Şahlar şahbaz oğlu şƏRİfov


Hicrətin 179-cu ili (miladi 795) baş verən hadisələr



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə132/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   128   129   130   131   132   133   134   135   ...   314

  

267 


Hicrətin 179-cu ili (miladi 795) baş verən hadisələr 

Bu  il  Fəzl  ibn  Yəhya  yerinə  Ömər  ibn  Cəmili  vəkil  buraxaraq  Xorasana 

gəldi. Bunun ardınca Harun ər-Rəşid oraya Mənsur ibn Yezid ibn Mənsur əl-

Himyərini vali təyin etdi. 

Eyni ildə Xorasanda Həmzə ibn Abdullah Ətrük Sicistani üsyan etdi. Qısa 

müd


dət ərzində böyük uğurlar qazanan Həmzə otuz min nəfərlik qoşun toplaya-

raq, Xorasan valisinin əsgərlərini məğlub etdi. Herat və Sistanı ələ keçirən Həm-

zə, Fars vilayətini tutmağa cəhdlər göstərdi. Harun şəxsən onun əleyhinə yürüşə 

çıxdı.  Lakin  yolda  Bizansın  hücum  xəbərini  eşidib,  sərhəd  bölgəsinə  üz  tutdu. 

Həmzənin qiyamı bir neçə ildən sonra, Məmunun hakimiyyəti dövründə yatırıldı. 

 

Hicrətin 180-ci ili (miladi 796) baş verən hadisələr 

Bu  il  yenidən  Şamda  Qeysilərlə  Yəmanilər  arasında  qəbilə  çəkişmələri 

can

landı. Bu dəfə Harun məsələnin həllini Cəfər ibn Yəhya ibn Xalid ibn Bər-



məkiyə tapşırdı. Xəlifə Şam vilayətinin ixtiyarını Cəfərə tapşırandan sonra ona 

belə dedi: “Gərək Şama ya özüm gedim, ya da sən gedəsən”. Cəfərin başçılıq 

etdiyi ord

uda Abbas ibn Məhəmməd, Şəbib ibn Hümeyd ibn Qəhtəbə kimi ba-

ca

rıqlı sərkərdələr də onun tabeliyində idilər. Şama gələn Cəfər qısa müddət ər-



zində orada asayişi bərpa etdi. Qəbilələrin hamısı tərkisilah olundu. 

Bu il Cürcanda qırmızı paltar geyinən və özlərinə muhəmmirə deyilən bir 

dəstə üsyan etdi. Onlar zindiqlərdən olan Əmr ibn Məhəmməd ibn Əmrəki öz-

lərinə  başçı  seçdilər.  Harunun  göstərişinə  əsasən  Cürcan  naibi  Əmr  ibn  Mə-

həmmədi öldürərək bu üsyana son qoydu. 

Eyni ildə Bizansa yürüş edən Züfər ibn Asam xeyli qənimətlə geri qayıtdı. 

Bu

nun ardınca Musa ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbas insanları 



həccə apardı. 

 

Hicrətin 181-ci ili (miladi 797) baş verən hadisələr 

Bu il xəlifə Harun ər-Rəşid böyük bir ordu ilə Bizansa qarşı  yürüşə çıxdı. 

Or

ta Anadoluya daxil olan Harun möhkəm müdafiə sisteminə malik olan Safsaf 



qalasını  ələ  keçirdi.  Xilafət  sərkərdələrindən  olan  Əbdülməlik  ibn  Saleh  An-

qaraya  qədər  irəliləyib  xeyli  ərazini  ələ  keçirdi.  Bizans  imperatoru  İrina  sülh 

bağlamaq xahişi ilə müraciət etdi və tərəflər arasında barışıq sənədi imzalandı.

402


 

Bu il xəlifə tərəfindən təyinat almış vali Səid ibn Səlm ibn Quteybə Bahili yer-

li zadəganlar tərəfindən narazılıqla qarşılandı. Dərbənd ona tabe olmaqdan boyun 

qa

çırdı. Bu zaman Səid ibn Səlm dərbəndliləri cəzalandırmağı qərara aldı. O, Dər-



bənd qiyamının rəhbəri Nəcm ibn Haşimi ələ keçirib öldürdü. Nəcmin oğlu Həy-

yun isə atasınıın intiqamını almaq üçün xəzərlərlə birləşib, onları müsəlman tor-

paq

larına hücum etməyə həvəsləndirdi. Bu ilin sonunda xəlifə Harun insanları həc-



cə apardı və təşri günlərinin bitməsini gözləməyərək Minadan Məkkəyə getdi. 

402


 Tarixi-Təbəri, IV cild, səh-645. 

  

                                                           




 

268 


Hicrətin 182-ci ili (miladi 798) baş verən hadisələr 

Bu il xəlifə Harun həcc səfərindən qayıdarkən bir müddət Riqqədə qaldı və 

bu

rada Məhəmməd əl-Əmindən sonra digər oğlu Abdullah əl-Məmunu ikinci 



vəliəhd  elan  etdi.  Beyət  mərasimindən  sonra  Məmuna  Xorasan  torpaqlarının 

(Həmədana qədər) valiliyi verildi. 

Bizans  hakimi  olmaq  istəyən  İrina  kiçik  oğlu  VI  Konstantin  ibn  İlyonun 

göz


lərini çıxararaq Bizans taxtını ələ keçirib beş il Bizansı idarə etdi. Bu ilin 

so

nunda Musa ibn İsa ibn Abbas insanları həcci apardı. 



 

Hicrətin 183-cü ili (miladi 799) baş verən hadisələr 

Bu il xəzərlər Dərbənddən keçib müsəlman torpaqlarına qədəm basdılar. De-

mək olar ki, heç bir müqavimətə rast gəlməyən xəzərlər Kür çayının sahillərinə 

qədər  irəliləyib  xeyli  qənimət  ələ  keçirdilər.  Bundan  xəbər  tutan  xəlifə  Harun 

bacarıqsız vali Səid ibn  Səlmi işdən azad edərək, əvvəllər bu vəzifəni daşımış 

Yezid ibn Zaidə Şeybani ilə Xuzeymə ibn Xazim Təmimini böyük bir qoşunla 

oraya yolladı. İslam ordusunun gəldiyini öyrənən xəzərlər geri çəkildilər.

403


 

Müsəlmanların  xəzərlərə  qarşı  son  hərbi  əməliyyatı  beləcə  keçdi.  Hicri 

183/miladi 799-

cu ildən sonra bu iki qüvvə bir daha hərb meydanında üz-üzə 

gəlmədi. 

Eyni ildə Xorasan vilayətində Əbul-Xəsib Nisai xəvaric şüarı altında üsyan 

et

di.  Bir  ildən  sonra  xilafət  qoşunları  ilə  döyüşdə  məğlub  olan  Əbul-Xəsib 



aman istədi və ona aman verildi. İki il sonra hicri 185-ci ildə (miladi 801) o, 

ye

nidən xilafətə qarşı çıxaraq Tus, Nişapur və Əbivərdi ələ keçirdi. Bunun ar-



dınca Mərvi mühasirəyə aldı, lakin tuta bilməyib Sərəxsə doğru hərəkət etdi. 

Bu dəfə Xorasan valisi Əli ibn İsa ibn Mahan üsyanı yatırmaq üçün hərəkətə 

ke

çdi. Hicrətin 186-cı ili (miladi 802) Əbul-Xəsib Nisainin qüvvələri məğlub 



edil

di, özü öldürüldü, ailə üzvləri əsir edildi. Bu ilin sonunda Abbas ibn Musa 

əl-Hadi insanları həccə apardı. 

Bu ilin rəcəb ayının 25-də xəlifə Harunun əmri ilə İmam Musa Kazim (ə) 

Sin

di ibn Şahək tərəfindən Bağdad həbsxanasında şəhid edilmişdir. Müqəddəs 



məzarı Kazimeyn şəhərindədir. 

Hicrətin 184-cü ili (miladi 800) Cəzirədə Əbu Əmr Şari üsyan etdi. Xəlifə 

onun üzərinə İsa ibn Əli ibn İsanı göndərərək məğlub etdi. Sonra Həmzə ibn 

Ab

dullahın arxasınca Kabil və Zabulistana qədər getdi. Bu ilin sonunda İbra-



him ibn Məhəmməd əl-Abbasi insanları həccə apardı. 

Hicrətin 185-ci ili (miladi 801-802) Təbəristan xalqı narazı olduqları vali 

Meh

rəveyh  ər-Razini  öldürdülər.  Onun  ölümündən  sonra  Harun  Təbəristana 



Ab

dullah ibn Səid əl-Hərəşini vali təyin etdi. Əbdürrəhman əl-Ənbari isə Mər-

cül-

əl-Əkada  xəvaricdən  olan  Əban  ibn  Qəhtəbəni  öldürdü.  Bu  ilin  sonunda 



403

 Tarixi ibn Əsir, VI cild, səh-263. 

                                                           



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə