Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə25/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   21   22   23   24   25   26   27   28   ...   138

61
Musiqi. Opera. Balet 
Xalq artisti, kamança ifaçısı Eyvazova Şəfiqə Alxas qızının (09.03.1947) 
аnаdаn оlmаsının 65 illiyi
Əməkdar artist, xanəndə Kələntərli Yavər Əli qızının (26.03.1902-
05.02.1979) аnаdаn оlmаsının 110 illiyi
Dünya şöhrətli musiqiçi, dirijor Mstislav Leopoldoviç Rostropoviçin 
(27.03.1927-27.04.2007) anadan olmasının 85 illiyi
Teatr. Kino.Estrada.Sirk 
Хаlq аrtisti, aktyor Şаşıqоğlu Nоdаr İzzətoviçin (13.03.1927) аnаdаn 
оlmаsının 85 illiyi
Хаlq аrtisti, aktyor Gəraybəyov Аğаsаdıq Ağəli oğlunun (Gərаybəyli) 
(15.03.1897-05.12.1988) аnаdаn оlmаsının 115 illiyi
RSFSR-in Xalq artisti, rejissor Behbudov Ənvər Məcid oğlunun 
(20.03.1912) аnаdаn оlmаsının 100 illiyi
Xalq artisti, aktyor Vəliyev Yusif Abdulla oğlunun (22.03.1917-18.03.1980) 
аnаdаn оlmаsının 95 illiyi
Fəlsəfə.İqtisadiyyat.Hüquq
Fəlsəfə elmləri doktoru, akademik Daşdəmirov Əfrand Firudin oğlunun 
(12.03.1942) аnаdаn оlmаsının 70 illiyi
Filosof, fəlsəfə elmləri doktoru Quluzadə Zümrüd Əliqulu qızının 
(17.03.1932) аnаdаn оlmаsının 80 illiyi
Mədəniyyət. Maarif. Təhsil 
Əməkdar müəllim Təhmasib Aliyə Mehdi qızının (13.03.1947) anadan 
olmasının 65 illiyi


62
Milli ədəbiyyat 
60 
illiyi
AYDIN DADAŞOV 
1952
MART
Aydın Ərşad oğlu Dadaşov 1952-ci 
ildə  mart ayının 1-də Ağdam şəhərində 
anadan olmuşdur. 
O, 1972-ci ildə Bakıda Xalq Təsər-
rüfatı  İnstitutunun  İqtisad  fakültəsini 
bitirmişdir.  A.Dadaşov  1982-ci  ildə 
Leninqrad Dövlət Teatr Musiqi İnstitu-
tunun Dram sənəti fakültəsini, Mosk-
vada isə 2 illik ali ssenari kursunu bi-
tirmişdir.  Əmək  fəaliyyətinə  1975-ci 
ildə C.Cabbarlı adına Azərbaycan Ki-
nostudiyasında  əvvəlcə  bədii  flimlər 
üzrə direktor, sonra isə rejissor və re-
daktor kimi başlamışdır. 
Pedaqoji fəaliyyətinə 1998-ci ildən 
İncəsənət  Universitetinin  Televiziya 
və  radio  jurnalistikası  kafedrasında 
müəllim kimi başlamış, 2000-ci ildən 
isə  dosent,  2006-cı  ildən  isə  kafed-
ranın  professoru  vəzifəsinə  qədər 
yüksəlmişdir.
A.Dadaşov bir çox dərslik və mo-
noqrafiyaların  müəllifidir:  “Kitablar: 
TV və radio tamaşaları” (dərs vəsaiti, 
Bakı,  1999),  “Həmmüəlliflə  ekran 
dramaturgiyası”  (monoqrafiya,  Bakı, 
1999),  “Ekran  publisistikası”  (dərs 
vəsaiti, Bakı, 2000), “Ssenari  yaradıcı-
lığı” (dərslik, Bakı, 2001), “Məhəmməd 
Həsən Hacınski” (monoqrafiya, Bakı, 
2004), “Dramaturgiya” (dərslik, Bakı, 
2004), “Müstəqillik dövrünün drama-
turgiyası” (monoqrafiya, Bakı, 2005), 
“İslam  və  demokratiya”  (monoqrafi-
ya,  Bakı,  2007),  “Folklorumuzun  ilk 
doktoru”(Məmmədhüseyn  Təhmasib) 
(Monoqrafiya. Bakı, 2007) və s.
A.Dadaşov  1987-ci  ildə  Dövlət 
Mükafatı  laureatı,  2005-ci  ildə  isə 
Əməkdar incəsənət xadimi fəxri adına 
layiq görülmüşdür.
  Hal-hazırda  AMEA-nın  Nizami 
adına Ədəbiyyat İnstitutunda baş elmi 
işçi vəzifəsində çalışır.
Ə d ə b i y y a t
Cavid Əfəndinin “İblis”I [Mətn]: teatr -125 /A.Dadaşov //Ədəbiyyat qəzeti.- 
2008.- 7 mart.- S.2. 
Demokratiya və islam [Mətn] /A.Dadaşov; elmi red. F.Qasımzadə; AMEA Fəlsəfə 
və Siyasi Hüquqi Tədqiqat İn-tu.- Bakı: Elm, 2007.- 279 s.
Kinoşünaslıq [Mətn] : dərslik /A.Dadaşov; elmi red. R.Bədəlov; ARMTN.- Bakı: 
Elm və Təhsil, 2009.- 539 s.
Rejissor Arif Babayev [Mətn] /A.Dadaşov; elmi red. İ.Qazızadə; Azərb. Resp. 
Mədəniyyət və Turizm Nazirliyi MEA-nın Memarlıq İn-tu.- Bakı: Nağıl evi, 2006.- 
186 s.
Sənədli kinomuzun klassiki [Mətn]: və yaxud bir filmin yaddaşından görüntülər 
/A.Dadaşov //Xalq qəzeti.- 2009.- 25 avqust.- S.6.
Teatr – kino problemləri [Mətn]: monoqrafiya /A.Dadaşov; elmi red. İ.Kərimov.- 
Bakı, 2008.- 321 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.elm.az
1
Nasir


63
Milli ədəbiyyat 
100  
illiyi
MANAF SÜLEYMANOV 
1912-2001
MART
Manaf  Fərəc  oğlu  Süleymanov 
1912-ci  il  mart  ayının  3-də  İsma-
yıllı  rayonunun  Lahıc  qəsəbəsində 
anadan  olmuşdur.1930-cu  ildə  Pe-
daqoji  təmayüllü  18  saylı  Bakı  şəhər 
məktəbini  bitirmişdir.  1932-1937-ci 
illərdə M.Əzizbəyov adına Azərbaycan 
Neft-Kimya  Institutunun  Geoloji-
kəşfiyyat  fakültəsində  təhsil  almışdır. 
Əmək  fəaliyyətinə  Qaradağ  neft-qaz 
mədənləri  idarəsində  mühəndislikdən 
başlamışdır.
Ədəbi  yaradıcılığa  1947-ci  ildə 
“Azərbaycan”  jurnalında  dərc  olu-
nan “Yerin sirri” romanı ilə baslamış-
dır. Bu roman Moskvada on bir dəfə, 
Rumıniya,  Polşa  və  Macarıstanda  iki 
dəfə nəşr olunmuşdur. Bu əsəri Mosk-
vada nəşr ediləndən sonra Manaf Sü-
leymanovu  SSRI Yazıçılar  Ittifaqının 
üzvlüyünə qəbul etmişlər.
O,  1956-cı  ildə  “Dağlar  qoynun-
da”,  1958-ci  ildə  “Fırtına”  romanla-
rını  yazmışdır.Manaf  Süleymanov 
ilk  dəfə  olaraq  Bakı  tarixindən,  Bakı 
milyonçuları  və  qoçularından,  1918-
1920-ci  illərdə  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  şəxsiyyətlərindən 
elmi-publisistik  kitablar  yazmış,  nəşr 
etdirmişdir. Yazıcının köhnə Bakı haq-
qında  “Eşitdiklərim,  oxuduqlarım  və 
gördüklərim”  adlı  maraqlı  bir  əsəri 
var.  Bu  əsərdə  XIX  əsrin  sonu,  XX 
əsrin başlanğıcında Bakının son dərəcə 
mürəkkəb, ziddiyyətlərlə dolu qayğılı 
günləri  təsvir  olunmuş,  fəhlə  sinfinin 
beynəlmiləl  birliyini  zəiflətmək  ücün 
milli  qırğın  törədən  ikiüzlü  millətçi 
şovinistlərin, Daşnaq və Müsavat par-
tiyalarının bir cox üzvlərinin iç üzünü 
ifşa edilmişdir. 
 Manaf  Süleymanovun yaradıcılığı-
nı fərqləndirən vacib bir sahə də onun 
tərcüməçilik fəaliyyətidir. İngilis dili-
ni yaxşı bilən sənətkar uzun illər bir-
başa  orijinaldan  tərcümələr  etmişdir. 
Azərbaycan  Dövlət  Universitetində 
indi yazıçı-tərcüməçi Manaf Süleyma-
novun ingilis dilindən tərcümələri ay-
rıca tədqiqat mövzusu kimi öyrənilir. 
Oxucular onun tərcüməsində Cek Lon-
don,  Steynbek,  O.Nenri,  M.Korelan, 
Qrasi  A,  Oqato,  Aleks  la  Çuma, 
U.A.Makmani,  R.Abrams,  R.Riv, 
A.Paton, S.Moem, Fillim Atman kimi 
görkəmli  ingilis  yazıçılarının  əsərləri 
ilə tanış olmuşlar.
Bundan  əlavə  Manaf  Süleymano-
vun rəsm əsərlərindən ibarət şəxsi kol-
leksiyası da olmuşdur. Bu kolleksiyanı 
200-ə yaxın rəsm əsəri əhatə etmişdir.
Ondan  çox  elmi  əsərin  müəllifi 
olmuşdur.  Manaf  Süleymanov  Azər-
baycan SSR Ali Soveti Rəyasət Heyə-
tinin Fəxri F ərmanı ilə və bir medalla 
təltif edilmişdir.
Sevimli  yazıçımız  2001-ci  il  may 
ayının 24-də Bakıda vəfat etmişdir. 
Ə d ə b i y y a t
Azərbaycan milyonçuları 
[Mətn] /M.Süleymanov: 
Hacı Zeynalabdin Tağıyev.- 
Bakı: Gənclik, 1996.- 95 s.
Eşitdiklərim, oxuduqlarım, 
gördüklərim [Mətn].- Bakı: 
Azərnəşr, 1989.- 373 s.
Cəfərov, N. Dolan, kəfkirim, 
dolan [Mətn] : Manaf 
Süleymanovun ömür dastanı 
/N.Cəfərov.-Bakı: Yazıçı, 
1993.- 171 s.
İ n t e r n e t d ə
www.ru.fakebook.com
www.bloqoda.ru
www.en.wikipedia.orq
3
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə