Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə73/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   69   70   71   72   73   74   75   76   ...   138

169
Milli Qəhrəmanlar 
45 
illiyi
SƏRXAN OCAQVERDİYEV 
1967-1992
İYUL
Sərxan Surxay oğlu Ocaqverdiyev 
1967-ci il iyul ayının 16-da Goranboy 
rayonunun  Səfikürd  kəndində  anadan 
olmuşdur.  1985-ci  ildə  Tatarlı  kənd 
orta  məktəbini  bitirdikdən  sonra  Xa-
barovsk şəhərində hərbi xidmətdə ol-
muşdur. 1988-ci ildə hərbi xidmət bor-
cunu yerinə yetirib Vətənə dönmüş və 
Gəncə  Maşınqayırma  Texnikumuna 
daxil  olmuşdur.  1991-ci  ildə  təhsilini 
uğurla başa vurub, Gəncə Maşınqayır-
ma Zavodunda əmək fəaliyyətinə baş-
lamışdır.
10  yanvar  1992-ci  ildə  Goranboy 
özünümüdafiə  batalyonuna  üzv  yazı-
lır,  Şəfəq,  Zeyvə,  Tap-Qaraqoyunlu 
kəndlərinin  müdafiəsi  zamanı  qanlı 
döyüşlərdə iştirak edir. Sərxan Ocaq-
verdiyev az müddətdə düşmənin xey-
li  canlı  qüvvəsini  məhv  edərək,  əsl 
Azərbaycan əsgəri kimi yüksək döyüş 
nümunəsi göstərir.
Goranboyun Talış kəndi ermənilərə 
ərazicə  ən  yaxın  kənd  hesab  olunur-
du.  Onlar  bu  kəndə  aramsız  hucum-
lar edirdilər. Lakin Goranboyun mərd 
oğulları  sinələrini  düşmənin  qarşısın-
da sipərə çevirmişdilər.
5 may 1992-ci il... Erməni faşistləri 
növbəti  dəfə  Talış  kəndinə  hucuma 
keçdilər.  Qeyri-bərabər  döyüş  ge-
dirdi.  Vətənin  qeyrətli  oğlu  Sərxan 
Ogaqverdiyev  bu  qanlı  döyüşdə 
qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Preziden-
tinin  7  iyun  1992-ci  tarixli  833  say-
lı  Fərmanı  ilə  Ocaqverdiyev  Sərxan 
Surxay  oğluna  ölümündən  sonra 
“Azərbaycanın  Milli  Qəhrəmanı”  adı 
verilmişdir.
Şəfikürd kəndində dəfn edilmişdir.
Təhsil  aldığı  Tatarlı  kənd  orta 
məktəbi onun adını daşıyır. Goranboy 
rayonunda büstü qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Mudafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verılməsi haqqında : [Ocaqverdiyev Sərxan 
Surxay oğlu – sıravi –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü-
yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi 
şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 
iyun 1992-ci il  [Mətn]//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- 
№ 13.-S.25.- (ölümündən sonra).
Əsgərov, V. Ocaqverdiyev Sərxan Surxay oğlu [Mətn] //Əsgərov, V. Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 2005.- S.176.
Quliyeva, N. Ocaqverdiyev Sərxan Surxay oğlu [Mətn] //Quliyeva, N. Ölməzliyə 
gedən yol.-Bakı, 1996.- S.7.
Ocaqverdiyev Sərxan Surxay oğlu [Mətn] //Azərbaycanın Milli Qəhrəmanları: 
biblioqrafiya /tərt.ed. H. Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitab-
xanası.- Bakı, 2008.- S.176. 
16
Milli Qəhrəman


170
Milli Qəhrəmanlar 
60 
illiyi
ASİF MƏHƏRRƏMOV 
1952-1994
İYUL
Asif    Yusif  oğlu  Məhərrəmov 
1952-ci  il  iyul  ayının  26-da  Ağdam 
şəhərində  doğulmuşdur.  1969-cu  ildə 
Ağdam  şəhər  1  saylı  orta  məktəbini 
bitirmişdir. 
Ermənilərin  1988-ci  ildə  başlayan 
təcavüzünə  qarşı  Ağdam  rayonunun 
Abdal-Gülablı,  Xıdırlı,  Əmirallar, 
Şırxavənd,  Bağbanlar,  Əhmədavar 
kəndlərində dayaq dəstələri yaradılır-
dı. Hərəkat böyüdükcə Asif Qarabağın 
digər rayonları ilə də sıx əlaqə saxla-
yırdı.  1990-cı  ildə  o, Ağdam  könüllü 
özünümüdafiə dəstəsini yaradır və tor-
paqlarımızın  qorunmasında  yaxından 
iştirak edir. 1991-ci il noyabrın 15-də 
isə dövlət tərəfindən ilk könüllü tabor 
yaradılır.
1991-ci il dekabrın 31-də Xramort 
kəndinin  azad  edilməsində  rəşadət 
göstərir.  Xocalı  faciəsi  zamanı  uşaq 
və qadınların xilas olunmasında canını 
əsirgəmir.
A.Məhərrəmov  1992-ci  ilin  mart 
ayının 7-də 859 saylı hərbi minaaxta-
ranlar hissəsinin komandiri təyin edi-
lir.
10  mart  1992-ci  ildə  məhz  onun 
köməyi nəticəsində Aranzəmin, Pirca-
mal, Dəhraz kəndləri düşməndən azad 
edilir. 1992-ci il martın 20-də öz dəstəsi 
ilə kömək etmək üçün Füzuli rayonu-
na gedir və erməni quldurlarını böyük 
itkilərə məruz qoyur. 24 iyun 1992-ci 
ildə Naxçıvanik yolunda ağır yaralanır. 
Bir müddət müalicə olunur və yenidən 
cəbhəyə  qayıdır.  1993-cü  il  fevralın 
22-də Şelli uğrunda gedən döyüşlərdə 
iştirak  edir.  1993-cü  il  oktyabrın  27-
də  Asifin  səhhəti  ağırlaşır.  O,  hərbi 
hissəni təhvil verib müalicəsini davam 
etdirmək məcburiyyətində qalır. 1994-
cü  ildə  bu  məqsədlə  Yaltaya  gedən 
polkovnik-leytenant  A.  Məhərrəmov 
həmin il iyulun 1-də vəfat edir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan  Respublikası  Prezi-
dentinin  7  dekabr  1992-ci  il  tarixli 
350  saylı  Fərmanı  ilə  Məhərrəmov 
Asif Yusif oğluna “Azərbaycanın Mil-
li  Qəhrəmanı”    fəxri  adı  verilmişdir. 
“General Məhəmməd Əsədov” müka-
fatına layiq görülmüşdür.
Bakı  şəhəri  2-ci  Şəhidlər  Xiyaba-
nında dəfn edilmişdir. Bakı şəhərində 
adına küçə var. 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına 
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Məhərrəmov Asif 
Yusif oğlu – taqım komandiri – Azərbaycan Respublikasının suverenliyi və ərazi 
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 7 dekabr 1992-ci il [Mətn] //Azərbaycan Respublikası Ali Sovetinin 
Məlumatı.- 1992.- № 24.- S.50.- (Ölümündən sonra).
Çəmənzəminli M. Fred Asif: Azərbaycanın Milli Qəhrəmanı podpolkovnik Asif 
Məhərrəmova həsr olunmuş sənədli povest.- Bakı: Gənclik, 1996.- 170 s.
Abbasoğlu B. Od sönər, ad yox... //Abbasoğlu B. Ölərkən dünyaya gələn oğullar.- 
Bakı, 2004.- S. 54-72.
 Məhərrəmov Asif Yusif oğlu //Əsgərov V.Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 
2005.- S. 133-134.
Zeynalov R. Məhərrəmov Asif Yusif oğlu (Fred Asif) //Zeynalov R. Azərbaycanın 
Milli Qəhrəmanları.- B., 1996.-S. 48.
26
Milli Qəhrəman


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə