Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

Azərbaycanda tikinti sənayesi sürətlə inkişaf edir, buna görə  də bu firmanın 



xidmətlərinə ehtiyac böyükdür. Gələcəkdə özü də tikinti şirkəti yaratmaq 

arzusundadır. 

Onun bizneslə bağlı planları çoxdur. Əgər respublikada aqrar sektora qayğı 

artırılsa, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısı alınsa və 

rüşvətxorluğun kökü kəsilsə, çox işlər görə bilər. 

Məsələn o, şəkər çuğunduru plantasiyası salmaq, yetişdirdiyi heyvanları yemlə 

təmin etmək məqsədilə yonca əkinini genişləndirmək istəyir. 

Əzizə xanımın həmçinin əl işlərində ailəsindən gələn böyük təcrübəsi var. Odur ki, 

İmişli şəhərində cehizlik məhsullar istehsal edən müəssisə açmaq fikrindədir. 

O, ailəlidir, iki övladı var. Oğlu Fransada təhsil alıb. Maliyyə və İqtisad Mühəndisi 

peşəsinə yiyələnib, indi Londonda işləyir. 

ʺHəyatınızdan, işinizdən razısınızmı?ʺ - sualına ʺXoşbəxtlik nisbidir. Elə şeylər var 

ki, arzulayırsan, amma həyata keçirə bilmirsən. Bu isə xoşbəxtliyin üzərinə kölgə salırʺ-

deyə cavab verir. 

Əzizə xanım bir sıra  Şərq və Avropa ölkələrində olub, aparıcı  şirkətlərin iş 

təcrübəsini öyrənib.  ʺGetdiyim ölkələrin hər birindən yeni ideyalar gətirirəm. Mən də 

onlar səviyyəsində olmaq, dünyaya çıxmaq istəyirəm. Görürsünüz nə qədər arzularım 

var. Amma istədiklərimin hamısına nail olmağa imkanlarım yol vermirʺ -deyir. 

Əzizə xanıma butün arzularının çin olmasını arzulayırıq! 

 

Səadət Həsənova 



ʺSahibkar qadınlarʺ MMC İdarə Heyətinin sədri 

 

İnsan və təbiət arasındakı harmonik bağlılıq və qarşılıqlı mövcudluq əsrlərdən bəri 



bəşəriyyətin diqqətini cəlb edən tədqiqat obyekti olmuşdur. Təbiət insanlara saysız-

hesabsız nemətlər bəxş edir, bütün gözəlliklərini onun üzünə açır.  Əvəzində isə 

insanlardan qayğı və müdafiə istəyir. Onu sevən, ona qayğı göstərənlərə qarşı təbiət çox 

xeyirxah və  səxavətlidir.  ʺMən yalnız təbiətlə  təmasda olduğum anlarda yaşayıram. 

Özümü onun bir parçası kimi dərk edirəm. Axı həyatımın ən sevindirici anları, rifah və 

səadətim üçün bu torpağa borcluyamʺ - sözlərinin müəllifi  Şəkidə  fəaliyyət göstərən 

ʺSahibkar qadınlarʺ MMC-nin rəhbəri Səadət Həsənovadır. 

O,1948-ci il iyulun 1-də  Şəkidə anadan olub. 1966-cı ildə  Şəki  şəhər  1№-li orta 

məktəbini bitirib, 2 il yarım Balakən Tikinti Texnikumunda, sonra Gəncə  Sənaye 

İnstitutunda oxuyub. 

O,  əmək fəaliyyətinə  1969-cu ildə  4№-li səyyar Mexanikləşdirilmiş  dəstədə 

başlayıb. 

Dövlət müəssisəsində işləməklə bərabər şəxsi ev təsərrüfatında da - heyvandarlıq 

və quşçuluq sahəsində  məşğul olub. Hələ sovet dövründə - 1986-cı ildə iri təsərrüfat 

yaradıb. Təsərrüfatın fəaliyyət istiqaməti - donuzçuluq - donuz ətinin yetişdirilməsi və 

dövlətə satışı idi. Yüksək keyfiyyətli məhsul istehsalına görə dəfələrlə mükafatlara layiq 

görülüb. 

Təsərrüfat uzun müddət fəaliyyət göstərir. 2002-ci ildə isə, ölkədə sahibkarlıq 

fəaliyyəti üçün yaradılan imkanlardan istifadə edərək ʺSahibkar qadınlarʺ MMC-ni təsis 



 

 

edir. Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri - heyvandarlıq - donuz, iri buynuzlu 



mal-qara, qoyun, keçi yetişdirilməsi, ət və süd məhsullarının istehsalı və satışı, kolbasa 

istehsalıdır. 

İkinci fəaliyyət istiqaməti müalicəvi əhəmiyyətli yabanı meşə meyvələrinin emalı 

və satışıdır. Burada itburnu, çaytikanı,  əzgil, zirinc meyvələrinin ekstratı, qoz, gül, 

gavalı mürəbbələri hazırlanır. Məhsullar yüksək keyfiyyəti və insan orqanizmi üçün 

faydalı olması ilə fərqlənir. 

İstehsal edilən məhsulların realizə edilməsi üçün cəmiyyətin nəzdində 2 mağaza 

fəaliyyət göstərir. 

Məhsullar yerli bazarda satılmaqla bərabər Rusiya bazarlarına da çıxarılır. Lakin 

Rusiya bazarlarına göndərilmiş məhsul üçün pul vaxtlı-vaxtında ödənilmədiyindən bu 

o qədər də sərfəli deyil. 

Bu il Bakı şəhər İcra Hakimiyyəti ona Bakıda mağaza tikmək üçün 100 kv. metrlik 

ərazi ayırıb. Səadət xanım orada üç mərtəbəli mağaza tikmək və istehsal etdiyi 

məhsulların burada satışını təşkil etmək niyyətindədir. 

Həmçinin o, Şəki  şirniyyatının Bakıda istehsalını  və satışını  həyata keçirəcək 

müəssisə açmaq istəyir. 

Şəki  şəhər  ərazisindən icarəyə götürdüyü torpaq sahəsində isə taxıl  əkmək 

niyyətindədir. Bunun üçün ʺTuranbankʺ Kommersiya bankından kredit götürüb. 

Səadət xanım bir xeyriyyəçi kimi təbiətin qorunması işində yaxından iştirak edir. 

O,  Şəki meşələrində 200 qoz ağacı  əkdirib və bu işi müntəzəm davam etdirəcəyini 

söyləyir. 

ʺSahibkar qadınlarʺ MMC-in istehsal etdiyi məhsullar müxtəlif sərgi və 

yarmarkalarda nümayiş etidirilir və ekspertlər tərəfindən yaxşı qiymətləndirilir. 

2002-ci ildə Bakıda keçirilən  ət məhsulları, 2003-cü ildə qida sərgisində  iştirak 

etmiş və Fəxri Fərmanlarla təltif edilmişdir. 

Səadət xanım bəzi yerli icra orqanlarından narazılığını da gizlətmir:  ʺYerlərdə 

Prezidentin Fərmanlarına  əməl olunmur, əgər hər yerdə qanun işləsəydi çox işlər 

görmək olardıʺ-deyir. 

Səadət xanımın bir qızı  və iki oğlu var, oğlanları onun yolunu davam etdirir, 

bizneslə məşğul olurlar. 

O öz işini çox şərəfli və ləyaqətlə yaşamağın ən yaxşı yolu adlandırır. 

 

 



Zemfira Həsənəliyeva 

ʺGreen Villeʺ İstirahət Kompleksinin meneceri 

 

Müasir gənclik həyata fərqli baxışı, yeni dünyagörüşü ilə seçilir. O, xəyal və 



həqiqətin sərhədini daha aydın görə bilir, göylərdən yerə enərək  əlçatmaz xülyalarla 

yaşamaqdan çox-çox uzaq olur, uca zirvələrə daha real yollar arayır. Sehrli nağıllardan 

bildiyi ʺcənnətiʺ öz əlləri ilə yaratmağı arzulayır. Bu cənnəti Xəzərin qumlu sahillərində 

görmək və qurmaq istəyən çağdaş  gəncliyimizin  ən bariz nümayəndələrindən biri 

Zemfira Həsənəliyevadır. 

Zemfira Həsənəliyeva 1973-cü il noyabrın 24-də anadan olmuşdur. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə