Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   8   9   10   11   12   13   14   15   ...   161

 
27
dəyən bu kirayənişin oğlana baxdı və tələbəyə elə gəldi ki, molla bu saat onu 
camaatın yanında məzəmmət edəcək, utandıracaq, amma Molla Əsədulla həmin 
boğuq səsiylə:  
– Ayaq üstə nöş durmusan? – dedi. – Gəl otur...  
Tələbə gəlib aşağı başda – mizin arxasında əyləşdi və mollanın bu sakit dəvəti 
(elə bil, heç nə olmayıb!..), kişilərin sakit söhbəti tələbəyə də sirayət etdi (axı, 
doğrudan da nə olmuşdu ki?..) və tələbə Murad İldırımlı birdən-birə o gözəl dağları, 
o gözəl meşələri xatırladı. Yazıq Xədicə arvad ömründə o gözəl dağları, o meşələri 
görməmişdi, bu həyət-bacadan başqa, yəqin ki, ömründə başqa bir yerə getməmişdi 
və o yazıq bir daha bu həyətdə, bu küçədə görünməyəcəkdi, amma bu həyət-baca 
haçansa sökülənəcən, dağılanacan Xədicə arvadsız da necə vardısa, eləcə qalacaqdı 
və indi Murad İldırımlı da o dağların qoynunda deyildi, amma o dağlar da, o meşələr 
də elə-eləcə qalırdı... Tələbə fikirləşdi ki, bütün bunlar, əlbəttə, məlum məsələdir, 
amma, hər halda, qəribədir... Sonra yadına düşdü ki, dırnağını çeynəyir, tez 
barmağını ağzından çəkdi.  
Molla Əsədulla sağ əlində çevirdiyi təsbehə baxa-baxa boğuq səsiylə, elə bil, 
özü özüylə danışdı:  
– Bu Siçan nöş gəlib çıxmadı belə?.. – Sonra sol əli ilə ağappaq saqqalını 
sığalladı və yalnız bundan sonra tələbə gördü ki, molla əminin dodaqları bir balaca 
qaçdı.  
Miz arxasında oturmuş məhəllə kişiləri də, elə bil, bir az rahat nəfəs aldılar və 
səhərdən bəri bu həyətə çökmüş təziyə ovqatı, daxili gərginlik azaldı, Molla 
Əsədullanın bu sualı bir yüngüllük gətirdi. Kişilərdən biri: 
– Uşaqlar gedib dalıyca, – dedi, – gələr indilərdə...  
– Başı qarışıqdı də kişinin...  
Çörəkçi Ağabalanın əsgərlikdən qayıtmış oğlu ehsan ətini gətirib evə 
qoyandan sonra həyətdə oturmuşdu, üzünü Molla Əsədullaya tərəf tutub:  
– Neyləsin?– dedi. – Siçan basıb da şəhəri...  
Bu sözləri deyən məhəllə kişilərindən heç biri gülmürdü, amma tələbə bu 
sözlərdəki yüngül zarafatı, istehzanı açıq-aşkar hiss etdi: ölənlər gedirdi, həyat isə öz 
qaydasıyla davam edirdi... O yazıq Xədicə arvadı mürdəşir indi məsciddə yuyurdu, 
sonra kəfənə sarıyacaqdılar, sonra aparıb qəbiristanlıqda torpağa tapşıracaqdılar, sağ 
qalanlar necə yaşamışdılarsa, eləcə də yaşayacaqdılar, sonra onlar da həyatlarını 
başa vuracaqdılar, həyat isə davam edəcəkdi, davam edəcəkdi... Belə fikirləşən, 
bunu görən, əlbəttə, tək tələbə deyildi (və tələbə burasını çox gözəl başa düşürdü!), 
amma dünyanın beləcə bir əlacsızlığı bu sadə fikri həmişə özü ilə nəsillərdən 
nəsillərə ötürürdü, bu gün bu həyətdə bu barədə tələbə fikirləşirdi, min il bundan 
sonra isə (əgər insan atom bombalarının və raketlərin köməyi ilə özünü məhv 
eləməsə!) eyni fikir bir başqasının ağlına gələcək – dünya dəyişəcək, əlbəttə, tamam 
başqa bir dünya olacaq, amma bu sadə fikir həmişə insanın hisslərinə təsir edəcək– 
tələbənin fikrincə məhz belə olacaqdı.  
Xədicə arvadın oğlu Siçan Balaniyaz Səhiyyə Nazirliyinin Respublika Sanitar-
Epidemioloji Stansiyasında işləyirdi və sənəti evlərdə, idarələrdə tələ qurub, zəhər 
verib, siçanlarla mübarizə aparmaq idi. Xədicə arvadın əri müharibədə həlak 
olmuşdu və nəçiydi, necə adam idi – tələbənin bundan xəbəri yox idi, amma Siçan 
Balaniyazı tanıyırdı. Xədicə arvad deyirdi: «– Camaatın on uşağı olur, biri pis 


 
28
olanda, fərsiz çıxanda, o birisi yaxçı olur, fərli çıxır... Mən bəxtiqaranın də bir oğlu 
oldu də, neyniyim?.. Atasını bunun, yazığı götürüb apardılar davaya, getdi, Hitlerin 
ciyəri yansın, necə ki, yandı da, öldü davada, tək başıma böyütdüm bunu semiçka 
sata-sata. Pisdi, yaxçıdı, bir dənədi də...»  
Arvad bu sözləri tələbədən artıq özü özünə deyirdi; elə ki, qaranlıq düşürdü, 
balaca taxta kətili ilə, yarısı boşalmış tum torbasını götürüb evə qayıdırdı, tum 
qovuranda da, kağız torbacıqlar düzəldəndə də, boyat küftə yeyəndə də, boş-bekar 
olanda da otağın qapısını açıq qoyub elə hey öz-özünə danışırdı; gecədən, 
sakitlikdən qorxurdu – nəydi?  
«–Getdi girdi arvadının evinə, arvadı oldu onunçun mənnən əziz... Neynəsin e, 
uşaqlarının anasıdı də. Fağır, siçan tutmağnan oturub uşaqlarını dolandırır də... 
Arvadı tatardı, uşaqları da rusca danışdırır, mən də ki, rusca heç nə bilmirəm... 
Gəlmir yanıma də görürsən? Ayda-ildə bir dəfə gəlir... Qorxur pul istəyərəm 
onnan... Neynirəm pulu? Tək canımdı də, acından ölmiyəciyəm ki... Indi sovet 
hökumətində kim ölür acınnan? Hərə bir cürə başını girriyir də... Neynirəm pulu!..»  
Xədicə arvad belə deyirdi, amma tələbə Murad İldırımlı bu səkkiz ayda açıq-
aşkar görmüşdü ki, bu arvad, əslində, pulgirin biridi və çox xəsisdir. 70 manat 
tələbədən ev kirayəsi alırdı, 70 manat Xosrov müəllimdən alırdı, əri II Dünya 
müharibəsində həlak olduğu üçün, nə qədərsə pensiya alırdı, bir tərəfdən də ki, tum 
satırdı. Tək qala bilmirdi, öz otağının qapısını həmişə açıq qoyurdu, amma elə ki, 
otağın qapısını bərk-bərk bağlayırdı, bu o demək idi ki, oturub pul sayır– tum 
satanda, əsasən, xırda pul verirdilər və bəzən tələbə o bağlı qapı arxasından yerə 
düşən, yaxud bir-birinə toxunan dəmir pulların cingiltisini eşidirdi.  
«– Yaxçıdı hələ mənimki gəlib üstümə düşmür ki, pul verginən mənə... Ode, o 
yazıq kor Əminənin oğlu... It oğlu, atası da ələ özü kimi əclafıydı... Gedib bir dənə 
rus matişkəsi alıb, qəhbənin birini, özü də gündə gəlib düşür yazıq arvadın canına ki, 
pul verginən mənə... hardan versin, ay oğraş? Pul yağış-zaddı beyəm ki, ya göydən 
tökülsün?... Mənimki, fağır, siçan tutur, nolsun, balalarını dolandırır də... Mənnən də 
pul istəmir... Nöşün ki, bilir yoxdu də məndə, pul yoxdu məndə... Bir quru canımdı, 
bir də özüməm də, bilmir begəm?..» 
Hərdən tələbəyə elə gəlirdi ki, Xədicə arvad bu pul söhbətini bir tərəfdən də öz 
cavan kirayənişininə (elə Xosrov müəllimə də) eşitdirir, yəqin qorxur ki, bir yerdə 
yaşadıqlarına görə, gecələr otağının qapısını açıq qoyduğuna görə, gəlib onu 
soyarlar. Bəlkə də belə deyildi, bəlkə də Xədicə arvad heç belə şeylər fikirləşmirdi, 
amma, hər halda, hərdən tələbə Murad İldırımlıya belə gəlirdi. 
Nə qədər ki, məhəllədə hamının «Siçan Balaniyaz» adlandırdıqları bu adamı 
görməmişdi, tələbə Murad İldırımlı nə üçünsə belə təsəvvür edirdi ki, Xədicə 
arvadın oğlu sifətdən də siçana oxşayır və o vaxtlar ki, Xədicə arvad öz-özünə 
danışıb yorulurdu, yerinə girib işığı keçirirdi (amma otağın qapısını bağlamırdı), 
Xosrov müəllimin də otağının qapısının açar deşiyindən görünən işıq sönürdü, 
tələbə də qəzetdən, kitabdan, jurnaldan bezikib-yorulub işığı keçirirdi, çətin və tənha 
gecələrində yuxuda, ya qarabasma zamanı bəzən qapı döyülürdü, əynində palto, 
boynunda şərf, başında əzik şlyapa bir siçan içəri girirdi; balaca, tüklü sifəti əzik 
şlyapasının altından güclə görünürdü, amma gözləri işım-işım işıldayırdı, qara və 
uzun burnunun ucu həmişə yaş olurdu, nazik uzun bığları titrəyirdi. «– Ayda neçə 
manat verirsən anama?– soruşurdu. – Neçə manat? Hesablayıram pullarını... Bilirəm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə