Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə134/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   130   131   132   133   134   135   136   137   ...   314

  

271 


xınlıq etdi və Abbasə həmin gecə hamilə oldu. Vaxt çatanda Abbəsənin bir oğlu 

o

ldu və xəlifənin qorxusundan uşağı dayə ilə birlikdə Məkkəyə göndərdilər. 



Eyni zamanda Cəfərin atası Yəhya xəlifə Harunun hərəmxanasına nəzarət 

edirdi. Yəhyanın hərəmlərlə kobud rəftarını görən xəlifənin baş hərəmi Zibey-

də Yəhyadan Haruna şikayət etdi. Bunun cavabında xəlifə Yəhyanın ədəb və 

qey


rətinə inandığını bildirdi. Xəlifənin cavabından qəzəblənən Zibeydə Cəfərlə 

Abbasə arasında baş verənlərin hamısını ona danışdı. 

Bütün baş verənləri dərindən öyrənmək istəyən xəlifə həmin il həccə ge-

dərək uşağında yerini öyrənib tapdı. Xəlifə intiqam almaq fikrində olsada, Bər-

məkilərin  kifayət  qədər  güclü  olduğunu  bildiyi  üçün  ehtiyatlı  davranaraq  öz 

məqamını gözləməyə başladı. 

Bərməkilərə qarşı əks-təbliğat son dərəcə uğurla həyata keçirilirdi. Nəha-

yət, hicrətin 187-ci ili (miladi 803) Harun Bərməkiləri aradan götürmək qərarı-

na gəldi. Həcc səfərindən qayıdan Harun Ənbar şəhərində dayanaraq xidmətçi-

si Məsrura göstəriş verdi ki, Cəfərin qaldığı yerə gedib başını kəsərək onun ya-

nına gətirsin. Xəlifənin verdiyi əmri icra edən Məsrur Cəfərin başını onun hü-

zu

runa gətirdi. Eyni gecədə Cəfərin atası Yəhya, qardaşları Fəzl, Məhəmməd 



və Musa həbs edildilər. Qısa müddət sonra Məhəmməd və Musa dövlət işlərinə 

qa

rışmadıqları üçün sərbəst buraxıldı. Ağır işgəncələrdən sonra hiicrətin 190-cı 



ili (miladi 806) Yəhya, ondan üç il sonra isə Fəzl dünyasını dəyişdi. 

Bərməkilər  sülaləsi  Abbasi  xilafətində  on  yeddi  il  (786-803)  vəzirlik  et-

dilər. Onlardan sonra Harun vəzirliyə Fəzl ibn Rəbi ibn Yunisi gətirdi.

408


 

Hicrətin 188-ci ili (miladi 804) Əbdükməlik ibn Saleh ibn Əli Abbasi oğlu-

nun və nökərinin xəbərçiliyi ilə xəlifəyə xəyanətdə təqsirli bilinərək, həbsə atıl-

dı (Vaxtilə hicrətin 181-ci ili (miladi 797) Bizansa qarşı edilən yürüşdə Anqa-

ra

ya qədər irəliləyən şəxs). Harunun ölümünə qədər həbsdə qalan Əbdülməlik, 



son

rakı xəlifə Əmin dövründə Şam valisi təyin edildi. 

Hicrətin 189-cu ili (miladi 805) Kirmanda dincələn Harun üçüncü oğlu Qa-

si

mi “Mütəmin” ləqəbi ilə Məmundan sonra vəliəhd elan edərək camaatdan be-



yət  aldı. Bundan  əlavə xilafətə tabe olan adaların, sərhəd bölgələrinin və Bi-

zans


la sərhəd ərazilərin idarəsini ona tapşırdı. 

Aralıq dənizində hökmranlığı qorumaq istəyən müsəlman donanması Hü-

meyd ibn Məyufun başçılığı ilə Kipr adasına həmlə edərək bol qənimət və əsir 

ələ  keçirdi.  Sonra  iki  tərəf  arasında  müqavilə  bağlandığı  üçün  müsəlmanlar 

ada

nı tərk etdilər. 



 

 

 

408


Bərməkilər  haqqında  daha  geniş  məlumat  üçün  bu  mənbələrə  müraciət  edə  bilərsiniz: 

Bartold, Bərməkilər, II cild, səh-560-562; Tarixi-Təbəri, IV cild, səh-657-664; İbn Kəsir, əl-

Bidayə vən-Nihayə, X cild, səh-204-212. 

  

                                                           




 

272 


Hicrətin 190-cı ili (miladi 806) Rafe ibn Leysin üsyanı 

Bu il Səmərqənd valisi Rafe ibn Leys ibn Nəsr ibn Səyyar əhalini ətrafına 

toplayaraq xi

lafətə qarşı üsyan etdi. Yəqubunin rəvayətinə görə Rafe əvvəllər 

Əli ibn İsaya xidmət edirmiş. Həmin vaxt xəlifə Harun Əli ibn İsaya tapşırmış-

dı ki, Rafeni nəzarəti altında saxlamaq üçün ona ucqar şəhərlərin hakimliyini 

tap

şırmasın. Lakin buna əhəmiyyət verməyən Əli onu Səmərqənd hakimi təyin 



et

mişdi.


409

 

Təbəriyə görə isə Rafe Səmərqənddə olarkən, əyanlardan birinin arvadını 



alda

daraq, özünə arvad etdi. Bundan xəbər tutan xəlifə Rafenin cəzalandırılma-

sı üçün əmr verdi. Lakin həbsdən qaçan Rafe Xorasan valisi Əli ibn İsaya sı-

ğındı. Əli ibn İsa öz oğlunun vəsatəti ilə onu bağışlayıb Səmərqəndə göndərdi. 

Rafe ibn Leys Səmərqəndə çatan kimi şəhər valisini öldürərək hakimiyyəti ələ 

keçirdi. Tezliklə bütün Mavəraunnəhr əhalisi Rafe ibn Leysə beyət etdi.

410

 

Xorasan  valisi  Əli  ibn  İsa  oğlunu  Rafe  ilə  döyüşə  göndərsə  də  Xorasan 



ordusu məğlub edildi. Bundan bir il sonra Rafenin adamları Əli ibn İsanın oğ-

lu

nu mühasirəyə alaraq öldürdülər. Oğlunun ölüm xəbərini eşidən Xorasan va-



li

si Əli ibn İsa ibn Mahan qorxudan Bəlxi tərk edib Mərvə qaçdı. Xəlifə Harun 

Əli ibn İsanın acizliyini görüb, onu valilikdən azad etdi və onun yerinə məhşur 

sərkərdə Hərsəmə ibn Əyəni Xorasan valisi təyin etdi. Xorasana gələn Hərsə-

mə onun əmlakını müsadirə etdi, özünü də zəncirləyib Bağdada xəlifə Harunun 

hüzu


runa  göndərdi. Harun ər-Rəşid də Əli ibn İsanı Bağdaddakı evində həbs 

etdi. 


Hicrətin 192-ci ili (miladi 808) xəlifə Harun Rafe ibn Leys üsyanını yatır-

maq üçün Xorasana üz tutdu. Oğlu Məmun, vəzirləri Fəzl ibn Rəbi və Fəzl ibn 

Saleh onu 

müşayiət edirdilər. Yolda səhhəti pisləşən xəlifə, yoluna davam edə 

bilməyib Tus şəhərinin Sənabad kəndində qaldı. Oğlu Məmunu isə Xorasana 

Rafe ibn Leyslə döyüşə göndərdi. Tusda olarkən xəlifənin yanına Buxara uğ-

runda gedən döyüşlərdə Rafenin əsir düşmüş qardaşı Bəşir ibn Leysi gətirdilər. 

Xəlifənin əmri ilə onu diri-diri doğradılar.

411

 

Hicrətin 190-cı ili (miladi 806) Kiprlilər sülhü pozaraq xilafətə qarşı çıxdı-



lar. Xəlifənin göstərişi ilə Kiprlilər üzərinə gedən Məyuf ibn Yəhya onların bir 

qis


mini öldürməklə bərabər bir qismini də əsir götürdü. 

 

Hicrətin 191-ci ili (miladi 807) baş verən hadisələr 

Bu il İraqın Səvad bölgəsində Sərvan ibn Seyf xilafətə qarşı üsyan etsə də, 

bu üsyan Tavq ibn Malik tərəfindən yatırılmışdır. Bunun ardınca Şamda Əbin-

nüdə adlı şəxs üsyan etdi və bu üsyanda Yəhya ibn Muaz tərəfindən yatırıldı. 

409


 Tarixi-Yəqubi, II cild. 

410


 Tarixi-Təbəri, IV cild. 

411


 Tarixi-Təbəri, IV cild. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə