Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə199/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   195   196   197   198   199   200   201   202   ...   314

 

402 


İsmaililər öz əqidələrini lazımi səviyyədə təbliğ edirdilər. İsmaili təbliğat-

çılarından İbn Xavşəb Yəməndə bu əqidəni yaymağa başlayanda Əbu Abdullah 

əş-Şiini də Şimali Afrikaya göndərdi. Əbu Abdullah Bərbəri Qutamə qəbiləsi-

nin hörmətini qazanaraq orada İsmaililiyin əsasını qoydu. İmam Ubeydullah əl-

Meh

di Abbasilərin itaətindən qurtarmaq üçün ya Yəmənə ya da Şimali Afrika-



ya  gedəcəkdi. Miladi 903-cü ildə (hicri 291)  əvvəlcə Rəmləyə  gedən Mehdi, 

ora


dan da Misirə getdi. Misirdə Abbasi valisinin ona görə sıxıntı çəkdiyini hiss 

edin


cə,  tərəfdarları  ilə  birlikdə  Şimali  Afrikaya  doğru  hərəkət  etdi.  Bu  arada 

Əbu Abdullah Şimali Afrikadakı Əğləbilər (800-909) dövlətini yıxmaq üzrə idi 

və bu Mehdinin istəyinə uyğun idi. Abbasilərdən uzaq dayanmaq istəyən Meh-

di uyğun olmayan zamanda onlarla qarşılaşmaq istəmirdi. Lakin İfriqiyyədəki 

adam

ları ilə əlaqə saxlaya bilməyən Mehdi Sicilmasəyə getdikdə, şəhərin əmiri 



tərəfindən  həbs  edildi.  Bu  arada  909-cu  ildə  (hicri  296)  Əğləbilərin  paytaxtı 

Riq


qəni ələ keçirən Əbu Abdullah son Əğləbi əmiri III Ziyadətullahı (903-909) 

şəhərdən çıxardı. Miladi tarixi ilə 910-cu ildə Ubeydullah əl-Mehdi Əbu Ab-

dul

lah ilə birlikdə Riqqəyə daxil olduqdan sonra “Mehdi-lidinillah” və “Əmir-



əlmöminin”  ləqəbləri  ilə  xəlifə  elan  edildi.  Onlar  özlərini  müsəlmanların  qa-

nuni xəlifəsi hesab edirdilər. Şiə-İsmailiyyə əqidəli olmalarına baxmayaraq heç 

vaxt  əsarətləri  altında  olan  sünnüləri  şiələşdirməmişlər.  Fatimilər  Şimali  Af-

rikada malikilik, Misirdə isə safeilik məzhəbinin ardıcıllarını heç vaxt təqib et-

məmişlər. 

Miladi tarixi ilə 921-ci ildə Mehdiyyə şəhərini inşa etdirən Fatimilər buranı 

öz

lərinə paytaxt etdilər. Lakin sonrakı xəlifələr 948-ci ildə Qeyrəvan yaxınlı-



ğında Mənsuriyyə şəhərini qurmuş və burada yerləşmişlər. 973-cü ildə isə xəli-

fə əl-Muiz (953-975) Tunisdən Misirə köçmüş və bundan sonra Fatimilər xila-

fəti iki yüz il burada hakimlik etmişdir. Onlar bura köçməzdən dörd il əvvəl fa-

ti

mi komandanı Cövhər Misiri fəth etmişdir. Qahirə şəhərini inşa etdirən Fati-



mi

lər  onu  “Misirul-Qahirə”  adlandırmışlar.  Fatmilər  Afrika  dövründə  (909-

973)  bir  çox  çətinliklərlə  qarşılaşdılar.  Şimali  Afrika  əhli  sünnə  ilə  xaricilər 

ara


sında paylaşmışdı. İsmaili məzhəbi bölgədə olan qarışıqlığı daha da artırdı. 

Qərbdəki Zenata ilə şərqdəki Sənhacə qəbilələri bir-birləri ilə mübarizə halında 

idi

lər. Bölgədə eyni zamanda şərq əsilli iki xanədan da var idi. Bunlar Tahətdə-



ki xarici Rüstəmilərlə (761-909) Fasdakı şiə təmayüllü İdrisilər (789-926) döv-

ləti idi. Xəlifə Ubeydullah əl-Mehdi Afrika xalqının və Maliki alimlərinin mü-

qa

vimət və etirazları ilə qarşılaşdı. Maliki alimləri Qeyrəvanda və Afrikanın di-



gər şəhərlərində məskunlaşmışdılar. 

Mehdi Afrikaya ayaq basdığı andan burada Fatimi xəlifəliyinin hədəflərini 

reallaşdıra bilməyəcəyini anladı. Çünki əldəki imkanlar çox az idi və Maliki 

alim


ləri  də  onlara  qarşı  müqavimət  göstərirdi.  Fatimilər  islam  dünyasına 

hakim ola bilmək üçün şərqə hakim olub xüsusilə Misiri ələ keçirməkdən və 

şərqə doğru yayılmaqdan başqa çarələrinin olmadığını bilirdilər. Xəlifə Mehdi 

səltənətinin əvvəllərində 913-919-cu illərdə Misirə səfər etsə də oranı fəth edə 




  

403 


bil

məmişdi. Bu sınaqlar oğlu və xələfi Qaim Biəmrullah əl-Fatimi (934-946) 

zama

nında da davam etsə də, heç bir nəticə alınmadı. Sünni Afrikalılar keçici 



bir müd

dət üçün Fatimi dövlətini təhdid edən xarici Əbu Yezid ən-Nukkarini 

dəstəklədilər.  Ancaq  bu  hərəkət  947-ci  ildə  Fatimi  xəlifəsi  Mənsur  Billah 

(946-


953)  tərəfindən  aradan  qaldırıldı.  Mənsur  Billahın  Əbu  Yezid  üzərində 

zəfər  qazanmasından  sonra  Fatimilər  Mehdiyyəni  tərk  edərək  yeni  paytaxt 

Sayrəl-Mənsuriyyəyə  (Səbrə)  yerləşdilər.  Bura  Mənsur  Billah  tərəfindən  Su-

ruşrəvan yaxınlarında Əbu Yezidi dəstəkləyən malikilərə nəzarət etmək üçün 

qurul

muşdu. 


Fatimilərin şərqə doğru genişlənmə düşüncəsi ancaq Fatimi xəlifəsi Muiz 

Li

dinillahın (953-975) tərəfindən həyata keçirildi. əl-Məğribul-Əqsada Fatimi 



fuzunun  genişlənməsini  təmin  edən  Fatimi  komandiri  Cövhər  əs-Siqillinin 

ba

carıqları 968-ci ildə xəlifənin diqqətini çəkmiş və onun hərbi dahiliyi sayə-



sin

də Misiri ələ keçirə biləcəyini anlamışdı. İxşidilərin (935-969) son güclü va-

li

si Kafurun ölümündən sonra Misirdə baş verən daxili çaxnaşmalar Fatimilərin 



xey

rinə oldu. Şimali Afrikada Əğləbiləri (800-909), Rüstəmiləri (761-909) və 

İdrisiləri (789-926) ortadan qaldıran Fatimilər 914, 921 və 935-ci illərdə Misiri 

ələ keçirməyə çalışmış, lakin buna nail ola bilməmişlər. 958-ci ildə dördüncü 

və  böyük  Fatimi  hökmdarı  əl-Muiz Lidinillah (953-975)  Misiri  ələ  keçirmək 

üçün edilən böyük planı həyata keçirmədən əvvəl Afrika və Məğrib üzərində 

yük nüfuza sahib oldu. Bu işi həyata keçirən Cövhər köhnə Rüstəmi bölgə-



sin

dəki müqavimətləri tamamilə yox edərək əvvəldən İdrisilərin paytaxtı olan 

Fa

sı ələ keçirdi. Beləcə, Atlantik sahillərinə qədər olan bölgə qəti bir şəkildə 



itaət altına alındı. 

Miladi tarixi ilə 968-ci ildə (hicri 358) Muiz Lidinillah Riqqə yaxınlığında 

əksəriyyəti  bərbəri  qəbilələri  və  Saqləbilərdən  ibarət  yüz  min  nəfərlik  süvari 

top


ladı. Cövhər əs-Siqillinin başçılığı altında olan bu ordu 969-cu ildə Misiri 

ələ keçirdi. Çox keçmədən Misir Abbasi xəlifələrini tanımayan yeni hökmdara 

ta

be oldu, pullar dəyişdirildi və Cümə namazlarında Fatimi hökmdarı Muizzin 



adına dualar oxunmağa başlandı. Namazda öz növbəsində şiələrin qıldığı şəkil-

də qılınmağa başlandı. Sonra Cövhər Fələstini və Suriyanın bir hissəsini ələ ke-

çir

mək üçün hərəkət etdi. Qahirəni yeni paytaxt etdiyi sıralarda Fatimi impera-



tor

luğu Fasdan Suriyaya qədər uzanır və Abbasi iqtidarı ən böyük rəqibi tərə-

fin

dən yıxılmağa lap az qalmış kimi görünürdü. Misirin fəthindən üç il sonra 



972-

ci  ildə  Qahirə  yaxınlığında  baş  verən  döyüşdə  Fatimilər  Misirə  hücum 

edən qərmətiləri çətinliklə məğlub edərək Misirdən çıxardı. 

Fatimilərin  Misiri  ələ  keçirmələri  sadəcə  bir  hökumətin  yerinə  başqa  bir 

kumətin qurulmasından ibarət deyildi. Bu hərəkat dərin təsirləri olacaq dini, 



siyasi və ictimai bir inqilab demək idi. İslam tarixində ilk dəfə Bağdada bağlı 

olmayan bir hökumət Misirə hakim olurdu. Fatimilərin Misirə girməsi ilə bir-

lik

də İslam aləmində oynadıqları rolda əsaslı bir şəkildə dəyişdi. Fatimilər Mi-



si

ri ələ keçirib orada müstəqil bir xəlifəlik qurmalarına baxmayaraq, İslam alə-

  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə