Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə136/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   132   133   134   135   136   137   138   139   ...   314

  

275 


olmuşdur. İmam Sadiq (ə) şəhid olarkən, İlahi elmin sirlərini, Hz.Peyğəmbərin 

və digər peyğəmbərlərin miraslarını İmam Kazimə (ə) təslim etmişdir. 

İmam Kazim (ə) atasının tutduğu elmi yolu davam etdirərək böyük elmi ocaq 

ya

radıb tanınmış elmli və fəzilətli şəxsiyyətlər yetişdirmişdir. Lakin İmam Kazi-



min 

(ə) yaratdığı elmi məktəb İmam Sadiqin (ə) təşkil etdiyi elm ocağından kiçik 

id

i. İmam Kazim (ə) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm 



də əxlaqi dəyər və insani sifətlər baxımından da ad çıxarmışdır. İmam Kazimin (ə) 

həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqi qarşısında baş əyirlər. 

G

örkəmli islam alimi və hədisçisi İbn Hacər Heytəmi yazır: “İmam Kazim 



(ə)  atasının  elm  və  biliyini  irs  aparmış,  atasının  fəzilət  və  kamalına  malik 

olmuşdur.  O,  cahil  və  nadan  insanlarla  güzəşt  və  səbrlə  davrandığına  görə 

“Kazim”  yəni  qəzəbini  boğan  ləqəbini  almış,  onun  dövründə  heç  kim  ilahi 

maarif və bilik baxımından ona çatmamışdır.”

414

 

Seyyid ibn Tavus yazır: “İmam Kazimin (ə) xüsusi dostlarından böyük bir 



qismi və həmçinin Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətra-

fına yığışaraq onun kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsə-

lələr haqqında verdiyi hökmləri qeyd edirdilər.”

415


 

İmam  Sadiqin  (ə)  təşkil  etdiyi  məktəbdə  getdikcə  sayı  çoxalan  şiələr  İmam 

Kazimi 

(ə) qanuni xəlifə hesab edirdilər. Bu da öz növbəsində Abbasi xəlifələrini 

na

rahat edirdi.  İmam Kazimin (ə) imamətinin əvvəli xəlifə Mənsur Dəvaniqinin 



xi

lafətinin axırlarına təsadüf edir. O, İmamın (ə) atasını şəhid etdiyi üçün ona əziy-

yət vermədi. Mənsurdan sonra hakimiyyətə gələn oğlu Mehdi İmam Kazimi (ə) 

Mədinədən xilafətin paytaxtı Bağdada gətirərək həbs etdi. Mehdi ilahi möcüzələr 

sa

yəsində İmam Kazimi (ə) şəhid edə bilməyərək yenidən Mədinəyə qaytarmış-



dır. Mehdidən sonra hakimiyyətə gələn oğlu Hadi, İmam Kazimə (ə) əzab vermə-

sə də, tarixdə ən böyük cinayətlərdən birinə imza atmışdır. Hadi “Fəxx” adlı mən-

təqədə İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əlini və onun üç yüz nəfər 

tərəfdarını  vəhşicəsinə  şəhid  etmişdir.  Hadidən  sonra  hakimiyyətə  gələn  Harun 

ər-Rəşid dərhal İmam Kazimi (ə) Bağdada gətirib həbs etdi. Harun İmamı (ə) zin-

dana saldıqda onun ibadəti nəinki zəifləmədi, əksinə artdı və İmam (ə) Allaha be-

lə bir şükr etdi: “Ey Allahım, bilirsən ki, Sənə ibadət etməkdən ötrü mənim üçün 

vaxt ayırmağını istəmişdim və Sənə şükr olsun ki, bunu mənim üçün etdin!” 

İmam Kazim (ə) zindanı məscidə çevirib orada namaz qılır, oruc tutur, dua 

edirdi və nə bir azan səsi eşitmədiyindən, nə də bir işıq görmədiyindən nama-

zın vaxtını zindanban: “Ağam namaz vaxtıdır” deyə xəbər verirdi. Harun sara-

yında içki içən əxlaqsız bir kənizini İmama (ə) qulluq etmək bəhanəsilə zinda-

na gön

dərir və elə düşünür ki, o, İmamın (ə) ibadətinə mənfi təsir göstərəcək. 



Bir müddət sonra nə baş verdiyini öyrənmək üçün Harun qulluqçusunu zindana 

gön


dərdi  və  qulluqçu  qadını  səcdə  halında  görüb  Haruna  xəbər  verdi.  Qadın 

414


 Əs-səvaiqul-muhriqə, səh-203. 

415


 Əl-ənvarul-bəhiyyə, səh-170. 

  

                                                           




 

276 


tün həyatını Allahın ibadətinə, namaza, duaya və Quran tilavətinə həsr edən 

İmamın (ə) şəxsiyyətindən təsirlənərək, çirkin əməlləri buraxıb dünyadan köçə-

nədək öz imanında qaldı. 

Büt

ün  bunlardan  narahat  olan  Harun  sonda  Sindi  ibn  Şahək  vasitəsilə 



Hz.

İmam Kazimə (ə) zəhərli xurma verərək hicrətin 182-ci ili (və ya 183) rə-

cəb ayının 25-də, miladi 799-cu ildə şəhid etdi. Müqəddəs məzarı Kazimeyndə-

dir. İmam Kazimin (ə) künyəsi Əbul-Həsəni-sanidir. 

 

İmam Kazimin (ə) ləqəblər: 

1) Kazim – 

qəzəbini boğan; 

2) 


Siqə – doğruçu, etibarlı; 

3) 


Əmin – etibarlı; 

4) Zarib – vuran; 

5) Babul-

həvaic – hacətlər qapısı. 

İmam Kazimin (ə) nigahlı zövcəsi olmamış və onun övladları kənizlərin-

dən doğulmuşdur. Bu kənizlərin ən məşhuru İmam Rzanın (ə) anası Nəcmədir. 

Tarixi mənbələrə görə İmam Kazimin (ə) otuz yeddi övladı olmuş və bun-

lar aşağıdakılardır: 

1) Hz.

Əli ibn Musa (ə) (İmam Rza); 2) İbrahim; 3) Abbas; 4) Qasim; 5) İsmail; 



6) 

Cəfər; 7) Harun; 8) Həsən; 9) Əhməd; 10) Məhəmməd; 11) Həmzə; 12) Ab-

dullah; 13) 

İshaq; 14) Ubeydullah; 15) Zeyd; 16) Həsən; 17) Fəzl; 18) Hüseyn; 

19) Süleyman; 20) Fatimeyi-

Kübra (Məsumə); 21) Fatimeyi-Suğra; 22) Rüqəyya; 

23) 

Hökümə; 24) Ümmi-Əbiha; 25) Rüqəyyatus-Suğra; 26) Ümmi-Cəfər; 27) Lü-



babə; 28) Zeynəb; 29) Xədicə; 30) Əliyyə; 31) Aminə; 32) Həsənə; 33) Aişə; 

34) Üm


mü Sələmə; 35) Ümmü Gülsüm; 36) Rəhimə; 37) Məsumə. 

İmam Kazimin (ə) üzüyündə bu yazı yazılmışdır: “Kun məallahu hərzən”– 

Allah ilə birlikdə ol. 

 

İmam Kazimin (ə) müasiri olmuş xəlifələr: 

1) 

Mənsur Dəvaniqi (754-775); 



2) Mehdi (775-785); 

 

3) Hadi (785-786); 



4) 

Harun ər-Rəşid (786-809). 



 

Əbu Abdullah Məhəmməd Əmin hicri 193-198 (miladi 809-813) 

Əbu Abdullah Məhəmməd Əmin hicrətin 170-ci ili (miladi 786-787) Bağ-

dadda anadan olmuşdur. Anası Zibeydə xanımdır. Həm Hz.Peyğəmbərdən (s) 

son


rakı dörd xəlifə, həm də Əməvi və Abbasi xəlifələri arasında yalnız üç nəfər 

ata və ana tərəfdən Bəni-Haşim soyuna mənsubdur: Hz.Əli (ə), Hz.Həsən (ə) 

və Əmin ibn Harun. Harun vəfat etdiyi zaman Əmin Bağdadda, Məmun Xora-

san


da, Qasim isə Kinnəsrində idi. Xəlifənin vəfatından sonra xəlifəlik əlamət-

ləri olan əsa, üzük və qılınc Bağdada Əminə göndərildi. Elə həmin gün hicrətin 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə