Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 

 

Nəzakət qızımı müəllim oxutduracağam. 



Müəllim niyə, ata? 

Ata qızının verdiyi bu sualın cavabında ʺinsanlara elm, savad öyrətmək müqəddəs 

bir işdir, həm də bu əsl qadın işidirʺ-söylədi. 

Atasının sözlərinə etirazını bildirməsə də, qızın ürəyində tamam başqa arzular var 

idi. 

1967-ci ildə Biləsuvar rayonu Ağaəli kənd orta məktəbini bitirdikən sonra ata-



anasının arzusunu yerə salmır.  1967-69-cu illərdə Bakı  Məktəbəqədər Pedaqoji 

Texnikumunda təhsil alır. 

Müəllimlik sənətinə yiyələnsə də, ürəyindəki arzuları ona rahatlıq vermir. Gələcək 

həyatını torpağa bağlı görən Nəzakət 1970-ci ildə mexanizator kursunu bitirir, 1972-78-

ci illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı  İnstitutunun Aqronomluq fakültəsində 

oxuyur. Onun bu hərəkəti ailənin narazılığına səbəb olsa da qızın meyli kənd 

təsərrüfatına idi. 

1978-84-cü illərdə Kirov adına kolxozda sürücü-mexanizator işləyir. Sosialist 

Əməyi Qəhrəmanı Sevil Qazıyeva adına mükafat uğrunda mübarizə aparır.  Onun 

arzusu görkəmli pambıq ustası Sevil  Qaziyevanin davamçısı olmaq idi. 

Bir il sonra o, kompleks-briqadaya  rəhbərlik edir. Onun gənclik arzuları bacarığı 

və işgüzarlığı sayəsində həyata keçir, respublikanın adlı-sanlı mexanizatoru kimi şöhrət 

qazanır.  ʺPambıq ustasıʺ,  ʺƏməkdar mexanizatorʺ kimi fəxri adlara layiq görülür, 

orden və medallarla təltif edilir. Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl 

və gümüş medallarını qazanır. 

1984-88-ci illərdə o, ʺOktyabrʺ kolxozunun sədri seçilir. Çox keçmir ki, təsərrüfat 

ölkənin qabaqcıl  müəssisələrindən birinə çevrilir. 

Sonra o, ʺAqrarsənayeʺ müəssisəsində  və keyfiyyət üzrə baş mütəxəssis və  şöbə 

müdiri, Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 

Sərhəd Bitki Karantin Müfəttişliyində çalışır. 

Lakin 90-cı illərin ortalarından başlayaraq respublikada baş verən dəyişikliklər, 

kolxoz və sovxoz torpaqlarının kəndlilərə paylanması, həyata keçirilən torpaq islahatı 

regionlarda sahibkarlıq fəaliyyəti - şəxsi fermer təsərrüfatlarının yaranması üçün geniş 

imkanlar açdı. Bu imkanlarda istifadə edən Nəzakət xanım sahibkarlıq fəaliyyəti ilə 

məşğul olmaq qərarına gəlir və 1998-ci ildə öz şəxsi fermer təsərrüfatını yaradır. Onun 

fikrincə regionda sahibkarlığın  ən perspektivli sahəsi - kənd təsərrüfatı  məhsulları 

istehsalıdır.  İnsanların yaşayış  səviyyəsinin və maddi rifah  halının yüksəldilməsi, 

dolanışıq səviyyəsinin yaxşılaşdırılması torpaqdan asılıdır. Onun zəngin təcrübəsi, 

torpağı əkib becərmək, ondan düzgün istifadə etmək vərdişləri və qabiliyyəti bu sahədə 

fəaliyyət göstərməyə imkan verdi. 

Onun fermer təsərrüfatı artıq 5 ildən yuxarıdır ki, işləyir. Təsərrüfatın 20 hektar 

torpaq sahəsi var. İstehsalın  əsas istiqaməti - taxılçılıq və  tərəvəzçilikdir. Burada 15 

daimi işçi çalışır, məhsul yığımı zamanı isə işçilərin sayı bir neçə dəfə artıq olur. 

Özünü ʺtorpağın həkimiʺ adlandıran bu qadın ʺMən bir həkim kimi onun nəbzini 

tuta bilirəm. Çünki torpaq körpə uşaq kimidir, onun qayğı və məhəbbətə ehtiyacı var. 

Torpağa sevgi ilə  səpilən hər bir toxumdan qızıl cücərir. Mənim həyatda  ən böyük 

nailiyyətlərim həmişə torpaqla bağlı olubʺ - deyir. 



 

 

İşin gedişi ilə bağlı müəyyən problemlərlə üzləşir. Bu hər  şeydən  əvvəl torpaq 



sahəsinin artırılması ilə əlaqədardır. Nəzakət xanım daha 50 hektar torpaq sahəsi almaq 

və istehsal sahələrini genişləndirmək fikrindədir. Kənd təsərrüfatı məhsulları emalı və 

satışını həyata keçirəcək şirkət qurmaq istəyir. 

Arzu və planlarını həyata keçirmək üçün özündə güc və tükənməz enerji hiss edir. 

Həyatının mənasını fəaliyyətdə və işdə tapan bu qadın bir dəqiqəsini belə boş keçirmək 

istəmir. 

Biznes fəaliyyətində  ən böyük dayağı  həyat yoldaşı  Səxavətdir.  Əvvəl 

təhlükəsizlik orqanlarında işləyən Səxavət indi təqaüdçüdür və  hər bir işdə ona 

yaxından göməklik göstərir. Nəzakət xanımın yeganə  qız övladı  hələ orta məktəbdə 

oxuyur. 


 

 

Kifayət İsmayılova 



ʺPoladʺ Kiçik Müəssisəsinin direktoru 

 

Üzbəüz oturduğumuz, qarşı-qarşıya söhbət elədiyimiz ilk dəfə idi. Onun 



sahibkarlıq fəaliyyəti ilə  məşğul olduğunu bilməsəydim, yəqin ki, onu ya müğənniyə, 

ya da aktrisaya bənzədərdim. Vüqarlı  və  təbii gözəlliyə malik həmsöhbətim  ʺPoladʺ 

Kiçik Müəssisəsinin rəhbəri Kifayət İsmayovadır. 

Kifayət  İsmayılova  1960-cı il avqustun 13-də Qax rayonunun Zərnə  kəndində 

anadan olub. Orta təhsilini doğma kəndində alıb. Məktəbi yaxşı qiymətlərlə bitirdikdən 

sonra  əməkdar müəllim olan atasının yolunu davam etdirmək və müəllim olmaq 

arzusunda olub. 

Lakin iş belə  gətirir ki, Kifayət ailə  vəziyyəti ilə  əlaqədar Mingəçevir  şəhərinə 

köçüb orada yaşamalı olur. Mingəçevir Politexnik texnikumuna daxil olur, Sənaye və 

Mülki Tikinti ixtisasına yiyələnir. 

1984-86-cı illərdə XRSU tikinti idarəsində    işləyir.  1986-cı ildən isə  dəmir-beton 

plitələrin istehsalı ilə  məşğul olan ʺZəhmətʺ kooperativində baş mühasib vəzifəsində 

çalışır.  1990-cı ildə müəssisə bağlanır və onun bazasında  ʺXalqa xidmətʺ    müəssisəsi 

yaradılır. 1997-ci ilə kimi Kifayət xanım burada baş mühasib işləyir. 

Bacarıqlı bir mütəxəssis kimi fərqlənib işin öhdəsindən gəlsə də, o özünü Nqa bir 

yerdə görürdü. Kifayət xanım özəl işini yaratmaq, sərbəst fəaliyyət göstərmək, öz 

sözləri ilə desək ʺkiminsə rəhbərliyi altında işləmək yox, özü rəhbərlik etməkʺ istəyirdi. 

Onun bu arzusuna ən mümkün yol sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Belə ki, 

o, 1997-ci ildə ʺXalıʺ Kiçik Müəssisəsini yaradır. 

Müəssisə xalça toxuculuğu və yumşaq inventar istehsalı ilə məşğul idi. İstehsalın 

bu sahəsi ona çox maraqlı  gəlirdi və  həm də bazarda bu məhsullara böyük tələbat 

olduğunu öyrənmişdi. 

Müəssisədə 30 nəfər çalışırdı.  İstehsal olunan xalçalar Azərbaycanın bir sıra 

rayonlarında satılırdı. ʺXalıʺ Kiçik Müəssisəsi 2000-ci ilə kimi müvəffəqiyyətlə fəaliyyət 

göstərir. Lakin əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və xalçaların satıs bazarının 

çətinləşməsi ilə onların istehsalına tələbat azalır. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə