Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 

 

Bilik və savadını daim artırmağa çalışan bu insan böyük bir təhsil yolu keçmişdir. 



1967-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1970-73-cü illərdə Gəncə Yüngül sənaye 

Texnikumunda müxəndis-texnoloq ixtisası üzrə,  1990-94-ci illərdə Azərbaycan 

Respublikası Ali Tətbiqi Kollecdə  rəssam-modelyer ixtisası üzrə,  1994-97-cü illərdə 

Azərbaycan Texnoloqiya Universitetində modelyer-texnoloq, 1997-99-cu illərdə  Gəncə 

Dövlət Pedaqoji Universitetində, 2000-2004-cü illərdə Gürcüstan Dövlət Universitetinin 

iqtisadiyyat fakültəsində təhsil almışdır. 

Zemfira xanım  əmək fəaliyyətinə  1973-cü ildə  Gəncə  şəhər mədəniyyət evində 

dərzilik peşəsi üzrə müəllim kimi başlayıb. Tezliklə öz bilik və bacarığı ilə seçilib. 1983-

cü ildə Gəncə Mərkəzi Mədəniyyət evinə şöbə müdiri təyin olunub. 

1988-ci ildən Zərdabi adına Pedaqoji institutunun nəzdində  təşkil olunmuş 

dərzilik kurslarında Zemfira Ağayevanın hazırladığı tədris materialları əsas vəsait kimi 

istifadə olunmağa başlanır. Onu həmin kurslara müəllim, 3 il sonra isə müdir təyin 

edirlər. 

O, 2 cildlik ʺGeyim məmulatlarının hazırlanma texnologiyası  və onun tədrisi 

metodikasıʺ və ʺÖzün biç və tikʺ kitablarının müəllifidir. 

1995-ci ildə Zemfira Ağayeva Bakı Dövlət Universitetinin nəzdində yaradılmış 

Qızlar Kollecinin Gəncə filialını yaradır. 

1996-cı ildə o, Gəncə Modalar evinin direktoru təyin edilir. Bir il sonra, Dövlət 

Özəlləşdirmə Proqramının həyata keçirilməsi ilə həmin Modalar Evinin sahibi olur. 

1998-ci ildə şəhid və qaçqın ailələrinin övladlarının peşə təhsili alması üçün ʺQızıl 

əllərʺ müəssisəsini yaradır və 50 nəfər insanı orada işlə təmin edir. Onun xeyriyyəçilik 

fəaliyyətinin nəticəsi olan bu müəssisədə xalq sənətkarlığı -dulusçuluq, zərgərlik, xalq 

tətbiqi sənəti üzrə peşəkarlar, rəssamlar, təyyarə  bələdçiləri, modelyerlər hazırlanır. 

Burada kompyutor və xarici dil (ingilis, alman və fransız) kursları  fəaliyyət göstərir. 

İldə  100-dən yuxarı  gənc müxtəlif peşələrə sahib olurlar. Zemfira xanım onların işlə 

təmin olunmasına da yardım göstərir. 

Müəssisədə xalq sənətkarlığı məhsullarının istehsalı və satışı da həyata keçirilir. 

Milli geyimlərə müasir çalar verməklə gözəllik dünyasında öz dəsti-xətti ilə 

fərqlənən Zemfira xanımın Modalar Evi müvəffəqiyyətlə  fəaliyyət göstərir. O, 

Azərbaycanın milli geyimləri ilə müasir Avropa geyimlərinin sintezini yaradıb.  Şəxsi 

modelləri Moskva, Sankt-Peterburq, Daşkənd kimi böyük şəhərlərdə nümayiş etdirilib 

və uğur qazanıb. 

Gəncə şəhərində ildə 4 dəfə yeni geyim kolleksiyalarının nümayişini keçirir, və bu 

artıq ənənə halını almışdır. 

Bu il iyunun 14-də  təşkil edilmiş iki günlük xalq sənətkarlığı  sərgisində  iştirak 

etmiş Almaniya ekspertləri nümayiş olunan məhsullara yüksək qiymət vermişlər. 

Həmin layihənin davamı olaraq bu ilin sentyabr ayının sonunda Bakıda sərgi təşkil 

etməyi planlaşdırır. 

Zemfira xanım bu il Yaponiya və  Almaniyada  xalq  sənətkarlığı, Türkiyə  və 

Rusiyada Moda sərgilərinə dəvət almışdır. 

Onun 2000-ci ildə yaratdığı  ʺİdman sağlamlıq mərkəziʺ  uğurla fəaliyyət göstərir

qadınların sağlamlıq və gözəlliyinə xidmət edir. 




 

 

2000-ci ildə o, həmçinin  ʺGəncə Sahibkar Qadınlar Birliyiʺ qeyri-hökuməti 



təşkilatını yaradır. Birliyin məqsədi sahibkarlıq fəaliyyətinə başlayan qadınlara bizneslə 

bağlı bilgilər vermək, onları maarifləndirməkdən ibarətdir. Birliyin 700-ə  qədər üzvü 

var. Qərb regionunun beş rayonunda- Xanlar, Goranboy, Tovuz, Qazax, Şəmkirdə 

nümayəndəliyi yaradılmışdır. 

Zemfira xanımın rəhbərlik etdiyi birlik yerli və xarici QHT-lərlə  sıx  əməkdaşlıq 

edir və Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli 

Konfederasiyasının, Gəncə Aqro-biznes Assosiasiyasının üzvüdür. 

ABŞ Dövlət Departamentinin dəvəti ilə bu ölkədə  işgüzar  səfərdə olan Zemfira 

xanım amerikalı  iş adamları ilə görüşüb.  Əməkdaşlıq  əlaqələri qurub və bu 

əməkdaşlığın nəticəsidir ki, hər il qadın sahibkarlar müxtəlif xarici bölgələrə gedir və 

qabaqcıl təcrübəni öyrənirlər. 

Fəal sahibkar kimi, 2004-2008-d illər üçün regionların iqtisadi inkişafı üzrə Dövlət 

Proqramının yerinə yetirilməsində  iştirak edir və yeni layihələr üzərində çalışır. 

ʺQadın-Moda-Gözəllikʺ  mərkəzi açmaq və daha 100 nəfəri işlə  təmin etmək 

arzusundadır. 

Biznesə başlamaq istəyən qadınların maliyyə problemlərinə yardım etmək 

məqsədilə Sahibkar Qadınlar Kredit Birliyi yaratmaq niyyətindədir. 

Zemfira xanım gözəl ailə sahibidir, iki oğlu var. Oğlu Sahib də biznes fəaliyyəti ilə 

məşğuldur. 

Zemfira xanım insanların rahat və firəvan həyatına təminat verən sahibkarlıq 

yolunu seçdiyi üçün özünü xoşbəxt sayır. 

Bu seçimində ona daha böyük uğurlar arzulayırıq. 

 

Xuraman Əliyeva 



ʺNamiq-84ʺ Müstəqil Müəssisəsinin direktoru 

 

Xuraman xanım yaraşıqlı, gözəl geyinmiş,  əsl  ʺxanım-xatınʺ bir azərbaycanlı 



qadınıdır. Lakin mən onun zənginliyini bu keyfiyyətlərlə qiymətləndirmirəm. Çünki 

insanın daxili məzmununu, dünyagörüşünü, bilik və bacarığını zaman və həmin zaman 

çərçivəsində gördüyü işlər müəyyənləşdirir. Çox da böyük olmayan zaman daxilində 

çox böyük işlər görən insanlardan biri - işgüzar qadın Xuraman Əliyevadır. 

Xuraman  Əliyeva  1956-cı il iyul ayının  15-də  Cəlilabad rayonunun Ağdaş 

kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirdikdən sonra bir il sovxoz 

idarəsində işləyib. 

1974-cü ildə Moskva Kooperativ İnstitutunun Bakı filialının  əmtəəşünaslıq 

fakültəsinə daxil olur və 1978-ci ildə bitirir. 

Əmək fəaliyyətinə Sovxoz Fəhlə İstehlak Cəmiyyətində əmtəəşünas kimi başlayır. 

2 ildən sonra ailə qurur və bununla bağlı uzun müddət işləmir. 

1987-ci ildə  Cəlilabad rayonunun Göytəpə  qəsəbəsində böyük universal mağaza 

açılır və Xuraman xanım orada şöbə müdiri işləməyə başlayır. Mağaza o zaman 50 

nəfərdən yuxarı adamın çalışdığı böyük bir ticarət müəssisəsi idi. 1991-ilə kimi mağaza 

dövlət müəssisəsi kimi fəaliyyət göstərir. 

1991-ci ildə isə Xuraman xanım mağazanı icarəyə götürür və onu işlədir. 




Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə