri  olmuş,  “İqbal”  qəzetinin  (1913- 
1914) baş redaktoru işləmişdir. 
Repressiyanın 
qurbanlarından 
olan  nasir,  tənqidçi  Seyid  Hüseyn 
cəza  tədbirləri  dövründə  (1937)  həbs 
edilmiş,  1938-ci  ilin  yanvarında 
güllələnmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Seyid Hüseyn.- Bakı : Şərq- 
Qərb, 2006.- 328 s.
Gilan qızı [Mətn] /Seyid 
Hüseyn.- Bakı: Azərnəşr, 
1993.- 350 s.
Seyid Hüseyn [Mətn] //Cəlil 
Məmmədquluzadə ensik-
lopediyası.- Bakı, 2008.- 
S.256.
Seyid Hüseyn [Mətn] //XX 
əsr Azərbaycan yazıçıları: 
(ensiklopedik məlumat kita-
bı) .- Bak, 2004.- S.180.
 
Девушка из Гиляна [Текст] 
/Сеид Гусейн .- Баку: 
Азернешр, 1984.- 184 с.
История одной улицы 
[Текст] /Сеид Гусейн 
.- Баку: Гянджлик, 1979.- 
122 с.
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə