Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 

 

Hafizə xanımın fikrincə ölkədə son zamanlar sahibkarlığın inkişafı üçün şərait 



yaradılır, lakin kredit əldə olunması ilə bağlı hələ də maneələr çoxdur. 

O, yaxşı  iş adamı kimi şöhrət qazanmaqla yanaşı, xeyriyyəçi bir insan kimi də 

tanınmışdır. Səmimi və yumşaq xasiyyətli, zahiri kimi daxili aləmi də çox gözəl olan bu 

səxavətli xanım ehtiyacı olan ailələrə daim yardım göstərir. Bir neçə il bundan qabaq 

Qarabağ hadisələrində əlil olmuş gəncin sağalıb yataqdan qalxmasına yardım edib. İndi 

onun ailəsinə himayəçilik etməkdə davam edir. 

Hafizə xanım ailəlidir, iki övladı var. Həyat yoldaşı biznesdə ona kömək edir. 

ʺÖzəl fəaliyyətlə məşğul olmağın həm çətinlikləri, həm də üstün cəhətləri var. Bu, 

böyük məsuliyyətdir, hər  şey-həm müvəffəqiyyət, həm də risklər üçün sən özün 

cavabdehsən. Amma bununla belə, öz vaxtının da, gəlirinin də sahibi insan özüdür, bir 

də biznes - halal pul qazanmağın yeganə yoludurʺ -deyir. 

 

Gülşən Orucova 



 ʺŞamilʺ Kiçik Müəssisəsinin direktoru 

 

Onu iş yerində tapa bilmədik. Dedilər ki, özünü yaxşı hiss etmədiyi üçün işə 



çıxmayıb. Odur ki, onunla evində görüşdük. Böyük, müasir üslubda tikilmiş yaraşıqlı 

bir evi var. Zəif görünsə də bizi görüb çox sevindi. Gəlişimizin səbəbini açıqlayıb ondan 

yazmaq istədiyimizi biləndə sevincini gizlətmədi: ʺGözəl layihədir. Respublikada qadın 

sahibkarlığın inkişafına diqqət yetirilməsi çox vacib bir məsələdir. Axı qadın cəmiyyətin 

əsas aparıcı qüvvəsidir. Artıq həyat sübut edir ki, Azərbaycanda da qadınlar bizneslə 

məşğul olub müvəffəqiyyət qazana bilərlər.  Əslində onlar iqtisadi məsələlərdə 

kişilərdən daha çevik, daha qənaətcil olur, pulu hara xərcləməyi daha yaxşı bilirlərʺ. 

Bizi çay süfrəsinə  dəvət edib biznesə başlamağının səbəblərini və bu yolda 

üzləşdiyi qayğı və problemləri bölüşdü. 

1950-ci il sentyabrın  13-də Quba rayonunun Yelenovka kəndində anadan olub. 

Orta məktəbdə oxuduğu vaxt qeyri-adi istedadına görə onu 8-ci sinifdən Moskva 

Dövlət Universitetinin nəzdində nadir istedada malik uşaqlar üçün təşkil olunmuş 

xüsusi məktəbə göndərirlər. 

1968-ci ildə orta məktəbi bitirir və Moskva Dövlət Universitetinin Mexanika-

riyaziyyat fakültəsinə daxil olur. Lakin vətəndən uzaqda yaşamaq onun üçün çətin idi, 

doğma torpağa bağlılıq onu geri - Azərbaycana çəkirdi. Moskvada 2 il oxuduqdan 

sonra təhsilini yarımçıq qoyub vətənə dönür. 

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur və 

1973-ci ildə oranı bitirib öz kəndlərində tarix müəllimi işləməyə başlayır. 

Ailə  vəziyyəti ilə bağlı  1981-84-cü illərdə Rusiyanın  İrkutsk  şəhərində yaşamalı 

olur və orada müəllimlik fəaliyyətini davam etdirir. 

Vətənə qayıtdıqdan sonra Xaçmaz şəhər  1№-li orta məktəbdə tarix müəllimi 

işləyir. 

Müəllimlik fəaliyyəti ilə  məşğul olsa da onun daxili potensialı, bacarıq və  iş 

qabililiyyəti daha böyük işlərə qadir idi. Ölkədə gedən sosial-iqtisadi proseslərin təsiri 

altında 1993-cü ildə 2 ha torpaq sahəsi alır. Hələ uşaqlıqdan kənd həyatına alışdığından 

və  təsərrüfatla bağlı olduğundan heyvandarlıqla məşğul olmaq qərarına gəlir. 



 

 

Sumqayıt Çernobıl Əlilləri Assosiasiyasının filialı kimi ʺŞamilʺ Kiçik Müəssisəsini açır. 



Cəmi 3 nəfər işçisi olan müəssisə heyvandarlıq məhsullarının istehsalı ilə  məsğul 

olurdu. 


1997-ci ildə  ʺŞamilʺ Kiçik Müəssisəsi özəlləşdirilir. Bununla da Gülşən xanımın 

sahibkarlıq fəaliyyəti üçün imkanlar yaranır. Maliyyə və bir sıra prosedur çətinliklərinə 

baxmayaraq öz imkanları hesabına müəssisəni genişləndirir. 

Müəssisənin fəaliyyət istiqaməti heyvandarlıq məhsullarının istehsalı  və satışı, 

ətlik mal-qara yetişdirilməsi,  ət  -emalı  və satışıdır. Bundan əlavə burada bazar 

xidmətləri də  həyata keçirilir. Zona üzrə  hər həftə mal-qara bazarı  təşkil edilir. Ətraf 

rayonlardan, Bakı və Sumqayıt şəhərindən gələn müştərilərə xidmət göstərilirdi. 

2 hektarlıq  ərazidə yerləşən müəssisədə mal-qara bazarı, tikinti materialları, 

əsasəndə daş bazarı, ferma fəaliyyət göstərir, dayanacaq və yeməkxana xidmətləri 

təqdim olunur. Təqdim olunan məhsul və xidmət növlərinə tələbat yüksəkdir. 

Müəssisədə 25 nəfər işçi çalışır, ərazidə olan mövcud tikililərin dəyəri təxminən üç 

yüz milyon manat həcmindədir. 

Gülşən xanım hazırda tikiş sexinin yaradılması ilə bağlı layihə üzərində  işləyir. 

Belə sexin açılması ilkin dövrlərdə daha 15 nəfərin işlə  təmin olunmasina imkan 

yaradacaqdır. 

Bütün bunlarla yanaşı müəssisə tam gücü ilə  işləmir. Müəssisənin tam gücü ilə 

fəaliyyət göstərməsi üçün kreditə və sərmayə qoyuluşuna ehtiyac var. 

Onun fikrincə ölkədə sahibkarlığın inkişafına yönəldilən yaxşı  fərmanlar verilib, 

lakin onların icrasına nəzarət hələ  də  zəifdir, sahibkarların hüquqları kifayət qədər 

qorunmur, yerli icra orqanlarının bu istiqamətdəki fəaliyyəti nəzarətsizdir. 

Mövcud çətinliklərə baxmayaraq o, həyatını işsiz təsəvvür etmir. ʺƏgər ikinci dəfə 

dünyaya gəlsəydim, yenə  də bu işlə  məşğul olardım. Doğrudur,  ədalətsizlik, iş görən 

qadına qarşı qeyri-ciddi münasibət məni əzir. Bununla belə biznes insana, xüsusilə də 

qadına sərbəstlik, maddi və mənəvi yüksəliş verir. Bu gözəl hissdirʺ-söyləyir. 

Bu vaxt içəri gözəl gənc bir qız daxil olur. ʺQızım Sevildir, bu il ali məktəbə daxil 

olub, çox sevinirəmʺ. Ananın sevincinə biz də şərik olur, onu təbrik edirik. 

ʺBəxtim  ən çox övladlarımda gətirib, onlardan çox razıyam.  İstərdim ki, mənim 

biznesimlə  məşğul olsunlar. Amma hələlik heç biri buna maraq göstərmir. Yəqin ki, 

mənim bu yolda rastlaşdığım çətinliklər onları qorxudurʺ - deyir. 

Gözüm qeyri-ixtiyari onun hələ  də  məlahətini itirməmiş mehriban çöhrəsi ilə 

təzad təşkil edəndən düşmüş saçlarına sataşdı. Yəqin ki, mənim düşündüyümü 

gözlərimdən oxudu. Bir neçə il qabaq gənc qızını itirdiyini kədərlə danışdı. 

Qəhərini içində boğmağa çalışan anaya Tanrıdan səbir və dözüm, sahibkarlıq 

fəaliyyətində uğur diləyərək ondan ayrılırıq. 

 

 

Nəzakət Nəzərli 



Fermer təsərrüfatının rəhbəri 

 

Nəzakət Nəzərli 1947-ci il iyun ayının 1-də Lerikdə anadan olub. Qız böyüdükcə 



atası Ayaz kişi onun gələcəyi haqqında düşünürdü. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə