Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə27/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   23   24   25   26   27   28   29   30   ...   138

66
Milli ədəbiyyat 
90  
illiyi
QEYBULLA RƏSULOV 
1922-1988
MART
Qeybulla  İbadulla  oğlu  Rəsulov 
1922-ci  il  mart  ayının  18-də  Qax  ra-
yonunun  İlisu  kəndində  anadan  ol-
muşdur.  Yeddiillik  məktəbi  Qax-
da  bitirdikdən  sonra  Şəki  feldşerlik 
məktəbində  (1935-1939)  oxumuşdur. 
Qeybulla  ordu  sıralarına  çağırılmış, 
İkinci  Dünya  müharibəsi  dövrü  bir 
müddət sovet ordusu tərkibində İran-
da  olmuş  (1942),  sonra  402  və  416-
cı  atıcı  diviziyalarında  hərbi  feldşer 
işləmişdir. O, Mozdok şəhərinin azad 
edilməsi  uğrunda  döyüşlərdə  yara-
lanmışdır.  Ordudan  tərxis  olunandan 
sonra  Azərbaycan  Dövlət  Teatr  İns-
titutunun  (indiki  Azərbaycan  Dövlət 
Mədəniyyət və İncəsənət Universiteti) 
Teatrşünaslıq  fakültəsində  təhsil  al-
mışdır. 
Ədəbi  fəaliyyətə  “Qatar  Bakıdan 
gəlir” birpərdəli pyeslə başlamış, xalq 
yaradıcılığı  evi  həmin  pyesi  ayrıca 
kitabça  halında  çap  etmişdir  (1955). 
Azərbaycan  Dövlət  Radio  Verilişləri 
Komitəsində müxbir, redaktor (1955-
1957),  “Bakı”  axşam  qəzeti  redak-
siyasında  Ədəbiyyat  və  incəsənət 
şöbəsinin  müdiri  (1958-1965),  M. 
Əzizbəyov  adına Azərbaycan  Dövlət 
Akademik  Dram  Teatrında  Ədəbi 
hissə  müdiri  işləmişdir  (1965-ci 
ildən). Respublikada keçirilən ən yax-
şı  pyeslər  müsabiqəsində  dəfələrlə 
mükafata layiq görülmüşdür. “Əlvida, 
Hindistan”,  “Söz  yarası”,  “Nəsillər”, 
“Od parçası”, “Gün aydın, əlahəzrət”, 
“Günəşlə oyananlar”, “Şəhərli oğlan”, 
“Molla  Nəsirəddin  zarafatı”,  “Dzer-
jinski  koloniyası”  pyesləri  respublika 
dövlət  dram  teatrlarında  səhnəyə  qo-
yulmuşdur.  Onun  birpərdəli  pyesləri, 
habelə  irihəcmli  dramları  özfəaliyyət 
dərnəklərində  və  xalq  teatrlarında 
oynanmışdır.  Eyni  zamanda  “Mosk-
va”,  “Serebryannı  bor”,  “Üç  gül”, 
“Kranlar səslənir”, “Büllur vaz”, “Pır-
pız  xanım”,  “Bir  “Volqa”  məhəbbət” 
adlı  pyeslərinin  televiziya  tamaşaları 
göstərilmiş, “Sınaq”, “Çağırış”, “Ana 
və  oğul”,  “Mayakovskinin  gözü  ilə” 
və s. pyesləri isə radioda səslənmişdir. 
1-ci  dərəcəli  “Vətən  müharibəsi” 
ordeni və medallarla təltif edilmişdir. 
Aktyor  Eldəniz  Rəsulov  onun  oğlu-
dur.
Yazıçı  1988-ci  il  sentyabr  ayının 
11-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Alçalar gül açanda [Mətn]: 
povest, hekayələr, pyeslər 
/Q.Rəsulov.- Bakı: Yazıçı, 
1991.- 295 s.
Əhmədov, T. Qeybulla 
Rəsulov [Mətn] /T.Əhmədov 
//XX əsr Azərbaycan yazıçı-
ları: ensiklopedik məlumat 
kitabı.- Bakı, 2004.- S. 489.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
18
Dramaturq


67
Milli ədəbiyyat 
140 
illiyi
MƏMMƏD SƏİD ORDUBADİ  
1872- 1950
MART
Məmməd Səid Hacağa oğlu Ordu-
badi 1872-ci il mart ayının 24-də Nax-
çıvan MR-in Ordubad şəhərində ana-
dan olmuşdur. İlk təhsilini mədrəsədə 
almışdır. O, mədrəsədə oxuyarkən şeir 
yazmağa başlamışdır. İlk şeiri 1903-cü 
ildə “Şərqi-rus” qəzetində çap edilmiş-
dir. Gənc şair 1905-ci ildən başlayaraq 
mətbuatda  fəal  çıxış  etmiş,  müxtəlif 
mövzularda  şeirlər,  felyetonlar  yaz-
mışdır. Onun satirik şeirlərindən ibarət 
ilk  kitabı  1906-cı  ildə  nəşr  olunmuş-
dur.
M.S.Ordubadi satirik əsərləri ilə çar 
hakimiyyətini tənqid etdiyi üçün 1913-
cü  ildə  həbs  edilib,  Azərbaycandan 
Saritsına  (indiki  Volqoqrad)  sürgün 
olunur. Şair sürgündə olarkən bir çox 
inqilabçılarla yaxından tanış olur.
O, 1918-ci ildə Saritsında ordu sı-
ralarında  xidmət  edir.  1920-ci  ildə 
Bakıya gəlir. Burada bir neçə qəzet və 
jurnalın redaktoru olur.
M.S.Ordubadi 1930-cu illərdən baş-
layaraq böyük əsərlər üzərində işləyir, 
bir-birinin ardınca “Dumanlı Təbriz”, 
“Gizli  Bakı”,  “Döyüşən  şəhər”,  “Qı-
lınc və qələm” adlı tarixi romanlarını 
yazır.
M.S.Ordubadi  bir  sıra  librettola-
rın  da  müəllifidir.  O,  Ü.Hacıbəylinin 
“Koroğlu”,  Müslüm  Maqomaye-
vin  “Nərgiz”,  Ə.Bədəlbəylinin  “Ni-
zami” 
operalarına, 
F.Əmirovun 
“Ürəkaçanlar”,  S.Rüstəmovun  “Beş 
manatlıq gəlin” musiqili komediyala-
rına libretto yazmışdır.
O,  eyni  zamanda  A.S.Puşkinin 
“Bağçasaray  fontanı”,  “Boris  Qodu-
nov”,  Demyan  Bednının  “Ziynətin 
andı”əsərlərini  Azərbaycan  dilinə 
tərcümə etmişdir.
1938-ci  ildə  Moskvada  keçirilən 
Azərbaycan İncəsənəti Ongünlüyündə 
iştirak  etmişdir. Azərbaycan  SSR Ali 
Sovetinin (I-III çağırış) deputatı və Ali 
Sovetin sədri (1938) seçilmişdir. 
Ədəbiyyatın  inkişafı  yolunda 
xidmətlərinə  görə  Lenin  ordeni,  Qır-
mızı  Əmək  Bayrağı,  “Şərəf  nişanı” 
ordenləri və medallarla təltif edilmiş-
dir. 1938-ci ildə ona Azərbaycan SSR-
in Əməkdar incəsənət xadimi adı ve-
rilmişdir.
1950-ci  il  may  ayının  1-də  Bakı-
da vəfat etmiş, Fəxri Xiyabanda dəfn 
olunmuşdur. Xatirəsini əbədiləşdirmək 
üçün kitabxana, küçə, bir sıra idarə və 
müəssisəyə onun adı verilmişdir. Nax-
çıvanda  büstü  qoyulmuş,  Bakıda  və 
Ordubadda ev-muzeyi yaradılmışdır.
Ə d ə b i y y a t
Əsərləri [Mətn]: 8 cilddə /
Məmməd Səid Ordubadi.- 
Bakı: Azərnəşr, 1964-1967.
Gizli Bakı [Mətn] /Məmməd 
Səid Ordubadi.- Bakı: 
Azərnəşr, 1972.- 295 s.
Qılınc və qələm [Mətn] /
Məmməd Səid Ordubadi.- 
Bakı: Azərnəşr, 1983.- 664 
s.
24
Yazıçı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə