Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   14   15   16   17   18   19   20   21   22

 

 

Etibarın sakit və qayğısız həyatı uzun sürmür. Ermənistanın doğma 



torpaqlarımıza təcavüzünə dözə bilməyən həyat yoldaşı Sərhəd könüllü olaraq cəbhəyə 

gedir və 1992-ci ildə Xocalı ətrafındakı döyüşlərdə qəhrəmancasına həlak olur. 

Ailənin yükünü çiyinlərində tək daşımağa məcbur olan Etibar xanım həmin ildən 

ʺPambıqʺ ATSC-də mühəndis işləməy

Ə

 başlayır. Ölkədə gedən yeni iqtisadi proseslər, 



iqtisadiyyatda özəl bölmənin yaranıb inkişaf etdirilməsinə  və ictimai fəaliyyətin 

genişləndirilməsinə yönəldilən qanunların qəbul edilməsindən ruhlanaraq ictimai 

fəaliyyətlə məşğul olmağa başlayır. 

Hələ  uşaq ikən atasını, sonra isə  həyat yoldaşını itirən və arzuları ürəyində 

yarımçıq qalan gənc qadın yetimliyin, sahibsiz qalmağın nə demək olduğunu yaxşı 

bilirdi. Həyatda ağrılı-acılı günlər keçirən, bir çox çətinliklərlə üzləşən Etibar şəfqət və 

qayğıya ehtiyac hiss edən insanlara yardım etmək arzusu ilə yaşayırdı. Buna görə də o, 

Ümidʺ Sahibsiz Qadınlara Kömək Cəmiyyətində çalışmağa başlayır. ʺÜmidʺ cəmiyyəti 

başsız qalan ailələrə yardım etmək məqsədi daşıyırdı. 

Çox keçmir ki, onu ʺŞəhid ailələrinin müdafiəsi Cəmiyyətininʺ  sədri seçirlər. 

Bundan sonra onun xeyriyyəçilik fəaliyəti daha da genişlənir. 9 qəzetin keçirdiyi 

sorğuların nəticələrinə görə o, ʺTağıyevin davamçısıʺ fəxri adına layiq görülür. Sonra o, 

22 imkansız ailəni himayə edən Sosial Müdafiə Komissiyasının sədri kimi fəaliyyət 

göstərir. 

Etibar xanım uzun illərdən bəri ürəyində yaşatdığı arzunu da həyata keçirməyi 

unutmur. Qəlbən doğma torpağa bağlı olan bu qadın məktəb illərini xatırlayaraq belə 

deyir:  ʺMəktəbdə oxuyarkən kimya fənnini çox sevirdim və  əla qiymətlər alırdım. 

Dəfələrlə kimya üzrə respublika olimpiadalarının iştirakçısı olmuşam. Müəllimlərim 

İnstitutuna daxil olmağı məsləhət görürdülər. Anamın da arzusu məni həkim görmək 

idi. Mənim işə istəyim, planlarım  başqa idi. Həmişə  Sosialist Əməyi Qəhrəmanlarına, 

görkəmli pambıq ustalarına həsəd aparırdım. Ağ bulud karvanına bənzər ucu-bucağı 

görünməyən pambıq tarlalarına baxdıqca özümü o qəhrəman qadınların yerində 

təsəvvür edirdim. Elə bu arzu da məni Azərbaycan Dövlət Kənd Təsərrüfatı institutuna 

gətirdiʺ. 

90-cı illərin sonlarında ölkədə aparılan torpaq islahatı  və sahibkarlıq fəaliyyəti 

üçün münbit şəraitin yaranmasından ruhlanan qadın sahibkarlıq fəailyyəti ilə  məşğul 

olmaq - öz şəxsi təsərrüfatını yaratmaq istəyir.  İctimai fəaliyyətlə yanaşı  1997-ci ildə 

ʺZöhrabbəyovʺ firmasını  təsis edir. Firma kənd təsərrüfatı  məhsullarının istehsalı - 

əsasən pambıqçılıq və taxılçılıqla məşğul olurdu. Sonradan təsərrüfat genişləndikcə 

məhsuldarlıq artır və müəssisənin yeni istehsal sahələri yaranır. Firma heyvandarlıq 

məhsulları istehsalı ilə də məşğul olmağa başlayır. Müəssisədə 30-a qədər daimi, hər il 

isə 100-150 mövsümi işçi çalışır. 

Hal-hazırda firma rayonun ən qabaqcıl təsərrüfatlarından biridir. Rayonda 

xeyriyyəçi bir insan kimi tanınan Etibar xanım həm də sahibkar qadın kimi şöhrət 

qazanmışdır. 

O, Azərbaycan Respublkası Qadınlarının I və II qurultayının iştirakçısı olmuş  və 

ʺAzərbaycan Qadınlarıʺ Milli Ensklopediyasında onun adı lider qadın kimi qeyd 

olunmuşdur. 




 

 

Mətin iradəsi, hünəri,  əzmkarlığı  və  qətiyyətinə görə el arasında  ʺdəmir qadınʺ 



ləqəbi alan Etibar Hüseynova əslində kövrək qəlbli insan, iki övlad böyüdüb ərsəyə 

gətirmiş qayğıkeş bir anadır. 

ʺBilirsiz,  İnsan həyatda öz yerini, təyinatını tapmalıdır. Yolum hamar olmasa da 

həyatda öz yerimi tapmışam.  İşimin vurğunuyam, xeyriyyəçilik fəaliyyəti ilə  məşğul 

olmağı sevirəm.  Şəxsi həyatım uğursuz olsa da bir ana kimi xoşbəxtəm, övladlarımla 

fəxr edirəm. Məncə bu mənim doğru həyat yolumdurʺ. 

Etibar xanım, seçdiyiniz bu həyat yolunda sizə uğurlar arzulayırıq! 

 

 



Lətifə İsmayılova 

ʺOlimpʺ və ʺDünyaʺ ticarət mərkəzlərinin rəhbəri 

 

Lətifə xanım məni Sumqayıt şəhərinin girəcəyində qarşıladı. Sükan arxasında özü 



oturmuşdu. Cəsarətli və  sərbəst hərəkətləri, rəvan və  səlis danışığı elə ilk baxışdan 

özünə qarşı inam və etibar yaradırdı. 

ʺİlk  əvvəl sizi obyektlərimlə tanış etmək istəyirəm. Elə sizi bura dəvət etməkdə 

məqsədim də budur. Gərək hər şeyi özünüz görəsinizʺ - söylədi. 

Əvvəl Sumqayıtın mərkəzi küçələrindən birində yerləşən,  ʺDünyaʺ, sonra isə 

ʺOlimpʺ ticarət mərkəzinə gəlirik. Hər iki mərkəz gül-çiçəklə əhatə olunmuş bir ərazidə 

yerləşir. Lətifə xanımın dediyinə görə bunlar boş, kol-kos basmış bir yer olub. Nadir 

ağac və gül kolları əkdirərək burada gözəl bir bağça saldırıb. Ticarət mərkəzində daha 

çox istirahət parkını xatırladan bu yerlər səliqə-sahmanı və gözəlliyi ilə göz oxşayır. 

Lətifə İsmayılova 1962-ci il avqustun 10-da Neftçala rayonunda anadan olub. 1979-

cu ildə  əla qiymətlərlə orta məktəbi qurtarıb. Həkim olmaq arzusu ilə  sənədlərini ali 

məktəbə verib, lakin qəbul ola bilməyib 

Ailə qurub və uşaqları körpə olduğu üçün uzun müddət heç bir yerdə işləməyib. 

Sonra Lətifə xanım özəl fəaliyyətlə  məşğul olmaq və maddi vəziyyətini 

yaxşılaşdırmaq qərarına gəlir. Özü bu barədə belə deyir: ʺMən ticarət fəaliyyətinə 

başlayanda bu sahədə nə təhsilim, nə də təcrübəm vardı. Yalnız gücümə və bacarığıma  

arxayın idim. Mən hələ  uşaqlıqdan böyük işlər görəcəyimə, zəngin olacağıma 

inanırdım.  Yadımdadır, məktəbdə oxuyarkən anam mənə tibb bacısı olmağı məsləhət 

görərdi. Bilirsiniz, mən ona nə cavab verirdim? Deyirdim ki, tibb bacısı  həkimə tabe 

olur, mən isə kiminsə tabeçiliyində olmaq istəmirəmʺ. 

Yalnız öz daxili potensialına və imkanlarına arxalanan qadın  1996-cı ildə ticarət 

fəaliyyətinə başlayır.  180 kv. metrlik ərazidə yerləşən yarmarkanı icarəyə götürür. Bu 

işdə  həyat yoldaşı ona kömək edir, onlar birlikdə obyekti işlətməyə başlayırlar. Çox 

keçmir ki, yarmarkanın fəaliyyəti genişlənir və gəlirlə işləməyə başlayır. 

Bu dövrdə o, təhsil almaq barədə də düşünürdü. Odur ki, 1997-ci ildə Plan - Uçot 

Texnikumunun Maliyyə  və Vergi Hüququ fakültəsinə daxil olur və  4  il  burada  təhsil 

alır. 

Maliyyə imkanlarını genişləndirən Lətifə xanım  1999-cu ildə  ʺOlimpʺ ticarət 



mərkəzini açır və 8 nəfər adamla işə başlayır. 

2001-ci ildə o, daha bir obyekt ʺDünyaʺ ticarət mərkəzini işə salır. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə