Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   9   10   11   12   13   14   15   16   ...   161

 
29
harda gizdədir. Öləndən sonra götürəcəyəm. Neçə verirsən? Başa düşmədin? Xədicə 
anamdı də, oxşamır? Əh, çuşka ki, çuşka də!.. Rayonnan gələnlərin hamısı çuşka 
olur!.. Anamdı də Xədicə... O da siçandı də!..» Tələbə o əzik şlyapalı siçanla üzbəüz 
dayanıb bu sözlərə qulaq asa-asa qorxurdu ki, birdən özü də siçan olar və tərləyirdi, 
o qorxu içində yuxudan, ya mürgüdən oyanırdı, bir müddət o yuxunun, 
qarabasmanın təsiri altında olurdu, elə bilirdi ki, Xədicə siçan o açıq qapıdan indicə 
gəlib onun yerinə girəcək...  
Amma bir gün axşamçağı tələbə Murad İldırımlı Xədicə arvadın otağında 
oturub dəhrə ilə ət döyürdü, həyətin küçə qapısı cırıltıyla açıldı və o cırıltı eşidilən 
kimi, Xədicə arvad dedi: «– Balaniyaz gəldi...» Elə bil ki, həyətin o küçə qapısının 
dili var idi və başqa heç kimin yox, məhz Balaniyazın gəldiyini Xədicə arvada xəbər 
verirdi.  
Xədicə arvad ayağa qalxdı və kötüyün üstündə yenicə döyülməyə başlamış 
təzə qoyun ətinə nigaran bir nəzər saldı, elə bil, arvad qorxurdu ki, Balaniyaz gəlib 
bu ətə şərik çıxacaq. Palazın üstündə bardaş qurub oturmuş tələbə, Balaniyazla 
birinci görüş məqamında ət kötüyünün arxasında, əlində dəhrə özünü çox naqolay 
hiss etdi, amma ayağa qalxmağa macal tapmadı, Balaniyaz içəri girdi və Balaniyaz 
onu beləcə kötük arxasında, əli dəhrəli gördü. Xədicə arvad: «– A-a-a, xoş 
gəlmisən... – dedi. – Sənnən nə əcəb?». Balaniyaz: «– Nöşün? – dedi. – Gəlib-
ələmirəm begəm?..». Balaniyazın səsi siçan civiltisinə yox, pişik səsinə oxşayırdı və 
ümumiyyətlə, Balaniyaz siçana yox, pişiyə oxşayırdı, – gödəkboylu, dolu, 
girdəsifətli, göygözlü və balaca boyu ilə uyuşmayan iri və ucları iti qulaqları. Tələbə 
Murad İldırımlı ayağa qalxıb otaqdan çıxmaq istədi, amma Xədicə arvad qoymadı 
(oğlu ilə təkbətək qalmaq istəmirdi). 
Balaniyaz otaqdakı üç taxta kətildən birində əyləşdi, Xədicə arvad ikinci taxta 
kətildə əyləşdi, tələbə Murad İldırımlı isə xəcalət təri tökə-tökə ət döyməyinə davam 
etdi və Xədicə arvad: «–Bilirsən nə yaxçı oğlandı bu tələbə? – dedi. Bilirsən nə 
yaxçı kömək ələyir mənə?.. Qəzet alır gətirir mənə, kulok düzəldirəm. Indi də ət alıb 
gətirib, xörək bişiriceyəm onunçun!.. Sən necəsən e?» Balaniyaz cavab verdi ki, 
yaxşıyam, anası uşaqları xəbər aldı, Balaniyaz cavab verdi ki, yaxşıdırlar, anası 
arvadını xəbər aldı və bu zaman Balaniyaz birdən-birə gözlərini otağın qapısının 
kənarında döşəmənin dibinə dikib: «– O deşiyi tutmaq lazımdı! Əl-əlbət! –dedi. 
Ordan siçan gəlir!» Xədicə arvad da, tələbə Murad İldırımlı da, istər-istəməz, 
Balaniyazın gözlərini dikdiyi səmtə baxdılar və orada güclə sezilən bir deşik 
gördülər, sonra Xədicə arvad heyrət və qorxu dolu gözləriylə oğluna baxdı. 
Balaniyaz diqqətlə nəyəsə qulaq asırdı və bir müddət beləcə sükut içində oturdular, 
dəhrə tələbənin əlində qalmışdı, bu sükutu pozmağa ürək eləmirdi; sonra Balaniyaz: 
«–Siçandır e.... – dedi və gülümsədi. – Siz eşitmürsüz, hə? – yenə diqqətlə qulaq 
asdı. – Toçnu siçandı!..» Xədicə arvad. «–A-a-a... Bizdə heç siçan olmazdı axı...» – 
dedi. Balaniyaz açıq-aşkar bir qürur hissi ilə: «– Əh, siçanın qabağını almaq olar? 
Əl-əlbət belədir!.. – dedi. – Italyada təcrübə ələyiblər. Siçovulu iyirminci mərtəbədə 
salıblar zaxoda, suyu da çəkiblər üstünnən, əl-əlbət! Bilirsən nolub? Siçovul birinci 
mərtəbədən diri çıxıb!» Xədicə arvad bu əhvalatı başqa cürə başa düşdü: «–Pay 
atonan! – dedi. – Italyada zaxodun təmizliyinə bax, ağəz e!..» Balaniyaz göy 
gözlərini siçan deşiyindən çəkib məzəmmətlə anasına baxdı: «– O öz yerində, – 
dedi. – Sən siçovulun canına bax e, siçovulun...» Sonra Balaniyaz yenə diqqətlə 


 
30
otağın o baş-bu başına baxdı, diqqətlə qulaq asdı, bir-iki dəfə gözucu tələbənin 
qabağındakı ətə nəzər saldı, amma anasından heç nə istəmədi və qəflətən gəldiyi 
kimi, qəflətən də durub getdi və Balaniyaz çıxıb gedəndən sonra, Xədicə arvad 
torbacıqlardan artıq qalmış qəzet parçalarını bürmələyib oğlunun göstərdiyi həmin 
deşiyə pərçim eləyə-eləyə və son dərəcə dərin bir pərişanlıq içində: «– Ağəz, – dedi, 
– mən həmişə siçannan qorxmuşam... Bunun atasının da, fağırın, siçandan əti 
ürpəşirdi. Bəs, bu kimə oxşadı belənçinə, ağəz?.. Nöş bu siçantutan oldu?..» 
Və elə həmin gecə tələbə Murad İldırımlının qapısını eləcə palto geyinmiş, 
eləcə şərf taxmış, eləcə şlyapa qoymuş boz bir pişik döydü və şlyapasının 
yanlarından da pırtlayıb çıxmış yekə və tüklü qulaqları şəklənmiş o pişik siçan 
axtarırdı, o pişiyin göy gözləri siçan hərisliyi ilə işıldayıb yanırdı; tələbə qapını 
açandan və pişik içəri girəndən sonra Murad İldırımlı başa düşdü ki, özü siçandır və 
indi pişik onun özünü kötüyün üstündə dəhrə ilə döyəcək; sonra məlum oldu ki, 
Xosrov müəllim də siçandı– uzun, arıq, tükləri tökülmüş bir siçandı və Xosrov siçan 
bərkdən ağlaya-ağlaya Balaniyaz pişiyin ayaqlarına yıxılmışdı: «– Mənim gözü 
yolda olan balalarım var!..» O gözəl dağlar da, o meşələr də başdan-başa siçan 
deşiklərinə dönmüşdülər və tələbə Murad İldırımlının nənəsi də siçan idi, seyrək 
dişləri Balaniyaz pişiyin qorxusundan bir-birinə dəyirdi və nənəsi nazik səsi titrəyə-
titrəyə Xosrov siçanı göstərib tələbəyə deyirdi: «– Qoy onu yesin!.. Qoy onu yesin, 
biz qaçaq...» Sonra siçan nənəsi nəvəsini gözləmədi, tələbəni tək qoyub qaçdı... 
Və həmin gecə tələbə Murad İldırımlı tərin içində yuxudan oyanandan sonra 
səhərə kimi yata bilmədi, bu cavan adam balıncının, sovruğunun tər iyini hiss edə-
edə, həyətdə damcılayan krantın səsinə qulaq asa-asa qaranlıqda, bu balaca otağın 
divarları arasında bir həzinlik içində özünü dünyanın ən unudulmuş bir kimsəsi bildi 
və ona elə gəldi ki, həqiqət indicə gördükləridir, real həyatda yaşamağı isə – 
yalandır. O zaman o biri otağın açıq qapısından Xədicə arvadın rahat və qayğısız 
nəfəsi eşidilirdi, protez dişlərini gecə çıxarıb stəkanın içində suya qoyduğu üçün 
(günortalar da çörək yeyəndə o dişləri çıxarırdı, çünki onlarla bir şey çeynəmək 
mümkün deyildi), hərdənbir yuxuda damaqlarını marçıldadırdı və o rahat nəfəs də, o 
marçıltı da, elə bil ki, həmin qeyri-real həyatın səsi idi.  
... Xədicə arvadın cənazəsini məsciddən gətirdilər və o yazığı yük maşınından 
düşürüb evə qaldıranda məhəllə arvadları yenə də ağlaşmağa başladı. Xosrov 
müəllim gəlib tələbə Murad İldırımlının yanında, mizin arxasında oturdu və 
həmişəki kimi sükut içində məhəllə kişilərini bir-bir nəzərdən keçirdi, sonra 
gözlərini Molla Əsədullaya dikdi. Molla Əsədulla dodaqaltı pıçıldaya-pıçıldaya 
Quran oxuyurdu və hər səhifəni oxuyub qurtarandan sonra barmağını dodağına 
çəkib səhifəni çevirirdi. Sonra Siçan Balaniyaz gəlib çıxdı və hamı ona başsağlığı 
vermək əvəzinə, Balaniyaz özü məhəllə kişilərinə başsağlığı verməyə başladı, 
üzrxahlıq etdi: 
– Allah rəhmət eləsin!.. Allah səbr versin!.. Əl-əlbət!.. Son qəmüvüz olsun!.. Iş 
adamıyam da, mən... Gecikdim... Obyektə getmişdik... Allah rəhmət eləsin! Əl-əlbət 
işimiz çoxdu yaman!.. Allah rəhmət eləsin!.. 
Və Balaniyaz da keçib mizin arxasında əyləşdi, diqqətlə həyətin küncünə-
bucağına baxmağa başladı. Həyətin yuxarı başındakı o krant isə elə hey damcılayırdı 
və krant eləcə damcı-damcı axdıqca tələbəyə elə gəlirdi ki, bütün bunların hamısı 
əvvəllər də haçansa olub, indi ikinci dəfə təkrardır, yəni əvvəllər də haçansa bir dəfə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə