Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

Hər iki obyekt ərzaq məhsullarının və gündəlik tələbat mallarının ticarəti ilə 



məşğuldur. Mağazada satılan mallar əsasən Avropanın inkişaf etmiş ölkələrinin və 

Rusiyanın aparıcı  şirkətlərinin istehsal etdiyi məhsullardır. Lətifə xanım məhsulların 

ekoloji cəhətdən təmizliyinə və yüksək keyfiyyətə malik olmasına diqqət yetirir. Çünki 

bu müştərilərə yaxşı xidmətin əsas təminatıdır. 

Mağazaları gəzərkən hər tərəfdə təmizlik, səliqə-sahman hiss olunur. Onlar yaxşı 

avadınlıqla təchiz edilmiş və zövqlə qurulmuşdur. Mal çeşidlərinin rəngarəngliyinə isə 

söz ola bilməz. Lətifə xanım məhsul çeşidlərinin bolluğuna, onların mağazada 

yerləşdirilməsi dizaynına, müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi 

məsələlərinə xüsusi diqqət yetirir. 

Obyektlərdə 32 nəfər insan işlə  təmin edilmişdir.  İşçilərlə söhbət edirəm, hamı 

Lətifə  

xanımın səmimiyyətindən, səxavətindən, bir müdir kimi diqqətli olmasından 

danışır, onlar arasındakı xoş münasibət elə o dəqiqə hiss olunur. 

ʺİşin müvəffəqiyyəti kollektivdən çox asılıdır. Bu ticarətdə daha incə  məsələdir. 

Əgər bu işdə işçilərə inam və etibar olması, işləmək mümkün deyil. Mən işçilərimə çox 

etibar edirəm. Çünki işə götürərkən seçimi çox diqqətlə aparıram. Biznesdə, xüsusilə də 

ticarətdə  təmizlik vacibdir. Kollektivdə mehribançılıq olmasına diqqət yetirirəm. 

İşçilərin problemləri ilə maraqlanıram, xeyir və  şər işlərinə, ailə  məsələlərində 

çətinliklərinə bacardığım köməkliyi edirəmʺ-deyir. 

Lətifə xanım məişət evləri açmaqla yeni fəaliyyət istiqaməti - xidmət sahəsi 

yaratmaq niyyətindədir.  Əgər maddi vəziyyəti imkan verərsə, bizneslə bağlı planları 

böyukdür. 

O, təhsilinin də qayğısına qalır. Hazırda Sumqayıt Dövlət Universitetinin İqtisad 

fakültəsində təhsilini davam etdirir. 

Sumqayıt Regional Sahibkarlar (işəgötürənlər) Assosiasiyasının üzvüdür. 

Lətifə xanım ölkədə sahibkarlığın inkişaf tempini müsbət qiymətləndirməklə 

bərabər, mövcud problemləri də qeyd etdi, ölkədə bizneslə məşğul olan hər kəsin eyni 

çətinliklərlə qarşılaşdığını vurğuladı. Kredit verən təşkilatların işində  dəqiq işləmə 

mexanizmlərinin olmamasını dedi. 

Qadınların biznes fəaliyyətini təbii proses adlandırdı.  ʺQadını  zəif hesab etmək 

səhv anlayışdır. Əslində qadın zəif yox, zərif məxluqdur, bunlar isə fərqli anlayışlardır. 

Yəqin ki, mənim həyatda çəkdiyim  əziyyətləri bir neçə kişi öz çiyinlərində daşıya 

bilməzdiʺ - söyləyir. 

Lətifə xanım gözəl ailə sahibi, qayğıkeş ana və mehriban nənədir. Dörd övladı və 

iki nəvəsi var. Gözəl və tərbiyəli uşaqlar böyüdüb, yerbəyer edib. 

Kişi hünərli bu cəsarətli qadının yalnız bir zəif yeri var ki, o da uşaqlarıdır. 

ʺHəyatımı işsiz təsəvvür etmirəm, bununla belə ailə mənim üçün həmişə birinci yerdə 

olub. Həyatdakı bütün əziyyətlərini və müvəffəqiyətlərim yalnız onun xatirinədirʺ  -

deyir. 

Lətifə xanıma və ailəsinə can sağlığı, işində uğurlar arzulayırıq! 



 

 

 




 

 

 



Əzizə Quliyeva  

ʺBorçalıʺ Kəndli - Fermer Təssərüfatının rəhbəri 

 

Əzizə xanımın bu günkü biznes fəaliyyətinə qiymət vermək üçün onun keçib 



gəldiyi ömür yoluna tam nəzər salmaq lazımdır. 

Əzizə Quliyeva 1959-cu il sentyabrın 21-də  İmişli  şəhərində anadan olub. 1976-cı 

ildə orta məktəbi  əla qiymətlərlə bitirdikdən sonra hüquqşünas olmaq istəyib. Lakin 

atası  ʺBu qadın sənəti deyilʺ - deyərək ona həkim olmağı  məsləhət görüb. Atasının 

istəyinə qarşı çıxa bilməyib sənədlərini Azərbaycan Dövlət Tibb institutuna verib, lakin 

müsabiqədən keçməyib.  1№-li Tibb Texnikumuna daxil olub. Tibb məktəbini 

bitirdikdən sonra ailə qurduğu üçün işləyə bilməyib. 

Əzizə xanım hüquqşünas olmaq fikrindən  əl çəkə bilmir. Azərbaycan Dövlət 

Universitetinin hüquq fakültəsinə daxil olur və 1987-1992-ci illərdə burada təhsil alır. 

Əmək fəaliyyətinə  1992-ci ildə başlayır və Prezident Aparatında Dövlət Hüquq 

Şöbəsində  məsləhətçi kimi çalışır. Lakin bu vəzifədə o, cəmi bir il işləyir. Çünki 

respublikada aparılan köklü struktur dəyişiklikləri: dövlət mülkiyyətinin 

özəlləşdirilməsi, yeni mülkiyyət münasibətlərinin və çoxnövlü təsərrüfatçılıq 

formalarının inkişaf etdirilməsi sahibkarlığın inkişafı  üçün  hüquqi,  iqtisadi  və texniki 

şərait yaradır. Bunları  dərk edən  Əzizə xanım kooperativ fəaliyyətlə  məşğul olmuş 

ailəsinin təcrübəsindən istifadə edərək kənddə ailəyə  məxsus  120 hektar torpaq 

sahəsindən istifadə etmək qərarına gəlir. Bazar iqtisadiyyatının  ən böyük xüsusiyyəti 

insanlara yalnız sərbəstlik və müstəqillik vermək deyil, həm  onları torpağın sahibi 

etmək idi. 1995-ci ildə o, ʺBorçalıʺ  Kəndli - Fermer Təsərrüfatını yaradır. Yaponiya 

hökumətinin verdiyi qrant hesabına təsərrüfatı texniki avadanlıqlarla təchiz edir. İndi 

ʺBorçalıʺ KFT rayonun ən iri təsərrüfatlarından biridir. 

Müəssisənin  əsas   fəaliyyət istiqaməti - qoyunçuluq- ətlik məhsulların 

yetişdirilməsi və satışı, yun istehsalıdır. 

Heyvanların yem tələbatını ödəmək üçün burada yonca da əkilir. 

Müəssisədə 32 nəfər adam çalışır. Cobanların və fermalarda işləyən digər işçilərin 

normal yaşayışını təmin etmək üçün hər cür tədbirlər həyata keçirilir. Onlar üçün evlər 

tikilib, maddi tələblərini ödəmək üçün müxtəlif cür meyvə növləri yetişdirilən bağ 

salınıb, 3 hektar ərazidə tərəvəzçilik məhsullarının yetişdirilməsi təmin edilib. 

Bununla belə burada şəraitin tam təmin  edilməsi bir sıra kommunal problemlərlə 

üzləşir. İşıq problemi və yolların narahat olması ilə bağlı xeyli çətinliklər var. 

Ən böyük problem isə torpağın şoran olmasıdır. Maddi imkanlar zəif olduğundan 

meliorasiya işləri aparılmır. Bunun nəticəsində isə torpaq bir neçə ildən sonra öz 

qüvvəsini itirə və istifadə üçün tamamilə yerarsız hala düşə bilər. Əzizə xanım 

bir neçə il əvvəl torpağın yuyulması ilə bağlı layihə hazırlayıb müxtəlif qurumlara 

təqdim etsə  də, nəticəsi olmayıb.  İndi həmin layihə üzərində yenidən işləmək və 

Beynəlxalq Təşkilatlara vermək niyyətindədir. 

Bir ildir ki, Əzizə xanım Bakı  şəhərində  ʺBorçalıʺ müəssisəsinin təmsilçiliyini 

yaradıb. O, tikinti şirkətlərinin materiallarla təchiz edilməsi istiqamətində  fəaliyyət 

göstərir. Təchizat  əsasən sifariş  əsasında həyata keçirilir. Əzizə xanım qeyd edir ki, 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə