Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 

 

1997-ci ildə ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsindən ruhlanan 



qadın ciddi çətinliklərlə üzləşmədən həmin ticarət müəssisəsini özəlləşdirir və onun 

maddi texniki bazasında ʺNamiq-84ʺ müstəqil müssisəsini yaradır. 

Müəssisənin fəaliyyət istiqaməti çox saxələrdir: 

Ticarət fəaliyyəti -qarışıq malların satışı ilə məşğuldur. 

Mebel istehsalı  və satışı - ofis, məişət mebeli, yumşaq mebel istehsal edir. Mebel 

sexi Rusiyadan gətirilmiş avadanlıqlarla təchiz edilib. istehsal üçün yerli xammaldan və 

Polşadan gətirilmiş məhsullardan istifadə edilir. 

Müəssisədə un dəyirmanı var və yerli əhaliyə xidmət göstərir. Burada istifadə 

olunan avadanlıqlar Türkiyədən gətirilmişdir. 

Müəssisənin nəzdində  ʺİdealʺ  Şadlıq evi də  fəaliyyət göstərir. Bu toyların və el 

şənliklərinin, müxtəlif bayram və hadisələrin yüksək səviyyədə qeyd olunması üçün 

xidmət edir. 

Müəssisədə 50-dən yuxarı adam işlə təmin edilmişdir. Xuraman xanım onların hər 

birinə böyük həssaslıq və diqqətlə yanaşır, problemlərinin həllində  və ehtiyaclarının 

ödənilməsində, onların təhsil və biliklərinin, iş  təcrübəsinin artırılmasında yardım 

göstərir. 

Maddi imkanları  aşağı olduğundan müəssisənin nəzdində iki obyektin fəaliyyəti 

dayandırılıb. Bağlanmış müəssisələrdən biri çörək zavodu, digəri isə tikiş sexidir. Hər 

iki obyektin işə düşməsi onlarla insanın, əsasən də qadınların işlə təminatı deməkdir. 

Bundan  əlavə mebel sexinin də böyüdülməsinə ehtiyac var. Maddi vəsait olan 

kimi Xuraman xanım bağlanmış müəssisələri açmaq, bütün sahələrdəki avadanlıqları 

yeniləşdirmək, müəssisəni Almaniyadan gətirilmiş texniki vasitələrlə  təchiz etmək 

fikrindədir. 

Biznesin üzləşdiyi ciddi problemlərdən digəri rayon yerləri üçün təbii olan işıq 

məsələsidir. Bu çətinlik iş prossesində fasilələrin yaranmasına, əlavə xərclərin meydana 

gəlməsinə səbəb olur. 

Gələcəyə nikbin baxan bu sahibkar qadın bütün bu problemlərin tezliklə aradan 

qalxacağına və Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf etmiş ölkələrdəki  

səviyyəyə çatacağına inanır. 

Xuraman xanım qabaqcıl iş adamlarından biri kimi rayonun ictimai-siyasi 

həyatında fəal iştirak edir. Bundan başqa xeyriyyəçilik işləri ilə  məşğul olur, şəhid 

ailələrinə, imkansız ailələrə əl tutur. 

Onun həyat yoldaşı 1999-cu ildə vəfat olub və 3 tələbə övladının bütün qayğı və 

problemlərini özü həll edir. 

Müəyyən çətinlikləri olsa da işindən çox razılıq edir, ədalətli və düzgün biznesi - 

dünyada halal pul qazanmağın ən əlverişli vasitəsi sayır. 

Xuraman xanım sahibkarlığın inkişafına dəstək olan QHT-lərdən gileyini də 

bildirdi. Bizneslə bağlı müxtəlif sahələrdə seminar və treninqlərə ehtiyacı olduğunu 

söylədi.  ʺDünya biznes təcrübəsinin öyrənilməsi, mütərəqqi iş üsullarının 

mənimsənilməsi, yeni idarəçilik formaları  və s. bu kimi istiqamətlərdə bilik və 

vərdişlərin əldə edilməsi bizim üçün çox vacib və önəmli bir məsələdirʺ - dedi. 

Xuraman xanıma bu arzusunu nəzərə alacağımızı  vəd etdik, işlərində ona 

müvəffəqiyyət arzulayaraq ayrıldıq. 



 

 

 



 

Zalixə Qayıbxanova  

ʺRaşadʺ MMM Idarə Heyətinin sədri 

 

Bakıdan şimala doğru hərəkət etdikcə təbiətin mənzərələri göz önündəcə dəyişir. 



Bom-boş yeknəsək çöllər yamyaşıl ağaclarla əhatələnmiş düzənlərlə əvəz olunur. Ətraf 

mahir bir rəssamın fırçasından çıxmış rəngarəng bir tabloya bənzəyir. 

Qusara günortaüstü çatırıq. Bakının boğanaq isti havasından sonra buralar cənnəti 

xatırladır. Qarşımıza çıxan ilk adamdan T.İsmayılov küçəsini soruşuruq. Burada 

insanları ünvanla aramırlar. Zalixə xanımı soruşan kimi orta yaşlı  bələdçimiz  ʺOnu 

hamı tanıyırʺ-deyərək həvəslə yolu göstərir. 

Böyük ikimərtəbəli binanın qarşısında bizi gülərüzlü, çöhrəsində dağ qadınlarına 

məxsus təravət və gümrahlıq hiss olunan qadın qarşılayır.  ʺGəlişinizə çox sevinirəm. 

Gərək tez-tez bizə baş çəkəsinizʺ-deyərək bizi içəri dəvət edir. Binanın birinci mərtəbəsi 

onun ofisidir, ikinci mərtəbəsində isə özü yaşayır. Söhbətində  işinə böyük maraq, 

inadkarlıq, səsində  əzm, qətiyyət duyulur. Sözündən məlum olur ki, onun məşğul 

olduğu biznesə gəlişi təsadüfi olmayıb. 

Zalixə Qayıbxanova  1951-ci il dekabrın 25-də Qusar rayonunun Xürel kəndində 

anadan olub. Orta təhsilini Qusar şəhər  1  №-li orta məktəbdə alıb.  1968-72-ci illərdə 

Quba Sovxoz Texnikumunun aqronomluq şöbəsində təhsil alıb. Texnikumu bitirdikdən 

sonra 9 il ərzində Qusar rayonu

 

Avaran kənd sovetinin sədri işləyib. İşdən ayrılmadan 



təhsilini davam etdirərək 5 il Ali Partiya Məktəbində oxuyub. 

1986-ci ildə Zalixə xanım ʺAzərxalçaʺ Elmi-Yaradıcılıq Birliyinin tabeçiliyində olan 

ʺQusar Xalçaʺ  İstehsalat Müəssisəsinin direktoru təyin edilir. Müəssisədə 340 nəfər 

çalışırdı.  Əsasən qadınlardan ibarət olan bu kollektiv planlı sovet iqtisadiyyatı 

dövründə dövlət planlarını artıqlaması ilə yerinə yetirirdi. Zalixə xanımın  şəxsi 

keyfiyyətləri, işgüzarlığı, bacarığı sayəsində  ʺQusar Xalçaʺ  İstehsalat Birliyi Sovet 

İttifaqının aparıcı müəssisələrindən birinə çevrilmişdi. Müəssisənin istehsal etdiyi 

xalçalar dünyanın tanınmış muzeylərini bəzəyir, bir çox xarici ölkələrə göndərilirdi. 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra planlı dövlət təsərrüfatı 

dağılır. Ölkədə baş verən bu sosial-iqtisadi dəyişikliklər  ʺQusar Xalçaʺ istehsalat 

müəssisəsindən də yan keçmir. 

Dövlət müəssisələrinin özəlləşdirilməsi prossesi başlandıqdan sonra ʺQusar Xalçaʺ 

İstehsalat Birliyinin bazasında  ʺRəşadʺ  Məhdud Məsuliyyətli Müəssisəsi yaradılır. 

Həyatının 17 ilini müəssisənin əmək fəaliyyətinə həsr etmiş, doğma kollektivdən ayrıla 

bilməyən və bu işdə  zəngin təcrübəsi olan Zalixə Qayıbxanova  ʺRəşadʺ MMM-nə 

rəhbərlik edir. 

Müəssisənin özəlləşdirilməsi zamanı  çətinliklər - süründürməçilik, dövlət 

məmurları  tərəfindən yaradılmış süni maneələrlə üzləşir. Çətinliklərə baxmayaraq 

2003-cü ildə Zalixə xanım istədiyinə nail ola bilir və özəl fəaliyyətə başlayır. Onun 

xalçaçılıq sənayesindəki zəngin təcrübəsi və rəhbərlik etmək vərdişləri köməyinə gəlir. 

Hazırda  ʺRəşadʺ MMM-də 25 nəfər çalışır. Müəssisə xalça istehsalı,  əsasən də 

sumax - xovsuz xalça istehsalı ilə  məşğuldur.  İstehsal edilən məhsullar bu sahədə 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə