Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 

 

həmin məhsullar bəyənilmiş, müxtəlif diplomlarla təltif olunmuşdur. Azərbaycan 



Respublikası İqtisadi İnkişaf Nazirliyinin təklifi ilə bu il yenə Nəzirə xanım Almaniyada 

ezamiyyətdə olmuş  və ora 19 adda məhsul aparmışdır. Həmin məhsullar ekspertlər 

tərəfindən yüksək qiymətləndirilmişdir. 

Müəssisə Bolqarıstan, Çexiya, ABŞ və Türkiyədən sifarişlər alır. 

Bu il Yunanıstan iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri 

çərçivəsində  təşkil edilmiş  işgüzar görüşlər zamanı onlarla iqtisadi-ticarət  əlaqələrinin 

yaradılması üçün imkanlar olmuşdur.                                                                                                       

Hazırda müəssisənin rəhbərliyi biznes tərəfdaşları ilə danışıqlar aparır, trikotaj 

istehsalının, xammal çeşidlərinin genişləndirilməsi, yarımyun və yun ipliklərin xarici 

ölkələrə ixrac olunması kimi məsələlərin həlli üzərində çalışır. 

Bununla belə müəssisə tam gücü ilə deyil, istehsal gücünün yalnız  10-15%-i ilə 

işləyir. Nəzirə xanım şirkətin tam gücü ilə işləməməsindən təəssüflə danışır. O bildirir 

ki, istehsalı artırmaqlda daha 600 nəfəri işlə  təmin etmək mümkündür. Lakin ölkədə 

trikotaj istehsalçılarının fəaliyyəti zəif olduğundan iplik məhsulların satışı üçün bazar 

tapmaq mümkün olmur. 

Maliyyə ilə bağlı  çətinliklər var. Bank faizlərinin həddən artıq yüksək olması 

ucbatırdan borcların qaytarılmasında çətinliklər yaranır. Xammalın xaricdən gətirilməsi 

və gətirilən məhsula görə əlavə dəyər vergisinin əvvəlcədən ödənilməsi müəssisə üçün 

çətindir. 

Nəzirə xanım onu da qeyd etdi ki, bütün bu sadalanan problemlərə baxmayaraq,  

bir sahibkar kimi Azərbaycan dövlətinin iqtisadi siyasətinə  dəstək olmaq məqsədilə 

çalışıb, istehsalı genişləndirəcək, yeni iş yerləri açacaq, bununla da iqtisadi inkişafa öz 

töhfəsini verəcəkdir. Çünki hazırda respublikada sahibkarlığın inkişafı üçün yaradılmış 

şəraitə böyük ümidlər bəsləyir 

Bacarıqlı iş adamı olmaqla yanaşı gözəl ailə sahibi olan, iki övlad böyüdüb boya-

başa çatdıran Nəzirə xanım taleyindən 

 

razı olduğunu söyləyir,  ʺömrüm hədər 



getməyibʺ-deyir. 

 

Sayalı Safavova 



ʺMemar SSʺ şirkətinin prezidenti 

 

İnsan Tanrının ona bəxş etdiyi ömür saatlarını elə yaşamalıdır ki, onun bir saniyəsi 



belə  mənasız keçməsin, ən kiçicik şansını belə qaçırmasın. Əslində isə yalnız zamanın 

nəbzini tutmağı bacaranlar şanslı ola bilərlər. Çünki yeni dövr qarşımızda yeni 

imkanlar açdığı kimi, yeni tələblər də qoyur. Addımladığımız zaman yolu əsrlərdən 

bəri düşüncələrimizdə kök salan ʺqadının yalnız ev işləri ilə məşğul olmasıʺ haqqındakı 

ənənəvi şərq mentalitetini alt-üst etdi. Reallıq sübut etdi ki, qadın yaxşı ana və ömür-

gün yoldaşı olmaqla bərabər, həm də biznes sahibi ola bilər. Biz sizə belə qadınlardan 

biri - görkəmli iş adamı, Azərbaycanın reklam bazarında öz dəsti-xətti ilə fərqlənən və 

aparıcı  şirkətlərdən biri olan ʺMemar SSʺ  şirkətinin rəhbəri Sayalı  Səfərova haqqında 

danışmaq istəyirik. 

O,  1953-cü il dekabr ayının  1-də  Ağcabədi  şəhərində anadan olub. Orta məktəbi 

əla qiymətlərlə oxuyan Sayalı  məktəbin ictimai həyatında da fəal iştirak edib. Uşaqlıq 



 

 

arzuları incəsənət aləmi ilə bağlı olub. Dünyanı  həmişə gözəl görmək istəyən Sayalı 



1971-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə 

daxil olub. 

1976-cı ildə ali məktəbi bitirdikdən sonra Layihə  İnstitutunda işə girib və  16 il 

burada baş arxitektor işləyib.  1992-ci ildə  institutu bağlandıqdan sonra Sayalı    işsiz 

qalır. Tanınmış Azərbaycan memarı - həyat yoldaşı Hacıəmi müəllim ona eklam sənəti 

ilə  məşğul olmağı  məsləhət görür. Əslində özünün də bu işə böyük marağı var idi. 

İctimai işlərdə çalışdığı vaxtlarda Azərbaycan nümayəndə heyətinin tərkibində 

dünyanın bir çox ölkələrində olmuşdu. Xarici ölkələrin reklamlarını görəndə onun 

qəlbində  həsəd hissləri baş qaldırır, nə  vaxtsa  onun  vətənində  də reklam işinin 

yaranmasını  və belə yüksək səviyəyə çatmasını arzulayırdı. Buna görə o həyat 

yoldaşının məsləhətinə böyük həvəslə qulaq asaraq reklam sahəsində biznes 

fəaliyyətinə başlamaq qərarına gəlir. 1993-cü ildə Amerikaya gedir və ABŞ-ın 5 ştatında 

reklam sənətinin incəliklərini öyrənir və bu sahədə yaxşı  təcrübə keçir. Elə  həmin il 

ʺMemar SSʺ reklam şirkətini yaradır. O dövrdə Sayalı xanım Azərbaycanı ilk reklam 

bazarında ilk xanım-sahibkar idi. 

Şirkətin  əsas fəaliyyət istiqaməti - şəhərsalma mədəniyyətinə kömək etmək 

məcsədilə dizayn işinin həyata keçirilməsi, azərbaycanda milli reklam sənətinin 

yaradılması və bu sahədə ixtisaslı kadrların yetişdirilməsidir. 

Yarandığı dövrdən bəri şirkət reklam sahəsində milli kadrların yetişdirilməsi işinə 

öz böyük töhfəsini vermişdir. 

Şirkətdə 20-yə-qədər adam çalışır. Mehriban və qayğıkeş bir ailəni xatırladan 

kollektivin devizi ʺdaim işləmək, daim axtarışda olmaq, araşdırmalar aparmaqʺdır.  İş 

və istirahət saatlarının düzgün bölüşdürülməsi yaradıcı  əməkdən sonrakı  gərginliyi 

aradan qaldırmağa imkan verir. 

ʺMemar SSʺ  şirkəti 2000-ci ildə  ʺİlin  ən yaxşı reklam şirkətiʺ nominasiyası üzrə 

ʺUğurʺ mükafatına layiq görülüb. Elə  həmin il ʺUşaqların qayğısına qalınʺ televiziya 

reklamına görə Beynəlxalq Münsiflər heyəti tərəfindən mukafat alıb. 

Şirkətin  ən böyük uğurlarından biri 2003-cü ilin oktyabrında olub: Cenevrədə 

ʺKeyfiyyət üçün Beynəlxalq Ulduzʺ nişanına layiq görülüb. 

Şirkət Qafqaz, Mərkəzi Asiya və ipək yolu üzrə reklam-marketinq işinin tədqiqatı 

və araşdırılması üzrə  əlaqələr yaradır. Reklam sahəsində güclü bazası  və yüksək 

səviyyəli mütəxəssisləri olan şirkət Gürcüstan, Qazaxıstan və Özbəkistanda reklam 

işləri aparır. Reklam araşdırmaları baxımından dünyanın 20-yə yaxın ölkəsi, o 

cümlədən MDB ölkələri ilə əlaqələr qurulmuşdur. 

Şirkətə  məxsus texnologiya, reklam materialları  və yüksək ixtisaslı kompyüter 

ustaları istər yerli bazarda, istərsə  də dünyanın hər hansı bir ölkəsində  fəaliyyət 

göstərən  şirkətlərlə  rəqabətə girə bilər. Rəqabətdən danışanda isə Sayalı xanım açıq 

rəqabətə üstünlük verdiyini deyir və reklam bazarında yalnız vicdanlı,  ədalətli iş 

aparanları özünə rəqib bilir. 

ʺMemar SSʺ bu gün peşəkar reklam şirkəti kimi, Beynəlxalq Reklamçılar 

Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları 

Milli Konfederasiyası, Azərbaycan Reklamçılar İttifaqının üzvüdür. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə