Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

1988-1992-ci illərdə Bakı Yüngül Sənaye texnikumunda təhsil aldıqdan sonra 



Tağıyev adına Toxuculuq Kombinatının Beynəlxalq İqtisadi Əlaqələr şöbəsində referent 

işləyib.  Şöbənin iş istiqaməti ilə bağlı xarici ölkələrin işgüzar dairələri ilə  əlaqələr 

saxlaya bilib və onların iş üslubunu və təcrübəsini öyrənib. 

Bu illərdə Azərbaycanda gedən sosial - iqtisadi dəyişikliklər, yaradıcılıq və 

quruculuq imkanları öz perspektivliyi ilə daha çox gəncləri cəlb edirdi. Onlar peşə 

seçərkən ənənələrdən uzaq olaraq, bir növ ʺdəbdəʺ olan və müasir dövrlə səsləşən, özəl 

fəaliyyət üçün daha çox şərait yaradan sənətlərə üstünlük verirdilər. Belə bir şəraitdə 

Zemfira xanım təhsilini artırmaq məqsədilə  1994-cü ildə  Xəzər Universitetinin 

Beynəlxalq Turizm Münasibətləri fakültəsinə daxil olur. Elə ilk gündən də 

iqtisadiyyatin turizm sahəsi onu özünə bağlayır və  işi dərindən öyrənməyə başlayır. 

Lakin, bir ildən sonra həmin fakültənin bağlanması onun böyük təəssüfünə səbəb olur. 

Buna görə  də Zemfira xanım ali məktəbi 2001-ci ildə  İqtisadiyyat və  İdarəçilik ixtisası 

ilə bitirir. 

Həmin ilin avqust ayından Zemfira xanım ʺAsimanʺ şirkətində menecer işləyir. O 

zaman  şirkətin nəzdində Green Ville İstirahət Kompleksinin tikintisi gedirdi. 2002-ci 

ildə  İstirahət Kompleksi tam işə başlayır və onun fəaliyyətinə  nəzarəti Zemfira xanım 

həyata keçirir. Green Ville İstirahət Kompleksi Azərbaycan Respublikasının Xaçmaz 

rayonunun Nabran kəndində - Xəzər dənizinin sahilində yerləşir. Kompleksin təqdim 

etdiyi servis dünya standartlarına uyğun olaraq ʺdörd ulduzʺ kurortları 

səviyyəsindədir. 

Ərazinin füsunkar təbiəti, dəniz, günəş, meşə  və qumlu çimərliklər və Zemfira 

xanımın iş qabiliyyəti, bacarığı sayəsində təşkil edilən yüksək servis turistlərin istirahəti 

üçün unikal imkanlar yaradır. 

Kompleks 3 hektar ərazidə yerləşir, burada 20 nəfər, yay-yaz mövsümündə isə 

100-ə  qədər adam çalışır. Otel, 18 ikimərtəbəli kotteclər, restoranlar, barlar, 

diskotekalar, voleybol, basketbol və futbol meydançaları, tenis kortu, digər idman 

növləri ilə  məşğul olmaq üçün idman zalı  və meydançalar, həm böyüklər, həm də 

uşaqlar üçün üzgüçülük hovuzları, kompyütor salonu, müxtəlif tədbirləri həyata 

keçirmək üçün konfrans zalı, məişət və iasə xidmətləri və s. turistlərinin istifadəsinə 

verilib. Gələn qonaqlara Azərbaycan və Avropa mətbəxinin yeməkləri təqdim edilir. 

Kompleksin xidmətlərindən  əsasən yerli camaat və Azərbaycanda fəaliyyət 

göstərən xarici şirkətlərin nümayəndələri istifadə edirlər. Daha çox müştəri cəlb etmək 

məqsədilə Zemfira xanım servisi yaxşılaşdırmağa, xidmət sahələrini genişləndirməyə 

çalışır, yeni layihələr üzərində işləyir, reklam kampaniyasını gücləndirir. 

Təbii ki, iş problemlərsiz ötüşmür, əsasən işıq və istilik problemi var. İşıq və qaz 

olmadığı üçün kompleksdə daimi suyu, istiliyi və fasiləsiz işığı təmin etmək üçün əlavə 

genaratorlar və qurğulardan istifadə etmək lazım olur. Bu isə  şirkətin fəaliyyəti üçün 

çox böyük məsrəflərə  gətirib çıxarır. Bundan başqa Nabran meşələrinin tullantılardan 

təmizlənməsi istiqamətində də iş aparılması zəifdir. 

Zemfira xanım Azərbaycanda turizmin inkişafı üçün unikal imkanları olduğunu, 

lakin bunlardan lazımınca istifadə olunmadığını deyir. Bu yaxınlarda o, Azərbaycan 

Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının xətti ilə 

MTP (Menecerlərin Hazırlığı Proqramı) Proqramının iştirakçsı olmuş  və  İspaniyada 3 



 

 

aylıq təcrübə kursu keçmişdir. O, İspaniyanın Salou şəhərində dünyanın iri turizm 



müəssisələrindən olan ʺESTİVALPARK - HOTELSʺ  şirkətinin iş  təcrübəsini 

öyrənmişdir. Zemfira xanım oradan vətənimizdə  də turizm sənayesinin beynəlxalq 

səviyyədə qurulmasına yardım edə biləcək yeni yaradıcı ideyalarla qayıtmışdır. O, 

öyrəndiklərini burada tətbiq etmək üçün yeni layihələr hazırlayır. 

Zemfira xanım qeyd edir ki, ümumiyyətlə turizmin yüksək səviyyədə qurulması 

və inkişaf etdirilməsi üçün iş adamlarına lazımi informasiya dəstəyi yoxdur. 

Zemfira xanım ailəlidir. İki övladı var. Həyat yoldaşı onunla birlikdə çalışır və hər 

bir işdə ona dəstək olur. 

Gözləri qurub-yaratmaq, işləmək həvəsi ilə parlayan bu gənc qadına ürəyindəki 

böyük arzuların çin olmasını arzulayırıq. 

 

 

Qəmər Hüseynova  



ʺMaqsan ʺ MMC-in rəhbəri 

 

Onunla tanış olduğum andan beynimdən el arasında işlənən bir ifadə keçdi: ʺOd 



parçasıʺ. Özünə bu barədə deyəndə güldü və  ʺMəni elə belə çağırırlarʺ- söylədi. 

İşləmək, yaratmaq, təzə  nəsə etmək həvəsi onda o qədər güclü idi ki... Adama elə 

gəlirdi ki, onun enerjisi sonsuzdur, tükənməzdir. 

Adi bir uşaqlıq həyatı yaşayıb. Bütün yaşıdları  kimi  romantik  xəyallarında gah 

jurnalist, gah da müəllim olardı. O zaman ağlına belə  gəlməzdi ki, həyat yolu tamam 

başqa olacaq. 

1961-ci il dekabrın 2-də Zaqatala rayonunun Çobankol kəndində anadan olub. 

1978-ci ildə orta məktəbi bitirir və ailənin arzusu ilə Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunun Məktəbəqədər Pedaqogika və Psixologiya fakültəsinə daxil olur və 1982-ci 

ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir. 

Elə  həmin ildən  əmək fəaliyyətinə başlayır və  10 il Zaqatala rayon Komsomol 

Komitəsində işləyir. 

Ailə qurur və körpə uşaqları olduğundan işdən çıxır. Lakin oturaq ev həyatı onun 

coşqun təbiətinə uyğun gəlmirdi. Bununla  belə bürokratik dövlət orqanlarında işləmək 

onun ürəyindən deyildi. 

Həmin dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli 

qoyulmağa və iqtisadi artım üçün əsaslı zəmin yaradılmağa başlanır. Fürsətdən istifadə 

edən Hüseynovlar ailəsi  1994-cü ildə biznesə başlayır - kommersiya dükanı açaraq 

tikinti materiallarının ticarəti ilə məşğul olur. 

Xarakterinin fərdiliyi, qeyri-adi işgüzarlığı  və  rəhbərlik etmək qabiliyyəti ilə 

fərqlənən Qəmər xanım biznesdə öz sözünü demək istəyir. 1996-cı ildə ailə biznesindən 

ayrılaraq özəl işini quraraq ticarət fəaliyyəti ilə məşğul olmağa başlayır. Əsas istiqaməti 

- tikinti materiallarının, televizor, soyuducu və s. məişət texnikasının satışı idi. Öz 

fəaliyyətini yalnız daxili imkanları hesabına qururdu. Özünün dediyi kimi, çətin bir 

dövrdə  fəaliyyətə başlamışdı. Ticarətə sovet münasibəti davam edirdi. Daxili bazar 

kasıb və ölkədə xammal çatışmamazlığı vardı. Belə bir dövrdə yaşadığı  çətinliklərə 

baxmayaraq o, gələcək uğurlarına heç də  bədbin yanaşmadı. Xasiyyətindəki nikbinlik 



 

 

və fəallıq, həm də getdikcə ölkədə sabitliyin bərpa olması, bir sıra iqtisadi islahatların 



aparılması ilə sahibkarlıq fəaliyyətinə şərait yaradılması onun işinə təkan verdi. 

2003-cü ildə  Qəmər xanım  ʺMaqsanʺ MMC-ni təsis edir. Müəssisənin fəaliyyət 

istiqaməti  mebel,  sulu  və yağlı boyaların və tikintidə istifadə olunan bir sıra 

materialların istehsalı  və satışıdır.  Əvvəllər xammal Türkiyə,  İran və Rusiyadan 

gətirilirdi. Lakin bu, nəqliyyat xərcləri ilə bağlı baha başa gəldiyindən indi yerli 

xammaldan istifadə olunur. Şirkətin texnologiya və avadanlıqları Türkiyə  və 

Almaniyadan gətirilib quraşdırılmışdır. 

Müəssisənin bir neçə mağazası fəaliyyət göstərir, əsas satış bazarı Zaqatala və ətraf 

rayonlardır. 

Şirkətdə 60-a qədər insan işlə təmin olunmuşdur. 

Qəmər xanım mebel istehsalını genişləndirmək istəyir.  İstehsal etdiyi məhsulu 

yalnız yaşadığı bölgədə deyil, Azərbaycanın digər  ərazilərində satışını  təşkil etmək 

istəyir. Bundan əlavə  o,  Rusiyada  mebel  sexi  açmaq  və Rusiya bazarlarına çıxmaq 

niyyətindədir. 

Qəmər xanım sahibkarlıq fəaliyyətini çox yüksək qiymətləndirir, onu ölkənin 

iqtisadi qüdrətinin təməli adlandırır. 

Baxmayaraq ki, qadın sahibkara qarşı  bəzən köhnə psixologiya ilə  qəribə 

münasibətə rast gəlirik, ancaq burada üstün cəhətləri də qeyd etmək lazımdır. 

Xalqımızın adət və  ənənələrinə uyğun olaraq qadına hörmətlə yanaşır, çox zaman 

dövlət orqanlarında onu ʺçek-çevirəʺ salmırlar. Bu məsələdə özünə qarşı bir maneə 

görmir. Biznes ona şöhrət gətirib, maddi və mənəvi yüksəlişə nail olub. 

İş  fəaliyyətində  həyat yoldaşı  Məhərrəm ona əsil dayaqdır. O, iki oğlunun da 

gələcəkdə bizneslə  məşğul olmasını istəyir. Ciddi və  qətiyyətli iş adamı olmaqla 

bərabər, həssas və daxilən zəngin bir insandır.  ʺHəmişə maddi itki üçün yox, mənəvi 

itki üçün ağlayıram, cılız, aciz və yarımçıq insanları sevmirəm, haqsızlığa və 

ədalətsizliyə hər yerdə etiraz edirəmʺ-deyir. 

 

 

Züleyxa Babayeva 



ʺNeptun-Zʺ MMC İdarə Heyətinin sədri 

 

Elə insan var ki, onun həyatı bir yaziya sığmaz. Züleyxa xanım mənalı ömrünün 



böyük bir hissəsini fəaliyyətə, cəmiyyətin mənəvi yüksəlişinə həsr etmiş bir iş adamıdır. 

O,  1945-ci il sentyabrın  15-da Goranboy rayonunun Dəliməmmədli kəndində 

anadan olub. Züleyxa hələ balaca ikən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 1961-ci ildə 

Bakı  şəhər  172 saylı orta məktəbi bitirib. Hələ  məktəbdə oxuyarkən incəsənətə böyük 

marağı olub, aktrisa olmağı arzulayıb, məktəb tamaşalarında çox böyük 

müvəffəqiyyətlə çıxış edib. 

1961-ci ildə Kitabxanaçılıq texnikumunun mədəni-maarif fakültəsində təhsil alıb. 

Texnikumu bitirdikdən sonra Mingəçevir  şəhər mədəniyyət evinə  təyinat alıb. 

1975-ci ilə kimi klub müdiri işləyib, yerli teatrın inkişafında böyük işlər görüb. 

İşləməklə  bərabər təhsilini davam etdirib və Azərbaycan Dövlət  İncəsənət 

İnstitutunda oxuyub. 



 

 

1975-82-ci illərdə Mingəçevir Politexnik Texnikumunda kitabxana müdiri 



işləməklə bərabər, həm də orada dərs deyib. 

Sonra o, Mingəçevir ʺSahilʺ Mədəniyyət və İstirahət Parkına direktor təyin edilir. 

O zaman parkin vəziyyəti olduqca pis idi. Dövlətdən heç bir maddi vəsait 

almadığından müəssisə tam təsərrüfat hesabı ilə  işləyirdi. Züleyxa xanım özü vəsait 

əldə edib parkı lazımi səviyyəyə gətirməyə çalışır. Hər şeydən əvvəl 15 nəfərdən ibarət 

işçi kollektivi yaradır, müxtəlif müəssisələrlə müqavilələr bağlayır, mədəni tədbirlər 

təşkil edir, konsertlər, rəqs gecələri düzəldir. Park şəhər camaatının əsl istirahət yerinə 

çevrilir. 

Şəhər rəhbərliyi işgüzarlığını  və bacarığını görərək onu, Mingəçevirin  ən böyük 

parklarından biri olan ʺDostluqʺ  Mədəniyyət və  İstirahət Parkına direktor təyin edir. 

Əvvəllər mingəçevirlilərin sevimli istirahət yeri olan bu park baxımsızlıq ucbatından 

pis vəziyyətə düşmüşdü. Parkın vəziyyətini yaxşılaşdırmaq məqsədilə Züleyxa xanım 

30 nəfərdən ibarət işçi heyəti yarıdır və orada ʺGənclikʺ mərkəzi təşkil edir. Mərkəzin 

nəzdində müxtəlif sənət kursları fəaliyyət göstərirdi. 

1989-cu ildə dövlət büdcəsindən ayrılmış  vəsait hesabına parkın yenidənqurma 

planı hazırlanır. Lakin həmin dövrdə Azərbaycanda baş verən siyasi - ictimai hadisələr 

üzündən bu iş yarımçıq qalır, müəssisə yalnız ziyanla işləyir. 

Həmişə  çətinliklərin öhdəsindən gəlməyə qadir olan Züleyxa xanım vəziyyətdən 

çıxış yolu tapmağa çalışır. 2000-ci ildə o fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə 

başlamaq qərarına gəlir. Kredit üçün ʺOXFAMʺ Beynəlxalq Təşkilatına müraciət edir və 

az miqdarda maliyyə köməyi alır. 

Əldə etdyi bu kiçik vəsait hesabına tikiş maşınları alır və yataq dəstlərinin tikişi və 

satışı ilə məşğul olmağa başlayır. Sonra dərzilik kurslarında təhsil alan qızları da bu işə 

cəlb edir. Buradan əldə etdiyi gəliri parkin inkişafına sərf edirdi. 

ʺOXFAMʺ Təşkilatından daha iki dəfə kredit alaraq yer götürür, kompyutorlar alır 

və kurslar təşkil edir. 

2002-ci ildə Züleyxa xanım ʺNeptun-Zʺ MMC-ni təsis edir. 

Cəmiyyət müxtəlif peşə kursları təşkil edir. 

Bir illik kosmetologiya, bərbərlik və s. peşələr üzrə olan kurslarda hər il təxminən 

30-40 adam təhsil alır. 

Qadınlara paltar biçib - tikməyin sirrlərini öyrədən iki illik dərzilik kurslarında 25-

30 nəfər təhsil alır. 

Cəmiyyətdə  fəaliyyət göstərən kompyutor kurslarına tələbat daha böyükdür, 

burada hər il 100-ə qədər şagird oxuyur. 

ʺNeptun-Zʺ MMC-nin nəzdində iki gözəllik salonu və bir parfümeriya mağazası 

fəaliyyət göstərir. 

Salonun xidmətlərinin yüksək səviyyədə olması müştərilərin sayının artmasına 

səbəb olur. 

Bu yaxınlarda müəssisədə yeni xidmət sahəsi yaradılıb - lombard dükanı 

fəaliyyətə başlayıb. 

Züleyxa xanım cehizlik malların satışını  həyata keçirən mağaza açmağı 

planlaşdırır. 




 

 

O deyir ki, bu işləri həyata keçirməkdə əsas məqsədi - vəsait əldə etmək və iki ən 



böyük arzusuna çatmaqdır. İlk növbədə Mingəçevir şəhərində teatr açmaq, bununla da 

mədəniyyət və incəsənətin  inkişafına öz töhfəsini verməyi arzulayır. 

Bundan başqa öz vəsaiti hesabına yetim uşaqlar üçün orta məktəb tikdirmək  

istəyir.  Ata-anasını hələ uşaq ikən itirmiş və həyatda çox

 

çətinliklərlə üzləşmiş Züleyxa 



xanım ehtiyac içində olan insanlara kömək etməyi çox sevir. 

Züleyxa xanımın fikrincə sahibkar istər qadın olsun, istərsə  də kişi, problemlər 

eynidir: maliyyə qurumlarından vəsait alınmasındakı çətinliklər, kredit şərtlərinin ağır 

olması. 


Əgər kredit götürə bilsə, quşçuluq təsərrüfatı yaratmaq fikrindədir. 

Züleyxa xanımın mərhum həyat yoldaşı Neptun Tağıyev istedadlı aktyor olub, iki 

oğlu, 4 nəvəsi var. Kiçik oğlu sahibkarlıq fəaliyyəti ilə  məşğul olur, onun öz şəxsi 

firması var. 

ʺBəzən dostlarım məni qınayır, sən maddi cəhətdən təmin olunmuş adamsan. 

Niyə bu qədər çalışırsan? - deyirlər. Mən isə  işsiz qala bilmirəm. Qarşıma qoyduğum 

məqsədə çatmaq - mənim həyat devizimdir. Mən isə hələ son məqsədimə çatmamışamʺ. 

Biz Züleyxa xanıma bütün məqsədlərinə çatmağı arzulayırıq. 

 

 

Rəhimə Məhərrəmova 



ʺULU-Fermerʺ MMC-in rəhbəri 

 

Lerikdən  11 km. məsafədə, Talış dağlarının  ətəyində  1000 m. hündürlükdə bir 



kənd var. Bu, Mondigah kəndidir. Sanki Tanrı bu yerlərdən heç nə  əsirgəməyib, 

dünyanın bütün gözəlliklərini burada cəmləyib. Bu gözəl kəndin sakini, Lerik 

rayonunun aparıcı sahibkarlarından biri Rəhimə Məhərrəmova ilə söhbət edirəm. Gənc 

qadının dağ gəlinlərinə məxsus utancaq çöhrəsində bir sıxıntı hiss olunurdu. Yəqin ki, o 

özü barədə danışmağı o qədər də sevmirdi. 

Rəhimə  Məhərrəmova  1974-cü il iyunun 24-də anadan olub. 1991-ci ildə orta 

məktəbi bitirdikdən sonra kənd qızlarının çoxu kimi kolxozda - heyvandarlıq sahəsində 

işləməyə başlayıb. Lakin bu dövrdə Azərbaycanda kolxoz və sovxoz təsərrüfatı 

dağılmağa və torpağın xüsusi mülkiyyətə verilməsi prosesi başlayır. Belə  şəraitdə 

torpaqdan daha səmərəli istifadə etmək imkanı yaranır. 

Gənc olmasına baxmayaraq təsərrüfat işlərində kifayət qədər təcrübəsi olan 

Rəhimə xanım 4 hektara qədər torpaq sahəsi alır və  ʺULU-Fermerʺ  Məhdud 

Məsuliyyətli Cəmiyyətini təsis edir. Sahibkarlıq fəaliyyətinə başlamaqda  əsas məqsədi 

çoxsaylı ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq idi. Torpağa bağlı bir insan kimi 

yaxşı anlayırdı ki, torpaqdan düzgün istifadə  əmək məhsuldarlığının artması  və 

bununla da maddi rifah halının yaxşılaşması deməkdir. 

Rəhimə  işə başlarkən vəsait çatışmamazlığı üzündən  əziyyət çəkir. Yalnız az 

imkanları və ailəsinin köməyi ilə işə başlayır və təsərrüfatı qurur. 

Müəssisədə 25-ə  qədər daimi işçi çalışır, məhsul yığımı mövsümündə burada 

çalışanların sayı 3 dəfə artıq olur. Müəssisə kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, 

quşçuluq, arıçılıq, meyvə və tərəvəzçilik sahələrində fəaliyyət göstərir. Əkinçilikdə əsas 



 

 

yeri buğda yetişdirilməsi və satışı tutur. Bu il hər hektardan 15 sentner taxıl yığılmışdır 



ki, bu da çətin dağ  şəraiti üçün yaxşı göstərici hesab olunur. Maliyyə  vəsaiti 

çatışmadığından texniki avadanlıqlar ala bilmir və onları icarəyə götürür. 

Kəndin dağlıq şəraiti heyvandarlıq üçün daha münasibdir. Müəssisə iri buynuzlu 

mal-qara və qoyunçuluqla məşğul olur. Ətlik heyvan yetişdirilməsi, süd məhsulları 

istehsalı və satışı əsas yer tutur. Yüksək keyfiyyətlə istehsal olunan  bu məhsullara yerli 

bazarda tələbat böyükdür. 

Quşçuluq təsərrüfatın nisbətən kiçik bir qoludur. 

Arıçılıq sahəsi hələ  gəncdir, lakin bu məhsula tələbat çox olduğundan gələcəkdə 

bu sahənin genişləndirilməsi nəzərdə tutulur. Bağ sahələri o qədər də böyük deyil. 

Burada  əsasən alma və armud yetişdirilir. Rəhimə xanım bağçılığı genişləndirmək, 

yalnız meyvə yetişdirilməsi və satışını deyil, həm də onların emalını  həyata keçirmək 

niyyətindədir. 

Tərəvəzçilikdə üstünlük kartof yetişdirilməsinə verilir, çünki bazarda bu məhsula 

böyük tələbat var. 

Təsərrüfatı genişləndirmək üçün Rəhimə xanım torpaq sahəsi icarəyə götürmək 

arzusundadır. Bunun üçün maliyyə  vəsaitinə ehtiyac var. Maliyyə institutlarına 

müraciət etsə də, hələlik bir nəticəsi yoxdur. 

Rəhimə xanım kənd təsərrüfatı ilə bağlı sahibkarlıq fəaliyyətini inkişaf etdirmək 

üçün bilgilərin az olmasından və informasiya qıtlığından şikayət edir. Paytaxta tez-tez 

gəlmək üçün imkanları olmadığından sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı seminar 

və treninqlərin regionlarda təşkil olunmasının zəruri olduğunu qeyd edir. 

O hələ  gənc ikən ailə qurub, iki uşağı var. Gələcəkdə övladlarının da bizneslə 

məşğul olmasını arzulayır. Həyat yoldaşının müəllim olmasına baxmayaraq, boş 

vaxtlarında təsərrüfatda çalışır. Çingiz müəllim həyat yoldaşının sahibkarlıqla məşğul 

olmasını çox yüksək qiymətləndirir, onu ailənin dayağı adlandırır. 

 

 



Xuraman Məmmədova  

ʺİlqarʺ Kəndli - Fermer Təsərrüfatının rəhbəri 

 

Xuraman xanım dəniz kimi dalğalanan kəhrəba zəmilərə, ucsuz-bucaqsız çöllərə 



saatlarla baxmaqdan doymur. Çünki onun uşaqlıq və gənclik arzuları, bir sözlə bütün 

həyatı bu düzlərlə bağlıdır.  ʹTorpaq qədirbilən insanın  əlindədirsə, deməli o yaşayır. 

Torpaq  əkilir, biçilir, məhsul verir, demək torpaq yaşayır. Mən torpağı sevən, onu 

yaşadan insanlardanamʺ-söyləyir. 

Xuraman Məmmədova  1957-ci il yanvarın 20-də  İmişli rayonunun Çaxırlı 

kəndində kolxozçu ailəsində anadan olub. 8-illik təhsil aldıqdan sonra 6 aylıq 

mexanizatorluq kursunu bitirib. 

1972-ci ildən o vaxt ölkənin  ən qabaqcıl təsərrüfatlarından olan Kalinin adına 

kolxozda sürücü-mexanizator işləyib. Çox keçmədən bacarıqlı pambıq ustası kimi 

şöhrət qazanıb,  ʺŞərəf nişanıʺ,  ʺQırmızı  əmək bayrağıʺ ordeni, ʺFəxri pambıqçıʺ  və s. 

kimi orden və medallara layiq görülüb. O zaman bütün respublika mətbuatı bu gənc 

pambıq ustasının fədakar əməyindən yazırdı. 




 

 

Xuraman xanım ömrünün uzun bir dövrünü bu işə sərf edir. 



ʺSonradan həyat dəyişdi, kənd təsərrüfatında baş verən köklü dəyişikliklər 

məndən də yan keçmədi. Lakin mən torpaqdan ayrılmadım, əksinə o mənə daha yaxın, 

daha doğma oldu. Torpaq sahəsi almaq və öz müəssisəmi yaratmaq qərarına gəldim. 

Çox çətinliklərlə üzləşdim, amma bu məni ruhdan salmadı. Mən bilirdim ki, firavanlıq 

çətinliklərdən, gərgin əməkdən sızıb gəlirʺ-deyir. 

1996-cı ildə Xuraman xanım 15 hektar torpaq sahəsi alır və ʺİlqarʺ Kəndli Fermer 

Təsərrüfatını yaradır. 

Təsərrüfatın fəaliyyət istiqaməti - pambıqçılıq və taxılçılıqdır. Torpağın 8 

hektarında taxıl, 7 hektarında isə pambıq becərilir. Burada 15 nəfər işçi çalışır, mövsümi 

işlərlə əlaqədar işçilərin sayı bəzən xeyli artıq olur. 

Təsərrüfatda ildə  hər hektardan orta hesabla 40-45 sentner pambıq yığılır.  İmişli 

Pambıq Zavodu ilə bağlanmış müqaviləyə  əsasən pambıq məhsulu ora təhvil verilir, 

zavoddan həmçinin pambığın becərilməsində istifadə olunan kimyəvi maddələr, 

dərman preparatları, toxumluq məhsullar alınır. 

Xuraman xanım pambığın satış qiymətinin çox aşağı olmasını da qeyd etdi. 

Taxılın məhsuldarlığı ildə  hər hektardan orta hesabla 30-35 sentner təşkil edir. 

Yığılmış taxıl əsasən yerli əhaliyə satılır. 

Maliyyə  vəsaitinin çatışmamazlığı üzündən təsərrüfatın texniki təchizatı    aşağı 

səviyyədədir.  

Problemlər təkcə bununla bitmir. Digər çətinliklər kommunal xidmətləri, işıq 

problemi, yolların bərbad vəziyyətdə olması ilə bağlı  məhsulun daşınıb təhvil 

verilməsindəki çətinlikləri qeyd etmək lazımdır. 

Xuraman xanim təsərrüfatda maldarlığın da inkişaf etdirilməsini nəzərdə tutur. 

Əgər maddi vəziyyət imkan verərsə, xeyriyyəçiliklə  məşğul olmaq, kənddə 

məktəb binasını yenidən qurmaq istəyir. Bundan başqa kənddə  xəstəxana və  uşaq 

bağçasına böyük ehtiyac var. O, gələcəkcə bütün bu işləri həyata keçirməyi planlaşdırır. 

Təsərrüfatda bütün ailə çalışır. Həyat yoldaşı  və iki övladı biznesdə onun yaxın 

köməkçiləridir. 

ʺTəsərrüfatçılıq çətin işdir, bəzən gün çıxandan gün batana kimi işləməli olursan. 

Amma səadət və firəvanlıq zirvəsinə gedən yol yalnız zəhmətdədirʺ-deyir. 

Biz də Xuraman xanıma zəhmətlə yoğrulan səadət zirvəsini fəth etməyi 

arzulayırıq. 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə