Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   34   35   36   37   38   39   40   41   ...   161

 
79
Həmin gecə nöyüt lampasının zəif işığında professor Zilber meyitlərin hansı 
bədən üzvündən və nə həcmdə hüceyrələr qoparıldığını müayinə edə bilmirdi, amma 
elə bu bıçaq təmasının özü kifayət idi ki, taun, misal üçün, bu bəd əməllə məşğul 
olan adamın paltarına keçsin; parça isə taun mikroblarının inkişafı və yayılması 
üçün gözəl münbit bir zəmin idi. Əlbəttə, təcili tədbir görmək lazım idi.  
Professor Zilber səhər saat beşdə gəlib Hadrutda qaldığı otağa çatdı, arxası 
üstə çarpayıya sərildi, amma heç on dəqiqə də yata bilmədi, yerində o tərəf-bu tərəfə 
çevrildi, səhər açılanda– Zilberin yaşadığı o kiçik məktəb sinfinin pəncərəsindən 
başı qarlı dağlar təzəcə görünməyə başlayanda Bakıdan Azərbaycan SSR Xalq 
Komissarları Sovetinin teleqramı gəldi; professoru geniş məlumat vermək və xüsusi 
tədbirlər planı hazırlamaq üçün təcili Bakıya çağırırdılar. Baş Siyasi Idarə 
müvəkkilinin Bakıya göndərdiyi məlumat öz işini görmüşdü.  
Elə yolda ikən professor Zilber yeddi bənddən ibarət plan hazırladı və həmin 
plan Bakıda Azərbaycan SSR Baş Siyasi Idarəsinin rəisi, Azərbaycan çekistlərinin 
sınanmış rəhbəri Mir Cəfər Bağırovun iştirakı ilə Xalq Komissarları Sovetinin 
xüsusi iclasında diqqətlə, hərtərəfli müzakirə edildi və təsdiq olundu. Plan bundan 
ibarət idi:  
1. Xəstəlik olan rayon ordu ilə əhatə olunmalıdır ki, kimsə taunu yoluxdura 
biləcək bir şeyi kənara çıxara bilməsin. 
2. Bütün meyitlər yandırılmalıdır.  
3. Bütün rayon əhalisi üçün isti çadırlar və alt paltarlarından tutmuş üst 
paltarına, ayaqqabıyacan tam geyim komplekti göndərilməlidir.  
4. Bütün əhali çılpaq soyundurulmalı, göndərilmiş paltarlarla geyindirilməli və 
evlərindən çadırlara köçürülməlidirlər. Bu əməliyyat ciddi nəzarət altında olmalıdır 
ki, heç kim təzə paltarına taunlu paltarın mikrobunu keçirməsin. Əyindən çıxarılmış 
paltarın hamısı həmin şəxslərin öz evində qalmalıdır.  
5. Evlərdən çadırlara köçürülmə zamanı taunlu xəstələrlə birinci dərəcəli və 
ikinci dərəcəli təmasda olan şəxslərin hamısının təcrid edilməsi təmin olunsun.  
6. Epidemiya yayılmış əraziyə kimyəvi dəstələr göndərilməlidir ki, onlar bütün 
binaları, tikintiləri xlorpikrinlə dezinfeksiya etsinlər. Xlorpikrin – taun zamanı ən 
yaxşı dezinfeksiya vasitələrindən biridir: taun mikrobunu, bitləri, gəmiriciləri məhv 
edir və beləliklə, infeksiyanın insana keçməsinin qarşısını alır.  
7. Epidemiya baş vermiş rayona həkim-gigiyena dəstələri göndərilməlidir.  
Iclas qurtardıqdan sonra, professor Zilber otaqdan çıxmaq istərkən Azərbaycan 
SSR Baş Siyasi Idarəsinin rəisi Mir Cəfər Bağırov onun qarşısında dayandı və bir 
neçə an zəndlə professorun gözlərinin içinə baxdı. Bu qaraqabaq, ömründə, elə bil 
ki, heç vaxt gülümsəməmiş, dodaqlarından heç vaxt təbəssüm qaçmamış ciddi adam 
indicə qurtaran iclasda çox az danışırdı, amma professor Zilber burasına da fikir 
vermişdi ki, Baş Siyasi Idarə rəisi az danışsa da, nə deyirdisə, dərhal qəbul olunurdu
başqa komissarlar, o cümlədən, Xalq Komissarları Sovetinin sədri bəzən Hadrutda 
tauna qarşı mübarizə ilə əlaqədar ayrı-ayrı məsələlər barədə bir-birləri ilə mübahisə 
etsələr də, bu qaradinməz adamın təklifləri ilə bağlı heç bir etirazlarını 
bildirmirdilər. Görünür, son günlər yalnız və yalnız taunla məşğul olduğu üçün, 
birdən-birə professor Zilberə elə gəldi ki, Mir Cəfər Bağırovun girdə çeşmək 
şüşələrinin arxasından baxan gözlərində də bir taun zəhmi var.  


 
80
Professor Zilber keçirdiyi bu xoşagəlməz hissdən və bənzətmədən diksindi. 
Mir Cəfər Bağırov isə kobud barmağı ilə hədələyə-hədələyə o bir neçə anlıq sükutu 
pozdu:  
– Smotrite, professor, mı sledim za vsem xodom sobıtiy! A vas mı toje xoroşo 
znayem! Imeyte eto v vidu! I ne zabıvayte konsperasiyu! Konsperasiya obyazatelna! 
Professor Zilber nəsə demək istədi, amma heç nə demədi və yalnız ona görə 
yox ki, yorğun idi, ona görə də yox ki, Hadrutdan nigaran idi və ora tez qayıtmaq 
istəyirdi, adicə olaraq boş-boşuna danışmağa və mübahisə etməyə vaxtı və həvəsi 
yox idi; həm də ona görə ki, elə bil, Mir Cəfər Bağırovun girdə çeşmək şüşələrinin 
arxasından baxan gözlərindəki o taun zəhmi bu adama etiraz etməyə, bu adama 
cavab qaytarmağa imkan vermirdi.  
Professor Zilberə tapşırmışdılar ki, Hadrutdakı taun epidemiyasını gizlin 
saxlamaq üçün, yəni konsperasiya məqsədilə Bakıya göndərdiyi bütün rəsmi 
xəbərlərdə, məlumatlarda (qeyri-rəsmi, yəni şəxsi məktublaşmada isə bu barədə bir 
söz demək qəti qadağan idi!) «taun» sözünü «filiz» sözü ilə (rusca «ruda» sözü ilə) 
əvəz etsin və Hadrutdakı o cəhənnəm əzabı içində bu «filiz» sözünün mənasızlığı və 
məntiqsizliyi də professor Zilberi bir tərəfdən təngidirdi, bəzən bu söz onu çaşdırırdı 
və yorğunluq-arğınlıq içində bir məlumatı iki dəfə, hətta üç dəfə yazmalı olurdu. Iş o 
yerə gəlib çatmışdı ki, stansiyadakı nümayəndələr də tələb edirdilər ki, arayışlardakı 
«taun» sözü «filiz»lə əvəz edilsin və bir dəfə professor Zilber nümayəndələrə 
göndərdiyi növbəti arayışda nəzərdən qaçırıb «taun» sözünü yazanda, nümayəndələr 
onu stansiyaya çağırdılar: professor Zilber ayaq üstə vaqonun qabağında dayandı, 
Xalq Səhiyyə Komissarlığının və Mərkəzi Icraiyyə Komitəsinin nümayəndələri isə, 
taunun qorxusundan vaqondan çıxmağa (yaxud professor Zilberi vaqona çağırmağa) 
cürət eləməyərək, başlarını vaqon pəncərəsindən çıxarıb bir-birilərinə macal 
vermədən onun üstünə qışqırmağa başladılar, hətta az qaldı ki, professor Zilberi 
düşmən və təxribatçı elan etsinlər...  
Azərbaycan SSR Xalq Komissarları Sovetindəki həmin iclasdan sonra, dərhal 
Hadruta qayıdan professor Zilber Mir Cəfər Bağırovla o cürə üzbəüz dayanmağını 
hərdənbir yadına salırdı, onun girdə çeşmək şüşələrinin arxasından baxan gözlərini, 
elə bil, yenidən görürdü və öz-özünə fikirləşirdi ki, vay o günə ki, belə bir adam 
hakimiyyət başına keçə...  
Hadrutla bağlı ətraf rayonlarda cürbəcür şayiələr gəzirdi və Şuşaya da xəbər 
yayılmışdı ki, Hadrutu bağlayıblar, o tərəflərə heç kimi buraxmırlar və deyirdilər bu
guya ona görə idi ki, Hadrutda bir dəstə düşmən ifşa olunub, kollektivləşməyə qarşı 
ziyançılıq işləri ilə məşğul imişlər və guya indi onların bütün rayon üzrə istintaqı 
gedir.  
Xosrov müəllimin bütün fikri-zikri seminarın gedişatında idi və əvvəlcə bu 
şayiələrə fikir vermirdi:düşmənləri ifşa etmək indi adi bir iş idi və bundan ötrü bütün 
rayonu bağlamaq, əlbəttə, boş söz idi, hətta boş söz olmasaydı da, Xosrov müəllimin 
Hadrutda düşmən kimi ifşa ediləsi bir adamı yox idi; altı yaşlı Cəfər idi, dörd yaşlı 
Aslan idi, iki yaşlı Azər idi, bir də ki, Şirin idi və Azərbaycanda doqquz il idi Sovet 
hakimiyyəti qurulmuşdu, hələ ki, altı yaşında, dörd yaşında, iki yaşında düşmən ifşa 
olunmamışdı... Amma elə ki, Xosrov müəllim daha Şuşada bazar başında faytonçu 
Ovanesi görmədi, elə ki, Hadrutla bütün əlaqələr doğrudan da kəsildi, Xosrov 
müəllimin ürəyində sızıltısını bütün ömrü boyu unutmadığı bir nigarançılıq baç 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə