Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   2   3   4   5   6   7   8   9   ...   161

 
11
– A kuda je eşo? – soruşdu. 
– Şto doma? Adna da doma! – Qarovulçu Əflatun yenə udqundu. 
– A çto delat? Takova sudba!.. 
– Idyom tuda... – Qarovulçu Əflatun əli ilə köşkü göstərdi. 
Süpürgəçi Nastya, görünür, o küləkli axşamda belə bir təklif gözləmirdi və 
açıq-aşkar bir maraqla boyca özündən xeyli kiçik olan qarovulçu Əflatuna, sonra o 
balaca köşkə, sonra yenə qarovulçu Əflatuna baxdı.  
– Idyom da!.. Vodka toje yest... Idyom!.. Ladna da... Nikto ne vidit... Xoroşo 
budet...  
– Tı eşo na çto-to sposoben? – və süpürgəçi Nastya bərkdən güldü.  
Qarovulçu Əflatun bu yekəpər, sağlam arvadın beləcə gülməyindən ürəkləndi 
və bu dəfə süpürgəçi Nastyanın göy paltosunun qolundan yapışmağa cürət etdi, bir 
balaca da dartdı: 
– Idyom da!.. Idyom!.. Padarka toje dam da tebe...  
Süpürgəçi Nastya gözlərindəki o maraqla və diqqətlə qarovulçu Əflatuna 
baxdı və qarovulçu Əflatunun yanınca köşkə tərəf addımladı, qarovulçu Əflatunun 
ardınca köşkün açıq qapısından içəri girdi.  
Darısqal köşkün içində küləyin o vıyıltısıyla bərabər, qəribə bir durğunluq var 
idi və o durğunluq içində qarovulçu Əflatun özü həyəcanla (ilk dəfə qadın görəcək 
yeniyetmə həyəcanı ilə) döyünən ürəyinin səsini eşidirdi; udquna-udquna:  
– Snimay da palto... – dedi və həyəcandan titrəyən barmaqları ilə süpürgəçi 
Nastyanın göy paltosunun düymələrini açmaq istədi; qarovulçu Əflatuna elə gəlirdi 
ki, bu dəm bu darısqal və gözəl köşkdən başqa, paltosunun, paltarının altında o cürə 
can gizlətmiş süpürgəçi Nastyadan başqa dünyada heç nə və heç kim yoxdur, hətta 
Tülkü Gəldi Qəbiristanlığı da, Əbdül Qafarzadənin özü də (!!) yaddan çıxmışdı və 
qarovulçu Əflatunun bütün içinə həyəcanlı, amma eyni zamanda, xoş bir sərbəstlik 
hakim kəsilmişdi.  
Göy palto süpürgəçi Nastyanın bədəninə kip oturduğu üçün o düymələr çox 
çətin açılırdı və bir yuxarı düyməni açınca qarovulçu Əflatunun barmaqları 
gizildədi; amma o düymələrin hamısı açılacaqdı və arvadı qocalıb əldən düşmüş 
qarovulçu Əflatun da bu dünyada, heç olmasa, bircə gün insan ömrü yaşayacaqdı... 
Və bu vaxt o küçük gözlənilmədən hürməyə başladı; çarpayının üstündə idi, 
dörd ayağını da hikkəylə qarovulçu Əflatunun illərdən bəri rəngi solmuş və çirkli 
adyalının üstünə basıb, boynunu irəli uzadıb süpürgəçi Nastyaya və qarovulçu 
Əflatuna hürürdü. Qarovulçu Əflatun, əlbəttə, bu iti də yaddan çıxarmışdı və 
küçüyün beləcə hürməyi onu səksəndirdi, titrəyən barmaqlarını süpürgəçi Nastyanın 
göy paltosunun yaxasından çəkdi və nədənsə pıçıltıyla: 
– Kəs!.. – dedi. – Kəs!..  
Küçük daha bərkdən hürməyə başladı.  
– Kəs demədim sənə!? – Qarovulçu Əflatun iki əlini də uzadıb küçüyü 
qamarlamaq istədi, amma it çarpayının yuxarı başına qaçdı, üzünün ağı çirkdən 
bozarmış yastığın üstünə çıxıb köşkün küncünə qısıldı və əvvəlkindən daha hirsli, 
daha bərkdən hürməyə başladı.  
Ikinci gözlənilməz hadisə isə o oldu ki, küçüyün eləcə hirslə hürməyi, elə bil 
ki, süpürgəçi Nastyanı ayıltdı, araq da, hədiyyə də yaddan çıxdı və arvad yuxarıdan 
aşağı bu qoca və cansız kişiyə baxıb bərkdən gülə-gülə: 


 
12
– Tı je ne mojeş spravlyatsya daje s sobakoy! – dedi və o darısqal köşkdə geri 
çönüb göy paltosunun altından iri dalının yanlarını qarovulçu Əflatunun yarımca 
metrliyində oynada-oynada eşiyə çıxdı.  
Qarovulçu Əflatun udquna-udquna və ürəyi hələ də həyacanla döyünə-döyünə 
köşkün balaca pəncərəsindən süpürgəçi Nastyanın ardınca baxdı və elə ki, süpürgəçi 
Nastya Tülkü Gəldi Qəbiristanlığının darvazasından çıxıb gözdən itdi, qarovulçu 
Əflatun içindən coşub gələn bir nifrətlə əlini atıb küçüyün boynunun dərisindən 
yapışdı və heyvanı qaldırıb zərblə köşkün döşəməsinə çırpdı, elə həmin anda da 
sinəsinə bir təpik ilişdirib iti köşkün açıq qapısından bayıra tulladı.  
Bütün qısa ömründə insan təpiyini ilk dəfə beləcə yeyən küçük quyruğunu 
qısıb zingildəyə-zingildəyə o köşkdən uzağa qaçdı, hasarın dibindəki kolluğa girib 
heç vaxt hiss etmədiyi dəhşətli bir qorxu ilə köşkün açıq qapısına tərəf baxdı: 
küçüyün bütün bədəni uçunurdu və yəqin o küçük elə həmin andan da başa düşdü ki, 
Tülkü Gəldi Qəbiristanlığında insanlarla zarafat eləmək olmaz... 
Qarovulçu Əflatun küçüyün qarasına bərkdən küçə söyüşləri söyə-söyə 
köşkün qapısını bağladı və həmin küləkli axşamın üçüncü gözlənilməz hadisəsi də 
bu oldu ki, qarovulçu Əflatun birdən-birə (əlbəttə, bərkdən yox, ürəyində!) Əbdül 
Qafarzadəni söyməyə başladı; birinci dəfəydi ki, Əbdül Qafarzadəni beləcə söyürdü 
– düzdü, Əbdül Qafarzadə qarovulçu Əflatuna çörək vermişdi, amma nə olsun, hər 
şey bir qarın çörəklə ölçülmürdü ki...  
Əbdülün o qardaşı Xıdır da əclafın biri idi, Əbdülün özü də əclafın biridi, atası 
hambal Orduxan da, ümumiyyətlə, bütün nəsilləri də əclaf idi və qarovulçu Əflatun 
elə söydükcə söyürdü, amma ürəyi soyumurdu. 
Bir dəfə – həmin hadisədən üç-dörd ay sonra, onda da yaz gəlmişdi və Tülkü 
Gəldi Qəbiristanlığındakı alça, ərik, gilənar, nar ağacları çiçək açmışdı – Əbdül 
Qafarzadə Qəbiristanlıq Idarəsinə gələndə hardansa birdən-birə peyda olub həyətin 
ortasında dayanmış o küçüyü gördü; küçük böyümüşdü, dəyişmişdi, gözlərindəki o 
etibardan, ümiddən əsər-əlamət yox idi, amma Əbdül Qafarzadə onu tanıdı: 
– Həmin küçükdü? – soruşdu. 
Qarovulçu Əflatun nigarançılıqla itə baxa-baxa bilmədi ki, nə desin. Düzdü, 
Əbdül Qafarzadə uzun müddətdi küçüyü görmürdü, soruşmurdu, amma, hər halda
haçansa bu küçüyü ona tapşırmışdı və indi itin beləcə yiyəsizliyinə hirsi tuta bilərdi 
(onda da qarovulçu Əflatun Aşqabad batan kimi batardı!); amma bu yerdə axmaq it 
özü qarovulçu Əflatunun köməyinə gəldi– boynunu irəli uzadıb hirslə Əbdül 
Qafarzadəyə tərəf hürməyə başladı; elə bil ki, it də Əbdül Qafarzadəni tanıdı və 
kimsəsiz bir günə düşdüyünə görə kişini günahlandırdı.  
Əbdül Qafarzadə yavaşdan qarovulçu Əflatunla yox, özü-özü ilə danışdı: 
– Necə yazıq idi, indi gör nə olub, zaraza!.. Dünya belədi də... Itə də yaxşılıq 
yoxdu bu dünyada!.. 
Qarovulçu Əflatun, Əbdül Qafarzadənin it naxələfliyi ilə bağlı bu fikirlərindən 
ürəkləndi və belə bir məqamda o itdən fərqli surətdə, özünün naxaləf olmadığını 
nəzərə çatdırmaq üçün kişinin qeydinə qaldı: 
– Fikir vermə, əşşi...O adı nədir, şey, gicbəsərin biridi!.. 
Və həmin gündən də o itin adı Gicbəsər qaldı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə