Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   5   6   7   8   9   10   11   12   ...   161

 
21
müəllim ona heç qulaq asmırdı, səhər tezdən olduğu üçün, tez-tez əsnəyirdi və 
əsnədikcə də o müəllimin cod və qalın qaşlarının altından baxan domba gözləri 
(neçə illər keçmişdi, amma tələbə Murad İldırımlı o domba gözləri hələ də hərdənbir 
xatırlayırdı...) sulanırdı və elə ki, gələcək tələbə bütün sualların cavabını söylədi, 
müəllim soruşdu: – «Əzizimin cəfası» romanını kim yazıb? Murad İldırımlının belə 
bir romandan xəbəri yox idi, ona görə də gözlərini döyüb qaldı və müəllim eləcə 
əsnəyə-əsnəyə yaxşıca bir «2» yazdı, azərbaycanca imtahan götürməyinə 
baxmayaraq, Muradın başının üstündən auditoriyaya tərəf baxıb rusca bərkdən: «– 
Sleduyuşi!» – çağırdı.  
Murad İldırımlı kəndə qayıdıb bir il yenidən hazırlaşdı, düzdür, «Əzizimin 
cəfası» romanını da tapmadı, bu roman haqqında heç harada bir məlumat da 
tapmadı, amma gecə-gündüz oxudu və ikinci il Bakıya gəlib növbəti qəbul 
imtahanında yazıdan «5» aldı, şifahidən imtahan verəndə yenə də sualların hamısını 
danışdı və Murad danışdıqca cavan bir adam olan müəllim berialin sürtdüyü qara 
saçlarını tez-tez daraqla geriyə daraya-daraya və gülümsəyə-gülümsəyə razılıqla 
başını tərpədirdi, Muradın cavablarını təsdiq edirdi və gələcək tələbə cavabları 
qurtaran kimi: – «Çox gözəl!.. – dedi. – Sənnən yaxşı ədəbiyyatçı olacaq!.. Indi de 
görüm dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin böyük oğlunun adı nədir, bir də 
kiçik qızının adı nədir?» Murad İldırımlı yenə gözlərini döyüb susdu, çünki 
Aleksandr Serqeyeviç Puşkinin dahi rus şairi olduğunu yaxşı bilirdi, əsərlərini 
oxumuşdu, amma o dahi şəxsin böyük oğlunun və kiçik qızının, ümumiyyətlə, 
uşaqlarından heç birinin adını bilmirdi. « – Sənnən yaxşı ədəbiyyatçı olacaq!.. Nitq 
mədəniyyətin hələ inkişaf eləməyib, ancaq cavabların xoşuma gəldi! Sən yaxşı 
ədəbiyyatçı olacaqsan! Get bir il də hazırlaş, gəl, dostum!.. Mütləq gəl! 
Mühakimələrin xoşuma gəldi!..»  
O getməklə, gələcək tələbə bir də düz beş il Bakıya ayaq basmadı; boyunun 
kiçikliyinə, səhhətinin zəifliyinə görə onu əsgər də aparmadılar, kənddə kitabxanaçı 
işlədi, daha doğrusu, adı kitabxana olan, yəni rayon və respublika səviyyəsindəki 
hesabatlarda kitabxana kimi qeydiyyatdan keçən, əslində isə kolxoz idarəsinin 
anbarı kimi istifadə edilən zirzəminin bir küncünü nazik taxta arakəsməyə alıb, 
orada kitabxana düzəltməyə başladı, əlinə keçən kitabı, qəzeti, jurnalı oxudu, 
cürbəcür rayon və respublika təşkilatlarına bir ucdan məktublar, xahişnamələr, 
tələbnamələr yazıb kitabxananın fonduna həqiqətən, yəni kağız üzərində yalandan 
məlumat vermək üçün yox, doğrudan-doğruya kitab, qəzet, jurnal yığdı. Kənddə 
kolxoz sədri Sosialist Əməyi Qəhrəmanı idi, dörd dəfə Lenin ordeni almışdı, hərdən 
rayon mərkəzində təntənəli iclaslara gedəndə bütün ordenlərini, medallarını döşünə 
taxırdı və o zaman metalın ağırlığından az qalırdı pencəyinin yaxaları cırılsın; bu 
adam, yəni bu kolxoz sədri uzun müddət ştat cədvəlində kitabxanaçının əvəzinə də 
qol çəkib maaşı öz cibinə qoyurdu və kitabxanaçı vəzifəsi yalnız ştat cədvəlində 
olduğu üçün, təbii ki, kitabxana da yox idi, amma illər keçdikcə, ordenlərinin sayı 
artdıqca Bakıyla, ölkənin başqa şəhərləri ilə məktublaşması da artırdı, Azərbaycan 
SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 
üzvlüyünə namizəd olmuşdu. Sov.IKP-nin XXV Qurultayının nümayəndəsi idi, tez-
tez iclaslarda çıxış etmək, qəzetlərə müsahibələr vermək lazım gəlirdi, buna görə də 
həmin məktubları, çıxışları yazmaq üçün (özü cümlə yaza bilmirdi...) əlində qələm 
tutmağı bacaran bir adam lazım idi və kənddə də bu sahədə gələcək tələbə Murad 


 
22
İldırımlıdan irəlidə olan yox idi – sədr kitabxanaçı vəzifəsinin maaşından keçdi və 
Muradı kitabxanaçı adı ilə işə götürdü.  
Murad İldırımlı sədrin məktublarını və çıxışlarını (bu çıxışlar rayon 
mərkəzində olurdusa, raykom işçiləri tərəfindən, Bakıdakı təntənəli iclaslarda 
olurdusa, Azərbaycan KP MK-nın işçiləri tərəfindən redaktə olub düzəldilirdi) yaza-
yaza kitabxanaçılıq edirdi və özünün belə bir kitabxanaçı taleyi ilə barışmışdı, elə 
bilirdi ki, bir də heç vaxt Bakıya getməyəcək, ali məktəbə qəbul olunmaq üçün 
imtahan verməyəcək, çünki gələcək tələbə başa düşürdü ki, bunun mənası yoxdur, 
heç bir nəticəsi olmayacaq, çünki o, bu dünyanın Allah tərəfindən yaradılmış 
məhkumlar zümrəsinə daxildir.  
Bu kənddən çıxıb Bakıda milisioner işləyən və bir də iyirmi beş ildən sonra, 
qoca anası öləndə iki günlük kəndə gəlmiş Əsgər adlı həmkəndlisi günlərin bir 
günündə gələcək tələbəyə demişdi: « – Instuta girmək istəyirsən, elə-belə hara baş 
götürüb gedirsən Bakıya? Elə-belə instut olar, ə? Bunun qiyməti on iki min 
manatdı!.. Bildin?! Elə yer var ki, lap əlli min manatdı!.. Ode, sədrin o kiçik gədəsi 
girən yer! Sənin elə yerlərlə nə işin?.. Bir prafessır qonşum var, instutda işləyir. Adı 
prafessırdı e, özü elə mənim kimi kəndçinin biridi, oxuyub adam olub!.. Özünün də 
bu işlərdə səriştəsi var, mənnən də dostdu, hərdən çağırır, gedib kabab bişirirəm ona. 
Danışım onnan, on iki min ver, nənəyin deyirlər qədimnən qızılı qalıb, ver, verim 
ona, gir instuta!.. Gözünü niyə bərəldirsən, ə? Oturmısız bu dağların döşündə, 
dünyadan xəbəriniz yoxdu... O puldan mənə heç bir bozbaş haqqı da qalmayacaq!.. 
Anamın ruhu şad olsun deyən, kəndin camaatına yaxşılıq eləmək istəyirəm!.. Pulu 
verəcəm prafessıra, o neynəyəcək? Üstünnən bir az götürüb, verəcək özündən 
yuxarıdakına. O neynəyəcək? O da üstünnən bir az götürüb verəcək öz böyüyünə. O 
neynəyəcək? O da sənin o pulunun üstündən götürəcək, verəcək öz ministirinə! 
Ministir gözünə döndüyüm neynəyəcək? O da öz payını götürüb qalanını verəcək 
sekadakı böyüklərə, onlar da özlərinkin götürüb artığını ötürəcək haraya? 
Moskvaya! Başa düşdün, ə? Belə olmasa, bu hökumətin işləri heç vaxt düz 
getməz!..» 
Murad İldırımlı və ümumiyyətlə, dağların döşündəki o kənd milisioner 
Əsgərin dediyi qədər də dünyadan xəbərsiz deyildi. Kolxoz sədrinin Muradla 
oxuyan oğlu zırramanın biriydi. Akvarium düzəldib xırda çay balıqları saxlayan və 
bu barədə rayon qəzetinə elmi məqalə yazmış zoologiya müəlliminə hirsi tutduğu 
üçün, gizlincə gedib girmişdi kişinin evinə və akvariuma işəmişdi, balıqların da 
hamısı ölmüşdü; bax, sədrin həmin zırrama oğlu məktəbi qurtaran kimi, instituta 
girdi və Murad İldırımlı onun dədəsinə mirzəlik elədiyi müddət ərzində də institutu 
bitirdi, indi də aspiranturanı bitirmək üzrəydi. O oğlandan sonra, sədrin daha dörd 
uşağı Bakıda ali məktəblərə daxil oldu və onların o ali məktəblərə necə daxil 
olduqlarında gizli bir şey yox idi, sədr özü hərdən dərindən köks ötürüb həyatdan 
şikayət edirdi: « – Ə, sən öl, bu uşaqların instituta girməyləri, oxumaqları məni lüt 
elədi!..»  
Gələcək tələbə Murad İldırımlı dünyanın belə işlərindən xəbərdar idi, hər 
halda, bunları nəzəri cəhətdən bilirdi, o qalınqaş müəllimin domba gözləri, o cavan 
müəllimin gülümsəməyi də əldəqayırma taxta rəflərə düzdüyü təzə kitablar, qəzet və 
jurnallar kimi, hərdən anbardakı o kitabxanaya daxil olurdu, amma bütün bunlara 
baxmayaraq, Murad bir yay günü birdən-birə pal-paltarını, kağız-kuğuzunu köhnə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə