Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

Bazarın tələblərinə uyğun olaraq Kifayət xanım müəssisəni yenidən qurmaq 



qərarına gəlir və  ʺXalıʺ Kiçik Müəssisəsinin maddi-texniki bazasında  ʺPoladʺ KM-ni 

yaradır.  Şirkətin  əsas gücünü yumşaq inventar - yataq dəstləri, ev üçün tekstil 

məhsulları, işçi geyimləri və s. istehsalına yönəldir. Bundan əlavə müəssisədə yeni 

istiqamət - təmir xidməti sahəsi təşkil edir. Rəhbərliyin çevikliyi və uzaqgörənliyi 

nəticəsində  həyata keçirilmiş yenidənqurma işləri öz bəhrəsini verir. Müəssisənin 

məhsuldarlığı artır. Hal-hazırda müəssisədə  15 işçi çalışır. Kollektiv çox böyük 

müfəvvəqiyyətlə müxtəlif tenderlərdə  iştirak edir. Yerli xammaldan istifadə etməklə 

səhiyyə və təhsil şöbələrinin sifarişlərini təmin edir. Kifayət xanım yeni istehsal sahəsi - 

ipək məhsulların 

istehsalını  təşkil etməklə müəssisənin fəaliyyət dairəsini genişləndirmək 

fikrindədir. Bunun üçün avadanlıqların yeniləşdirilməsinə və əlavə iş yerləri açılmasına 

ehtiyac var. Məsələlərin həlli maliyyə, kommunal xidmətlər və bir sıra digər 

problemlərlə üzləşir. Elə  əvvəldən, özünün dediyi kimi, onun sahibkarlıq yolu çətin 

olub. Bürokratik maneələr, qadın sahibkar kimi  özünə qarşı kişilərin qısqanc və qeyri-

ədalətli münasibəti ilə rastlaşıb. Bunlara tab gətirməkdə ona yalnız inadkarlığı  və 

qətiyyəti kömək edib. 

Deyir ki, ölkədə, xüsusilə  də regionlarda sahibkarlıq fəaliyyəti üçün yaradılmış 

şərait hələ istənilən nəticəni vermir, maliyyə qurumlarının işində, sahibkarlar üçün 

ayrılan vəsaitin verilməsində dəqiq işləmə mexanizmləri yoxdur və s. 

Kifayət xanım sahibkarların ictimai birliklərinə üzvlüyü yüksək qiymətləndirir. 

Belə hesab edir ki, bu cür təşkilatların köməyi ilə yeni işgüzar əlaqələr qurmaq, dünya 

təcrübəsini öyrənmək, yeni tərəfdaşlar tapmaq, müxtəlif treninq və seminarlarda, sərgi 

və yarmarkalarda iştirak etməklə yaxşı iş təcrübəsi əldə etmək mümkündür. 

Kifayət xanım 3 uşaq anasıdır, övladlarına qayğı  və diqqətlə yanaşmağa çalışır. 

Bununla belə  ʺVaxtımın çoxunu biznesə  sərf edirəm. Sahibkar üçün vaxt qızıldan  

qiymətlidir.  İşim mənə zövq verir. Bilirsiniz, öz əllərinlə yaratdığın işin son nəticəsini 

görmək nə qədər maraqlıdırʺ-deyir. Ona hər bir işində uğurlu nəticələr arzulayırıq! 

 

 



Tamilla Bağırova 

ʺGirdiman ʺ şirkətinin prezidenti 

ʺBakı fəhləsiʺ üzüm emalı zavodunun direktoru 

Həmsöhbətim  ʺGirdimanʺ  şirkətinin prezidenti və  ʺBakı  fəhləsiʺ üzüm emalı 

zavodunun direktoru Tamilla Bağırovadır. Yaşından çox cavan görünən bu yaraşıqlı 

qadını dinlədikcə torpağın səxavətini, insanın torpaqla ünsiyyətini, dostluğunu 

düşünürəm. ʺTəbiəti zəngin olan elin işığı da gur olarʺ-deyiblər. Bu isə insanın torpağa 

bəslədiyi məhəbbətin işığıdır. Bu işıqda işgüzar insanların arzuları, qayğıları, sabaha 

doğru atılan inamlı addımları aydın görünür. 

Tamilla Bağırova  1958-ci il iyunun 28-də Fizuli rayonunda anadan olmuşdur. 

1974-cü ildə orta məktəbi bitirib.1978-1983-cü illərdə D.Bünyadzadə adına Xalq 

Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb. 

Əmək fəaliyyətinə 1974-cü ildə başlayıb, Bakı tikiş müəssisəsində usta, ali məktəbi 

bitirdikdən sonra isə direktor işləyib. O zaman Tamilla xanımın rəhbərliyi altında 60 




 

 

nəfər işçi çalışırdı. Onun rəhbərlik etdiyi müəssisə yüksək göstəriciləri ilə  fərqlənib, 



ölkənin aparıcı müəssisələrindən birinə çevrilib. Burada istehsal olunan məhsullar 

ittifaq miqyaslı  sərgilərdə nümayiş etdirilib və  dəfələrlə yüksək mükafatlara layiq 

görülüb. 

1997-ci ildə Tamilla xanım  İsmayıllı rayonuna köçür. O illəri belə xatırlayır:  ʺO 

dövrdə  mən səhhətimlə  əlaqədar  İsmayıllı rayonuna köçməli oldum. Doğrudur, mən  

bu yerlərdə doğulmamışdım, amma bura tez isnişdim. Bu regionun gözəl, füsunkar 

təbiəti məni özünə bağladıʺ. 

1999-cu ildə  İsmayıllıda  ʺBakı  fəhləsiʺ üzüm emalı zavodunun direktoru təyin 

olunur. Bu fəaliyyətsiz müəssisəni öz hesabına təmir etdirib, işə salmaq istəyir. Lakin 

maliyyə vəsaiti alınması ilə bağlı çətinliklər ucbatından zavod işləmir. 

O, kənd təsərrüfatı ilə məşğul olmaq qərarına gəlir və ʺZərgəranʺ KFT-nı yaradır. 

20 nəfər adamın çalışdığı təsərrüfat heyvandarlıq - ətlik mal-qara yetişdirilməsi və satışı 

ilə məşğul olurdu. 

2000-ci ildə Tamilla xanım təsərrüfatı  sənaye ilə birləşdirmək və daha geniş 

fəaliyyətlə  məşğul olmaq qərarına gəlir. 7 hektar ərazidə yerləşən  ʺBədoʺ susüzmə 

sexinin yarımçıq tikilisini özəlləşdirir və orada ʺGirdimanʺ şirkətini açır. 

Şirkətin fəailyyət istqaməti çoxşaxəlidir kənd təsərrüfatı  məhsulları istehsalı  və 

satışı, turizm və kommersiya fəaliyyətlərini özündə birləşdirir.  ʺGirdimanʺ  şirkətində 

30 nəfər adam çalışır. 

Baxmayaraq ki, şirkətin iqtisadi potensialı, buranın təbii sərvətləri və digər 

imkanları yüksək səviyyədədir, müəssisə hələ tam gücü ilə işləyə bilmir. 

Məsələn, bu torpaqda insan orqanizmi üçün hədsiz faydalı  və müalicəvi 

əhəmiyyətli mineral su çıxır. Maliyyə çatışmamazlığı üzündən bu suyu istehsal edəcək 

sexin tikintisi yarımçıq qalıb.  Əgər sex istifadəyə verilərsə, daha 70 nəfəri işlə 

təmin 

etmək mümkün olacaqdır. Tikintini başa çatdırmaq üçün kreditə  və investisiya 



qoyuluşuna ehtiyac var. 

Tamilla xanımın bizneslə bağlı planları böyükdür. O, turizmi dünya standartları  

səviyyəsinə qaldırmaq üçün bu sahəni genişləndirmək və inkişaf etdirmək fikrindədir. 

Bundan  əlavə, bu torpaqda üzümçülüyü inkişaf etdirmək üçün gözəl təbii  şərait 

var. O, üzüm sahələri almaq və onları  bərpa etmək, bu diyarın  əsas peşəsi olan 

üzümçülüyü inkişaf etdirmək istəyir. 

Tamilla xanımın fikrincə, sahibkarlığa dövlət tərəfindən diqqət və qayğı bir qədər 

də artırılsa, bütün bu arzular heç də əlçatmaz deyil. 

Sahibkarlığın qarşılaşdığı problemləri o, keçid dövrünün xüsusiyyətləri ilə 

bağlayır və qadın sahibkarlığı haqqında fikrini belə izah edir: ʺAzərbaycan iqtisadiyyatı 

keçid dövrünü yaşayır. Belə bir şəraitdə  çətinlik hər bir işdə var. Amma qadın üçün 

sahibkar olmaq asan deyil. Doğrudur, rəhbərlik etmək vərdişləri məndə lap 

gəncliyimdən meydana gəlib. Lakin, bəzən kişilərin eqoist, paxıl münasibəti, 

məmurların maneələri ilə rastlaşıram. Həm də bir azəri qadını kimi, bir sıra  ənənəvi 

etik normaları gözləməli olursan. Bununla belə şikayət etmirəm, həyatımdan razıyam. 

Mənim müvəffəqiyyətlərim uğursuzluqlarımdan qat-qat çoxdurʺ. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə