Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

Tamilla xanım gözəl ailə sahibidir, iki övlad anasıdır. Həyat yoldaşı dövlət 



qulluğunda çalışır, amma biznesdə onun əsl ʺmənəvi dayağıdırʺ. 

İki şirkətə rəhbərlik edən, ailəsindən qayğı və məhəbbətini əsirgəməyən bu qadın 

üçün vaxt qızıldan qiymətlidir. O, hər bir dəqiqənin hesabatını aparır. 

Tamilla xanım, sizin ʺqızıl dəqiqələrinizinʺ daha səmərəli, daha məhsuldar 

olmasını arzulayırıq. 

 

 



Aysel Racabli 

ʺSS Productionʺ şirkətinin və Gənc Sahibkarlar Assosiasiyasının prezidenti 

 

Həyat və zaman anbaan dəyişir. Hər gələn nəsil nə isə bir yenilik edir. Bu gün 



sahibkarlıq fəaliyyəti ilə  məşğul olanlar arasında elə bir nəsil yetişir ki, onlar ölkənin 

böyük tələbləri üçün dünyaya gəldiklərini və  məsuliyyət daşıdıqlarını aydın dərk 

edilər. Aysel xanım cavandır, lakin gördüyü işlərə baxanda insanın özündən razı 

qalması  və geriyə  fərəhlə  nəzər salması üçün bu heç də az deyil. Bununla belə o, çox 

çoxlarının razı qalacağı, kifayət sanacağı ilə qane olmur. 

Aysel Rəcəbli 1973-cü il aprelin 15-də Bakıda anadan olmuşdur. 1995-ci ildə Bakı 

Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Azərbaycan 

Respublikası Prezidenti yanında Dövlət  İdarəçiliyi Akademiyasında təhsilini davam 

etdirir. 

Əmək fəaliyyətinə 1996-cı ildə ʺStar Ltdʺ şirkətində reklamçı kimi başlayır və 

sonra isə reklam şöbəsinin direktoru təyin edilir. 1998-ci ildə Aysel xanım  ʺSS 

Productionʺ reklam agentliyinin baş direktoru, 2000-ci ildən isə şirkətin təsisçisi olur. 

2001-ci ildə isə o, ʺPublicityʺ agentliyini yaradır. 

Reklam işində qazandığı biliklər və  iş  təcrübəsi ona öz işini açmaq - bu sahədə 

sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ideyası verir. Aysel xanım başladığı işin iqtisadi 

cəhətdən səmərəli olacağına  əmin idi. Reklam bazarı  həmin dövrdə yüksəliş 

mərhələsində idi və işin düzgün təşkili ilə çox böyük nəticələr əldə etmək olardı. Həyat 

Aysel xanımın səhv etmədiyini, vəziyyəti düzgün qiymətləndirmək bacarığını  və 

uzaqgörənliyini sübut etdi. 

Doğrudur, ideya bir sıra problemlərlə üzləşdi, kifayət qədər maddi texniki bazanın 

olmaması, maliyyə vəsaitinin çatışmamazlığı və s. Lakin əvvəlki iş təcrübəsi və bazarda 

bu işə böyük tələbat olması işin gedişinə müsbət təsir göstərdi. 

ʺSS Productionʺ  şirkəti yarandığı gündən bəri reklam bazarında aparıcı 

şirkətlərdən biri olub, reklam transparantlarının istehsalında aparıcı yer tutur. 

2000-ci ildən başlayaraq şirkət ʺPRʺ -ictimai əlaqələr üzrə xidmətlər təqdim etməyə 

başlayır, bir sıra iri PR kampaniyaları  işləyib hazırlayır və  həyata keçirir. Bunun 

nəticəsində 2001-ci ildə  ʺPublicityʺ agentliyi meydana gəlir. O dövrdən bəri  ʺSS 

Productionʺ bütün növ reklam xidmətlərinin təqdim olunmasında ixtisaslaşır. Reklam 

sahəsindəki uğurlu fəaliyyət  şirkətin rəhbərinə  şöhrət qazandırır və 2001-ci ildə 

ʺAzərbaycan Gənc Sahibkarlar Assosiasiyasıʺ yaranır və Aysel xanım yekdilliklə həmin 

Assosiasiyanın İdarə Heyətinin sədri seçilir. 



 

 

Bir sıra iri yerli və xarici şirkətlər, dövlət müəssisələri  ʺSS Productionʺ  şirkətinin 



müştəriləridir. Bunlardan Gənclər, İdman və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Gimnastika Federasiyasi, Azpetrol, 

European Tobacso Baku, Qaradağ Sement, Samsung, UNİCEF, Baku Steel Company, 

Statoil, Azercell, Rabitəbankı və s. göstərmək olar. 

Hazırda  şirkət özünün inkişaf mərhələsini yaşayır və Azərbaycanın reklam 

bazarında aparıcı mövqedə durur. Şirkətin nümayəndələri həm respublikada, həm də 

xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgi və müsabiqələrdə  iştirak edirlər. Tbilisi 

şəhərində keçirilən Beynəlxalq Qafqaz reklam festivalında  şirkət birinci dərəcəli 

diploma, Kiyevdə keçirilən Beynəlxalq Reklam festivalında 3-cü dərəcəli diploma layiq 

görülmüşdür. Effektli fəaliyyətinə gorə Azərbaycan Gimnastika Federasiyasının və bir 

sıra iri şirkətlərin Fəxri Fərmanları ilə təltif edilmişdir. 

Respublikada gənc sahibkarlığın inkişaf etdirilməsi sahəsindəki böyük 

xidmətlərinə görə, Azərbaycan Gənc Sahibkarlar Assosiasiyasının idarə heyətinin sədri 

kimi 2003-cü ildə Aysel Rəcəbli Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının 

Milli Şurası tərəfindən ʺFəxri gəncʺ adına layiq görülmüşdür. 

Aysel xanım reklam sahəsindəki mövcud problemlərdən danışır və  ʺBazar hələ 

yeni reklam texnologiyaları ilə  işləməyə tam hazır deyil, reklam sahəsində istehsal 

infrastrukturu zəifdir. Bununla belə  mən, Azərbaycanda reklam işinin dünya 

standartları səviyyəsinə yüksələcəyinə əminəm. Sevinirəm ki, bu işdə mənim də az da 

olsa əməyim var və bundan sonra daha da səmərəli çalışacağamʺ-deyir. 

Bu gənc yaraşıqlı xanımın öz işinə  nə  qədər vurğun olduğunun, məhəbbətlə 

yanaşdığının  şahidi oluram. Nə yaxşı ki, həyatda  əldə edilən hər bir müvəffəqiyyət 

insanın öz işinə belə vicdanlı münasibəti ilə müəyyənləşdirilir. 

 

 



Etibar Hüseynova  

ʺZöhrabbəyovʺ firmasınin direktoru 

 

İnsanın ən böyük xoşbəxtliyi, həqiqi səadəti ondadır ki, ömür etdiyi mühitdə arzu 



və istəyinə çatsın, cəmiyyətdə özünə layiq yer tutsun, el içində hörmət qazansın, 

ehtiyacı olanlara dəstək olsun və insanlara azacıq da olsa sevinc payı  bəxş edə bilsin. 

Belə  ləyaqətli insanlardan biri Bərdə rayonunun aparıcı qadın sahibkarlarından olan 

Etibar Hüseynovadır. 

O,  1958-ci li may ayının 26-da Bərdə rayonunun Kətəlparaq kəndində anadan 

olub. Ailənin başçısı İskəndər kişi erkən rəhmətə gedib. O zaman Etibarın cəmi 3 yaşı 

var idi. Çoxuşaqlı ailənin bütün qayğıları ananın üzərinə düşsə də o, uşaqlarına yaxşı 

təhsil və tərbiyə verməyə çalışıb. 

Orta məktəbi fərqlənmə şəhadətnaməsi ilə bitirən Etibar Azərbaycan Dövlət Kənd 

Təsərrüfatı  İnstitutuna daxil olur. 1981-ci ildə Aqrokimya və torpaqşünaslıq ixtisası 

üzrə ali məktəbi bitirir. Hələ  tələbə ikən tələbə yoldaşı  Sərhəd Zöhrabbəyovla ailə 

həyatı qurur. İki övlad anası olan Etibar uşaqları körpə olduğundan işləyə bilmir, 

onların təlim-tərbiyəsi ilə məşğul olur. 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə