Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə135/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   131   132   133   134   135   136   137   138   ...   314

  

273 


Yezid ibn Muhəlləd əl-Hubeyri on min nəfərlik ordu ilə Bizansa qarşı səfər 

et

sə də, Tarsus yaxınlığında baş verən döyüşdə öldürüldü və onun ölümü ilə or-



du

su da məğlub şəkildə geriyə qayıtdı. Buna cavab olaraq xəlifə Hərsəmə ibn 

Əyəni və Həddim ibn Məsruru otuz min nəfərlik ordu ilə Bizansa qarşı göndər-

di. Özüdə bunlara yaxın olmaq üçün Hədəsə gedib kilsə və monastırların sökül-

məsinə göstəriş verdi. 

Bu  ilin  şəvval  ayında  Herakliyanı  fəth  edən  Harun  şəhəri  yandıraraq 

əhalini əsir götürdü. Bu il xəlifə Harun Hümeyd ibn Məyufu Şam sahillərinə və 

Mi

sirə qədər uzanan ərazilərə vali təyin etdi. 



 

Hicrətin 192-ci ili (miladi 808) baş verən hadisələr 

Sərhəd bölgəsinə vali təyin olunan Sabit ibn Nəsr ibn Maliki Bizansa daxil 

ola

raq Matmurəni fəth etdi. Bunun ardınca Sabit ibn Nəsr tərəfindən, Bizans-



lılarla müsəlmanlar arasında barış haqqında müqavilə imzalandı. 

Cəbəl  və  Azərbaycan  tərəflərində  xürrəmilər  üsyanı  baş  verdi.  Bundan 

xəbər tutan xəlifə Harun xürrəmilərin üzərinə Abdullah ibn Malik ibn Heysəm 

əl-Xuzaini on min nəfərlik ordu ilə göndərdi. Baş verən döyüşdə qalib  gələn 

Abdullah  ibn  Malik  xürrəmilərin  bir  qismini  öldürdü,  bir  qismini  də  arvad-

uşaqları ilə birlikdə əsir olaraq Bağdada gətirdi. Harun kişilərin öldürülməsinə, 

ar

vad və uşaqların isə qul kimi satılmasına göstəriş verdi. Bundan əvvəl Meh-



di

nin xilafəti dövründə xürrəmilərlə İsfəhan yaxınlığında Xuzeymə ibn Qəm-

lisin döyüşərək onları məğlub etmişdir. 

Yenidən  Kipr üzərinə  gedən müsəlman donanması Kiprlə  yanaşı Rodosu 

da mühasirəyə aldı. Lakin tərəflər arasında razılaşma sənədi imzalandığı üçün 

səlmanlar adaları tərk etdilər. 



 

Şimali Afrikada vəziyyət 

Abbasilərin zülmündən qaçaraq Afrika qitəsinə sığınan Əhli-beyt nümayən-

dələrindən biri də İdris ibn Abdullah Məhz ibn Həsəni-müsənna ibn İmam Hə-

sən (ə) idi. O, Şimal-qərbi Afrikada, indiki Tunis ərazisində məskunlaşmış bər-

bər tayfaları arasında təbliğat aparmış və nəticədə bərbərlər İdrisi özlərinə hökm-

dar seçmişlər.  İlk öncə xəvaricləri məğlub  edən  İdris Şimali Afrikada  İdrisilər 

dövlətinin əsasını qoymuş və özü də I İdris adı ilə bu dövlətin ilk hökmdarı ol-

muşdur.  İdrisilər  dövləti  hicri  172-314/miladi 789-926-cı  illərdə  mövcud  ol-

muşdur. I İdris öz dövləti üçün paytaxt olaraq Fas şəhərini inşa etdirdi. 

İdrisilər dövlətini yıxmağa çalışan xəlifə Harun ər-Rəşid öz casuslarından 

bi

rini Fasa göndərərək I İdrisi zəhərləyərək öldürdü. I İdris vəfat edərkən kəni-



zi hamilə idi. Dörd aydan sonra doğulan uşağa atasının adını qoydular və o, II 

İdris (793-828) adı ilə hökmdar təyin edildi. Harunun səylərinə baxmayaraq şiə 

təmayüllü olan İdrisilər dövləti Şimal-qərbi Afrikada 130 ildən artıq hakimiy-

yətdə oldu. 

  



 

274 


Xəlifə Harun ər-Rəşid Şimali Afrikada baş verən üsyanlardan çox narahat 

idi. Bu zaman Zab valisi İbrahim ibn Əğləb xəlifəyə bu üsyanları yatıra biləcə-

yini, üstəlik hər il xilafətə qırx min qızıl göndərə biləcəyini söylədi.  Bundan 

əlavə İbrahim ibn Əğləb Şimali Afrika valiliyinin onun vəfatından sonra oğul-

la

rına keçməsini istəmişdi. Əvvəlki vali Hərsəmə Harundan bu təklifi qəbul et-



məsini istədi. 

Xəlifə Harun bu şərti qəbul edərək, hicrətin 184-cü ili (miladi 800) İbrahim 

ibn Əğləbi İfriqiyyə valisi təyin etdi. Qısa müddət ərzində üsyanları yatıran İb-

ra

him ibn Əğləb 800-cü ildə İfriqiyyə vilayətində Əğləbilər dövlətinin əsasını 



qoy

du.  Əğləbilər  dövləti  hicri  184-296/miladi 800-909-cu  illərdə  mövcud  ol-

muşdur. Əğləbilər öz ərazilərini Abbasilərin adından idarə etsələr də, istənilən 

qərarı qəbul etməkdə müstəqil idilər.

412

 

 



Avropa ilə əlaqələr 

Abbasi xəlifəsi Harun ər-Rəşidin xilafətindən danışarkən, onun Avropanın 

ən güclü dövləti sayılan Frank dövlətinin başçısı Böyük Karlla (768-814) olan 

əlaqələrinə toxunmadan keçmək olmur. Bu iki böyük hökmdarı Bizans dövləti-

nə qarşı olan maraq bir-birinə daha yaxın edirdi. Böyük Karl Harunun Bizansla 

haribələrini diqqətlə izləyirdi. Franklarla müsəlmanları Bizansa qarşı ümu-



mi maraq birləşdirirdi. Buna görə də, Böyük Karl Abbasilərlə dostluq əlaqələri 

qur


maq və Bizansa qarşı güclü müttəfiq əldə etmək istəyirdi. 

Harunu  isə  Əndəlusda  müstəqil  dövlət  qurmuş  Əməvi  əmirləri  narahat 

edir

di. Aradakı məsafənin uzaqlığı üzündən onlara qarşı lazımi şəkildə mübari-



zə  aparmağa  hazır  olmayan  xəlifə  Haruna  öz  rəqibini  neytrallaşdırmaq  üçün 

Fran


k krallığı ilə mehriban əlaqələr qurmaq sərf edirdi. Əgər Əndəlus Əməvi-

ləri  Şimali  Afrikadakı  Abbasi  torpaqlarına  hücum  etsəydilər,  Harun  Franklar 

vasi

təsilə bu təhlükəni aradan qaldıracaqdı. 



797-806-

cı illər arasında Böyük Karl Bağdada iki dəfə elçi göndərmiş və 

on

lar bahalı hədiyyələrlə geri qayıtmışlar. 



İyirmi üç ilə yaxın hakimiyyətdə olan Abbasi xəlifəsi Harun ər-Rəşid hic-

rətin 193-cü  ili  cəmadiəl-axir  ayının  dördündə  (miladi  809)  Tusun  Sənabad 

kəndində vəfat etmişdir.

413


 

 

Hz.



İmam Musa Kazim (ə) 

O Həzrətin mübarək adı Musa, Kazim isə ləqəbidir. Atası İmam Cəfəri Sa-

diq 

(ə),  anası  isə  bərbər  vilayətindən  olan  Həmidə  xanımdır.  İmam  Kazim  (ə) 

hic


rətin 128-ci ili səfər ayının yeddisində, miladi 745-ci il Əməvi xəlifəsi II Mər-

van ibn Məhəmmədin xilafəti dövründə Mədinənin Əbva adlı kəndində anadan 

412

Tarixi-


Təbəri, IV cild, səh-621-625; Tarixi ibn Əsir, VI cild, səh-154-157. 

413


 Tarixi ibn Əsir,VI cild, səh-211-214. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə